Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-710/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh1 Borı̇ s oğluna və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli e-2(060)-6226/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 9036,63 manat əsas borc, 1191,35 manat faiz borcu olmaqla, cəmi 10227,98 manat borc və ödənilmiş 121,08 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18,5% ödəmək şərtilə 11.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə digər Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə iddiaçıya 9036,63 manat əsas borc, 1191,35 manat faiz borcu olmaqla, cəmi 10227,98 manat borcu yaranmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 200804- 230733/1 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 18,5 faizlə, 11.000 manat kredit verilmişdir.
5. İddiaçı ilə digər Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəlikləri üzrə üzərinə birgə məsuliyyət götürmüşdür.
6. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən cavabdeh 36 ay müddətinə hər ay 399,83 manat, sonuncu ay isə 400,57 manat ödəməlidir.
7. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka 9036,63 manat əsas borc, 1191,35 manat faiz borcu olmaqla, cəmi 10227,98 manat borcu vardır və müqavilə üzrə gecikmə 135 gün təşkil edir.
8. Mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 121,08 manat dövlət rüsumu ödəmişdir.
9. Bildirişdən görünür ki, iddiaçı cavabdehlərə xx.xx.2022-ci il tarixdə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Nazirliyinin 27 aprel 2023-cü il tarixli 9/2077 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödənişlərin silinməsinə dair çıxarış məlumatları və 14 iyul 2021-ci il tarixli, 200804-230733/1 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə (iddia tarixinə) "xxxx" ASCnə olan borcu 9.769,04 manat məbləğində müəyyən edilir (əsas borc üzrə 9.026,83 AZN, faiz borcu üzrə 742,21 AZN).
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli e-2(060)- 6226/2022 nömrəli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddianın təmin edilməsi, əsas borc üzrə 9036,63 manat, faiz borcu üzrə 1191,35 manat olmaqla, cəmi 10227 (on min iki yüz iyirmi yeddi) manat 98 (doxsan səkkiz) qəpik məbləğində pul və ödənilmiş 121 (yüz iyirmi bir) manat 08 (səkkiz) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 6.1.5-ci bəndinə əsasən borcalan borcu ödəniş cədvəlinə uyğun icra etmədikdə və ya faizlərin ödəniş cədvəlində müəyyən edilmiş ödəniş tarixindən 2 dəfə ardıcıl olaraq ödənilməməsi bankın kredit öhdəliyinin icrasını vaxtından əvvəl tələb etməsi üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Bundan əlavə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 445.2.1, 470.1, 472.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh2 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin e- 2(060)-6226/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilməsi, əsas borc və faizin məbləğinin dəqiqləşdirilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında 14 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 36 ay müddətinə illik 18,5 faiz ödəmək şərti ilə 11000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədən irəli gələn öhdəliklər üzrə zaminliyi üzərinə götürməklə bağlı onunla 14 iyul 2021-ci il tarixli, 200804 – 230733/1 nömrəli müqavilə bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı Açıq Səhmdar Cəmiyyəti kreditin ödənilməməsi barədə onu məlumatlandırmamışdır. Cavabdeh iki dəfə ardıcıl olaraq ödəniş etmədiyi halda iddiaçı kredit öhdəliyinin icrasının vaxtından əvvəl tələb edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. 1191,35 manat məbləğində faiz borcun kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlində müəyyən edilmiş iki aylıq gecikməyə uyğun deyildir. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər həlli qaydaları kobud şəkildə pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilməmiş, məhkəmə iclasında onun iştirakı təmin edilməmişdir. Cavabdeh1 məhkəmə iclasına üzrlü səbəbdən gəlməməsinin mümkünlüyü araşdırılmamışdır. Mülki işə tərəflərin iştirakı olmadan, işdə olan yazılı sənədlər əsasında baxılmasının mümkünlüyünə dair qətnamədə heç bir dəlil yoxdur. İddiaçı məhkəməyə əsas borcun 9036,63 manat, faiz borcun isə 1191.35 manat olmasına dair mötəbər sübutlar təqdim etməmişdir. Həmin halların müəyyən edilməsi xüsusi bilik tələb edir. İştirakı təmin edilmədiyindən ekspertiza təyin edilməsi barədə vəsatət vermək, sübutlar təqdim etmək imkanından məhrum edilmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə tərəfindən mülki işə baxılarkən qeyd olunan prosessual hüquq norması pozulmuşdur. Məhkəmə tərəfindən cavabdehlərin iştirakı təmin edilmədiyinə görə əsas borc və faizin məbləğinin iddiaçının qeyd etdiyi məbləğdə olub-olmaması müəyyənləşdirilməmiş, bu barədə müvafiq ekspertiza təyin edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə vaxtında müraciət edilmədiyindən faiz borcu qəsdən artırılmışdır. İddiaçının borcunu ödəmək imkanının olub-olmaması, ödəmənin qaydasının yenidən müəyyən edilməsi barədə tərəflər arasında razılığın mümkünlüyü araşdırılmamışdır. Əsas borc və faiz borcunun məbləği barədə qeyd olunanlar işin hallarına uyğun deyildir və ya müvafiq qaydada araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi.
18. İş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-6226/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsinin dəyişdirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını mübahisələndirilən hissədə, apellyasiya dəlilləri həcmində yoxlamağı qanuna uyğun hesab edir.
20. Bu mövqe həm də Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci tarixli qərarında ifadə olunan hüquqi mövqeyə uyğundur.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə borcun miqdarı ilə bağlı səhv nəticəyə gələrək iddianı düzgün olmayaraq həmin hissədə tam təmin etmişdir.
24. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.
25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.
28. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin müəyyən edilən hallarına əsasən tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.
29. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
30. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi maliyyə arayışında cavabdehə qarşı 9036.63 manat əsas borc, 1191.35 manat faiz borcu tələbini irəli sürsə də, apellyasiya baxışı zamanı təyin olunmuş məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən, iddiaçının tələb etdiyi 24 avqust 2022-ci il tarixə cavabdehin ödəməli olduğu faiz borcunun məbləği 742,21 manat, əsas borc 9.026,83 manat müəyyən edilmişdir.
31. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin banka olan əsas borcunun miqdarı ekspert rəyinə uyğun olaraq müəyyən edilməlidir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, mühasibatlıq ekspertizası üzrə tədqiqat təqdim olunmuş materiallar əsasında keçirilərək, cavabdehin kredit üzrə ödənişləri nəzərə alınmışdır. Rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin borcun miqdarı ilə bağlı hissədə dəyişdirilməsi üçün əsasdır.
33. Odur ki, apellyasiya şikayəti təmin olunaraq qətnamə 9036,63 manat əsas və 1191,35 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borc 9.026,83 manat, faiz borcu 742,21 manat məbləğində müəyyən edilməlidir.
34. MPM-nin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
35. MPM-nin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
36. MPM-nin 119.1-ci maddəsinin göstərişinə uyğun olaraq apellyasiya şkayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
37. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq 03 manat iddiaçıdan, 47 manat cavabdehdən alınaraq X1 hesabına keçirilməlidir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.3, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2022-ci il tarixli e-2(060)-6226/2022 nömrəli qətnaməsi 9036,63 manat əsas və 1191,35 manat faiz borcunun tutulması hissədə dəyişdirilərək, əsas borc 9.026,83 manat, faiz borcu 742,21 manat, cəmi 9769,04 (doqquz min yeddi yüz altmış doqquz manat dörd qəpik) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin əvəzi olaraq 03 (üç) manat "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətindən, 47 (qırx yeddi) manat Cavabdeh2 alınaraq SAP (XİİS) hesabı X3 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.