Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-70/2023 20.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçı-cavabdeh İddiaçı, onun vəkili Vəkil, iddiaçı-cavabdeh SOCAR-ın Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması, iddiaçı SOCAR-ın Heydər Əliyev adına X4 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(012)-2573/2021-009 nömrəli qətnaməsindən iddiaçı-cavabdeh Heydər Əliyev adına X7 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X7 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia tələbinin təmin olunması, cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X7 və SOCAR-ın Təhlükəsizlik İdarəsi tərəfindən İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsinə qanunsuz müdaxilələrə, tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətməsinə, mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətlərə son qoyulması, iddiaçı SOCAR-ın Heydər Əliyev adına X4 cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı-cavabdeh SOCAR-ın Heydər Əliyev adına X7 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən seriya № ******* saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsində cavabdeh SOCAR «Neft kəmərləri» İdarəsi tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilən seriya № ******* saylı çıxarış əsasında 2014-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsini alarkən boş idi. Boru isə evə 50 m uzaqlıqda yerləşir. Lakin cavabdeh müəssisələr tikintiyə qanunsuz olaraq mane olur. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X4 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndində İddiaçı tərəfindən aparılmış tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı tərəfindən Heydər Əliyev adına X3 “Azərikimya” İB-nə (Sumqayıt şəh.) neft məhsulu (nafta) nəql olunan Dş-300 mm. neft boru kəmərinin ’”Mühafizə Zonası”nın 39 metrliyində (39 T ******* - 4482627; ******* - 4482630; ******* - 4482643; ******* - ******* koordinatlar üzrə) Abşeron rayonu, Masazır Kəndində mişar daşından fərdi yaşayış evi inşa olunması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-300 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-250 Tim.(quru qaz), Dş-500 mm. (dizel) və Dş-300 mm. (reaktiv mühərrik yanacağı) neft boru kəmərləri keçir. Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X7 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “istismar olunan ixrac neft boru kəmərlərinin Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca- boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası" ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Sənaye və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. Neft boru kəmərinin mühafizə zonasında yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfindən zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün neft boru kəmərləri çəkilmişdir. Bu neft boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə neft boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Heydər Əliyev adına X5 məxsus magistral boru kəmərlərinin mühafizə zonası, yəni borulardan sağa və sola normativ sənədinə əsasən, (AR NK-nin xx.xx.2004-cü il r xli 167 saylı Qərarı) azı 50 metr olmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı-cavabdeh Heydər Əliyev adına X7 Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və SOCAR-ın Heydər Əliyev adına X4 iddiasının təmin edilməsi, İddiaçı iddiasının təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından qətnamə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi qətnaməsində iddiaçı Socar-ın Heydər Əliyev adına X4 iddia tələbinə münasibət bildirərək bir cümlə ilə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətində olduğundan NEZ-in iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilərək rədd edilməlidir. Göründüyü kimi, məhkəmə Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən İddiaçı tərəfindən qanunsuz olaraq tikinti işləri aparılan 0,0145 ha torpaq sahəsinin Socar-ın Heydər Əliyev adına X4 balansında olan ixrac neft boru kəmərlərinin mühafizə zonasında yerləşməsini nəzərə almadan həmin torpaq sahəsinə dair İddiaçı adına çıxarışın olmasını əsas gətirərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı-cavabdeh SOCAR-ın Heydər Əliyev adına X4 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı-cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı-cavabdeh İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin qismən təmin edilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyidirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməsini SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinin İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsinə hər hansı bir müdaxiləsi iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnməsi, SOCAR-ın Heydər Əliyev adına X4 tələbinin təmin edilməməsini isə mübahisəli torpaq sahəsi İddiaçı xüsusu mülkiyyətində olduğundan Heydər Əliyev adına X4 hazırki iddia tələbi mülkiyyətə müdaxilə kimi qiymətləndirilməsi ilə əsaslandırmışdır. İddiaçı-cavabdeh SOCAR-ın Heydər Əliyev adına X7 bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdən görünür ki, Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən 0,0145 ha torpaq sahəsinin İddiaçı xüsusi mülkiyyətində olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə birinci iddia tələbi mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması, ikinci iddia tələbi isə qanunsuz tikilinin sökülməsi barədədir. Birinci iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4. maddəsi, ikinci iddia tələbinin qanuni əsasını isə həmin Məcəllənin 157.2. maddəsi təşkil edir. Məhkəmə kollegiyası ilkin olaraq İddiaçı iddia tələbinə hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə cavabdehlər tərəfindən maneənin yaradılması əsası ilə mülkiyyət hüququna müdaxilənin aradan qaldırılmasından ötrü hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bu maddə əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsulu kimi nəzərdə tutulmuşdur. Bu halda mülkiyyətçi belə hərəkətlərə son qoyulmasını tələb edə bilər. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyətini pozur, çünki əmlak onun sahibliyindən çıxmır və onun həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (MPM-nin 14.1. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmiş və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 13 oktyabr 2023-cü il tarixli 10/4526 nömrəli rəydən müəyyən edilir ki, İddiaçı **********80 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0145 ha torpaq sahəsinin koordinatlarına uyğun yerləşmə yerləri müəyyən edilərək sxemdə göstərilmişdir. İddiaçı **********80 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0.0145 ha torpaq sahəsinin koordinatları İddiaçı faktiki istifadəsində olan 0.0232 ha torpaq sahəsi daxilində yerləşir. Faktiki olaraq həmin torpaq sahəsində tikili olmadığından sualın cavablandırılması mümkün olmamışdır. Elektron baza məlumatlarına əsasən iş araşdırılarkən məlum oldu ki, **********80 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0145 ha torpaq sahəsi (neft kəmərlərinin kənar oxlarından hər tərəfdən 50 metrlik məsafədə mühafizə zonası nəzərə alındığından) neft kəmərinin mühafizə zonasında yerləşir. Göründüyü kimi iddiaçıya məxsus 0,0145 ha ölçüdə torpaq sahəsi neft boru kəmərinin 50 metrlik məsafədə mühafizə zonasına düşür. Qeyd olunmalıdır ki, İddiaçı maneələrin aradan qaldırılmasını arzuladığı torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid olmaqla sonuncunun adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, lakin cavabdeh onun bu hüququnu (çıxarışı) mübahisələndirməmişdir. Həmçinin o da nəzərə alınmalıdır ki, mülkiyyət hüququ mütləq hüquq olmadığından, onun məhdudlaşdırılması da mümkündür. Mülki Məcəllənin 169.1. maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısının dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi isə özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar §148, 150; Skordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərar § 93). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi neft boru kəmərinin 50 metr mühafizə zonasında yerləşdiyindən, neft kəmərinin kənar oxlarından 50 metrlik məsafə nəzərə alınmaqla, maneə yaradıla bilər, lakin bu qayda iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilməz. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə İddiaçı iddia tələbinə aid hissədə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə həmin hissədə ləğv edilməli və iddia qismən təmin edilməli, cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,145 ha torpaq sahəsinin neft kəmərinin 50 metrlik mühafizə zonasına düşən hissəsi istisna olmaqla qalan hissəsində qanunsuz müdaxilələrə, tikinti işlərinin, o cümlədən quruculuqabadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətmələri qadağan edilməlidir. Məhkəmə kollegiyası SOCAR-ın Heydər Əliyev adına X4 iddia tələbinə gəldikdə isə qeyd edir ki, iş üzrə keçirilmiş ekspert rəyində mübahisəli torpaq sahəsində tikili mövcud olmadığı qeyd olunmuşdur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 157.2. maddəsinin tələbi baxımından hesab edir ki, SOCAR-ın Heydər Əliyev adına X4 tələb etdiyi ərazidə hər hansı bir tikili mövcud olmadığından, birinci instansiya məhkəməsi iddiaçı Heydər Əliyev adına X4 iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar vəya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı SOCAR-ın Heydər Əliyev adına X4 apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi İddiaçı iddia tələbinə aid hissədə ləğv edilməli, həmin hissədə iddianın qismən təmin edilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat SOCAR-ın Heydər Əliyev adına X3 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ İddiaçı SOCAR-ın Heydər Əliyev adına X4 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 avqust 2021-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,145 ha torpaq sahəsinin neft kəmərinin 50 metrlik mühafizə zonasına düşən hissəsi istisna olmaqla qalan hissəsində qanunsuz müdaxilələrə, tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə və sahənin hasarlanması işlərin aparılmasına maneə törətmələri cavabdehlər SOCAR-ın Heydər Əliyev adına X5 və SOCAR-ın Təhlükəsizlik İdarəsinə qadağan edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı SOCAR-ın Heydər Əliyev adına X3 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-70/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-70/2023
20.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver