Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-731/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun ödənilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X1 ibarət tərkibdə, Bəhruz Fizuli oğlu Mirzəzadənin katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin olunması, cavabdeh X2 5400 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
3. Cavabdeh qiyabi qətnamənin ləğvi barədə şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının təzələnməsini xahiş etmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadı ilə ərizəsi təmin edilməmişdir.
5. Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)- 940/2022 saylı qərardadından şikayət verərək sonrakı prosessual hərəklərin yerinə yetirilməsini xahiş etmişdir.
6. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayət Azərbaycan Respublikası MPM-nin 2 saylı əlavəsinə uyğun olmadığı əsası ilə geri qaytarılmışdır.
7. Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(067)-940/2022 nömrəli qərardadı ilə (hakim Sərxan Səməzadə) İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə Cavabdeh şikayətinin geri qaytarılması qərara alınmışdır.
9. Cavabdeh həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.
10. Xaçmaz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(067)-940/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
a) Şikayətin dəlilləri
12. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, qərardadın surətini rəsmi qaydada xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə almışdır. Qanuna görə qərardadın surətini rəsmi qaydada aldıqdan sonra 10 gün müddətində qərardaddan şikayət verə bilər. O, qərardaddan narazıdır, hesab edir ki, qərardad ləğv edilməklə apellyasiya şikayəti baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qiyabi qətnamənin surəti rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2022-ci il tarixdə verilmişdir. Qanunda nəzərdə tutulmuş 10 gün ərzində, xx.xx.2022-ci il tarixdə qiyabi qətnamədən məhkəməyə şikayət vermişdir. Belə ki, qiyabi qətnamədən şikayəti 10 gün ərzində, yəni xx.xx.2022-ci il tarixdə tərtib etməklə elə həmin gün məhkəmənin dəftərxanasına təqdim etmişdir. O, qanunda nəzərdə tutulmuş qaydada qiyabi qətnamədən apellyasiya şikayəti vermişdir. Qeyd olunan qərardadla şikayətin geri qaytarılması onun yuxarı məhkəməyə şikayət etmək hüququnu süni surətdə kobudcasına məhdudlaşdırılması deməkdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadının ləğv edilərək apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
13. . İddiaçı tərəfindən şikayətə qarşı yazılı etiraz daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin şikayəti qanunsuz və əsassızdır. Qərardadın dəyişdirilməməsini xahiş edir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Maddə 127-nin İV hissəsinə əsasən ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır;
Apellyasiya baxışının hədləri
17. Şikayətdən görünür ki, apellyator Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(067)-940/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
18. Odur ki, kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(067)- 940/2022 nömrəli və bununla bağlı 27 yanvar 2023-cü il tarixli 2(067)-940/2022 nömrəli qərardadları ləğv olunmalıdır.
20. Belə ki, iş materiallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadı ilə Cavabdeh verdiyi şikayəti Azərbaycan Respublikası MPM-nin 2 saylı əlavəsinə uyğun olmadığı müəyyən edilərək geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə şikayətə baxılmış və bu barədə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadı mövcud olması əsası ilə şikayət geri qaytarılmışdır.
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən şikayətin dəlilləri araşdırılmamış, düzgün hüquqi qiymət verilməmiş, prosesual normaların tətbiqində pozuntuya yol verilmişdir.
22. Qeyd olunan şikayətin məzmunundan görünür ki, şikayət verən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadında qeyd olunmuş nöqsanı aradan qaldırdığını qeyd edərək şikayətə yenidən baxılması ilə bağlı iradə ifadəsini göstərmişdir. Birinci instansiya məhkəməsi isə bu hala diqqət yetirməyərək şikayətin yalnız tələb hissəsinə qiymət verməklə kifayətlənmiş, bununla da şikayətə formal yanaşaraq dəlillərini araşdırmamış, qəbul etdiyi qərdadı prosesual hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamışdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətin geri qaytarılması ilə bağlı düzgün hüquqi nəticəyə gəlsə də prosessual normaların tətbiqində pozuntuya yol vermişdır. Belə ki, şikayətin məzmunundan görünür ki, şikayət verən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qərardadını mübahisələndirərək şikayətə baxılması ilə bağlı iradəsini nümayiş etdirsə də, məhkəmədən Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad çıxarılmasını xahiş etməklə şikayət ərizəsinin tələb hissəsinin tərtibində yalnışlığa yol vermişdir. Birinci instansiya məhkəməsi bu halda şikayət forma və məzmunca qanunla nəzərdə tutulmuş qaydada tərtib edilmədiyindən, qüsurlu olduğundan geri qaytarmalı və bu nöqsanın aradan qarlıdırlması ilə bağlı hüquqlarını apelyatora izah etməli olduğu halda, şikayətə formal yanaşaraq Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(067)-940/2022 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə şikayətə baxılmış və bu barədə Xaçmaz rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-940/2022 saylı qərardadı mövcud olması əsası ilə şikayəti geri qaytarmışdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında da məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
26. Avropa Məhkəməsi Puaro Fransaya qarşı iş üzrə 2011-ci il 15 dekabr tarixli Qərarında isə məhkəmələr tərəfindən müvafiq prosessual normaların həddən artıq formal tətbiqi ilə ərizəçinin məhkəməyə müraciət etmək hüququna qeyri-mütənasib yanaşıldığını göstərmiş, bununla da Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir.
27. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilməməklə, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, şikayətə yenidən baxıliması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
28. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
29. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Cavabdeh şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(067)-940/2022 nömrəli və bununla bağlı 27 yanvar 2023-cü il tarixli 2(067)-940/2022 nömrəli qərardadları ləğv edilsin və şikayətə yenidən baxılması üçün mülki iş birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.