Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-7/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, ilkin iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X17, cavabdeh “X51 LTD” MMCnin vəkili Vəkil2, cavabdeh X18, üçüncü şəxs X6 nümayəndəsi Vəkil1 iştirakı ilə, İlkin iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh “X51 LTD” MMC-yə və qeyrilərinə qarşı borcun tutulması və ipoteka predmetinə yönəldilmə, ipoteka predmeti olan əmlakların boşaldılması və mənzildə yaşayan şəxslərin məcburi qaydada çıxarılmaları tələbinə dair ilkin, qarşılıqlı iddiaçı “X51 LTD” MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASCyə qarşı kredit və ipoteka müqaviləsinin etibarsızlığı, üçüncü şəxs X6 cavabdeh “X51 LTD” MMC-yə və qeyrisinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi tələblərinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-506/2017 saylı, 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən ilkin iddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) ilk iddia üzrə İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin sığortalanması Fondunun cavabdehlər “X51 LTD” MMC, X8, X25, X26, X9, X10, X19, X7 və X27 qarşı kredit borcunun tutulması, tutmanın cavabdehlərə məxsus əmlaklara yönəldilməsi, əmlakların hərrac vasitəsi ilə satılması, ipoteka predmeti olan əmlakların boşaldılması və mənzildə yaşayan şəxslərin məcburi qaydada çıxarılmaları tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı “X51 LTD” MMC-nin cavabdeh "xxxx" ASC-nin ləğvedicisinə qarşı kredit müqaviləsinin və ipoteka müqaviləsinin etibarsızlığı tələbinə dair iddiasının təmin edilməsi, LPO İddiaçı ASC ilə “X51 LTD” MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli 92/2013 saylı təminatlı kredit müqaviləsinin, LPO İddiaçı ASC ilə X30 arasında bağlanmış 05.06.2013-cü il tarixli, 01/2013 saylı sonrakı girov müqaviləsinin, LPO İddiaçı ASC ilə X28 arasında bağlanmış 05.06.2013-cü il tarixli 02/2013 saylı sonrakı girov müqaviləsinin, LPO İddiaçı ASC ilə X14 arasında bağlanmış 05.06.2013-cü il tarixli 03/2013 saylı girov müqaviləsinin, LPO İddiaçı ASC ilə X20 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 175 nömrəli 2 mərtəbəli binada, 118,5 kv.m. yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli mənzillərin ipoteka ilə yüklü edilməsinə dair 05.06.2013-cü il tqarixli 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin, LPO İddiaçı ASC ilə “X51 LTD” MMC arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1,033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484,8 kv.m. ümumi, 2157,9 kv.m. əsas, 326,9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsinə dair 05.06.2013-cü il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin, LPO İddiaçı ASC ilə X28 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsində yerləşən 146 nömrəli, 2 mərtəbəli binada 146,7 kv.m. ümumi, 84 kv.m. yaşayış sahəsindən ibarət 5 otaqlı 7,5 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə dair 91/2013 saylı, 05.06.2013-cü il tarixli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, müqavilələrin etibarsızlığı ilə bağlı qətnamə girov və ipoteka predmetlərinin yüklülüyünün qeydə alınması ilə bağlı müvafiq reyestrdə aparılmış qeydlərin və çıxarışların ləğv edilməsi və girov və ipoteka predmetlərinin yüklülükdən azad edilməsinin qeydə alınması üçün əsas olması, müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər “X51 LTD” MMC-yə, X19, X7, X27, X11, "xxxx" ASC-ə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi tələbinə dair iddiasının təmin edilməsi, “X51 LTD” MMC ilə LPO İddiaçı ASC arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı ipoteka qeydinin, ipoteka ilə yüklü edilmiş 11.06.213-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, məhkəmədə iddia tələblərinin qaldırılması ilə bağlı ödənilmiş 50 manat dövlət rüsumunun İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi qət edilmişdir. İlkin iddiaçı LPO İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin iddiaçı LPO İddiaçı ASC cavabdehlər “X51 LTD” MMC-yə, X8, X25, X26, X9, X10, X19, X7 və X27 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X51 LTD” MMC-dən iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 270.000 (iki yüz yetmiş min) manat əsas, 3.720 (üç min yeddi yüz iyirmi) manat faiz, cəmi 273.720 (iki yüz yetmiş üç min yeddi yüz iyirmi) manat və 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 3.499.625 (üç milyon dörd yüz doxsan doqquz min altı yüz iyirmi beş) manat əsas, 48.219,62 (qırx səkkiz min iki yüz on doqquz manat altmış iki qəpik) manat faiz, cəmi 3.547.844,62 (üç milyon beş yüz qırx yeddi min səkkiz yüz qırx dörd manat, altmış iki qəpik) manat tutulmasına, tutmanın mülkiyyət hüququ üzrə “X51 LTD” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1.033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484.8 kv.m. ümumi, 2157.9 kv.m. əsas, 326.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X18 “X51 LTD” MMCnin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X15 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X3 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 34% təşkil edən payına, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli 2 mərtəbəli binada 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli mənzillərə yönəldilməsi, həmin əmlakların hərrac vasitəsilə satılmaqla bankın kredit tələbinin satılmış həmin əmlaklar hesabına ödənilməsi, ipoteka predmeti olan “X51 LTD” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalında istifadədə olan 1033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484.8 kv.m. ümumi, 2157.9 kv.m. əsas, 326.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının boşaldılması, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 175, 15/19/21 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində həmin mənzildə yaşayan X20, X31, X32, X21, X22, X33, X36, X29 və digər şəxslərin həmin mənzili tərk etmədikləri halda, məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, iddia tələbinin təmin edilməsi, cavabdeh “X51 LTD” MMC-dən iddiaçı LPO İddiaçı ASC ilə bağlanmış 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 270.000 (iki yüz yetmiş min) manat əsas, 5.640 (beş min altı yüz qırx) manat faiz olmaqla, cəmi 275.640 (iki yüz yetmiş beş min altı yüz qırx) manat və 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 3.499.625 (üç milyon dörd yüz doxsan doqquz min altı yüz iyirmi beş) manat əsas, 352.686,94 (üç yüz əlli iki min altı yüz səksən altı manat doxsan dörd qəpik) manat faiz, cəmi 3.852.311,94 (üç milyon səkkiz yüz əlli iki min üç yüz on bir manat, doxsan dörd qəpik) manat borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın mülkiyyət hüququ üzrə X18 “X51 LTD” MMCnin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X15 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X3 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 34% təşkil edən payına, mülkiyyət hüququ üzrə X51 LTD” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalında istifadədə olan 1033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484.8 kv.m. ümumi, 2157.9 kv.m. əsas, 326.9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli 2 mərtəbəli binada 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 15/19/21 nömrəli mənzillərə, X19 məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsidə yerləşən 146 nömrəli, 2 mərtəbəli binada, 146,7 kv metr ümumi, 84 kv metr yaşayış sahəsindən ibarət 5 otaqlı 7, 5 nömrəli mənzilə yönəldilməsi, ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və bankın kredit tələbinin satılmış əmlakların hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "X51 LTD" MMC arasında bağlanmış 05.06.2013-cu il tarixli, 91/2013 saylı təminatlı kredit muqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etmək üçün bank borc alana 270.000 (iki yüz yetmiş min) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 2.3-cu bəndinə əsasən borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit muqaviləsinin 5.3-cü və 5.4-cü bəndlərinə əsasən kredit vəsaitindən istifadə müddəti 24 (iyirmi dörd) aydır və 05.06.2015-ci il tarixində bitir. Kredit Muqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 %-lə hesablanır. Bundan əlavə, Bankla "X51 LTD" MMC arasında bağlanmış 05.06.2013-cu il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etmək üçün Bank borc alana 3.565.000 (üç milyon beş yüz altmış beş min) manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinin 5.3-cü və 5.4-cü bəndlərinə əsasən kredit vəsaitindən istifadə müddəti 48 (qırx səkkiz) aydır və 05.06.2017-ci il tarixində bitir. Kredit Müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına gorə hər gün illik 10 %-lə hesablanır. Hər iki kredit müqaviləsinin 8.1-ci bəndinin "g" yarımbəndinə əsasən bu müqavilənin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə Bank pul öhdəliyinin icrasını vaxtından əvvəl tələb edə bilər. Kredit müqavilələrinə edilmiş 14.05.2014-cü il tarixli "əlavə və dəyişikliklər barədə razılaşma müqaviləsi"nə əsasən kredit vəsaitindən istifadə müddətinin 05.06.2017-ci il tarixində bitməsi və müqaviləyə əsasən faiz dərəcəsinin 4%-lə hesablanması qərara alınmışdır. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 05.06.2013-cü il tarixli 01/2013 saylı sonrakı girov, 02/2013 saylı sonrakı girov və 03/2013 saylı girov müqavilələri bağlanmış və X18 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payı, X15 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payı və X3 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 34 faiz təşkil edən payı girovla yüklü edilmişdir. Bu yüklülüyü təsdiq edən AR Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Banka təqdim edilmiş 23.05.2013-cü il tarixli və 05.05.2014-cü il tarixli məktublar iddia ərizəsinə əlavə edilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 05.06.2013-cü il tarixli, 92/2013 saylı sonrakı ipoteka müqaviləsi bağlanmış və mülkiyyət hüququ üzrə X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova kücəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli, 2 mərtəbəli binada, 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli mənzillər ipotekaya qoyularaq yüklü edilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş və yüklülüyə dair AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən verilmiş 07.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 52 saylı MKİS tərəfindən verilmiş 157 saylı, 30.07.2009-cu il tarixli arayışdan görünür ki, ipoteka predmeti olan mənzildə X20, X31, X32, X21, X22, X33 (2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış), X36 (2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmamış) və X29 (2003-cu il təvəllüdlü, yetkinlik yaşına çatmamış) daimi qeydiyyatdadırlar. Bundan əlavə, kredit müqavilələrinin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə "X51 LTD" MMC arasında 05.06.2013-cu il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən "X51 LTD" MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1.033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484.8 kv.m ümumi, 2157.9 kv.m əsas, 326.9 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ipotekaya qoyularaq yüklü edilmiş, ipoteka müqaviləsi notariat qaydada təsdiq edilmiş və yüklülüyə dair AR Daşınmaz Əmlakın Dovlət Reyestr Xidməti tərəfindən verilmiş 11.06.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Borc alana kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş, habelə bildiriş göndərilmiş, lakin buna baxmayaraq bu günə qədər kredit borcunun və hesablanmış faizlərin ödənilməsi təmin edilməmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin əsas kredit borcunu və hesablanmış faizləri kredit ödəmə cədvəlinə uyğun ödəməmiş, bununla da müqavilə şərtlərini və Mülki Məcəlləsinin bir sıra maddələrini kobud şəkildə pozmuşdur. Hal-hazırda "X51 LTD" MMC-nin Banka 05.06.2013-cü il tarixli, 91/2013 savlı təminatlı kredit müqaviləsinə əsasən 270.000 (iki yüz yetmiş min) manat əsas, 3.720 (üç min yeddi yüz iyirmi) manat faiz, cəmi 273.720 (iki yüz yetmiş üç min yeddi yüz iyirmi) manat və 05.06.2013-cü il tarixli 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 3.499.625 (üç milyon dörd yüz doxsan doqquz min altı yüz iyirmi beş) manat əsas, 48.219.62 (qırx səkkiz min iki yüz on doqquz) manat (altmış iki) qəpik faiz, cəmi 3.547.844.62 (üç milyon beş yüz qırx yeddi min səkkiz yüz qırx dörd) manat (altmış iki) qəpik borcu var. Qarşılıqlı iddiaçı “X51 LTD” MMC qarşılıqlı iddia üzrə cavabdeh LPO İddiaçı ASC-nin Ləğvedicisinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığı tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO İddiaçı ASC ilə «X51 LTD» MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinin; 05.06.2013-cü il tarixli, 1/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 02/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 03/2013 saylı girov müqaviləsinin; Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 nömrəli, 2 mərtəbəli 7 otaqlı 15/19/21 nömrəli mənzillərin yüklü edilməsinə dair 05.06.2013-cü il 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin; «X51 LTD» MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1.033 ha torpaq sahəsində yerləşən 2 girişli, 2484.8 kv.m. ümumi, 2157.9 kv.m. əsas, 326,9 kv.m. köməkçi sahədən 1 mərtəbəli qeyri-yaşayış binasının yüklü edilməsinə dair 05.06.2013-cü il 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilən 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 270.000 manat reallıqda bankdan kredit kimi verilsə də, 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsində göstərilən 3.565.000 manat pul ümumiyyətlə kredit kimi verilməmiş və həmin tarixdə, həmin müqaviləyə əsasən bankdan 3.565.000 manat məbləğ məxaric olunmamışdır. 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış müqavilə olmuşdur. "xxxx" ASC ilə aralarında bağlanmış 05.06.2013-cü il tarixli, 13 saylı təminatlı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğundan əhəmiyyətsiz əqd etibarsız hesab edilməlidir. Həmçinin, əsas öhdəlik kimi kredit müqaviləsinin etibarsızlığı onu təmin edən öhdəlik kimi ipoteka müqaviləsinin etibarsızlığına səbəb olduğundan, 05.06.2013-cü il tarixli, 01/2013 saylı sonrakı girov, 02/2013 saylı sonrakı girov, 03/2013 saylı girov müqavilələri, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 nömrəli, 2 mərtəbəli binada, 7 otaqlı 15/19/21 nömrəli mənzillərin yüklü edilməsinə dair 05.06.2013-cü il tarixli, 92/2013 saylı sonrakı ipoteka müqaviləsi və «X51 LTD» MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesinin şimalında istifadədə olan 1.033 ha torpaq də yerləşən 2 girişli, 2484.8 kv.m. ümumi, 2157.9 kv.m. əsas, 326,9 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyriyaşayış binasının yüklü edilməsinə dair 05.06.2013-cü il tarixli, 92/2013 saylı sonrakı ipoteka müqavilələri də etibarsız hesab edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X23 cavabdehlər «X51 LTD» MMC, X28, X14, X30, X24, "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «X51 LTD» MMC ilə LPO İddiaçı ASC arasında bağlanmış 05 iyun 2013-cü il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və yüklülüyün qeydə alınması ilə bağlı DƏDRX-də aparılmış ipoteka qeydinin və ipoteka ilə yüklü verilmiş 11.06.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Müstəqil iddia tələbi onunla əsaslandırılmışdır ki, iddia üzrə cavabdehlər olan X19, X7, X27, X11 03 may 2011-ci il tarixdə 46 saylı notariat kontorunda bağlanmış “mövcud borcun etirafı müqaviləsinə uyğun olaraq 2.400.000 (iki milyon dörd yüz min) manat və 538.000 (beş yüz otuz səkkiz min) manat borc verilmiş və 03 may 2011-ci il tarixdə onların təsisçiləri olduqları cavabdeh “X51 LTD” MMC zaminlik müqaviləsi bağlanmış və zamin borcalanların öz öhdəliklərini icra etmədiyi tərzdə tam məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, müqavilənin 2.3-cü bəndinə əsasən zamin “Aysu Qida Sənaye LTD” MMC iddiaçını məlumatlandırmadan və razılığı olmadan hər hansı bir borc ala və ya əmlakını özgəninkiləşdirə, girov qoya və ya başqa formada yüklü edə bilməz. Ancaq borclular borc məbləğini ödəməkdən yayındıqlarından iddiaçı borcun qaytarılması ilə bağlı iddia ilə 2012ci ilin yanvar ayında məhkəməyə müraciət etdi. Ancaq cavabdehlər qanunsuz ərizə və şikayətlərlə prosesləri süni şəkildə yubatmış və son nəticədə Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2013-cü il tarixli qətnaməsinə əsasən borclular X4, X2, X12, X16,”X54 LTD MMC-dən və “X51 LTD” MMC-dən müştərək qaydada 2.938.000 (iki milyon doqquz yüz otuz səkkiz min) manat borcun tutularaq tələbkar olaraq iddiaçıya X13 ödənilməsi qət edilmişdir. Cavabdehlər tərəfindən məlum qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməyərək Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məlum qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və icra məmurları icra hərəkətlərini keçirmiş, bu məqsədlə borclu “X52 LTD” MMC-nin mülkiyyətində olan daşınar və daşınmaz əmlakın üzərinə həbs qoyularaq hərracdan satılması barədə Abşeron Rayon Məhkəməsinə təqdimat vermiş və məhkəmənin qərardadı ilə təqdimat təmin edilərək əmlak üzərinə həbs qoyularaq hərracdan satılması qərara alınmışdır. Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə baxılan zaman cavabdehlər məhkəmədə “X51 LTD” MMC-nin əmlakının ipoteka ilə yüklü edildiyini və ”Bank Technique” ASC-dən 3.000.000 manatdan çox kredit götürüldüyünü bildirmişlər. Bir sözlə açıq cinayətin ortada olduğunu və bu cinayəti törədən şəxslərin qanunların aliliyi naminə cəzalandırılması üçün bütün hüquqi vasitələrdən istifadə etməyi özünə borc biİdi. Axı necə ola bilər ki iddiaçı ilə bağlanmış müqaviləyə əsasən “X51 LTD” MMC-iddiaçının xəbəri və razılığı olmadan borcunu qaytarmadan başqa kredit götürür və əmlakı götürülmüş kreditin qaytarılmasına təminat olaraq ipoteka ilə yüklü edə bilər? Əlbəttə bütün bu qanunsuzluğa gedən cavabdehlərin əməllərində cinayət olduğundan onların iddiaçıdan aldıqları borcu qaytarılması üçün təminat olan əmlakı hansı üsul və vasitələrlə yüklü etdiklərini və məqsədlərinin iddiaçının pulunun qaytarılmasından yayınmaqla dələduzluq cinayətinin tərkib əlamətlərinə xas olan əlamətlərdə özünü büruzə verən bu hərəkətlərinə xususi qərardad çıxarılmaqla qiymət verilməlidir. “X51 LTD” MMC-nin iddiaçının borcunu qaytarmamış və iddiaçıyla bağlanmış müqavilələr üzrə öhdəliklərini icra etməmiş yeni kredit münasibətlərinə girməyə, mülkiyyətində olan əmlakı ipoteka ilə yüklü etməyə səlahiyyəti olmadığı halda və iddiaçının xəbəri və razılığı olmadan bağladığı ipoteka müqaviləsi bağlandığı andan etbarsızdır və heç bir hüquqi nəticə yarada bilməz. Çünki preyudisial məhkəmə qətnamə və qərarlarına əsasən qüvvədə olan 03 may 2011-ci il tarixli Zaminlik müqaviləsinin 2.3-cü bəndi «Aysu Qida LTD” MMC-yə kredit münasibətlərinə girməyi və əmlakını ipoteka ilə yüklü etməyi qadağan edir. Ancaq cavabdehlərin qeyd olunan müqavilənin şərtlərini pozaraq ipoteka müqaviləsi bağlamağa subyektiv hüquqları olmamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 fevral 2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraatın cavabdeh X3 prosessual hüquq varisi müəyyən edilənə kimi dayandırılması qərara alınmışdır. X30 cavabdeh X3 prosessual hüquq varisi müəyyən edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin iddiaçı LPO İddiaçı ASC Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın təmin olunmamasının əsas səbəbi kimi birinci intstansiya məhkəməsi həmin tarixdə bankdan kredit müqaviləsində göstərilən pul vəsaitinin məxaric olunmamasını qeyd etmişdir. Lakin hakim bu məsələni araşdırarkən işi hərtərəfli araşdırmamış və qeyri-obyektiv qərar qəbul etmişdir. Belə ki, məhkəməyə 05.06.2013 cü il tarixli, 32/2013 saylı kredit müqaviləsi ürzə hesabdan çıxarış təqdim olunmuş və bildirilmişdir ki, ayrılmış kredit məbləği (3565000.00 manat) məxaric yox, hesabdan - hesaba köçürülmüşdür. Bunu isə təsdiq edən hesabdan çıxarış və digər sənədlər işin içində mövcuddur. Həmçinin nəzərə alınmalıdır ki, 3 000 000 (üç milyon) manatdan artıq pul vəsaitini nəğd şəkildə bankdan götürmək ağlabatan deyil. tərəflər arasında 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsi bağlanaraq borcluya ümumilikdə ******* manat məbləğində kredit vəsaiti ayrılmışdır. Qeyd olunan kredit müqavilələri üzrə borclar isə 06.06.2013-cü il tarixində, yəni 05.06.2013-cü il tarixdə mübahisələndirilən kredit müqaviləsindən bir gün sonra hesabdan hesaba köçürmə yolu ilə ödənilib. ABŞ dolları ilə olan digər kredit müqaviləsi isə manata konvertasiya olunaraq 07.06.2013-cü il tarixində ödənilib. Digər kredit vəsaitləri isə borclunun eyni cari hesabı ilə bağlı olduğu üçün birbaşa ödənilib. Həmçinin digər mötəbər sübut isə "xxxx" MMC-nin banka müraciət ərizələridir. Belə ki, həmin ərizəni hüquqi şəxsin direktoru həmçinin qanuni təmsilçisi X30 imzalayıb və “X51 LTD” MMC-nin möhürü ilə təsdiqlənib. Həmin ərizədə qeyd edilib ki, digər 5 kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədi ilə yeni kredit xəttinin açılması və həmin vəsait hesabına banka olan əvvəlki borcların bağlanılmasını təmin olunmasını xahiş etmişdir. Nəticədə borcluya yeni kredit vəsaiti ayrılması, əvvəlki kredit borclarının bağlanması və borclunun yeni kredit müqaviləsi üzrə təxminən 541000 (beş yüz qırx bir min) manat ödəniş etməsi müarciət ərizəsində öz əksini tapmışdır. Həmin ərizə ilə borclu tərəfindən ödənilmiş 541000 manat məbləğin faiz borcundan deyil əsas borcdan çıxılması xahiş edilmişdir. Bank tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə arayışından və borclunun ərizəsindən də aydın olur ki, mübahiləndərilən kredit müqaviləsi üzrə borc alan mütamadi şəkildə bankla ödənişlər həyata keçirib. Necə ola bilər ki "xxxx"MMC almadığı kredit borcunu banka qaytarmağa çalışıb? Borcun qanuna uyğun qaydada ödənilməsi onun etirafı deməkdir. Abşeron Rayon Məhkəməsi həmçinin müstəqil tələb irəli sürən 3-cü şəxs X6 cavabdehlər “X51 LTD” MMC, X30, X28, X14, X24 və LPO İddiaçı ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi” ilə qaldırdığı iddia ərizəsinə münasibətdə “X51 LTD” MMC-nin direktorunun ipoteka müqaviləsini imzalamaqda səlahiyyətinin olmadığını və borclu ilə 3-cü şəxs arasında bağlanmış zaminlik müqaviləsini əsas gətirərək ipoteka müqaviləsini etibarsız hesab etmişdir. Lakin zaminlik müqaviləsinin sadəcə tərəflər arasında məsuliyyət daşıdığını, ipoteka müqaviləsinin 2008-2009-cu illərdən bağlandığını və sonradan əlavə ipoteka müqaviləsinin bağlandığını, zaminliklə bağlı və ya yüklülüklə bağlı üçüncü şəxs tərəfindən hər hansı bir qeydin müvafiq dövlət reyestrində qeydə alınmadığını, bunun isə borclu ilə bank arasında bağlanmış kredit və ya ipoteka müqaviləsinin üzərində hər hansı bir qüvvəsinin olmadığı tərəfimizdən məhkəmədə bildirilməsinə baxmayaraq hakim bunları nəzərə almamışdır. Həmçinin “X51 LTD” MMC-nin nizamnaməsində direktorun müəssisə adından əqdlər bağlamaq səlahiyyəti göstərilmişdir. İpoteka müqaviləsi isə bir əqd olduğu üçün və “X51 LTD” MMCnin nizamnaməsində qeyd olunan müstəsna səlahiyyətlərə aid olmadığı açıq aşkar görünür. Bunanla bağlı onu da qeyd etmək lazımdır ki, Abşeron Rayon Məhkəməsinin hakimi direktorun səlahiyyətləri ilə bağlı 3-cü şəxsin iddia ərizəsində qeyd etməmiş və tələb etməmişdir. Məhkəmə kredit müqavilələrinin görünüş üçün bağlandığını əsas gətirərək kredit və ipoteka müqavilələrini etibarsız hesab etmişdir. Əgər həmin kredit və ipoteka müqavilələri etibarsız olsaydı, cavabdeh bunun üçün məhkəməyə müraciət edərdi. Lakin o, müqavilələrin varlığından xəbərdar olduğu halda belə, etibarsızlığı mübahisələndirmək üçün məhkəməyə müraciət etməmişdir və qanunda bunun üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Kredit və ipoteka müqavilələri 2013-cü il 05 iyun tarixində imzalanmışdır. Cavabdehlər isə etibarsızlığı 2016-cı il tarixində yəni bank borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdikdən sonra mübahisələndirmişdir. Məhkəmənin gətirdiyi dəlillərdən biri də kredit verilən zaman təsisçilərin razılığının alınmamasıdır. Belə ki, "xxxx" MMC-nin nizamnaməsinin 9.7-ci bəndində göstərilmişdir ki, cəmiyyətin direktoru cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərə bilər. Cəmiyyətin adından əqdləri bağlayır və rəsmi sənədləri imzalayır. Bundan başqa X28, X30 və X14 "xxxx" MMC-ninn təsisçiləridir. X30, X28, X14 91/2013 saylı və 92/2013 saylı 05 iyun 2013-cü il tarixli kredit müqavilələrinin təminatı olaraq 01/2013, 02/2013 və 03/2013 saylı girov müqavilələri ilə öz təsis paylarını Bank qarşısında Girov ilə yüklü etmişdirlər. Hər üç girov müqaviləsində kredit müqavilələrinə istinad olunmuş, kreditin məbləği və götürülmə müddəti ipoteka mqavilələrində də öz əksini tapmışdır. Təsisçilər öz paylarını ipoteka ilə yüklü edərək artıq kreditin götürülməsinə öz razılıqlarını bildirmişdirlər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X34 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “X51 LTD” MMC-nin vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, eləcədə yazılı ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsində texnik səhv olaraq 05.06.2013-cü il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin qeydiyyat nömrəsini 92/2013 kimi göstərildiyini bildirərək, həmin müqavilənin 05.06.2013-cü il tarixli 93/2013 saylı müqavilə kimi oxunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X30 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edərək, əlavə olaraq qeyd etdi ki, 05.06.2013-cü il tarixli 93/2013 saylı sonrakı ipoteka müqaviləsinin qeydiyyat nömrəsini texniki səhv olaraq 92/2013 kimi göstərildiyini nəzərə alaraq, həmin müqavilənin 05.06.2013-cü il tarixli 93/2013 saylı müqavilə kimi oxunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən üçüncü şəxs X23 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X6 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ilkin və qarşılıqlı iddia tələbinə dair hissədə qismən ləğv edilməli, həmin hissədə iddia tələblərinin qismən təmin edilməsinə, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin rədd edilməsini iddiaçının qeyd etdiyi hallarla və məhkəməyə təqdim edilmiş digər sübutlarla «X51 LTD» MMC tərəfindən 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin icra edilməsi məqsədilə müqavilədə əksini tapmış 270.000 manat kredit məbləğinin faizləri ilə birlikdə ödənilməsini təkzib etməməsi, həmçinin təqdim edilmiş ödəniş qəbzləri ilə «X51 LTD» MMC-nin 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərini tam olaraq icra etməsinin müəyyən edilməsi, tərəflər arasında imzalanmış 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən cavabdeh «X51 LTD» MMC-yə müqavilədə nəzərədə tutulan pul vəsaitinin ödənilməsini təsdiq edən sübutlar təqdim edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsini "xxxx" ASC ilə «X51 LTD» MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsi ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olması təsdiq olunduğundan, əhəmiyyətsiz əqd kimi etibarsız hesab edilməsi, əsas öhdəlik kimi kredit müqaviləsinin etibarsızlığı onu təmin edən öhdəlik kimi ipoteka müqaviləsinin etibarsızlığına səbəb olması, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinin təmin edilməsini qarşılıqlı iddia tələblərin təmin edilməsi nəticəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X6 cavabdehlər «X51 LTD» MMC, X28, X14, X30, X24, "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ipoteka qeydinin və çıxarışın ləğvi barədə iddia tələbləri qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbinin predmeti ilə eynilik təşkil etməsi ilə əsaslandırmışdır. Məhkəmənin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnaməni mübahisələndirərək ilkin iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Hazırkı iş üzrə ilkin, qarşılıqlı və müstəqil iddia tələbləri olduğundan məhkəmə kollegiyası hesab edir ki, ilkin olaraq ilkin iddiaçı LPO İddiaçı ASC-nin tələbinə qiymət verilməlidir. Baxılan iş üzrə ilkin iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Azərbaycan Respublikası MPM-nin 14.1. maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin iddiaçı tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/4220 № 01 dekabr 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, "X51 LTD" MMC-nin banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 05.06.2013-cü il tarixli, 91/2013 saylı kredit xətti müqaviləsinin və 14.05.2014-cü il tarixli kredit xətti müqaviləsinə əlavə və dəyişiklik barədə razılaşma müqaviləsinin şərtləri nəzərə alınmaqla "X51 LTD" MMC-nin 05.06.2017-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 273.838,54 manat məbləğində müəyyən edilir, 05.06.2017-ci il tarixə əsas borc 248.763,23 manat, faiz borcu 25.070,31 təşkil edir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən LPO İddiaçı ASC ilə «X51 LTD» MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli 92/2013 saylı kredit müqaviləsi üzrə müqavilə şərtlərinə əsasən kredit vəsaitinin “X51 LTD” MMC-yə verilməsi müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən əsas borc 270.000 (iki yüz yetmiş min) manat, faiz borcu 5.640 (beş min altı yüz qırx) manat təşkil etmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, 05.06.2013-cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən iddiaçının tələb etdiyi əsas borc iddia tələbində göstərilən məbləğdə deyil, ekspert rəyində göstərilən məbləğdə, ekspert rəyində göstərilən faiz məbləği isə iddia tələbində göstərilən faiz məbləğindən artıq olduğundan, iddia tələbində göstərilən məbləğdə tutulmalıdır. İlkin iddia tələbinin 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsi üzrə borcun tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, Bankla "X51 LTD" MMC arasında bağlanmış 05.06.2013-cu il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən dövriyyə vəsaitinin artırılması məqsədi ilə istifadə etmək üçün Bank borc alana 3.565.000 (üç milyon beş yüz altmış beş min) manat məbləğində kredit vermiş, həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən borcalan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəməyə 05.06.2013 cü il tarixli, 32/2013 saylı kredit müqaviləsi ürzə hesabdan çıxarış təqdim olunmuş və bildirilmişdir ki, ayrılmış kredit məbləği (3565000.00 manat) məxaric yox, hesabdan hesaba köçürülmüşdür. Bu halı təsdiq edən hesabdan çıxarış və digər sənədlər iş materiallarına əlavə edilmişdir. İşdən görünür ki, kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 05.06.2013-cü il tarixli 01/2013 saylı sonrakı girov, 02/2013 saylı sonrakı girov və 03/2013 saylı girov müqavilələri bağlanmış və X18 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payı, X15 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 33 faiz təşkil edən payı və X3 "X51 LTD" MMC-nin nizamnamə kapitalında olan 34 faiz təşkil edən payı girovla yüklü edilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün 05.06.2013-cü il tarixli, 92/2013 saylı sonrakı ipoteka müqaviləsi ilə mülkiyyət hüququ üzrə X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nomrəli, 2 mərtəbəli binada, 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı, 15/19/21 nömrəli mənzil ipotekaya qoyularaq yüklü edilmişdir. Mövcud vəziyyət Mülki Məcəllənin 269.1, 295-ci, 317-ci, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 34-cü maddələrinə əsasən banka ipoteka (girov) predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququnu verir. Mülki Məcəllənin 319.4. maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3. maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. Bu zaman ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməlidir. İkin satış qiyməti iki üsulla müəyyən edilir. Birincisi tərəflərin iradə ifadəsi ilə bağlanmış razılaşma əsasında, ikincisi isə mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılmasının təmin edilməsindən ötrü mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli A-01/72 №li əmtəəşünaslıq ekspertizası rəyi ilə mülkiyyət hüququ üzrə “X51 LTD” MMC-yə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şossesi ünvanında yerləşən qeyri-yaşayış evinin və torpaq sahəsinin orta bazar qiyməti 10.000.000 manat, likvid dəyəri 9.000.000 manat məbləğində müəyyən edilmişdir. “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli A-01/73 №li əmtəəşünaslıq ekspertizası rəyi ilə X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 175 nömrəli binanın 15/19/21 nömrəli mənzilin orta bazar qiyməti 230.000 manat, likvid dəyəri 210.000 manat məbləğində, “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli A-01/74 №li əmtəəşünaslıq ekspertizası rəyi ilə X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 175 nömrəli binanın 15/19/21 nömrəli mənzilin orta bazar qiyməti 230.000 manat, likvid dəyəri 210.000 manat məbləğində müəyyən edilmişdir. “B+Ş Audit Konsaltinq” MMC tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli A-01/74 №li əmtəəşünaslıq ekspertizası rəyi ilə Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 146 nömrəli binanın 7,5 nömrəli mənzilin orta bazar qiyməti 310.000 manat, likvid dəyəri 290.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı işə baxılarkən 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 05.12.2019-cu il tarixli çıxarışa əsasən “X51 LTD” MMC-nin nizamnamə kapitalında Əli Əliyevin payı 67%, Akif Əliyevin isə 33% payı müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti qismində çıxış edən mülkiyyət hüququ üzrə X18 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 67% təşkil edən payına, X15 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli 2 mərtəbəli binada 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 15/19/21 nömrəli mənzillərə, X19 məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsidə yerləşən 146 nömrəli, 2 mərtəbəli binada, 146,7 kv metr ümumi, 84 kv metr yaşayış sahəsindən ibarət 5 otaqlı 7, 5 nömrəli mənzilə tutma yönəldilməli, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 175 nömrəli binanın 15/19/21 nömrəli mənzilin likvid dəyəri 210.000 manat məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 146 nömrəli binanın 7,5 nömrəli mənzilin likvid dəyəri 290.000 manat manat müəyyən edilməli və ipoteka predmetləri açıq hərracda satılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin ipoteka predmeti olan əmlakların satıldıqdan sonra 1 ay ərzində tərk etmədikləri halda, cavabdehlərin mənzildən çıxarılması hissəsinə gəldikdə isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan və cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi onlara aid hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin mənzil satıldıqdan sonra mənzildə yaşayan digər şəxslərin mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması hissəsinə gəldikdə isə qeyd edir ki, iddia tələbi bu hissədə qeyrimüəyyən, yəni çıxarılması nəzərdə tutulan şəxslər konkret göstərilmədiyindən və onlar iş üzrə cavabdeh qismində cəlb olunmadığından, bu hissədə iddia tələbi təmin edilə bilməz. Qarşılıqlı iddia tələbinin LPO İddiaçı ASC ilə «X51 LTD» MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinin; 05.06.2013-cü il tarixli, 1/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 02/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 03/2013 saylı girov müqaviləsinin; Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 nömrəli, 2 mərtəbəli 7 otaqlı 15/19/21 nömrəli mənzillərin yüklü edilməsinə dair 05.06.2013-cü il 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələblərini bu hissədə təmin etməklə birinci instansiya məhkəməsi aşağıdakı əsaslara görə düzgün nəticəyə gəlməmişdir. İşdən görünür ki, qarşılıqlı iddiaçı tələblərinin əsası kimi 05.06.2013-cü il 92/2013 saylı təminatlı kredit müqaviləsi üzrə ona 3.565.000 manat pul kredit kimi verilmədiyi və həmin tarixdə məbləğin məxaric olmadığını, müqavilənin yalnız görünüş üçün bağlandığına istinad etmişdir. İlk öncə qeyd etmək lazımdır ki, ilkin iddiaçının 05.06.2013-cü il tarixli 92/2013 saylı təminat kredit müqaviləsi üzrə tələb olunan pulun ona verilmədiyini və həmin tarixdə məxaric olmadığını qarşılıqlı iddiaçı qeyd etmiş olsa da, MMC-nin direktoru hazır ki iş üzrə cavabdeh Ə.Əliyevin Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoruna ünvanladığı 12.07.2016-cı il tarixli məktubda 2013-cü il tarixdən noyabr 2014-cü il tarixədək ümumi məbləği 541.393,56 manat vəsait ödənildiyi və bundan sonra “X51 LTD” MMC-nin İddiaçı ASC-yə borcunun 2.737.908,44 manat borcu olduğu və ödəniş etdiyi 541.393,56 manatın banka olan kredit borcunun azaldılmasına, barışıq müqaviləsinin bağlanmasına və müəssisənin ödəmə qabiliyyətini nəzərə alaraq yeni ödəniş cədvəlinin tərtib edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin “X51 LTD” MMC-nin direktoru Ə.Əliyevin İddiaçı ASC-nin İdarə Heyətinin sədrinə ünvanladığı 09/16 №li 09 iyun 2016-cı il tarixli eyni məzmunlu məktubunda da cavabdehin banka borcu olduğunu, ödənilmiş 541.393,56 manatı banka olan kredit borcunun azaldılmasına yönəldilməsini xahiş etmişdir. Eyni zamanda MMC-nin Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 01 mart 2017-ci il tarixli pretenziya məktubunda da 2.737.908,44 manat kredit borcunun ödənilməsinə başlayacağı bildirilmişdir. Bununla yanaşı iş materiallarında olan mərkəzləşdirilmiş kredit reyestrindən çıxarışa əsasən cavabdehin 3.923.162,06 manat məbləğində aktiv kreditlərinin olduğu görünür. Həmin sənəddə həmçinin borcalanın aktiv öhdəlikləri sadalanmış və həmin aktiv öhdəliklərin 3.3-cü bəndində cavabdehin LPO İddiaçı ASC-yə 3.499.625 manat və 3.4-cü bəndində isə 270.000 manat + 20.850 manat faiz aktiv borcunun olması göstərilmişdir. Göründüyü kimi iddiaçının cavabdehə tələb olunan 05.06.2013-cü il tarixli 92/2013 saylı təminatlı kredit müqaviləsi üzrə pulu verdiyi və sonuncu həmin kredit müqaviləsi üzrə borclu olduğu yuxarıda qeyd olunan sənədlərdə öz təsdiqini tapmışdır. Qarşılıqlı iddianın müqavilənin ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnış görünüş üçün bağlandığı barədə dəlilinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə cavabdehin mübahisələndirdiyi bu əqdin mabahisələndirilən və ya əhəmiyyətsiz (uydurma) əqd olmasına qiymət verilməsi zəruridir. Uydurma əqd dedikdə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqd anlaşılır. Lakin bu heç də o demək deyildir ki, belə əqdlər heç bir niyyət doğurmur. Hər bir hərəkətin müəyyən məqsədi olduğu kimi bunlar da müəyyən məqsədə yönəlmiş niyyətlə həyata keçirilirlər. Belə əqdlər başlıca olaraq yaranmış və ya gələcəkdə yaranacağı istisna edilməyən əlverişsiz şəraitdən qanunsuz yolla çıxmaq niyyəti ilə uydurulur. Çünki bu əqdlər göstərilən hüquqi nəticələri yaratmaq məqsədilə deyil, ancaq görünüş üçün bağlanmış uydurma əqdlərdir. Beləliklə, uydurma əqd heç bir hüquqi nəticələr yaratmır. Hazırki işdən də görünür ki, tərəflər qarşılıqlı razılıq əsasında əvvəlki 23.06.2009-cu il (1.500.000), 13.06.2008-ci il (500.000), 02.06.2008-ci il (700.000), 16.05.2008-ci il (800.000), 13.10.2008-ci il (619.962 ABŞ dolları) və 02.11.2011-ci il (11.500 manat) tarixli müqavilələr üzrə yaranmış borcun bağlanması məqsədilə 05.06.2013-cü il tarixli 92/2013 saylı təminatlı kredit müqavilə bağlanmış və həmin müqavilə üzrə ayrılmış 3.565.000 manat yuxarıda adı çəkilən kreditlərin bağlanmasına yönəldilmişdir. Odur ki, bu əqd uydurma əqd kimi qiymətləndirilə bilməz. Bu əqd yalnız mübahisələndirilən əqd olduğundan, həmin əqdlərin də etibarsızlığı barədə iddialar üzrə mübahisələndirilmə hüququ Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən 1 il təşkil etdiyindən və qarşılıqlı iddiaçı “X51 LTD” MMC-də bu müddəti ötürdüyündən qarşılıqlı iddia tələbi 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinin; 05.06.2013-cü il tarixli, 1/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 02/2013 saylı sonrakı girov müqaviləsinin; 05.06.2013-cü il tarixli, 03/2013 saylı girov müqaviləsinin; Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 nömrəli, 2 mərtəbəli 7 otaqlı 15/19/21 nömrəli mənzillərin yüklü edilməsinə dair 05.06.2013-cü il 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası qarşılıqlı və müstəqil iddia tələbinin 05.06.2013-cü il tarixli 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsızlığı, eləcə də ipoteka qeydinin və çıxarışın ləğvi barədə iddia tələbinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, A.Əliyevə mübahisələndirilən sonrakı ipoteka müqaviləsinin bağlanmasının ona əvvəlki məhkəmə mübahisəsi üzrə apellyasiya baxışı zamanı məlum olduğunu, bu cür əqdlərin bağlanması cəmiyyətin ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olduğundan, lakin cəmiyyətin ümumi yığıncağının belə qərarı mövcud olmadığından, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında aparılmış ipoteka qeydinin və çıxarışın ləğvi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamənin ilkin və qarşılıqlı iddia tələblərinə aid hissədə qismən ləğv edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. Qarşılıqlı iddiaçı «X51 LTD» MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 500+500=1000 (bir min) manat “B+Ş Audit” Konsaltinq MMC-nin, ilkin iddiaçı LPO İddiaçı ASC-dən 1000 (bir min) manat “B+Ş Audit” Konsaltinq MMC-nin hesabına keçirilsin. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 26 sentyabr 2017-ci il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh “X51 LTD” MMC-dən iddiaçı LPO İddiaçı ASC ilə bağlanmış 05.06.2013cü il tarixli, 91/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 248.763 (iki yüz qırx səkkiz min yeddi yüz altmış üç) manat 23 (iyirmi üç) qəpik əsas, 5.640 (beş min altı yüz qırx) manat faiz olmaqla, cəmi 254.403 (iki yüz əlli dörd min dörd yüz üç) manat 23 (iyirmi üç) qəpik və 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinə əsasən 3.499.625 (üç milyon dörd yüz doxsan doqquz min altı yüz iyirmi beş) manat əsas, 352.686 (üç yüz əlli iki min altı yüz səksən altı) manat 94 (doxsan dörd) qəpik faiz, cəmi 3.852.311 (üç milyon səkkiz yüz əlli iki min üç yüz on bir) manat 94 (doxsan dörd) qəpik borcun və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. X1 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 67% təşkil edən payına, X15 “X51 LTD” MMC-nin nizamnamə kapitalında olan 33% təşkil edən payına, X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində istifadədə olan 0.8324 ha torpaq sahəsində yerləşən 175 nömrəli 2 mərtəbəli binada 118.5 kv.m yaşayış sahəsindən ibarət 7 otaqlı 15/19/21 nömrəli mənzillərə, X19 məxsus Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində istifadədə olan 0,0217 ha torpaq sahəsidə yerləşən 146 nömrəli, 2 mərtəbəli binada, 146,7 kv metr ümumi, 84 kv metr yaşayış sahəsindən ibarət 5 otaqlı 7, 5 nömrəli mənzilə yönəldilsin və ipoteka predmetləri açıq hərracda satılsın. X8 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsində yerləşən 175 nömrəli binanın 15/19/21 nömrəli mənzilin likvid dəyəri 210.000 manat məbləğində, Bakı şəhəri, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 146 nömrəli binanın 7,5 nömrəli mənzilin likvid dəyəri 290.000 manat manat müəyyən edilsin. Cavabdehlər X20, X31, X32, X21, X22, X33, X36, X29 ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, ev 175, 15/19/21 saylı mənzildən çıxarılsınlar. Qarşılıqlı iddia tələbi LPO İddiaçı ASC ilə «X51 LTD» MMC arasında bağlanmış 05.06.2013-cü il tarixli, 92/2013 saylı təminatlı kredit müqaviləsinin, 05.06.2013-cü il tarixli, 1/2013 saylı sonrakı girov müqaviləsinin, 05.06.2013-cü il tarixli, 02/2013 saylı sonrakı girov müqaviləsinin, 05.06.2013-cü il tarixli, 03/2013 saylı girov müqaviləsinin, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 175 nömrəli, 2 mərtəbəli 7 otaqlı 15/19/21 nömrəli mənzillərin yüklü edilməsinə dair 05.06.2013-cü il 92/2013 saylı sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində rədd edilsin. Qarşılıqlı iddiaçı «X51 LTD» MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 1000 (bir min) manat “B+Ş Audit” Konsaltinq MMC-nin, ilkin iddiaçı LPO İddiaçı ASC-dən 1000 (bir min) manat “B+Ş Audit” Konsaltinq MMC-nin hesabına keçirilsin. Qətnamə müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbi, ilkin və qarşılıqlı iddia tələblərinə dair qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-7/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-7/2022
02.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver