Məhkəmə qərarları › İş №2(105)-728/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-728/2023

08.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-728/2023 08.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi-oğlu Nümayəndə, vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QSC-nin Bakı filialına 99 il müddətinə icarəyə verilmişdir.

2. 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QSC-nin Bakı Filialına 25 il müddətinə icarəyə verilmişdir.

3. S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən sex binasının inşası zamanı tikinti-quraşdırma işləri layihə əsasında sərf edilmiş tikinti materiallarının bazar qiyməti 129537,799 manat təşkil edir.

4. İddiaçı tərəfindən təqdim edilmiş və Nümayəndə tərəfindən doğruluğu təsdiq edilmiş ödənişlə bağlı məlumat vərəqələrindən görünür ki, Ramazanov X2 Yasin Teymur oğluna ilk dəfə xx.xx.2008-ci il tarixdə 20000 (iyirmi min) ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə 3000 (üç min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 7000 (yeddi min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 4000 (dörd min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 10000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları ödəniş etmişdir.

5. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla İddiaçı əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasəncinayət işinin başlanması rədd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları pulun alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları pulun və əlavə olaraq Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq 250 000 (iki yüz əlli min) manatın əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci ildə Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində yerləşən 600 kv.metr torpaq sahəsini Cavabdeh 80000 (səksən min) ABŞ dolarına almaq barədə razılığa gəlmişdir. İlkin olaraq İddiaçı cavabdehə 20000 (iyirmi min) ABŞ dolları vermiş, sonra isə ayrı-ayrı vaxtlarda hissə-hissə pullar vermişdir ki, ümumilikdə bu məbləğ 53000 (əlli üç min) ABŞ dolları təşkil etmişdir. Cavabdeh iddiaçıya vəd etmişdir ki, satdığı torpaq sahəsi onun adına qərarla ayrılmış 5 ha torpaq sahəsinin daxilində yerləşir, qeyd edilən torpaq sahəsini tezliklə özəlləşdirəcək və razılaşdıqları kimi həmin torpaqdan 600 kv.metrlik hissəni rəsmi alqı-satqı müqaviləsi əsasında iddiaçının adına rəsmiləşdirəcək, iddiaçı bu rəsmiləşdirmədən sonra qalan məbləği ona verəcəkdir. Qeyd edilən razılaşmadan sonra iddiaçı həmin torpaq sahəsində öz vəsaiti hesabına sexlər inşa etmişdir. Lakin 14 ildən çox vaxt keçməsinə baxmayaraq, cavabdeh verdiyi sözü tutmamışdır. Buna baxmayaraq, cavabdeh iddiaçıdan qalan məbləği tələb etmişdir. Məbləği verəcəyi halda sənədləşdirmə məsələsinin hansı yerdə qalacağını soruşduqda, cavabdeh icarə müqaviləsi bağlayaraq öz sahəsini özəlləşdirməsini iddiaçıya təklif etmişdir. İddiaçının sənədləşdirmə işindən anlayışı olduğundan bu qaydada istifadəsində olan torpaq sahəsini sənədləşdirə bilməyəcəyini anlamışdır. Hər bir halda onun istifadəsində olan torpaq sahəsi ilkin torpaq ayırma sənədi əsasında özəlləşdirilməlidir ki, onlar notariat qaydasında müqaviləni rəsmiləşdirə bilsinlər. Bu səbəbdən cavabdehlə aralarında mübahisə yaranmışdır. Cavabdeh sexlərdə işləyən işçilərə təzyiq edir, onları mütəmadi təhdid edir. İddiaçı tərəfindən polisə müraciət edilsə də, mübahisə mülki xarakter daşıdığından məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi, iddiaçının hüquqları pozulmuşdur. Cavabdeh isə pozulmuş hüquqların bərpası üçün hər hansı bir addım atmır. Bununla yanaşı, iş üzrə Cavabdeh vaxtilə faktiki alqı-satqı müqaviləsi ilə iddiaçıya satdığı torpaq sahəsində öz vəsaiti hesabına inşa edilmiş tikilini ələ keçirmək istəyir. Bununla belə cavabdeh həmin tikililərdən istifadəni mümkünsüz edir. Həmin tikilinin 14 il bundan əvvəl inşa edilməsinə, bu zaman ərzində saxlanılmasına və təmirinə çəkilmiş xərclər də həmçinin nəzərə alınmalı və cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Hesab edir ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş və hazırda mövcud olan tikililərə görə cavabdeh tərəfindən iddiaçıya 250000 manat pul ödənilməlidir. Sözügedən əmlakın dəqiq dəyərinin müəyyən olunması üçün ekspertiza təyin olunması barədə qərar qəbul edilməlidir.

9. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin ilkin iddiasının rədd edilməsi, cavabdeh İddiaçı 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiada qeyd olunan məlumatlar doğruluğu əks elətdirmir və iddia üzrə tələbin heç bir qanuni əsası yoxdur. 2008-ci ilin may ayında "xxxx" QSC-nin Bakı filialının direktoru olaraq Cavabdeh İddiaçıla güzəştli qiymətlə uzun müddətli, əvvəlcədən ödəmək şərti ilə 600 kv. m sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşmışdır. Həmin razılaşmaya əsasən M. Ramazanov əvvəlcədən 62400 manat (80 000 - ABŞ dolları) ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrdə Cəmiyyət tərəfindən təqdim olunmuş torpaq və tikinti sahələrinin icarə üzrə qiyməti 1 kv. metr üçün 3-5 manat təşkil etmişdir. Lakin həmin razılaşma əsasında İddiaçı 1kv. metr üçün 1 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh 2008-ci il tarixdə razılaşdırılmış məbləğin cəmi 41340 manat olan hissəsini ödəmişdir. Sonradan isə qalan 21060 manat ödəməmiş və əvəzində isə müxtəlif bəhanələr gətirərək həmin dövrdə bu məbləği ödəyə bilməyəcəyini bildirmişdir. İddiaçı həmin 600 kv. metr sahəni müxtəlif icarədarlara hər bir kvadrat metrini 3-5 manat icarəyə verərək gəlir əldə etsə də, razılaşma əsasında yaranan borc öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. Orta hesabla cavabdeh ayda 2000-2500 manat gəlir əldə etmişdir. Cavabdehin təyin etdiyi icarədarların icarə müqaviləsi cəmiyyətlə olduğundan mənfəət, torpaq və digər əmlak vergiləri şirkət tərəfindən ödənilmiş, bu da öz növbəsində Cəmiyyət üçün əlavə 500-550 manat xərc etməyinə səbəb idi, halbuki həmin xərclərin ödənilməsini İddiaçı ilkin razılaşma əsasında özü ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin güzəştli şərtlərlə icarə əsasında ödədiyi 41340 manat icarə haqqının müddəti 2014-cü ilin yanvar ayında bitmişdir. Həmin kommersiya sahəsini cavabdehdən təhvil verərək geri qaytarmasını tələb etsələr də, cavabdeh müxtəlif bəhanələr gətirmiş və əməkdaşlara hədə-qorxu gələrək oranı təhvil verməkdən imtina etmişdir. Hal-hazırda razılaşmaya əsasən cavabdehin xx.xx.2022-ci il tarixədək 57200 manat, icarə və dövlət və digər vergiləri nəzərə almaqla 70000 manat borc öhdəliyi yaranmışdır. Borc məbləği ümumi 127200 manat təşkil edir. Bununla yanaşı borc öhdəliyini yerinə yetirmədiyinə görə və bank uçot dərəcəsinin 7.8 əmsalında olmasını nəzərə alaraq illik 561,6 manat dəbbə və 8 il ödəniş olmadığını nəzərə alaraq 4492,8 manat dəbbə pulu cavabdeh tərəfindən ödənilməlidir.

11. Birinci instansiya məhkəməsində iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia tələbini müdafiə edərək, qarşılıqlı iddia tələbini qəbul etməmiş, bildirmişdir ki, 2006-cı ildə kafe tikdirmiş, həmin kafenin qarşısındakı torpaq sahəsi abad vəziyyətdə olmadığı üçün oranı abadlaşdırmaq qərarına gəlmişdir. Bununla əlaqədar həmin torpağın sahibi kimi tanıdığı cavabdehlə danışmış, cavabdeh torpağın 1 sotunu ona 15000 ABŞ dolları olmaqla 6 sot torpaq sahəsini ona 90000 ABŞ dollarına sata biləcəyini qeyd etmiş, lakin müəyyən danışıqlardan sonra torpağın 6 sotunu (600 kv. m) ona 80000 ABŞ dollarına satılması barədə razılaşmışdır. Danışıq belə olmuşdur ki, o cavabdehə qısa müddət ərzində 80000 ABŞ dollarının böyük hissəsini ödəyəcək, cavabdeh isə torpaq sahəsini onun adına alqı-satqı edərək rəsmiləşdirəcək, belə ki, cavabdehin bildirdiyinə əsasən, həmin zaman torpaq sahəsinə dair mülkiyyət hüquqları olmamışdır. Bundan sonra o, Cavabdeh ilk dəfə xx.xx.2008-ci il tarixdə 20000 (iyirmi min) ABŞ dolları, daha sonra xx.xx.2008-ci il tarixdə 3000 (üç min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 7000 (yeddi min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 4000 (dörd min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 9000 (doqquz min) ABŞ dolları, xx.xx.2008-ci il tarixində 10000 (on min) ABŞ dolları olmaqla ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları ödəniş etmişdir. Cavabdeh torpağı özəlləşdirib çıxarış alacağını bildirsə də, sənəd hazır olmadığından 27000 ABŞ dollarını danışıqlarına əsasən ödəməmişdir. Cavabdehdən həmin torpaq sahəsinin cavabdehə aid olmasını təsdiq edən sənəd təqdim etməsini istəməmişdir. Çünki bir çox şəxs həmin torpaq sahəsinin cavabdehə məxsus olduğunu bilmiş, ona inanmışdır. Qeyd edilən ərazi bataqlıq ərazi olmuş, 2008-2009-cu illərdə həmin əraziyə 100 maşınadək şlak tökdürərək, həmin ərazini qurutmuş və üzərində öz vəsaiti hesabına 10x40 metr ölçüdə qeyri-yaşayış sahəsi tikərək digər şəxslərə icarəyə vermişdir. Cavabdeh ona bələdiyyəyə icarə haqqı və vergilər verdiyini bildirmişdir. Bununla əlaqədar cavabdehlə bu növ xərclər üçün aylıq 120 manat ödəniş etməsi barədə razılığa gəlmişlər. Bu ödənişi 2022-ci ilin yaz aylarına qədər ödəmişdir. 2022-ci ilin yaz aylarında cavabdeh 80000 ABŞ dollarından ödənilməmiş 27000 ABŞ dolları qalıq vəsaiti tələb etmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. İddiaçı məhkəmənin suallarını cavablandıraraq bildirmişdir ki, cavabdehdən aldığı torpaq sahəsində tikinti işlərinə 2008-ci ildə başlamışdır, tikinti tikmək üçün hər hansı bir sənədləşmə aparılmamış, müvafiq qurumlardan razılıqlar alınmamışdır, 2009-cu ildə isə həmin tikinti işlərini bitirmişdir. Tikintinin 2008-2009-cu illərdə tikilməsi barədə Google Earth görüntülərini də məhkəməyə təqdim edir. Torpaq sahəsində tikdiyi qeyri-yaşayış sahələrini icarəyə vermiş, həmin icarə əsasında aldığı haqq əvvəl ayda 400- 500 manat arası, daha sonra isə ayda 700-800 manat arası təşkil etmişdir, həmin icarə haqqından hər ay 120 manatı vergi və digər xərclər üçün cavabdehə ödəniş etmişdir. 2009-cu ildən 2022-ci ilədək cavabdehdən torpağın sənədləşməsini tələb etmədiyini onunla izah edir ki, həmin ərazidə inşa etdiyi sahələrdən sərbəst istifadə etmiş və cavabdeh tərəfindən ərazidən çıxması barədə iddialar və maneələr olmamışdır, hər dəfə hesab etmişdir ki, cavabdeh torpağı onun adına sənəndləşdircək və o da, cavabdehə qalan 27000 ABŞ dollarını ödəyəcək, lakin 2022-ci ilin əvvəllərində cavabdeh və oğlu ona təzyiqlər göstərərək ərazidən çıxmasını və ya 27000 ABŞ dollarını tələb etmişlər, belə olduğu halda hüquqlarının pozulduğunu və cavabdeh tərəfindən aldadıldığını görərək məhkəməyə müraciət etmişdir.

12. Birinci instansiya məhkəməsində cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi-oğlu Nümayəndə ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, atası Cavabdeh rəhbəri olduğu "xxxx" QTSC ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında 2003-cü ildə bağlanmış icarə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsi QTSC-nin Bakı filialına icarəyə verilmişdir. Bundan sonra atası İddiaçı ilə 2008-ci ildə aralarında güzəştli şərtlərlə (1 kv.metr-0,80 AZN) olmaqla uzunmüddətli, əvvəlcədən ödəmək şərtilə 6 sot sahəsi olan kommersiya obyektini icarəyə vermək haqqında razılaşma əldə edilmişdir. Həmin razılaşmaya əsasən İddiaçı əvvəlcədən 80000 ABŞ dollarını ödəməyi öhdəsinə götürmüşdür ki, hər ay icarə haqqı depozit kimi ödənilmiş həmin 80000 ABŞ dollarından çıxılsın, İddiaçı VÖEN-i olmadığı üçün müqaviləni rəsmiləşdirə bilməmişlər, yalnız şifahi razılaşmışlar. Mürvət həmin məbləğdən 53000 ABŞ dollarını ödəmişdir. Ödənilən 53000 ABŞ dolları puldan hər ay 480 manat çıxılmış və həmin depozit qurtardıqdan sonra Ramazanov müəyyən bəhanələrlə ödəniş etməmişdir, bundan sonra pandemiya ilə əlaqədar Mürvətin orada icarəsiz işləməyinə mane olmamışlar, belə ki, həmin ərazidə obyektin boşalması, onların həmin ərazidə olan digər obytektlərinin icarə dəyərinin düşməsinə gətirib çıxara bilərdi. Pandemiya başa çatdıqdan sonra Mürvətdən icarə haqqı tələb etsələr də, sonuncu bunu verməmiş və ona görə də, Mürvəti həmin sahədən çıxarmağa çalışmışlar. Qeyri-yaşayış sahələri o cümlədən mübahisəli sahə 2003-2004-cü illərdə atası tərəfindən inşa edilmişdir. İnşaata QTSC-nin əməkdaşı Mükafat müəllim rəhbərlik etdiyindən, həmin inşaatda işləyən usta, fəhlə və təchizatçıları tanımırlar, Mükafat müəllimin özü isə, həm xəstəliyi, həm də, ailə vəziyyəti ilə əlaqədar hazırki işdə şahid qismində iştirak edə bilmir. Cavabdeh nümayəndəsi-oğlu Nümayəndə sonrakı izahatında qeyd etmişdir ki, əvvəlcə Ramazanovla uzun müddətli icarə müqaviləsi bağlamaq barədə razılaşmaları olmuşdur, lakin Ramazanovun VÖEN-i olmadığı üçün bunu edə bilmədikdən sonra sonuncunun 53000 ABŞ dollarını qaytarmamaqlarının səbəbi o olmuşdur ki, həmin vəsaiti "xxxx" QTSC-nin Bakı filialı həmin ərazidə olan qeyri-yaşayış sahələrinin ətrafını və şəhərin həmin yerlərə yaxın ərazilərinin abadlaşdırılmasına xərcləmişlər. Ramazanovun pulunu qaytara bilmədikləri üçün hazırda mübahisəsi gedən ərazini onun istifadəsinə vermişlər ki, sonuncu həmin ərazini icarəyə verməklə əldə etdiyi vəsait onlara ödədiyi 53000 ABŞ dollarının hissə-hissə qaytarılması kimi qəbul edilsin. Bununla yanaşı, vəsatət verərək ilkin iddia üzrə iddia müddəti keçdiyi üçün ilkin iddianın əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

13. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, İddiaçı tanıyır, Cavabdeh isə şəxsən tanımasa da görmüşdür. Bir neçə il əvvəl işlərinin böyüməsi ilə bağlı anbar lazım olduğundan, Mürvətdən 15x40 ölçüdə tikili inşa etməsini xahiş etmişdir. Həmin tikilidən sex kimi istifadə etməyi nəzərdə tutsa da, sonradan həmin tikilinin sənədsiz olduğunu görüb anbar kimi istifadə etmişdir. İddiaçı bu yeri necə əldə etdiyini soruşmuşdur, o, Cavabdeh pul verərək aldığını bildirmişdir. Tikilidən anbar kimi istifadə etdiyi üçün icarə haqqı kimi İddiaçı əvvəllər 50 ABŞ dolları, 3 il sonra isə 100 ABŞ dolları ödəmişdir. Bildirdi ki, tikilidən anbar kimi 2009-cu ildən təxminən 2016cı ilədək istifadə etmiş, 2016-cı ildən sonra isə artıq sexi bağladığı üçün anbar kimi istifadə etməyinə ehtiyac olmamışdır. İddiaçıla Cavabdeh arasında məhkəmə mübahisəsinin olduğunu təzəlikcə eşitdiyini qeyd etdi.

14. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, təxminən 10 il əvvəl İddiaçı moyka yeri düzəltdikdə, həmin yeri qreyderlə yaymışdır. O, ancaq moykanın yerini düzəltmiş, Cavabdeh görməmişdir. Daim tikinti bazarında olmamış, fərdi qaydada fəaliyyət göstəmişdir. İddiaçıla arasında müqavilə olmamış, İddiaçı ona zəhmət haqqı olaraq ödədiyi məbləği təsdiq edən ödəniş qəbzinin də olmadığını qeyd etmişdir.

15. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X6 ifadə verərək bildirmişdir ki, bazarda işləyir, həm İddiaçı, həm də Cavabdeh tanıyır. İşlədiyi bazar tərəfdə İddiaçı yeməkxanası var. İddiaçı böyük məbləğdə pul verərək Cavabdeh yer alacağını, həmin yerdə bokslar (qeyri-yaşayış sahəsi) tikdirəcəyini söyləmişdir. Mürvətin aldığı yer boş olmuş, sonradan Mürvət həmin yeri düzəldərək bokslar tikmişdir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək bildirmişdir ki, İddiaçı tanıyır. İddiaçı yararsız torpaq sahəsi almışdır. 2008-ci ildə briqadir kimi həmin sahədə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyektin tikintisinə başlamışlar, 2009-cu ildə tikintini başa vuraraq təhvil vermişdir. Briqadir kimi tikinti işləri zamanı İddiaçı onların yemək ehtiyacı və zəhmət haqlarını ödəmişdir. Tikinti işləri görərkən Cavabdeh görməmiş, onunla hər-hansı iş birliyi olmamışdır.

17. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadə verərək bildirmişdir ki, İddiaçı tanıyır, Cavabdeh və Aqşini isə tanımır. Sumqayıtda taxta bazarı deyilən ərazidə mübahisəli yer bataqlıq ərazi olduğundan şlakla doldurulmuş, 2008-2009cu illərdə həmin yerdə eni 10 metr, uzunluğu 40 metr olmaqla obyekt tikilib İddiaçı təhvil verilmişdir. Tikinti işlərinə onu İddiaçı cəlb etmiş, orada usta kimi çalışmış, usta kimi hörgü və suvaq işləri ilə məşğul olmuşdur. İddiaçı zəhmət haqlarını nağd şəkildə ödəmişdir.

18. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadə verərək bildirmişdir ki, İddiaçı tanıyır, münasibəti yaxşıdır, Cavabdeh isə tanımır, sadəcə adını eşitmişdir. Bildirdi ki, Mürvətlə BTİ-də (hazırki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində) bir yerdə işləmişlər, mübahisəli yerin yerləşdiyi ərazinin yaxınlığında yeməkxana olmuş, onlar günorta, bəzən də axşam yeməyinə ora getmişlər. Mürvət hazırki mübahisəli yeri Cavabdeh alıb obyekt tikəcəyini bildirmiş, Mürvətə bunun lazımsız olduğunu söyləmişlər. Tikilinin yerləşdiyi yer, demək olar ki, bataqlıq olmuş, həmin tikilinin inşa edilməsində əsas məqsəd dondurma sexinin tikilməsi olmuşdur.

19. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, Cavabdeh tanıyır, İddiaçı isə görmüşdür, hər ikisi ilə münasibəti normaldır. 2003-2011-ci illərdə "xxxx" QSC-nin hüquqşünası vəzifəsində işləmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində işləmişdir. Bir gün İddiaçı Cavabdeh yanına gəlib ondan icarəyə yer verməsini istəmişdir. Hazırki mübahisəli tikili də 2003-cü ildən yarıtikili vəziyyətdə olmuş və tavanı qoyulandan sonra 2008-ci ildə həmin tikili İddiaçı güzəştli şərtlərlə 1 kvadrat metri 0,80 manat olmaqla icarəyə verilmişdir. Bildirdi ki, digər icarədarlarla isə icarə haqqı üzrə 1 kvadrat metrin qiyməti 2-5 manat arası təşkil edirdi, habelə Cavabdehlə İddiaçı şifahi şəkildə razılığa gəlmiş, onlar arasında müqavilə bağlanmamışdır. Onlar arasında razılığa əsasən, İddiaçı torpaq sahəsini 80000 ABŞ dolları məbləğinə almalı olmuş, lakin sonra İddiaçı etiraz etmişdir və nəticədə, belə razılığa gəlmişlər ki, həmin məbləğ İddiaçı icarədarlardan alacağı icarə haqqı ilə əvəzləşdirilsin. İddiaçı icarədarlardan icarə haqqını özü almış, habelə onun ilk icarədarı Rəvan adlı şəxs olmuşdur. İddiaçılə müqavilə bağlanılmamasının səbəbi onun VÖEN-nin olmaması olmuşdur, çünki o dövlət qulluqçusu kimi çalışırdı. İddiaçılə güzəştli şərtlərlə razılaşmağın səbəbi isə həmin vaxt müəssisənin vəsaitinin olmaması olmuşdur. Bələdiyyə vergilərini Cavabdeh vermiş, İddiaçı isə bələdiyyə vergiləri verib-verməməsi barədə məlumatlı deyildir. Kommunikasiya xətləri ümumi olmuş, elektrik enerjisini Cavabdeh çəkmiş və ondan istifadə nəticəsində yazılan pulu Cavabdeh ödəmişdir.

20. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6989/2022 nömrəli, 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulması, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı 127200 manat əsas borc və 4492,8 manat dəbbə borcunun tutulmasına dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.

21. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh heç bir əsası olmadan İddiaçı 53000 ABŞ dolları almaqla əsassız varlanmışdır. Odur ki, İddiaçı bu hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir. Tikintiyə çəkilmiş 250 000 manat xərcin Cavabdeh tələb hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı həmin tikintini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də Cavabdeh varlanmamışdır. Qanunvericiliyin normalarına əsasən, İddiaçı Cavabdeh xərclərin əvəzinin ödənilməsini yalnız işlərin aparılması prosesində sonuncunun varlandığı halda tələb edə bilər. Odur ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 400 kv.metr torpaq sahəsində inşa edilmiş tikiliyə çəkilmiş xərclərin əvəzi olaraq 250 000 (iki yüz əlli min) manatın əvəzinin Cavabdeh alınaraq İddiaçı verilməsinə dair tələb rədd edilməlidir.

22. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı hər ay 480 manat ödəmək əvəzinə bir dəfəyə böyük məbləğ hesab edilən (480 manata nisbətdə) 53000 ABŞ dollarını Cavabdeh ödəyərək depozit kimi qəbul etməsini və hər ay həmin məbləğdən 480 manat çıxılmasına razılaşması ağlabatan hesab edilmir. Cavabdeh sonrakı qeyd etdiklərinə əsasən, o, Ramazanovdan 53000 ABŞ dolları alıb icarə müqaviləsi bağlamaq istəsə də, sonuncun VÖEN-i olmadığından, bunu edə bilməmələri və artıq 53000 ABŞ dollar tərəfindən israf edildiyi üçün mübahisəli sahədə olan tikilinin Ramazanovun istifadəsinə verərək sonuncunun həmin sahələri üçüncü şəxslərə ayda toplam olaraq 500-700 manat arası icarəyə verərək, həmin məbləği Cavabdeh İddiaçı qaytarmalı olduğu 53000 ABŞ dolların çıxılmasına dair Cavabdeh göstərdiklərinə məhkəmə tənqidi yanaşır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, İsmayılovun istəyindən asılı olmayaraq mübahisəli torpaq sahəsini Ramazanova icarəyə verə biməz, ona görə ki, torpaq sahəsi nə İsmayılovun mülkiyyətində, nə də ki, sonradan ikinci əl icarəyə vermək hüququ ilə icarəsində olmamışdır.

23. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 5.3, 14.2.7, 385.1, 386.1,439.2, 439.4, 448.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1095¸180.1, 180.2, 180.3, 180.4, 1090.2, 100.1, 107.1, 700.1, 700.2, 700.3, 706.1, 706.2, 706.3, 712.1, 712.1.1, 19.1, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

24. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması barədə qətnamə qəbul edilməsini etmişdir.

25. Həmçinin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin rədd edilməsi və İddiaçı 127 200 manat əsas borc və 4492,8 manat məbləğində dəbbə pulunun Cavabdeh xeyrinə tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

26. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri: - məhkəmə onun tərəfindən inşa edilmiş tikilinin özbaşına tikili olmasını qeyd edir. Həmin tikili özbaşına tikinti hesab oluna bilməz. Belə ki, Cavabdeh sözügedən tikilinin inşa edildiyi torpaq sahəsini özünün mülkiyyətində olan torpaq sahəsi kimi təqdim etmiş və həmin torpaq sahəsində bu tikintinin aparılması üçün şərait yaratmış, öz "xeyir duasını” vermişdir. Cavabdeh əslində ona məxsus olan torpaqda çoxlu sayda tikili var ki, həmin tikililərin də özbaşına inşa edilməsi öz təsdiqini tapır. Onun inşa etdiyi tikili özbaşına tikili hesab oluna bilməz. Belə ki, qeyd edilən tikilini dövlət və ya bələdiyyə torpağında inşa etsə idi, bunu özbaşına tikili hesab etmək olardı. Lakin, müəyyən olunmuşdur ki, qeyd olunan torpaq sahəsi bələdiyyə mülkiyyəti olmaqla Yasinin idarəedicisi olduğu hüquqi şəxsin icarəsində olan torpaq sahəsidir. Və bu tikili və onlarla diğər "özbaşına” tikililər birbaşa olaraq Cavabdeh razılığı ilə sözügedən torpaq sahəsində inşa edilmişdir. - məhkəmə həmçinin qeyd etmişdir ki, İsmaylov Yasin bu tikintinin tikilməsi nəticəsində varlanmamışdır. Hesab edir ki, Cavabdeh razılığı ilə aparılmış tikintinin əldən çıxması nəticəsində tikintinin inşa edilməsinə çəkdiyi 129537.799 Azərbaycan manatı məbləğində vəsaiti itirmiş olur. Gələcəkdə də belə şəraitdə işləməmək üçün xərclədiyi 129537.799 manatı geri tələb edir. Bununla da faktiki olaraq Yasinin istifadəsinə keçmiş tikilinin əldə edilməsi nəticəsində və ondan istifadəsilə Cavabdeh varlanmış hesab edilir. Hər bir halda məhkəmə prosesi zamanı təqdim etdiyi maddi sübutlar, şahid ifadələri nəticəsində təsdiq olundu ki, uzun müddətdir ki, istifadə etdiyi mübahisəli qeyri-yaşayış binası öz vəsaiti hesabına inşa edilərək, uzun illərdir ki, mübahisəsiz istifadə olunub. - Cavabdeh qarşı pul tələbi təmin olunub və həmin pulu Yasinə mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini əldə etmək üçün vermişdi. Lakin məhkəmə nədənsə qeyd olunan iddia tələbini təmin etsə də, həmin torpaq sahəsində inşa edilmiş və tikiliyə çəkilmiş xərclərin əvəzini tələb etmək hüququnun olmasını nəzərə almayıb. Açıq-aydındır ki, gələcəkdə sözügedən tikilidən istifadəsi mümkünsüz görünür, bu halda gələcəkdə Cavabdehlə bu məsələ ilə bağlı mübahisənin yaranmaması məqsədilə məhkəmə həmin tikilinin əldən çıxmağını nəzərə almaqla iddia tələbini bu hissədə də təmin etməli idi. - məhkəmə prosesi zamanı belə bir hal təsdiqini tapmışdır ki, icarəçi mülkiyyətçinin razılığı olmadan torpaq sahəsini üçüncü şəxsin istifadəsinə verib. - məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdən iddiaçının istifadəsində olmuş tikilidə yerləşən sahələrin istifadəsinə görə icarədarlardan aylıq ödənişləri İsmayov Yasin özü məcburi aldığını etiraf etmiş və bu halı məhkəmədə etiraf elmişdir. Bu halda Cavabdeh əsassız varlanmadığı qənaətinə gəlmək tamamilə əsassızdır. Məhkəmədə müəyyən olunmuşdur ki, Cavabdeh hüquqi şəxsin adından deyil, bilavasitə fiziki şəxs qismində onun istifadəsində olmuş tikilidən hal-hazırda istifadə edir və ondan fayda götürür.

27. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətinin dəlilləri: - məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, 2008-2009-cu illərdə həmin əraziyə öz vəsaiti hesabına 10x40 kv.m ölçüdə qeyri-yaşayış sahəsi tikərək digər şəxslərə icarəyə vermiş, bələdiyyəyə icarə haqqı və vergilər ilə əlaqədar cavabdehlə bu növ xərclər üçün aylıq 120 manat ödəniş etməsi barədə razılığa gəlmiş və 2022-ci ilin yaz aylarına qədər ödəmişdir. 2022-ci ilin yaz aylarında cavabdeh 80000 ABŞ dollarından ödənilməmiş 27000 ABŞ dolları qalıq vəsaiti tələb etmiş, bundan sonra aralarında mübahisə yaranmışdır. İddiaçı iddia ərizəsindən və izahatından da göründüyü kimi, onun Cavabdeh ödəmiş olduğu 53000 (əlli üç min) ABŞ dolları məbləğində pul vəsaitini, qeyd olunan 600 kv.metrlik torpaq sahəsinin alqı-satqı-müqaviləsi üçün deyil, Cavabdeh istifadə etmiş olduğu həmin əmlakından icarə müddətində icarə haqqı olaraq ödəmiş, icarə əsasında ödədiyi 41340 AZN icarə haqqının müddəti 2015-ci ilin yanvar ayında bitmişdir. - İddiaçı məhkəmə iclasında şahid qismində dəvət etdiyi şahid X6 öz izahatında həmin sahənin Mürvət tərəfindən icarəyə götürülməsini təsdiqləsə də, məhkəmə buna hüquqi qiymət verməmişdir. - məhkəmə Cavabdeh Sumqayıt Şəhər Bələdiyyəsi tərəfindən "xxxx" QTSC-nin Bakı filialına icarəyə verilmiş Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv m hissəsini, həmin zaman artıq sahənin üzərində olan 400 kv m tikilini kv metri 0,80 manat olmaqla İddiaçı uzunmüddətli icarəyə verdiyini və bunun müqabilində Ramazanovdan əvvəldən 53000 ABŞ dolları aldığını, aylıq icarə dəyəri olan 480 manat məbləğində pulu bir dəfəyə böyük məbləğ hesab edilən (480 manata nisbətdə) 53000 ABŞ dollarını Cavabdeh ödəyərək depozit kimi qəbul etməsini və hər ay həmin məbləğdən 480 manat çıxılmasına razılaşmasını ağlabatan hesab etməmiş, Ramazanovdan 53000 ABŞ dolları alıb icarə müqaviləsini, sonuncun VÖEN-i olmadığından bunu edə bilməməsini və artıq 53000 ABŞ dollar tərəfindən israf edildiyi üçün mübahisəli sahədə olan tikilinin Ramazanovun istifadəsinə verərək sonuncunun həmin sahələri üçüncü şəxslərə ayda toplam olaraq 500-700 manat arası icarəyə verərək, həmin məbləğin Cavabdeh İddiaçı qaytarmalı olduğu 53000 ABŞ dolların çıxılmasına dair Cavabdeh göstərdiklərinə isə tənqidi yanaşaraq, düzgün mövqe sərgiləməmişdir. - İddiaçı məhkəmə iclasında, 2008-ci ildən 2022-ci ilin oktyabr ayınadək hər ay ortalama 1000 (min) AZN olmaqla orada fəaliyyət göstərən icarəçilərdən pul vəsaiti götürdüyünü bildirmiş ki, bu da öz növbəsində cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 2008-ci ilin may ayında icarə məqsədi ilə aldığı 53 000 ABŞ dollar məbləğinin qaytarması və yerdə qalan 120 000 AZN İddiaçı borc öhdəliyinin yaranmasını sübut edir. - məhkəmə qarşılıqlı iddia ərizəsində iddia müddətinin ötürülməsi ilə əlaqədar ilkin iddia ərizəsinin təmin edilməməsinə dair vəsatətə münasibət bildirərək, tərəflər arasında müqavilə münasibətləri mövcud olmadığından, Mülki Məcəllənin 373-cü maddəsi hazırki halda tətbiq edilməyəcəyini, iddiaçı ilə cavabdehin hazırki mübahisəsinin Mülki Məcəllənin 384.0.4-cü maddəsi ilə tənzimləndiyindən və qeyd edilən maddəyə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə, iddia müddəti şamil edilmədiyi qənaətinə gəlmişdir. Lakin, hüquq pozuntusunun nədən ibarət olduğuna dair isə heç bir aydınlıq gətirilməmiş, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci 2 il olduğu halda, 14 ildən sonra verilmiş iddia tələbini hüquqi əsası olmadan əsaslı hesab etmişdir. - məhkəmə, Cavabdeh heç bir əsası olmadan İddiaçı 53000 ABŞ dolları almaqla əsassız varlandığı qənaətinə gəlsə də, bu fakt, mülki işə əlavə edilmiş sübutlardan və işin faktiki halları ilə sübuta yetirilməmiş, İddiaçı məhkəmədə vermiş olduğu izahatında Cavabdeh ödəmiş olduğu 53000 ABŞ dolları məbləğində pulu, həmin əmlakdan gələn icarə haqqı ilə əvəzləşdirdiyini bildirsə də, həmin məbləğ borc öhədliyi kimi yenidən Cavabdeh üzərinə qoyulmuş, şifahi olaraq bağlanmış icarə müqaviləsini isə ağlabatan hesab etməyərək tənqidi yanaşmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Apellyasiya şikayətlərinə qarşı tərəflər etiraz təqdim etməmişlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin qismən ləğv edilməsi, iş üzrə ilk iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, qətnamənin qismən ləğv edilməsi, iş üzrə ilk iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 14.2.7. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır.

36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

37. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

38. Maddə Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

39. Maddə 439.2. Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

40. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.

41. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

42. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

43. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

44. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:

45. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

46. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.

47. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

48. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

49. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

50. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

51. Maddə 1090.2. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər.

52. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

53. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

54. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

55. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

56. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.

57. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

58. Maddə 100.1. Səhmləri yalnız onun təsisçiləri arasında və ya qabaqcadan müəyyənləşdirilmiş digər şəxslər dairəsində yayılan səhmdar cəmiyyəti qapalı səhmdar cəmiyyətidir.

59. Maddə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.

60. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

61. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

62. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

63. Maddə 706.2. Torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər.

64. Maddə 706.3. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər.

65. Maddə 712.1. İcarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki:

66. Maddə 712.1.1. torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin;

67. Maddə Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu: 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

68. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

72. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

73. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

74. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

75. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

76. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

77. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(060)- 6989/2022 nömrəli qətnaməsi Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

79. Birinci instansiya məhkəməsinin ilkin iddianın qismən təmin edilən hissəsi ilə bağlı əsaslandırması ondan ibarət olmuşdur ki, QTSC-nin rəhbəri qeyd edilən torpaq sahəsinə dair heç bir sərəncam vermək hüququ olmadan, yəni Sumqayıt Şəhər Bələdiyyəsi və ya "xxxx" QTSC-nin Bakı filialı tərəfindən ona belə səlahiyyət verilmədən, ətrafdakılara özünü həmin torpaq sahəsinə dair sərancam verə biləcəyi görüntüsü yaratmaqla, həmin torpaq sahəsinin 600 kv m hissəsini sənədləşdirərək İddiaçı 80000 ABŞ dollarına satmağı sonuncu ilə razılaşdıraraq, heç bir əsas olmadan ondan xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək ümumilikdə 53000 (əlli üç min) ABŞ dolları vəsait almışdır. İddiaçı qalan 27000 ABŞ dolları vəsaiti torpaq sahəsini onun adına rəsmiləşdirərkən ödəyəcəyini bildirmişdir. Bundan sonra, İddiaçı 2008-2009-cu illərdə müvafiq qurumlardan tikintiyə heç bir razılıq almadan, yalnız Cavabdeh vədlərinə əsaslanaraq, qeyd edilən 600 kv. m. torpaq sahəsi üzərində 400 kv m özbaşına tikili inşa etmişdir. Göründüyü kimi, Cavabdeh heç bir əsası olmadan İddiaçı 53000 ABŞ dolları almaqla əsassız varlanmışdır. Odur ki, İddiaçı bu hissədə iddiası əsaslı olduğundan təmin edilməlidir.

80. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir:

81. Tərəflər iddiaçı tərəfindən cavabdehə 53000 (əlli üç min) ABŞ dolları pulun verilməsini, tikilini iddiaçının istifadə etdiyini və icarəyə verdiyini, həmin icarə haqlarını iddiaçının almasını mübahisələndirmirlər.

82. İddiaçı ilə cavabdeh hazırda aşağıdakı halları mübahisələndirirlər: Tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin, yoxsa icarə müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlinməsi; Tikilinin kim tərəfindən inşa edilməsi; 53000 (əlli üç min) ABŞ dollarının iddiaçıya qaytarılmalı olub-olmaması; Qarşılıqlı iddianın əsaslı olub-olmaması.

83. İşdən görünür ki, iddiaçı cavabdehlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamaq barədə razılığa gəldiklərini, cavabdeh isə onun əksini-onların icarə münasibətlərində olduqlarını bildirir. Tərəflər öz aralarında 2008-ci ildə razılaşdıqdan sonra iddiaçı elə həmin ildə 53 min ABŞ dollarını hissə-hissə ödəmişdir. İddiaçı həmin məbləğin məhz alqı-satqı müqaviləsi ilə bağlı əvvəlcədən razılaşdırılmış məbləğin bir hissəsi olduğunu iddia edir. Cavabdeh isə iddia edir ki, həmin məbləğ icarə müqaviləsi bağlanması üçün iddiaçı tərəfindən əvvəlcədən ödənilmişdir. Bunu cavabdehin nümayəndəsi məhkəmə iclaslarında onunla izah etmişdir ki, şəhərin abadlaşdırılması üçün icarədarlar xərclər çəkmiş, iddiaçı da həmin məbləği əvvəlcədən ödəmişdir.

84. Məhkəmə kollegiyası cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir. Belə ki, icarə müqaviləsinin əvvəlcədən həmin məbləğdə ödənilməsi inandırıcı və ağalabatan deyildir. Belə ki, iddiaçının ödədiyi məbləğ onun özünün dediyi kimi, baş tutacaq alqı-satqı müqaviləsi üçün danışılmış məbləğin əsas hissəsini təşkil etmişdir, iddiaçı tərəfindən həmin məbləğin icarə müqaviləsi üçün əvvəlcədən ödənildiyi, daha sonra depozit kimi məbləğdən hər ay 480 manatın çıxılması barədə cavabdehin dəlillərini məhkəmə kollegiyası əsassız hesab edir.

85. Kollegiya qeyd edir ki, 2008-ci il ərzində cavabdeh iddiaçıdan 53 min ABŞ dollarını heç bir əsas olmadan əldə etmiş, onun hesabına varlanmışdır.

86. Bundan başqa, işin araşdırılan hallarına istinad edərək cavabdehin əsassız varlanması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşsa da hesab edir ki, İddiaçı tələb hüququ məlum olduğu vaxtdan iki illik müddətin keçməməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı olmamışdır.

87. Belə ki, məhkəmə kollegiyasının iclasında iddiaçı bildirmişdir ki, cavabdehlə razılığa gəldikdən sonra, 2-3 ay, yaxud da 2 il ərzində torpaq sahəsinə dair alqı-satqının baş tutacağını düşünmüşdür. Lakin bunu cavabdehdən tələb də etməmişdir, çünki həm özü icarədən pul qazanmış, həm də həmin sahədə uzun müddət işlədiyinə görə başa düşmüşdür ki, cavabdeh onun adına rəsmiləşməni edə bilməyəcəkdir. Mübahisə isə ödənilməli olan məbləğin qalan hissəsinin cavabdeh tərəfindən tələb olunması ilə yaranmışdır. Belə ki, iddiaçı da yalnız alqı-satqı baş tutarsa, cavabdehə qalan məbləği ödəyəcəyini bildirmiş, cavabında isə cavabdeh ona alqı-satqı müqaviləsinin bağlana bilməyəcəyini bildirmişdir.

88. Göründüyü kimi, iddiaçı bildirdiyi kimi, elə həmin ildə, yaxud da 2 il ərzində alqısatqı müqaviləsinin bağlanacağını güman etmiş, lakin bununla bağlı iddia ilə yalnız 14 oktyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında Plenum qeyd etmişdir ki, “ ...Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.”

90. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

91. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyun 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.

92. Göründüyü kimi, cavabdehin iddiaçının hesabına əsassız varlandığı təsdiq olunsa da, iddiaçının tələb etmə hüququ ilə bağlı olan müddət ötürüldüyündən, iddia həmin hissədə rədd edilməlidir.

93. Belə ki, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.

94. İddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

95. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.

96. Kollegiya bildirir ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 127-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir.

97. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.

98. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, tərəflər arasında hər hansı müqavilə bağlanmasa da, hər iki tərəfin bu münasibətlərdə marağı olmuşdur, iddiaçı 2008-2022-ci illər ərzində obyektlərdən hər ay pul götürmüş, cavabdehə isə həmin məqsədlə 2008-ci ildə 53 min dollar pul verilmişdir. Heç bir tərəf mövcud münasibətlərin müqavilə ilə rəsmiləşdirilməsində maraqlı olmamışdır. Belə ki, bununla bağlı tərəflər arasında qeyd edilən illər ərzində mübahisənin olduğu işdə olan sənədlərlə müəyyən olunmur. Cavabdehin iddiaçıya dəfələrlə müraciət edərək, onu müqavilə münasibətlərinə dəvət etməsi də heç bir mötəbər sübutla təsdiqlənmir.

99. Kollegiya tikintiyə çəkilmiş 250 000 manat xərcin Cavabdeh tələb olunması hissəsinə gəldikdə isə hesab edir ki, İddiaçı həmin tikilini özbaşına tikinti kimi Sumqayıt Şəhər Bələdiyyəsinin mülkiyyətində olan və "xxxx" QTSC-nin Bakı filialının icarəsində olan torpaq sahəsində inşa etmişdir ki, bunun nəticəsində də Cavabdeh varlanmamışdır.

100. Belə ki, Sumqayıt şəhər Bələdiyyə Şurasının xx.xx.2003-cü il tarixli Qərarına əsasən Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QTSC-nin Bakı filialına 99 il müddətinə icarəyə verilmişdir. 26 noyabr 2004-cü il tarixli, 142 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Sumqayıt şəhəri, 53-cü məhəllə ərazisində 5 ha Sumqayıt şəhər Bələdiyyəsinə məxsus torpaq sahəsi "xxxx" QTSC-nin Bakı Filialına 25 il müddətinə icarəyə verilmişdir.

101. Mülki Məcəllənin 712.1.1-ci maddəsinə əsasən icarəyə verənin icazəsi olmadan icarəçinin hüququ yoxdur ki, torpağı üçüncü şəxslərin istifadəsinə versin, o cümlədən ikinci əldən icarəyə versin.

102. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı tərəfindən qarşılıqlı iddianın rədd edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, Cavabdeh Sumqayıt şəhəri, 53-cü məhəllədə yerləşən 5 ha torpaq sahəsinin 600 kv m hissəsinə sərəncam hüququ olmadığından, onun cavabdeh İddiaçı icarə haqqı kimi tələb etdiyi 127200 manat əsas borc və 4492,8 manat dəbbə pulunun tutulmasına dair şikayətin dəlilləri əsassızdır və rədd edilməlidir.

103. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

104. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(060)-6989/2022 nömrəli qətnaməsi Cavabdeh 53000 (əlli üç min) ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar