Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-706/2023 22.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-1258/2012 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim İ.Rəcəbov) iddianın təmin edilməsi, Cavabdeh 5000 (beş min) manat pul vəsaiti və iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun əvəzinin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh qiyabi qətnamənin ləğv edilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadı ilə (hakim E.Məmmədov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cavabdeh Abşeron Rayon Məhkəməsinin 24 sentyabr 2012-ci il tarixli, 2(012)-1258/2012 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)- 1258/2012 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli, 2(012)-1258/2012 nömrəli qərardadından xx.xx.2023-cü il tarixində verdiyi şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixində poçt vasitəsilə qətnaməni almamışdır. Əgər işin içində poçt qəbzi mövcuddursa, o həmin qəbzə imza etməmişdir. Borc barədə yalnız 2022-ci il tarixdə xəbər tutmuş, qətnaməni almaq üçün məhkəməyə gəlmişdir. Qətnaməni aldıqdan sonra bədbəxt hadisə baş vermiş, 2022-ci ilin mart ayında yaşadığı ev yanmış, başı qarışıq olduğundan şikayət verə bilməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini qiyabi qətnamənin ləğv edilməsi üçün buraxılmış prosesual müddətin üzrlü səbəbdən ötürülməsinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli və onunla bağlı 25 yanvar 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-706/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-706/2023
22.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver