Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-735/2021 05.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Şamaxı rayon Məhkəməsinə İddiaçı tərəfindən verilmiş etiraza açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət etmişdir. Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)614/2020 saylı qərardadı ilə iddia ərizəsi və əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən şikayət verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(105)2524/2020 saylı qərardadı ilə şikayət qismən təmin edilmiş, Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(074)614/2020 saylı qərardadı ləğv edilmiş, iş materialları sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. İddiaçı məhkəmə iclasına sədrlik edən (eyni zamanda məhkəmənin sədri) hakimə etiraz edərək etiraz ərizəsinin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İddiaçı etirazını onunla əsaslandırmışdır ki, məhkəmə kobud qanun pozuntusuna yol verərək onun iştirakı olmadan hazırlıq iclasını keçirmişdir. Onun iştirakı təmin edilməmişdir. İş üzrə çıxarılmış qərardadlar qeyri-aşkar şəraitdə qəbul edilmiş, qanunla müəyyən edilməyən qeyri-prosessual hərəkətlərə yol verilmişdir. Məhkəmənin ədalətinə və obyektivliyinə əsaslı şübhələr mövcuddur və hazırki işə Şamaxı rayon Məhkəməsinin hakimi tərəfindən baxılması məqsədəmüvafiq deyildir. Etiraz baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir Cavabdeh Arif Musayev məhkəməyə teleqram vuraraq işin başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsində hakimə edilkən etirazların əsası sadalanmışdır. Hazırki işdə isə qeyd edilən maddədə sadalanan əsaslar mövcud deyildir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən məhkəməyə etiraz edən tərəf etirazının əsaslarını sübut etməlidir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, etirazda göstərilən əsaslar işə baxan hakimə (məhkəmə tərkibinə) etirazın əsaslarını müəyyən edən Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsinin təsiri altına düşmür. Belə olan halda, Şamaxı Rayon Məhkəməsinin hakiminin işin nəticəsində maraqlı olmasına və onun obyektivliyinə, qərəzsizliyinə şübhə doğuran əsas olmadığından və etirazda göstərilən əsaslar barədə heç bir Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı Rayon Məhkəməsinə iddiaçı İbadov Telman İbad oğlu tərəfindən verilmiş etiraz cəsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 21-22 və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan” tələbinə dair mülki iş üzrə Şamaxı rayon Məhkəməsinə İddiaçı tərəfindən verilmiş etiraz təmin edilməsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Elman Rəhimov
Məhkəmə qərarları › İş №2(105)-735/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-735/2021
05.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver