Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-702/2022 25.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-1151/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh tərəfindən ona yetirilən 733.589 (yeddi yüz otuz üç min beş yüz səksən doqquz) ABŞ dolları məbləğində ziyanın və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə iddianın təmin edilməməsi qət edilmişdir (hakim İ.A.Məmmədov) . Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-1151/2018 saylı qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 saylı qətnaməsini ləğv etməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-Ş.Abasov sədrlik edən və məruzəçi, A.Abbasov və T.Məmmədov) 05 sentyabr 2018-ci il tarixli, 2(105)-2649/18 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2649/2018 saylı, 05 sentyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Ə.Mirzəliyev sədrlik edən və məruzəçi, T.Qoldman və G.Quliyev) 2(102)-550/2019 nömrəli iş üzrə 07 fevral 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05.09.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apelyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər-S.Qafari sədrlik edən və məruzəçi, L.Məmmədova və F.Məmmədov) 30 yanvar 2020-ci il tarixli, 2(105)-135/20 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-cı il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu, 195.000 (yüz doxsan beş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə rədd edilməsi, Cavabdeh məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manatın alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-135/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər Z.Əliyev sədrlik edən və məruzəçi, E.Şamayev və İ.Xələfov) 2(102)-3589/2020 nömrəli iş üzrə 28 oktyabr 2020ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-135/2020 nömrəli iş üzrə 30 yanvar 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmuş hissəsində ləğv edilərək, iş həmin hissədə yeni apelyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər G.Tağızadə (sədrlik edən və məruzəçi, T.Quliyev və E.Rəhimov) 07 iyun 2021-ci il tarixli, 2(105)-671/21 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt şəhər Məhkəməsinin iş üzrə 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh 195.000 (yüz doxsan baş min) ABŞ dolları və 38628 (otuz səkkiz min altı yüz iyirmi səkkiz) avro ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmiş və 345 manat ekspertiza xərci Cavabdeh aid edilmişdir. Cavabdeh kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli, 2(105)-671/21 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər E.Vəliyeva sədrlik edən və məruzəçi, V.Həsənov və A.Hüseynov) 2(102)-5752/2021 nömrəli iş üzrə 22 noyabr 2021-ci il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-671/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ona yetirilən 733589 (yeddi yüz otuz üç min beş yüz səksən doqquz) ABŞ dolları məbləğində ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012 və 2013-cü illərdə cavabdehlə iş birliyi yaradıb biznes fəaliyyəti ilə məşğul olmuşlar. İlkin dövrdə belə razılığa gəlmişlər ki, biznes fəaliyyəti üçün hər ikisi müəyyən pul vəsaiti qoymaqla, iş quracaqlar və bu məsələdə qazanca və ziyana şərik olacaqlar. Məqsədləri isə o olmuşdur ki, onlar əsasən avtomaşın satışı ilə məşğul olmaqla, bunu həm sifariş verən vətəndaşların sifarişləri əsasında, həm də, öz vəsaitləri hesabına həyata keçirəcəklər. Cavabdeh həmin dövrlərdə ABŞ-da Nyu- York şəhərində Azərbaycan Respublikasının konsulluğunda işlədiyindən və ingilis dilini, oranın qayda-qanunlarını yaxşı bildiyindən o, ABŞ-da avtomaşınların alışı və göndərilməsini təşkil edəcək, özü də Azərbaycanda həmin avtomaşınları realizə edəcək. İlkin dövrdə 36.000 ABŞ dolları pulu Cavabdeh, 121.800 ABŞ dollarını isə özü qoymuşdur. Onlar ABŞ-dan hərraclardan iki cür avtomaşınlar gətirmişlər. Bunun bir hissəsi təzə avtomaşınlar və digər hissəsi isə yüngül təmirə ehtiyacı olan avtomaşınlar olmuş ki, onu burda təmir edib realizə edirdilər. Vətəndaşların sifarişinə əsasən gətirilən avtomaşınlardan komissiyon haqqı alırdılar. 2012-ci ildə cavabdehə cəmi 1.293.912 ABŞ dolları göndərilmişdir ki, bundan 1.082.286 ABŞ dolları müştərilərə məxsus pul vəsaiti olmuşdur. Qalan 211.626 ABŞ dolları isə onun vəsaiti olmuşdur. Həmin pula ABŞ-dan 60 ədəd müxtəlif avtomaşın gətirilmişdir. Həmin avtomaşınlara cavabdehin sənədi olmayan məlumatına əsasən 1.137.484 ABŞ dolları xərclənmişdir. Beləliklə, cavabdehə göndərilən 1.293.912 ABŞ dolları ümumi məbləğdən digər zəruri xərcləri çıxdıqdan sonra cavabdehdə 2012-ci ilin sonuna 111.771 ABŞ dolları pul vəsaiti qalmışdır ki, həmin vəsait barədə bu günə kimi heç bir açıqlama vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Onlar 2013-cü ildə də eyni qaydada ABŞ-dan 49 ədəd avtomaşın gətirmişlər. Həmin avtomaşınlar üçün cavabdehə 844.681 ABŞ dolları göndərilmiş və bundan 702.718 ABŞ dolları müştərilərdən yığılan vəsaitdir. Avtomaşınlara isə cavabdeh tərəfindən 693.849 ABŞ dolları pul xərclənmişdir. Digər zəruri xərcləri çıxdıqdan sonra 2013-cü ilin yekununa cavabdehdə 135.832 qalıq vəsait qalmışdır ki, həmin vəsait haqqında da cavabdeh heç bir məlumat vermir və dəfələrlə deyilməsinə baxmayaraq, bundan boyun qaçırır. Ümumilikdə götürdükdə cavabdeh tərəfindən 247.603 ABŞ dolları ziyan vurulmuşdur ki, həmin ziyanı ödəməkdən imtina edir. Bundan əlavə cavabdehin işdə avtomaşınların alınması üçün işə qoşduğu Gürcüstan Respublikasının vətəndaşı "xxxx" Şirkətinin sahibi Kakhaber Tsakadze adlı gürcü milliyyətli şəxsin adına bütün avtomaşınlar ABŞ-da alınmışdır. Həmin avtomaşınlar isə ABŞ-dan "xxxx" Şirkətinin daşıyıcı şirkətlə bağladığı müqaviləyə əsasən daşınırdı. 2013-cü ildə o, avtomaşınları götürməyə Gürcüstana gedən zaman ona demişlər ki, "xxxx" Şirkətinin daşıyıcı şirkətə borcu olduğundan avtomaşınlar ona verilməyəcəkdir. O, Asifə zəng edib belə bir hadisə baş verdiyini bildirmiş və bunun nə məsələ olduğunu soruşmuşdur. Cavabdeh də ona "xxxx" Şirkəti ilə daşıyıcı şirkət arasında belə bir məsələyə görə onların cavabdehlik daşımadıqlarını və bu məsələləri onun özünün danışmalı olduğunu bildirmişdir. Cavabdeh ona 75.000 ABŞ dolları aparıb verməsini və onun həmin pulu onlardan alacağını bildirmişdir. O, həmin 75.000 ABŞ dollarını bank vasitəsilə Asifə göndərmişdir. Avtomaşınlardan 4 ədədini götürmüş və qalan avtomaşınlar yenidən verilməmişdir. O, yenidən Asifə zəng etmiş və bildirmişdir ki, avtomaşınları yenidən vermirlər. Ona bildirmişlər ki, gedib Gürcüstanda aidiyyəti orqanlara müraciət etsin. Bundan sonra Gürcüstanda aidiyyəti orqanlara və ordakı səfirliyə müraciət etsə də, ona bu məsələ ABŞda baş verdiyindən oraya müraciət etməli olduqları bildirilmişdir. Asif yenidən ona gedib həmin pulu tapıb verməsini bildirmiş, gəlib vəkil tutaraq pulları alacağını bildirmişdir. Eyni zamanda daşıyıcı tərəfdən Asifə məktub gəlmişdir ki, alınan avomaşınların cəmi dəyərinin 25 faizi məbləğində cərimə verilməli və ondan sonra avtomaşınlar onlara veriləcəkdir. Həmin pulu tapıb verənə kimi avtomaşınların da gəmidə qalma xərci cəmi 120.000 ABŞ dolları məbləğində olmuşdur və həmin məbləğ ödənildikdən sonra avtomaşınları götürmüşdür. Sonradan Asif gəlib Gürcüstanda vəkil tutub guya işlə məşğul olmaq bəhanəsi ilə müəyyən işlər aparsa da, sonradan vəkilə işi dayandırmağı tapşırmışdır. Bütün bunlardan belə nəticəyə gəlmişlər ki, bu zərərlərin hamısı Asifin düşünülmüş hərəkətləridir. Bunu belə bir fakt da təsdiq edir ki, dəfələrlə tələb edilsə də, cavabdeh tərəfindən indiyə kimi alınan avtomobillərin alış qiymətinə dair sənədlər təqdim edilmir. Eyni zamanda cavabdeh tərəfindən 6 ədəd dəyəri 130.000 ABŞ dolları dəyərində avtomaşınlar mənimsənilib və həmin avtomaşınlar haqqında da məlumat verilmir. Artıq 4 ildir ki, onun pulunun faydasını cavabdeh görür və onun pulunu özündə saxlamaqla, onun əldə edəcəyi faydadan onu məhrum etmişdir ki, bu da ilə 5 faiz dərəcəsi ilə 114.520.6 ABŞ dolları 06 sent edir. Bundan əlavə onun ziyan əvəzinə ödədiyi 195.000 (yüz doxsan beş min) ABŞ dollarını o, bankdan kredit götürmüşdür ki, həmin kreditə görə 46.466 ABŞ dolları artıq faiz ödəmiş ki, həmin pulun ödənilməsində də cavabdehin heç bir rolu yoxdur. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri və qərarları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTlƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia tələbi ilə eyni qaydada əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam nəzərə almadan qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən «ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılır. Məhkəmə hazırkı mübahisəyə baxılmasında maraqlı olmaqla özünün irəi sürdüyü hüquqi dəlillər əsasında iş üzrə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən işdə heç bir çəkişmə və bərabərlik təmin edilməmişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi qanunvericiliyinə əsaslanmaqla qəbul edilməli olduğundan çox, hakimin subyektiv mülahizələrinə əsaslanılaraq qəbul edilmişdir. Apellyasiya şikayətində Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli 2(060)-1151/2018 saylı qətnaməsini ləğv etməklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin hazırki iş üzrə mübahisələndirilən hissədə ləğv olunmaqla, iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsini qətnaməsinin hazırki iş üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmasını, məhkəmə kollegiyası tərəfindən iddia tələbi ilə bağlı çəkilmiş xərcin 195000 ABŞ dolları məbləğində müəyyən edildiyi halda tərəflərin şərikli fəaliyyət göstərməsinin nəzərə alınmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin 22.11.2021-ci iı tarixli qərarında qeyd olunmuşdur ki, işə təkrar baxmış apellyasiya kollegiyası işə təkrarən baxarkən işə daha əvvəl baxmış və apellyasiya kollegiyasının qəbul etdiyi qətnaməni ləğv edib qəbul etdiyi qərarda apellyasiya kollegiyası üçün iddia tələbinin 195000 ABŞ dolları və 38628 Avro məbləğində pul hissəsi ilə bağlı göstərişlər müəyyən etmiş kassasiya kollegiyasının göstərişlərinə əməl etməmiş, bu hissə üzrə hər hansı araşdırma aparmamış, özündən əvvəl işə baxmış apellyasiya kollegiyasının iddia tələbinin qeyd edilən hissə ilə mövqeyini təkrarlamaqla məhkəmə araşdırmasını tamamlanmış hesab etmişdir. Həmin qərarda həmçinin qeyd olunmuşdur ki, götürülmüş kreditlər tələb edilən faizlərin ödənilib-ödənilmədiyini, ən əsası həmin kredit məbləğinin məhz cərimə məbləğinin ödənilməsinə sərf edilməsini, cərimənin hesablanmasına cavabdehin hərəkətlərinin səbəb olmasını dəqiq müəyyən etmədən iddianın bu hissədə təmin olunmasının hüquqi əsası müəyyən edilməmişdir. Daha sonra həmin qərarda qeyd olunmuşdur ki, iddiaçının pul tələblərinin qanundan irəli gələn öhdəliklər çərçivəsində əsaslı olub-olmamasına hüquqi qiymət verilməmiş, işə təkrar baxmış apellyasiya kollegiyası kassasiya kollegiyasının göstərişlərinin hər hansı birinə əməl etməmiş, işin qeyd edilən hissəsi üzrə hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmişdir. Yuxarıda qeyd olunduğu kimi, kassasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək hazırki mülki iş iddia tələbinin 195.000 ABŞ dolları və 38.628 Avro məbləğində pulun cavabdehdən tutulması hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Buna görə iddiaçının apellyasiya şikayətinin dəlillərinə iddia tələbinin yuxarıda qeyd olunan hissəsi üzrə hüquqi qiymət verilməlidir. İşin mübahisələndirilməyən hallarına əsasən tərəflər qazanca və ziyana şərik olmaqla avtomobillərin satışı ilə məşğul olmaq və bu fəaliyyətlərini həm sifarişverən vətəndaşların sifarişləri, həmdə öz vəsaitləri hesabına həyata keçirmək, cavadehin üzərinə avtomobillərin ABŞ-dan alışını və göndərilməsini təşkil etmək, iddiaçının isə həmin avtomobilləri qəbul edib öz müştərilərinə çatdırmaq və satışını təşkil etmək olmuşdur. Qeyd olunduğu kimi, hazırda apellyasiya şikayəti və iddia tələbi üzrə işin mübahisələndirilən halı cavabdeh tərəfindən alınmış avtomobillərin göndərilməsi ilə əlaqədar müqavilədə nəzərdə tutulmayan iddiaçı tərəfindən çəkilmiş xərclərin cavabdeh tərəfindən ona ödənilməli olmasıdır. Məhkəmə araşdırmaları əsasında həmçinin işin mübahisələndirilməyən halları üzrə müəyyən edilir ki, cavabdeh tərəfindən bütün avtomaşınlar ABŞ-da "xxxx" şirkətinin sahibi gürcü milliyyətli Kakhaber Tsakadze adlı şəxsin adına alınmışdır. Həmin avtomaşınlar isə "xxxx" şirkətinin daşıyıcısı şirkətlə bağladığı müqavilələrə əsasən daşınmışdır. Hazırki işin mübahisələndirilən halı isə ondan ibarətdir ki, "xxxx" şirkətinin daşıyıcı şirkətə olmuş başqa borclarının bir hissəsinin iddiaçı tərəfindən daha çox ziyanın qarşısının alınması üçün ödənilməsi ilə bağlı iddiaçıya vurulmuş ziyanın cavabdeh tərəfindən ödənilməsidir. Bununla əlaqədar qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş iddiaçı ilə cavabdeh arasında “e-mail” yazışmaları iddia tələbinin hazırda mübahisələndirilən hallarını özündə əks etdirir. Məhkəmə kollegiyasının iclasında bununla əlaqədar cavabdehin nümayəndəsi cavabdeh tərəfindən “mailto:asifgarayev@gmail.comElektron ünvan ” “email” ünvanından iddiaçıya göndərilmiş elektron yazışmaların cavabdehə məxsus olmaması bildirilsə də, işin faktiki halları ilə bu təkzib edilir. Belə ki, məhkəmə kollegiyasının iclasında səsləndirilmiş həmin elektron ünvandan iddiaçıya ünvanlanmış səs yazısının açıq-aşkar cavabdehə məxsus olması cavabdehin nümayəndəsi tərəfindən təsdiq olunmuş və bu həmçinin Kakhaber Tsakadzeyə qarşı 2013-cü ildə Gürcüstan DİN Baş kriminal polis idarəsində başlanmış cinayət işi ilə bağlı işin faktiki halının məhkəmə kollegiyasının iclasında araşdırılmış halı ilə də müəyyən olunur. Bundan əlavə, elektron yazışmalarla əlaqədar məhkəmə iclası təxirə salınaraq şəxsən Cavabdeh məhkəmə kollegiyasının iclasında iştirakı cavabdehin nümayəndəsinə təklif olunmuş, lakin növbəti məhkəmə iclasında cavabdeh iştirak etməmiş, cavabdehin nümayəndəsi isə onun məhkəmə iclasına gəlməməsini cavabdehin atasının xəstə olması ilə izah etsə də, buna aid məhkəmə kollegiyasına heç bir sübut təqdim etməmişdir. Bununla əlaqədar Cavabdeh daşıyıcı şirkətin rəhbəri olan Kastilis adlı şəxslə olan 03.05.2013-cü il tarixli elektron yazışmasını tanış olmaq məqsədi ilə həmçinin öz şəriki olan iddiaçının elektron ünvanınada göndərmişdir. Həmin yazışmada aşağıdakılar qeyd olunmuşdur: “Salam Kastilis, Sizin adınızdan Kakhaber Tsakadzeyə göndərilmiş 18 aprel 2013-cü il tarixli əlavə edilmiş məktub əsasında görünür ki, Kakhaber Tsakadzenin sizin akkauntunuzdan maşın aldığına görə sizə 205.018.16 dollar borcu var. Sizə bildirirəm ki, mənim nə sizə, nə də Kakhaberə 2012-ci ilindekabr ayına kimi bu məbləğə görə borcum olmayıb. Mənim Kakhaberin borcları ilə bağlı bu məsələyə heç bir aidiyyatım yoxdur. Siz görürsünüz ki, dekabr ayı başlayandan mən köçürmələrimin əksəriyyətini Bank of America of NY vasitəsi ilə edirəm (bütün köçürmələri sizin mülahizənizə təqdim edirəm). Yəni görünür ki, sizin tələbləriniz Kakhaberin 2012-ci ilin dekabr ayına kimi alışlarına qarşı düzgündür. Yuxarıda şərh olunanlardan çıxış edərək sizdən bizi bu işə qarışdırmamağınızı xahiş edirəm. Bu günə kimi bu vacib məktubu onlar gizlədiblər və bizim bugünkü tələblərimiz üzrə bu məktubu verdilər – məktub sübut edir ki, bizim bu işlə heç bir əlaqəmiz yoxdur. Və bizim maşınlarımız azad olunmalıdır. Münasibətlərimizi və əməkdaşlığımızı nəzərə alaraq sizdən məni bu işə qarışdırmamağınızı və mənim bütün maşınlarımı buraxmağınızı xahiş edirəm (maşınların vərəqi əlavə olunur – konteynerlər – fayl). Əvvəcədən minnətdaram! Hörmətlə Cavabdeh”. Bundan əlavə Kostilis tərəfindən Cavabdeha ünvanlanmış 08.05.2013-cü il tarixli elektron yazışma eyni zamanda 09.05.2013-cü il tarixində Cavabdeh tərəfindən İddiaçı da elektron ünvanına göndərilmişdir. Həmin yazışmada aşağıdakılar qeyd olunmuşdur: “Mən sizin avtomobilləriniz olan cədvəli əlavə edirəm. Livanınkılar buraxılmayıb, yalnız 22 sizin avtomobiliniz. Aşağıda cədvəldə sizin artıq verilmiş olan və bizdə olmayan avtomobilləriniz görünür. Biz hələ də bizdə dayanan bütün 22 avtomobildən 25% hesablamışıq və sadəcə 88,897.75 dollar qalır.” Bundan əlavə avtomobillərin limandan vaxtında götürülməməsinə görə cərimə ilə bağlı 12 iyun 2013-cü il tarixli elektron yazışmada isə aşağıdakılar qeyd olunmuşdur: “Yazıram məsləhət görürəm sizin hesabınızda avtomobil var, ona görə Lİ-613 filialında ödəniş edilməyib. Bu vaxt saxlama hesablanması hər gün, eləcə də hesabınızda gecikməyə görə birdəfəlik 50 dollar cərimə. Əgər bu avtomobil alındığı gündən etibarən 9 gün ərzində ödənilməzsə, 9-cu gün nəqliyyat vasitəsi hesabınızdan silinəcək və avtomobilin dəyərindən asılı olaraq əvəz olunacaq imtina etmək 1000 dollar miqdarında yığım və ya 15%. Zəhmət olmasa ödəniş üçün təşkil etmək üçün aşağıda qeyd olunan telefon nömrələri vasitəsi ilə ofisimizə müraciət edin. Bundan başqa əgər siz, bu məktubda cavab versəniz, zəhmət olmasa Sizin alıcınızı göstərin # ödənilməmiş hesabı olan bütün alıcılara göndərilən bu geniş məktub kimi. Sağ olun”. Bundan əlavə avtomobillərin daşınması ilə bağlı qanunsuz əlavə xərclərə cəlb edilmə ilə bağlı Cavabdeh tərəfindən cənab Kostilisə ünvanlanmış geniş həcmli elektron məktubda aşağıdakılar qeyd olunmuşdur: “...Həmçinin ABŞ Nəqliyyat Xətti qanuni olaraq yaxşı kredit tarixçəsinə sahib olmalıdır və biznesinin fəaliyyəti üçün ödənilməmiş qalıq olmamalıdır, lakin bu onlarda ümumiyyətlə yoxdur. Mənim biznesimin öz kredit məsələlərinə cəlb edilməsi qanunsuzdur və o bunu etmək istəyir. Mənim onunla bu barədə əlaqəm yoxdur. Həm də bilməyiniz yaxşı olardı ki, o, mənimlə saxta oyunlarını oynamaq və bütün əmlakımı mənimsəmək üçün bütün müştərilərini aşkar və ya gizli şəkildə yayındırıb. Daha əvvəl qeyd edildiyi kimi, bu 40 avtomobilin hamısı mənimdir və köçürmələrin çoxu birbaşa Nyu-Yorkdan şirkətinizin bank hesabına aparılıb. Onun şirkəti 40 avtomobilin hamısını müştərilərimin adına qeydiyyatdan keçirmədi ki, bu da onun saxtakarlıq hərəkətlərinə bir daha sübutdur. Hal-hazırda yuxarıda qeyd etdiyim maşınlarımın çoxunun 80%-i martın əvvəlindən Gürcüstana gətirilib və onun oradakı nümayəndələri nə sübut verirlər, nə də maşınlarımı buraxırlar. Mənim tərəfdaşım və müştərilərimin iki həftədən çox Gürcüstandadırlar. Yenə də baxılmaq üçün nə kağız verirlər, nə də maşınları buraxırlar. Müxtəlif mənbələrə görə, o, şirkətinizə çox böyük məbləğdə borcludur. Amma mənim bu məsələyə qarışmağım qanunsuz və ədalətsizdir. Yuxarıda göstərilən bütün faktları nəzərə alaraq, ABŞ Nəqliyyat Xətti tərəfindən edilən hərəkətlər qanunsuzdur və cinayətdir və müştərilərimin bütün əmlakını azad etmək təcili müdaxilənizə ehtiyac duyulur. Başqa sözlə, mənim müştərilərim həmin avtomobillərin pulunu ödəyiblər və onun avtomobillər üzərində heç bir hüququ yoxdur. Dürüst və çalışqan əməkdaşlığımız sayəsində hər hansı hüquq-mühafizə işində iştirak etmək və ya şirkətinizi cəlb etmək istəmirəm. Amma Kakhaberin hərəkəti qanunsuz və cinayətdir, o, nə etdiyini başa düşmür. Sonda sizdən xahiş edirəm ki, səmərəli əməkdaşlığımızda ədaləti bərpa edəcək bu problemin həlli üçün yardım göstərəsiniz və müdaxilə edəsiniz”. Bununla əlaqədar məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh əvvəllər verdiyi kassasiya şikayətində məntiqə zidd olaraq limanda qalmış avtomobillərə görə borc və cərimələrin yığılmasında məhz iddiaçının təqsirinin olduğunu göstərmişdir. “...Bundan əlavə mənim göndərdiyim avtomobillərin Gürcüstan limanında ilişib qalmasının günahkarı iddiaçı olmuşdur. Belə ki, o ödənişləri geçikdirdiyi üçün avtomobillər limanda qalmış, borc və cərimələr yığılmışdır”. Məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, "xxxx" şirkətinin ümumilikdə 267.018,16 ABŞ dolları məbləğində onlara aid olmayan başqa borclarına görə əvvəlcə onun tərəfindən avtomobillərin verilməməsinə görə 75000 ABŞ dolları ödənildiyini, bunun rəsmi bank sənədinə əsasən bank xərcləri nəzərə alınmaqla 74887 ABŞ dolları ilə təsdiq olunduğunu qeyd etmişdir. Lakin buna baxmayaraq avtomobillərin bir hissəsi verildikdən sonra, qalan 22 avtomobilin verilmədiyini, buna görə məcbur olub yenidən daşıyıcıya 22 avtomobilin dəyərinə münasibətdə 25% cərimə hesabı ilə 88897,75 ABŞ dolları ödədiyini bildirmişdir. Bundan əlavə daşıyıcı tərəfindən avtomobillərin gec verilməsinə görə liman cərimələrini də ödəməyə məcbur olmuşdur. Nəticə etibarı ilə avtomobillərin limandan təhvil alınması ilə bağlı onun təqsiri olmadan əvvəlcə 75000 ABŞ dolları, sonra isə 120.000 ABŞ dolları məbləğində, cəmi 195.000 ABŞ dolları məbləğində iddiaçıya ziyan vurulmuşdur. İş materiallarında olan hazırki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə mühasibatlıq ekspertizasının 13 dekabr 2019-cu il tarixli 17842 saylı rəyində aşağıdakılar qeyd olunmuşdur: “...iş materiallarında elektron yazışmalar, (iş vərəqə 52, 53, 71, 72 və s.), invoys (iş vərəqə 248) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar və invoysda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləğində cəmi 195000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı E.Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında E.Şəmilov tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır...”. Bundan başqa həmin rəydə qeyd edilir ki, “...iş materiallarında 2012 və 2013-cü illərdə İddiaçı "xxxx" ASC tərəfindən kreditin verilməsi ilə bağlı sənədlər (kredit müqaviləsi, ödəniş cədvəli və s.) öz əksini tapmışdır. Verilmiş kreditin təyinatı dövriyyə vəsaitinin artırılması göstərilmişdir. İş materiallarında kredit vəsaiti üzrə hansı dövriyyə vəsaitinin artırılması ilə bağlı sənədlər mövcud deyildir. İş materiallarında yalnız avtonəqliyyat vasitələrinin gətirilməsi ilə bağlı məlumatlar mövcuddur. Həmin kredit vəsaitinə görə iddiaçı tərəfindən iş materiallarında olan ödəniş gədvəllərinə (iş vərəqə 15 və 17) əsasən 38628,0 avro məbləğində faiz ödənilmişdir. Beləliklə, bütün yuxarıda göstərilənlər nəzərə alındıqda İddiaçı tərəfindən əlavə olaraq 195.000 ABŞ dolları və 38628,0 ödənilməsi müəyyən olunur...”. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli 9/994 saylı rəyinin nəticə hissəsində isə aşağıdakılar qeyd olunmuşdur: “...rəydə də göstərildiyi kimi, iş materiallarında elektron yazışmalar (cild 1, iş vərəqə 52-53, 71, 72 və s.) invoys (cild 1, iş vərəqə 248) və 18 aprel 2013-cü il tarixli məktub (cild 1, iş vərəqə 249) öz əksini tapmışdır ki, həmin elektron yazışmalar, invoys və 18 aprel 2013-cü il tarixli məktubda göstərilənlər nəzərə alındıqda iddia ərizəsində göstərilən 75000,0 və 120000,0 ABŞ dolları məbləgində cəmi 195.000,0 ABŞ dolları məbləğində cərimənin iddiaçı E.Şəmilov tərəfindən ödənilməsi müəyyən olunur. Qeyd edilir ki, təqdim olunmuş iş materiallarında İddiaçı tərəfindən ödənilmiş həmin cərimə məbləğinin ona qaytarılması ilə bağlı hər hansı bir sənəd öz əksini tapmamışdır. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan avtonəqliyyat vasitələrinin siyahısına (cild 2, iş vərəqə 124125 vərəqə) əsasən həmin avtonəqliyyat vasitələrinin qarşısında qeyd edilmiş məbləglərin cəminin 372909,00 ABŞ dolları olması, ödəniş tapşırıqlarına əsasən isə Bank of Americadakı 4830, 2094, 0848 hesab nömrəsinə köçürülmüş pul vəsaitinin məbləğinin cəminin 419.325,00 ABŞ dolları olması müəyyən olunur...”. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlarla bağlı tərəflər arasındakı elektron yazışmalara, vurulmuş ziyanla əlaqədar tərəflərin özlərinin araşdırmalarına, işin faktiki hallarına və iş üzrə aparılmış ekspert rəylərinə əsasən bu nəticəyə gəlir ki, iddiaçı cavabdehlə olan müqavilə münasibətlərindən kənar 195.000 ABŞ dolları məbləğində ziyana düşmüşdür. Bununla bağlı məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi öz çıxışında iddianın ümumiyyətlə rədd edilməli olduğunu, vurulmuş ziyanın məhkəmə kollegiyası tərəfindən 195.000 ABŞ dolları məbləğində müəyyən edildiyi halda tərəflərin şərikli fəaliyyət göstərmələrinin nəzərə alınmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iddiaçıya 195.000 ABŞ dolları ziyan vurulmasın görə tərəflərin şərikli fəaliyyət göstərməsinə dair işin faktiki halının nəzərə alınmalı olması ilə bağlı cavabdehin nümayəndəsinin dəlilini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Yuxarıda qeyd olunduğu kimi tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh avtomobillərin ABŞ-dan alışını və göndərilməsinin təşkili vəzifəsini öz üzərinə götürmüşdür. Bununla əlaqədar cavabdeh tərəfindən bütün avtomobillər ABŞ-da "xxxx" şirkətinin sahibi gürcü milliyyətli Kakhaber Tsakadze adlı şəxsin adına alınmışdır. Məhz buna görə cavadeh onun hərəkət və hərəkətsizliyi ilə bağlı iddiaçı qarşısında məsuliyyəti Mülki Məcəllənin 448.3-cü maddəsinin tələbinə əsasən öz üzərinə götürmüşdür. Bundan başqa məhkəmə kollegiyasının iclasında işin araşdırılmış hallarına əsasən müəyyən olunmuşdur ki, vəkil Georgi Amiranaşvili vasitəsi ilə Cavabdeh ərizəsi əsasında Kakhaber Tsakadzeyə qarşı Gürcüstan DİN Baş kriminal polis idarəsində cinayət işi başlanmışdır. Lakin sonradan Cavabdeh həmin vəkilin xidmətlərindən imtina etmişdir. Bununla əlaqədar cavabdehin nümayəndəsi bildirmişdir ki, vəkil Georgi Amiranaşvili İddiaçı tərəfindən tutulmuşdur və Asiflə heç bir əlaqəsi olmamışdır. Onun fəaliyyəti ümumiyyətlə Cavabdeh qane etməmişdir, ona görə də Asif özü başqa vəkillə bağlanmalı olan müqaviləni İddiaçı təqdim etsə də, Etibar təqdim olunmuş vəkillə işləməkdən imtina etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı isə əksinə cavabdehin təqdim etdiyi şəxslərin hazırkı mübahisənin “rekert” yolu ilə həll edilməsini təklif etdiklərindən bundan boyun qaçırdığını bildirmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh özü yuxarıda adı qeyd olunan Kakhaber Tsakadzeyə qarşı aralarında yaranmış mübahisənin hüquq müstəvisində həll edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Əksinə 22 avtomaşının dəyərinə 25% cərimə tətbiq olunmamışdan əvvəl iddiaçıya ünvanladığı səs yazısında məhz avtomobillərin daşınma xərcinə görə onun tərəfindən yenidən edilmiş ödəmənin əsassız olmasına görə şəxsən Kakhaber Tsakadzeyə qarşı öz iradını bildirdiyi ifadə olunur. Daha sonra həmin səs yazısında “Çikaqoya” gedərək 74.000 ABŞ dollarının ondan geri alacağından bəhs edilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçıya vurulmuş 195.000 ABŞ dollarına görə tərəflərin şərikli fəaliyyət göstərmələri üzrə işin faktiki halının nəzərə alınmalı olunmasına dair cavabdehin nümayəndəsinin dəlilini əsassız hesab edir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı iş üzrə mübahisələndirilən 38628 Avro məbləğində pulun cavabdehdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı həmin tələbə aydınlıq gətirərək bildirmişdir ki, avtomobillərin alınması üçün hələ 04.10.2012-ci ildə "xxxx" ASC-dən 115.000 Avro məbləğində kredit götürmüşdür. Sonradan avtomobillərin limandan təhvil olunması ilə bağlı əsassız xərcləri ödədiyindən bank faizlərinin ödənilməsində çətinliklər yaranmış, bununla əlaqədar əlavə xərclər ödənilmiş, həmçinin bununla bağlı digər kredit müqavilələri bağlamağa məcbur olmuş, ipoteka qoyduğu əmlakından məhrum olmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobillərin daşınması ilə bağlı çəkdiyi xərclərə görə başqa kredit borclarına görə əlavə ödənişlər etməsi birbaşa işin araşdırılmış hallarına əsasən müəyyən edilmir. Ona görə birinci instansiya məhkəməsinin qətnaməsi 38628 Avro məbləğində pulun cavabdehdən tutulmasına dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarına görə ümumilikdə çəkilmiş 345 manat xərcin 200 manat hissəsi iddiaçıdan, 145 manat hissəsi isə cavabdehdən tutulmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 384.0.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli, 2(060)-1151/2018 saylı qətnaməsi iddia tələbinin 195.000 ABŞ dollarının cavabdehdən tutulmasına dair hissəsinin təmin edilməməsi hissəsində ləğv olunsun. İddia həmin hissədə təmin olunsun. Cavabdeh 195.000 (yüz doxsan beş min) ABŞ dolları ödəniş gününün manata olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq İddiaçı verilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qətnaməsi hazırkı iş üzrə mübahisələndirilən 38628 Avro məbləğində pulun cavabdehdən tutlmasına dair iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərclərinin 200 manat hissəsi İddiaçı, 145 manat hissəsi isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Dövlət xəzinədarlığı Agentliyi, kod: 210005, VÖEN **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-702/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-702/2022
25.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver