Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-737/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, Cavabdeh, vəkili və nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilib, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 16037 (on altı min otuz yeddi) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pul Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi qət edilmişdir. (hakim R.V.Kazımov) Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 saylı qətnaməsilə apellyasiya şikayəti təmin olaraq Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-5740/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 iyun 2021-ci il tarixli, 2(105)-360/2021 saylı qətnaməsi ləğv edilərək iş təkrar baxışa qaytarılmışdır. İŞİNHALLARİ İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış 26 may 2017-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və onunla X8” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 10 noyabr 2017-ci il tarixli, 469-K saylı əmirlə baş satıcı vəzifəsinə, 23 yanvar 2018-ci il tarixli, 031-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmiş və 10 aprel 2019-cu il tarixli, 145-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19 yanvar 2019-cu il tarixdə Oba- Bakıxanov 9 mağazasında çalışdığı zaman aparılmış invevtarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 19 yanvar 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləğinin 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat olması məlum olmuşdur. Maliyyə arayışından da məlum olur ki, ümumi borc 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat təşkil edir.Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsinin və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X8 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi X3 05 may 2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh qarşı olan iddia tələbinin azaldılaraq 16037 (on altı min otuz yeddi) manat pulun İddiaçı MMC-nin bank hesabına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ Cavabdeh verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qusar Rayon Məhkəməsi 19 iyun 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahatında bildirdi ki, orta təhsillidir, ticarət sahəsində xüsusi ixtisasa və biliyə malik deyildir. İş axtararaq iddiaçıya müraciət etmiş və onu işə götürmüşər. Bir müddət sonar isə ona adminastor vəzifəsi həvalə olumuşdur. Ona bu iş həvalə olunanda da mənasını və məsuliyyətini başa düşməmişdir. O, işə təyin olunarkən mağazada olan malları aktla ona təhvil verməmişlər. İşdən çıxan zamanda yoxlama seçmə qaydada gecə vaxtı, axşam saat 22.00-dan başayaraq səhər 5.00-dək davam etmişdir. Həmin vaxt hazır akt olmuş və ona bildirmişlər ki, işdən azad olunması üçün həmin aktı imzalamalıdır. Həmin vaxt mal əksikliyi ilə bağlı ona heç nə deyilməmiş, irad tutulmamış, izahatı alınmamışdır. Bu səbəbədən də, heç nədən şübhələnmədən ona təqdim edilən aktı imzalamışdır. Aktın hansı şəraitdə və haçan tərtib edilməsindən xəbəri olmamışdır. Hesab edir ki, akt inventarizasiya aparılanadək artıq tərtib edilmişdir. Ona görə də, mallar seçmə üsulla, başdansovdu saylmışdır. Ondan sonra administrator Aydan adlı xanım təyin edilmiş, bir-iki aydan sonra ona da eyni qaydada, səhv etmirsə 2000 manat əskiklik yazılmışlar. Bundan 9 ay sonra isə ona qarşı bu tələb irəli sürülmüşdür. Onu işdən azad edərkən də, ona mal əksikliyi barədə heç nə deyilməmişdir. Yalnız məhkəmə vaxtı tələb edilən məbləğdə ona mal əksikliyi hesablandığını bilmişdir. Hazırda hamilədir, heç yerdə işləmir, başqa gəlir yeri yoxdur. Mağaza rəhbərliyinə müraciət etmiş, ona bildirmişlər ki, məhkəmə hansı qərar qəbul edəcəksə, onlar ona uyğun hərəkət edəcəklər. Qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili R.Ə.Quliyev apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə etdi ki, İddiaçı MMC-nin bu hal birinci işi deyil, bu qaydada xarab olmuş, vaxtı keçmiş ərzaq məhsullarını Sevinc kimi işçilərin ayağına yazmaqla ziyandan yayınırlar. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 26 may 2017-ci il tarixli Əmək Müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 26 may 2017-ci il tarixdə 3 aylıq sınaq müddəti tətbiq olunmaqla İddiaçı MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. Yenə işdə olan İddiaçı MMC tərəfindən verilmiş 26 may 2017-ci il tarixli 243K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X5 Şəbəkəsinə 26 may 2017-ci il tarixdən başlayaraq 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı- Kassir vəzifəsinə işə qəbul edilmiş və əmək haqqının stat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. İşə əlavə olunmuş 26 may 2017-ci il tarixli İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış X8 haqqında Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh maddi məsul şəxs kimi ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə üzərinə götürmüş və müəyyən edilmiş vəzifələri icra etməyə borclu olmuşdur. Yenə işə əlavə edilmiş 10 noyabr 2017-ci il tarixli X1, İddiaçı MMC tərəfindən verilmiş 10 noyabr 2017-ci il tarixli, 496-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 10 noyabr 2017-ci il tarixdən Baş satıcı vəzifəsinə keçirilmiş və və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. Yenə də işə əlavə olunmuş İddiaçı MMC tərəfindən verilmiş 23 yanvar 2018-ci il tarixli, 031-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları Şöbəsinə 23 yanvar 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş və və əmək haqqının ştat cədvəlinə əsasən ödənilməsi qərara alınmışdır. Həmin tarixdə onunla X8 haqqında müqavilə bağlanmışdır. İşdə olan İddiaçı MMC tərəfindən verilmiş 10 aprel 2019-cu il tarixli 145-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Əməliyyatları X5 Şəbəkəsinin Adminstratorunun əmək müqaviləsinə 10 aprel 2019-cu il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş və son haqq-hesab: istifadə edilməmiş 0.55 (sıfır tam yüzdə əlli beş) təqvim günü əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi qərara alınmışdır. Yenə işdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 10 dekabr 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh Oba Marketin Bakıxanov 9 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyəti 19 yanvar 2019-cu il tarixdə yoxlanılmış və 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat əskikgəlmə aşkarlanmışdır. Vəzifə təlimatına, eləcə də, İddiaçı MMC ilə bağlanmış maddi məsuliyyət müqaviləsinə əsasən adminstrator olaraq ona etibar edilmiş əmlakdan 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat əskikgəlmə aşkar edilməklə, Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir. 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəməsi xahiş edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 19 yanvar 2019cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh qızı 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə heç bir ödəniş etməmişdir. Yenə işə əlavə edilmiş İddiaçı MMC tərəfindən verilmiş 01 may 2020-ci il tarixli İddiaçı MMC-nin sabiq adminstratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışdan görünür ki, 19 yanvar 2019-cu il tarixdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Faktiki qalıq borc 16037 (18937-2900) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2021-ci il tarixli, 9/6029 saylı rəyi ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yanvar 2019-cu tarixli OBA Bakıxanov 9 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlığının 16.037 manat məbləğində müəyyən edilir. Lakin həmin arayışda göstərilən çatışmazlıqla da bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)-295/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh 26 may 2017-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassır vəzifəsinə işə qəbul olunmuş və Cavabdeh ilə “X8” haqqında müqavilə imzalanmışdır. Cavabdeh 10 noyabr 2017-ci il tarixli, 469-K saylı əmrlə Baş Satıcı vəzifəsinə, 23 yanvar 2018-ci il tarixli, 031-K saylı əmrlə adminstrator vəzifəsinə keçirilmişdir. Cavabdeh 10 aprel 2019-cu il tarixli, 145-K saylı əmrlə işdən azad edilmişdir. İddiaçı hesab edir ki, Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. 19 yanvar 2019-cu il tarixdə “Oba-Bakıxanov 9” mağazasında çalışdığı zaman aparılmış invevtarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 19 yanvar 2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləğinin 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat olması məlum olmuşdur. Cavabdeh 18937 (on səkkiz min doqquz yüz otuz yeddi) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə şirkət tərəfindən 2900 (iki min doqquz yüz) manat güzəşt edilmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi hazırki iş üzrə iddia ərizəsi işəgötürənin işçiyə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi ilə bağlıdır. Tərəflər arasında X8 haqqında müqavilənin bağlandığı işin mübahisəsiz halıdır. İddiaçı cavabdehin də imzaladığı inventarizasiya aktına istinad edərək, cavabdehdən maddi zərərə görə 16037 (on altı min otuz yeddi) manat pulun tutulmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir və iddiaçıya zərərin vurulmasına hər hansı təqsirinin olmadığını bildirir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 191-ci maddəsi təşkil edir. Həmin maddədə birbaşa sadalanmış dispozisiya şərtlərinə əsasən belə iddiaların təmin olunması üçün: a) ziyanın həqiqətən vurulduğu aşkar olmalı; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Qanun nəzərdə tutur ki, sadalanan şərtlərin biri və ya bir neçəsi deyil, eyni zamanda hər üçü olduqda işçinin işəgötürənə qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranır. Əmək Məcəlləsinin 192-ci maddəsi bu cür tələblər üzrə sübut etmə yükünü müəyyən edir. Maddənin mənasına görə zərərin vurulduğunu iddia edən işəgötürən maddi ziyanın məbləğini və onun işçinin təqsirli hərəkəti nəticəsində vurulduğunu sübut etməyə borcludur. Bununla yanaşı, Əmək Məcəlləsi işçinin qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı konkret halların dəqiq siyahısını müəyyən edir (maddə 199), vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması qaydasını (işçinin yazılı izahatının alınması, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarının araşdırılması), bu zaman işçinin malik olduğu hüquqları və işəgötürənin vəzifələrini sadalayır (maddə 203). Məcəllə belə mübahisələrə baxan hakimə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azaltmaq və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq etmək səlahiyyətləri verir (maddə 206). Lakin işə baxmış birinci instansiya məhkəməsi işəgötürən tərəfindən hazırkı iddianın qaldırılmasınadək həmin müddəalara riayət olunub-olunmadığı barədə hər hansı hüquqi dəyərləndirmə aparmamış, iddiaçının təqdim etdiyi inventarizasiya aktı əsasında belə qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıya tələb olunan məbləğdə maddi ziyan vurmuşdur. Halbuki, Əmək Məcəlləsinin 191-ci maddəsi işəgötürənin istənilən maddi itkilərə məruz qaldığının belə iddiaların təmin olunması üçün yetərli olmadığını, bununla yanaşı, işçinin qanuna zidd əməlinin mövcud olmasını və bu əməllə zərər arasında səbəbli əlaqənin müəyyən edilməsini zəruri şərt kimi nəzərdə tutur. Qeyd olunmalıdır ki, iddiaçının istinad etdiyi inventarizasiya aktı əsasında məhkəmə 19 yanvar 2019-cu il tarixdə mağazada faktiki məlumatlarla uçot məlumatlarının üzləşdirilməsinin aparıldığını və 18937 manat kənarlaşma olduğunu müəyyən etmişdir. Halbuki, qeyd olunan kənarlaşma faktının mövcudluğunun müəyyən edilməsi və işçinin bu faktı təsdiq etməsi özü-özlüyündə Əmək Məcəlləsinin 191-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğu kimi qiymətləndirilə bilməz. Əmək qanunvericiliyinə əsasən bunun üçün işəgötürən tərəfindən həmin Məcəllənin 192, 203 və əlaqəli digər maddələrinin tələblərinə cavab verən araşdırma aparılması tələb olunur. İş materiallarından göründüyü kimi birinci apellyasiya icraatı zamanı məhkəmə tərəfindən ekspertiza təyin olunmuş, ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının və 19 yanvar 2019-cu tarixli “OBA Bakıxanov 9” filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh hesabında olan çatışmazlıq 16.037 manat təşkil edir. Lakin həmin arayışda göstərilən çatışmazlıqla da bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir. Rəydən göründüyü kimi ekspert yalnız iş materiallarında inventarizasiya aktında əskik gəldiyi qeyd edilən ərzaq mallarının orta bazar qiymətinin ümumi dəyərini nəzəri qaydada müəyyən etməklə kifayətlənmişdir. Bununla yanaşı həmin rəydə qeyd olunur ki, 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Həmçinin iş materiallarında Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir. Məhkəmə kollegiyası işin faktiki hallarına qiymət verərək hesab edir ki, iddiaçının əsas sübut kimi istinad etdiyi 19 yanvar 2019-cu il tarixli “Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akt” Malların inventarizasiya Qaydalarının tələblərinə uyğun tərtib edilməmişdir. Göstərilən çatışmazlıqla bağlı hər hansı mühasibatlıq sənədləri mövcud deyildir. Daha öncə yuxarıda qeyd olunan səbəblərdən məhkəmə kollegiyası, digər sübutlarla öz təsdiqini tapmadığından, həmin aktı iddianın təmin edilməsi üçün yetərli hesab etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Cavabdeh izhatında onun administrator vəzifəsinə təyin edilən tarixə mağazada mal-materialın (ərzaq və digər satış predmetlərinin) hansı vəziyyətdə olmasının ümumiyyətlə dəqiqləşdirilmədiyini, orta təhsilli, ticarət sahəsində heç bir təhsilə və ixtisasa malik olmadığını, tutuduğu vəzifənin məsuliyyətini tam anlamadığını, inventarizasiyanın gecə, qeyri-iş vaxtı aparıldığını, ona hazır akta imza etdirildiyini, inventarizasiya aparılarkən mal əksikliyi olduğu iddia edildiyi halda ondan izahat alınmadığını, ona heç bir irad bildirilmədiyini, ondan sonra digər şəxsin administrator təyin edildiyini, sonradan onun da mal əksikliyi ilə işdən çıxarıldığını, bundan 9 ay sonra ondan ziyan tələb edildiyini, işəgötürənə borcu olduğu halda üç ay sonra öz ərizəsi ilə işdən azad edilməsinin və əmək haqqı almasının ağlabatan olmadığını, sadalanan sübutların araşdırılmadığını və onlara hüquqi qiymət verilmədiyini bildirmişdir. İşə baxan birinci instansiya məhkəməsi bu halların heç birinə qiymət verməmişdir. Halbuki, işin obyektiv və ədalətli araşdırlması üçün bu hallar daha öncə sadlanan hüquq normaları baxımından qiymətləndirilməli və yekun nəticəyə gəlinməli idi. Beləliklə, iddiaçı məhkəməyə cavabdeh tərəfindən ona qanunazidd hərəkətləri nəticəsində ziyan vurmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilməmişdir, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, borcun cavabdehin günahı ucbatından yaranması sübut edilə bilinməmiş, məhkəməyə əsaslı şübhələrdən kənar hər hansı mötəbər və legitim sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia rədd edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsinin və kassasiya şikayətinin verilməsi üçün iddiaçıtərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh Nəcvəddin qızı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçıdan tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Qusar Rayon Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2(029)- 295/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul olunsun. İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin və kassasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh Nəcvəddin qızı tərəfindən ödənilmiş 15,40 manat dövlət rüsumu iddiaçı “ X10” MMC-dən tutularaq ona qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-737/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-737/2022
15.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver