Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-704/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e- 2(077)-291/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2097 (iki min doxsan yeddi) manat maddi ziyan,100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və 42 (qırx iki) manat dövlət rüsumu olmaqla,ümumilikdə 2239 (iki min iki yüz otuz doqquz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan “Ravon Nexia R3” markalı ** LY *** dövlət qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi BA119671 seriyalı, 2017-ci il buraxılışlı, Ban: №XWBTF69V9HA029572, ağ rəng) nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə olunması üçün tanışı Cavabdeh2 vasitəsilə tanıdığı Cavabdeh1 istifadəsinə vermişdir. Avtomobili istifadəyə verərkən Cavabdeh2 Cavabdeh1 ilə birgə öhdəlik daşımasına dair şifahi razılıq vermişdir. Cavabdeh1 avtomobili idarə edərkən 22 noyabr 2021-ci il tarixdə, saat 20:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində ara məsafəsi qaydalarını pozmuş və 24 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat cərimə edilmə haqqında tənbeh verilmişdir. Qeyd edilən hadisə nəticəsində avtomobilə maddi ziyan dəymişdir. Belə ki, avtomobil təmir olunması üçün “RS Avtoservis”ə aparılmış, servisin tərtib etdiyi qüsur aktına görə avtomobilin təmiri üçün 2097 manat məbləğində pul tələb olunmuş və iddiaçı qeyd edilən məbləği servisə ödəyərək avtomobili öz hesabına təmir etdirmişdir. Göründüyü kimi Cavabdeh1 tərəfindən avtomobilə maddi ziyan dəymiş, lakin Cavabdeh1 və Cavabdeh2 həmin məbləği ödəməkdən imtina etmişlər. Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(077)-291/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdeh1 2097 (iki min doxsan yeddi) manat maddi ziyan, 100 (bir yüz) manat hüquqi yardımla əlaqədar ödənilmiş xidmət haqqı və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu olmaqla, cəmi 2239 (iki min iki yüz otuz doqquz) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin digər cavabdehə münasibətdə təmin edilməməsi qət edilmişdir (hakim Cəmilə Səfiyeva). Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(077)-291/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, digər cavabdeh X2 əvvəllər tanımamış və aralarında avtonəqliyyat vasitəsi götürülərkən hər hansısa şifahi razılaşma olmamış və o ona zamin dayanmamışdır. Onların birlikdə öhdəlik götürmələri barədə də şifahi razılaşma olmamışdır. Yəni bütün bunlar yalan məlumatlardır. O, digər cavabdehi avtonəqliyyat vasitəsini icarəyə götürdükdən sonra iddiaçının işçisi kimi tanımışdır. Belə ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanılarkən o, onun depozit hesabına 1000 (bir min) manat məbləğində pul qoymuş və qəza baş verən zaman həmin depozitdə ona məxsus 1000 manat puldan 670 manat məbləğində vəsait qalmış və avtoqəza baş verdikdən sonra iddiaçı ilə şifahi razılaşmaları belə olmuşdur ki, həmin depozitdə qalmış məbləğ iddiaçı tərəfindən götürülür və avtoqəza ilə bağlı zərər məsələsi həll edilir. Lakin görünən odur ki, iddiaçı öz işçisinini digər cavabdeh qoymaqla hüquqdan sui-istifadə edir hansı ki, qanunla bu yolverilməzdir. Belə ki, onunla digər cavabdeh X3 arasında əvvəllər hər hansı bir münasibət olmamış və o avtonəqliyyat vasitəsini icarəyə götürdükdən sonra onu iddiaçının işçisi kimi tanımışdır. Əgər digər cavabdehlə hər hansısa yazılı formada zaminlik müqaviləsi olmamışdırsa onda Cavabdeh2 prosesdə vəziyyəti cavabdeh olmamalı idi. Lakin bu işdə məhkəmə iddiaçının mənafeyini müdafiə etmiş, cavabdehin Cavabdeh1 mövqeyinə münasibətdə heç bir mötəbər dəlillə əsaslanmamışdır. Baxmayaraq ki, o, məhkəmə iclasları zamanı icarə müqaviləsinə görə iddiaçının hesabına 1000 manat məbləğində depozitə pul qoyması və qəza baş verən zaman həmin depozitdə olmuş 670 manat məbləğində vəsaitin avtoqəza nəticəsində dəymiş ziyanın əvəzinə iddiaçının həmin pulu götürərək məsələnin həll edilməsi barədə razılaşmağımızı bildirməsinə baxmayaraq məhkəmə bunlara heç bir məhəl qoymamışdır. Hesab edir ki, işə aidiyyəti üzrə onun qeydiyyatda olduğu Ağstafa Rayon Məhkəməsində baxılmalı idi. Digər Cavabdeh2 qarşı hər hansısa tələb yönəldilmədiyi üçün onun cavabdeh kimi işdə saxlanılması yolverilməzdir. Sadəcə olaraq digər cavabdehin bu işdə cavabdeh kimi əlavə edilməsi hüquqdan sui-istifadədir. Məhkəmə onun məhkəmə iclasında avtomobilə həmin məbləğdə ziyan dəyməsinin qeyri-mümkün və məbləğin şişirdilmiş olmasını bildirməyinə baxmayaraq bunları nəzərə almamış, ekspertiza təyin etməli olduğu halda bunu etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi xahiş edildiyindən hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütövlükdə yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə qəbul edildiyi nəzərə alınmaqla Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(077)- 291/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin “iddianın cavabdehin olduğu yerə görə verilməsi” adlı 35-ci maddəsinin mənasına görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir (maddə 35.1). İş materiallarında olan “elektron məhkəmə informasiya sistemi”ndən çıxarışdan görünür ki, cavabdeh Əlizadə X5 rayonu, Vurğun qəsəbə əriazi dairəsində qeydiyyatdadır (i.v 8). Göründüyü kimi cavabdehin rəsmi qeydə alındığı ünvan Şuşa Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində cavabdeh kimi Cavabdeh2 da qeyd edilmiş, onun avtomobil icarəyə verilərkən Cavabdeh1 ilə birgə İddiaçı qarşısında öhdəliyin tamamilə və ya hissə-hissə icra edilməsi ilə bağlı məsuliyyət götürdüyü bildirilmiş, lakin birinci və apellyasiya instansiya məhkəməsinədə aparılmış araşdırma zamanı iddia ərizəsində cavabdeh kimi qeyd edilmiş Cavabdeh2 ümumiyyətlə bu işə aidiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Şuşa Rayon Məhkəməsi iddia ərizəsini geri qaytarmalı və ya iddia ərizəsi əsasında başlanmış mülki işi ərazi aidiyyətinə görə cavabdehin rəsmi ünvanı üzrə müvafiq məhkəməyə göndərməli idi. Belə ki, MPM-nin 44.2.2-ci maddəsinin mənasına görə iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verir Lakin məhkəmə, ərazi aidiyyət qaydalarını pozaraq səlahiyyətinə aid olmayan iddianı icraata götürmüş, onun əsasında mülki iş başlamış və səlahiyyətinə aid olmayan işə baxaraq iş üzrə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa, hazırki işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdır. Bu isə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.1-ci maddəsinin tələbinə əsasən prosessual hüquq normasının pozulmasıdır ki, bu da qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş aidiyyət qaydalarının pozulması ilə icraata götürülməklə baxılmışdır ki, bu da iş üzrə tərəflərin, eləcə də işdə iştirak edən digər şəxslərin hüquqlarının pozulması ilə nəticələnmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi qanuni sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia ərizəsi ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən, birinci instansiya məhkəməsi tərəfindən iş ərazi aidiyyət qaydaları pozulmaqla icraata qəbul edildiyindən və baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməklə, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və işə aidiyyəti üzrə baxılması üçün iş ərazi aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 387, 397-398, 402.2.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şuşa Rayon Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli, e-2(077)-291/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-704/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-704/2023
04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver