Məhkəmə qərarları › İş №2(105)-739/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-739/2022

19.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-739/2022 19.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2nə, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 vəkili və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3, X2 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016cı il tarixli, 2(060)-103/2016 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 25 may 2012-ci il tarixdə İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış kredit müqaviləsinə əsasən, bu müqavilənin şərt və müddəalarına uyğun olaraq, bank borcalana illik faiz dərəcəsi 15 faiz olmaqla 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləği borc verməyə razılaşmışdır (bənd 2.01). Kredit müqaviləsinə görə əgər borcalan bu müqavilə üzrə ödəyəcəyi hər hansı məbləği vaxtında ödəyə bilmirsə, həmin məbləğin üzərinə illik 30 % olmaqla faiz gələcək.

2. İddiaçı ASC tərəfindən verilmiş “AER” firması üzrə 17.02.2016-cı il tarixə olan maliyyə arayışından müəyyən olunur ki, kreditin verilmə tarixi 03.07.2012-ci il, kreditin müddəti 60 ay, kreditin məbləği 2.380.000 ABŞ dolları, kreditin faiz dərəcəsi 15%, əsas borcdan ödənilən cəmi məbləğ 817.963,72 ABŞ dolları, faizdən ödənilən cəmi məbləğ 535.956,21 ABŞ dolları, əsas borcun qalığı 1.562.036,28 ABŞ dolları, faiz borcunun məbləği 434.184,77 ABŞ dolları, cərimənin məbləği 275.390,51 ABŞ dollarıdır.

3. İddiaçı ASC (“İpoteka saxlayan”) ilə Cavabdeh3 (“İpoteka qoyan”) və “AER” firmasının direktoru X4 (“Borcalan”) arasında 25 may 2012-ci il tarixdə SİP1-237/22-USD №li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə borcalan (ipoteka qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 237/22-USD №-li 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi kreditor (ipoteka saxlayana) ipotekaya verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 02 aprel 2008-ci il tarixli 136/0-SKMF saylı kredit müqaviləsidir. Müqavilənin 3.1-ci bəndinə görə ipotekaya verilən əmlak Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəl binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi, 877,1 kv.m əsas, 536,2 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsidir (25 saylı təsərüfat mağazası). Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən ipotekaya qoyulmuş əmlak 3.000.000 manat dəyərində qiymətləndirilmişdir.

4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X5 Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 saylı qeyri-yaşayış sahəsi 25 saylı təsərrüfat malları mağazası İddiaçı ASC-də 14.06.2012-ci ildən 62 ay müddətinə ipoteka ilə yüklü edilmişdir.

5. İddiaçı ASC tərəfindən “AER” firmasına 25.05.2012-ci il tarixli müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməməsi ilə əlaqədar borcun ipoteka ilə yüklü edilmiş əmlak (Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 21 saylı qeyriyaşayış sahəsi 25 saylı təsərrüfat malları mağazası) hesabına ödənilməsi üçün məhkəməyə müraciət olunacağı barədə 22.07.2015-ci il tarixli bildiriş göndərilmiş və qeyd olunan bildiriş 23.07.2015-ci il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır.

6. İddiaçı ASC (girov saxlayan) ilə Cavabdeh3 (girov qoyan) və “AER” firmasının direktoru X4 (borcalan) arasında 25 may 2012-ci il tarixdə SG2-237/22-USD №-li sonrakı girov müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə borcalan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 110/22-AZN №-li 26 aprel 2011-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 26 may 2012-ci il tarixli 237/22-USD saylı kredit müqaviləsidir. Müqavilənin 3.1ci bəndinə görə girova verilən əmlak X3 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" MTK-da 145,25 kv.m mənzilə olan pay hüququdur. Bu müqavilənin 3.2-ci bəndinə əsasən bank tərəfindən girova qoyulmuş əmlak 130.000 manat dəyərində qiymətləndirilmişdir.

7. İddiaçı ASC (girov saxlayan) ilə Cavabdeh3 (girov qoyan) və “AER” firmasının direktoru X4 (borcalan) arasında 25 may 2012-ci il tarixdə SG1-237/22-USD №-li sonrakı girov müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə görə borcalan (girov qoyan) mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı 13-07 SKMF №-li 26 dekabr 2007-ci il tarixli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi girov saxlayana girova verir. Hazırki müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəliyin əmələ gəlməsi üçün əsas bank və “AER” firması arasında Bakı şəhərində bağlanmış 26 may 2012-ci il tarixli 237/22-USD saylı kredit müqaviləsidir. Müqavilənin 3.1ci bəndinə görə girova verilən əmlak “AER” firmasına məxsus “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, Dino-C markalı dondurma istehsalı avadanlığıdır. Bu müqavilənin 3.2-ci bəndinə əsasən tərəflərin razılığına görə girova qoyulmuş əmlak 343.000 manat dəyərində qiymətləndirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər “AER” firmasına və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, “AER” firmasından İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 825.386,85 ABŞ dolları əsas, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə olmaqla, cəmi 1.170.680,94 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 343,91 ABŞ dolları məbləğində gündəlik faizin və 343,91 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2012-ci il 25 may tarixli kredit müqaviləsinə əsasən “AER” firması İddiaçı ASC-dən illik 15 %-lə 60 ay müddətinə 1.190.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən, Cavabdeh3 mülkiyyətindəki 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) 25 may 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 25 may 2012-ci il tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş etmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank ikiqat faizlə cərimə hesablayıb borcludan tələb edir. 2015-ci ilin mayın 18-dək “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 825.386,85 ABŞ dolları əsas borc, 177.358,14 ABŞ dolları faiz borcu və 167.935,95 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 1.170.680,94 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq “AER” firması borcu ödəməkdən boyun qaçırır.

10. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, “AER” firmasından İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 785.386,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz borcu və 186.507,38 ABŞ dolları cərimə olmaqla, cəmi 1.160.170,99 ABŞ dolları məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 18 may 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 327,24 ABŞ dolları məbləğində gündəlik faizin və 327,24 ABŞ dolları cərimə borcunun hesablanaraq tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyriyaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərrac satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 saylı qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və ərizəsində göstərmişdir ki, məhkəmə baxışı dövründə cavabdeh banka ödənişlər etdiyindən iş üzrə iddia tələbinin həcminin azaldılması zərurəti yaranmışdır. Belə ki, 18 avqust 2015-ci il tarixli maliyyə arayışına əsasən “AER” firmasının 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə banka 785.386,85 ABŞ dolları əsas, 188.276,76 ABŞ dolları faiz, 186.507,38 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.160.170,99 ABŞ dolları borcu vardır.

11. Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2015-ci il tarixli qərardadı ilə hazırki iş üzrə cavabdeh “AER” firması, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə əvəz edilmişdir.

12. İddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSCdən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512,28 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, həmin qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və borcun qeyri-yaşayış sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerlşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Daha sonra, iddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSC-dən İddiaçı ASC-nin xeyrinə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.446.725,06 ABŞ dolları əsas, 818.760,28 ABŞ dolları faiz, 109.512,28 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.374.997,62 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 29 oktyabr 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlan-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.m olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerlşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Bundan sonra, iddiaçı yenidən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia ərizəsinə əlavə təqdim edərək, "xxxx" QSCdən İddiaçı ASC-nin xeyrinə 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, həmçinin 17 fevral 2016-cı il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 602,8 ABŞ dolları məbləğində gündəlik faizin və 602,80 ABŞ dolları cərimə borcunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" QSC-yə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlan-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.m olan pay hüququna yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim N.Abıyev, iş № 2(060)-103/2016) cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Tetralaval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 (üç milyon) manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, qalan vəsaitin isə Cavabdeh3 və X2 qaytarılması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdeh “AER” firmasına vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda “AER” firmasının (hazırda "xxxx" QSC) banka olan 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 275.390,51 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 2.271.611,56 ABŞ dolları borcu ödənilməmiş qalmışdır.

b) apellyasiya instansiyası məhkəməsində icraat

17. İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehdən cərimə borcunun 1000 ABŞ dolları məbləğində tutulması, Cavabdeh3 məxsus, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakların hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin edilməsi, rəyə əsasən əmlakların ilkin satış qiymətinin müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cərimə pulunun həcmini əhəmiyyətli azaldarkən kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır. Dəbbə pulunun 1000 ABŞ dolları məbləğində müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır. Bundan başqa ipoteka qoyulmuş əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə ilə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə ilə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. Məhkəmə iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh3 qeyri-yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin rədd edilməsi hissəsində də səhv nəticəyə gəlmişdir və nəticədə qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

19. Cavabdehlər birgə apellyasiya şikayətlərində Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsinə baxmayaraq iddiaçı tərəfindən "xxxx" QSC-yə nə qədər kredit verildiyi sübut edilməmişdir. Bu hal iddiaçının üç dəfə iddia tələbini dəyişdirməsi və hər dəfə ayrı-ayrı məbləğlər tələb etməsi ilə də təsdiq olunur. İddiaçıya 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə müvafiq sənədləri, yəni cari hesabdan çıxarış, məxaric orderləri, cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə ödəniş qəbzləri, elanlar, ödəniş tapşırıqları və digər sənədləri obyektiv və hərtərəfli ekspertiza aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə təqdim olunması təklif olunsa da, iddiaçı həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası üzrə obyektiv rəy verilməmişdir. Bundan başqa məhkəmə iş üzrə cavabdeh qismində cəlb olunmamış X7 barəsində tələbə baxmış və iddia tələbinin bir hissəsi onun şəxsi əmlakı hesabına ödənilmişdir. Bu hal isə Azərbaycan Respublikası MPM-in 387, 387.1, 387.2.2 və 387.4-cü maddələrinin pozulması deməkdir. Məhkəmə işə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnən və onun hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. Bundan başqa kreditin verilməsi ilə bağlı işin faktiki halları araşdırılmamışdır və iş üçün əhəmiyyəti olan hallar tam sübuta yetirilməmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2017-ci il tarixli qərardadı ilə (hakimlər T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov, iş № 2(105)-1379/2017) İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X7, Cavabdeh4 və Cavabdeh3 arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtlərlə təsdiq edilməsi: “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları təşkil edir, qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya bu saziş, onun 1 saylı əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair razılaşma nömrəsi BŞ002”nın şərtlərinə uyğun olaraq həmin razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə əsasən ödəməlidir; 1.2. Saziş üzrə cavabdehin, birgə cavabdehlərin öhdəliklərinin icrasının əsas təminatı aşağıdakılardır: 1) Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası), 2) 15 mart 2008-ci il tarixli müqaviləyə əsasən X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 46, mərtəbə 9 "xxxx" MTK-da 145,25 kv.m mənzilə olan pay hüququ, 3) Tetra-laval şirkətindən alınan Straytlayn - 600 G. Dino-C markalı dondurma istehsalı avadanlığı; 1.3. Hazırki barışıq Sazişi və onun ayrılmaz tərkib hissəsi olan razılaşma üzrə öhdəliklər cavabdehlər tərəfindən vaxtında və lazımınca yerinə yetirilmədikdə, iddiaçı hazırkı sazişin 1.1-ci bəndindəki qalıq məbləği heç bir güzəşt etmədən birgə cavabdehlər tərəfindən edilmiş ödənişlər çıxılmaqla cavabdehlərdən tələb edə, bildiriş vermədən dərhal hazırki barışıq sazişinin (və onun ayrılmaz tərkib hissəsi olan razılaşmanın) icraya yönəldilməsi üçün sazişi təsdiq edən məhkəməyə və icra orqanlarına müraciət edə, borcun cavabdehlərdən tutulmasını, eyni zamanda sazişin 1.2-ci bəndində qeyd edilən təminat hesabına ödənilməsini tələb edə bilər.”, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsinin ləğv edilməsi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və Cavabdeh3 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

c) kassasiya instansiyası məhkəməsində icraat

22. Ali Məhkəmənin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər A.İsgəndərov (sədrlik edən və məruzəçi), Ə.Əhmədov və İ.Dəmirov, iş № 2(102)- 6743/2018) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə 28 noyabr 2017-ci il tarixli, 2(105)-1379/17 saylı qərardadının ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

23. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən barışıq sazişi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına və qanuna zidd olmaqla digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan həmin sazişin təsdiq olunması barədə qərardad ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.

ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

24. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən və məruzəçi), E.Əhmədov və Z.Məmmədov, iş № 2(105)-31/2021) iddiaçı LPO İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehlərin apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsinin qismən iddianın təmin edilmiş hissəsində cavabdeh “AER” firmasından 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1000 ABŞ dolları cərimə olmaqla, ümumilikdə cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), “AER” firmasına məxsus olan “Tetra-laval” şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına və X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m mənzilə olan pay hüququna yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ilkin satış qiymətinin 3.000.000 manat müəyyən edilməsi, qeyd olunan əmlakların açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 ABŞ dolları 05 sent məbləğində borcun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı ASC-yə ödənilməsi və 30 manat dövlət rüsumun tutulması hissəsində ləğv edilməsi və həmin hissələrdə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin həmin hissələrdə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı ASC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 315 (üç yüz on beş) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

25. Məhkəmə kollegiyası hesab etmişdir ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin iddiaçı bankdakı hesabına köçürülmüş vəsaitin bank tərəfindən Cavabdeh2 MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsini həyata keçirməsi qanuni olmamaqla yanaşı, belə silinmənin əsaslılığını, yəni əvvəlki kreditlər üzrə borcların hansı miqdarda olmasını, həmin kreditlərin götürülməsinə dair məxaric orderlərinin və ya çeklərinin olubolmamasını, həmin kreditlər üzrə ödəniş tapşırıqlarının olub-olmamasını sübutetmə vəzifəsi iddiaçı bankın üzərinə düşür. İddiaçı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-yə ayrılmış və onun bank hesabına köçürülmüş pul vəsaiti bank tərəfindən digər 5 ədəd ayrı-ayrı hesablar üzrə silinmişdir. Lakin bank tərəfindən həmin hesablar üzrə borcun yaranmasını və borcun silindiyi tarixdə mövcud olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Bank tərəfindən təqdim edilmiş sənədlər hesabdan çıxarış məlumatlarıdır ki, həmin sənədlər özündə ancaq həmin hesablarda aparılmış əməliyyatları əks etdirir. Həmin hesablar üzrə borcun olduğunu təsdiq edən sübutlar isə kredit müqavilələri, həmin müqavilələrə əsasən verilmiş kreditin məxaric edilməsini və ya digər formada xərclənməsini əks etdirən sənədlərdir. İş materiallarında bank tərəfindən iddia edilən Cavabdeh2 MMC-nin borclu olduğu əvvəlki kreditləri ilə bağlı yalnız 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi mövcuddur. Digər hesablar üzrə müqavilələr, kredit məbləğlərinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri, məxaric çekləri və kredit məbləğlərinin digər hesablara köçürülməsinə dair Cavabdeh2 MMC-nin ödəniş tapşırıqları, razılıq ərizələri iddiaçı bank tərəfindən məhkəməyə təqdim olunmamışdır. Buna görə də 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 MMC-nin iddiaçı bankdakı hesabına köçürülmüş vəsaitin bank tərəfindən Cavabdeh2 MMC-nin əvvəlki kreditləri üzrə borclarının ödənilməsi məqsədi ilə digər hesablar üzrə silinməsinin qanuniliyi və əsaslılığı şübhə doğurur.

26. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd olunan xüsusatları sübut etmək vəzifəsi iddiaçı bankın üzərinə düşür. Belə ki, yuxarıda sadalanan sənədlərin saxlanılması mövcud qanunvericilikdə bankların vəzifəsi kimi müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə 280.750,00 ABŞ dolları məbləğində pulun nəğd şəkildə məxaric edilməsi üçün Cavabdeh2 MMC-nin kassa hesabına köçürüldüyünü nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, həmin vəsait üzərində Cavabdeh2 MMC-nin real sərəncam vermə imkanı yaranmışdır. Müəyyən olunmuşdur ki, Cavabdeh2 MMC tərəfindən həmin məbləğdən 153.533,ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 138.789,30 ABŞ dolları əsas borca, 14.744,03 ABŞ dolları isə faiz borcuna silinmişdir. Beləliklə, Cavabdeh2 MMC-nin halhazırda iddiaçıya 154.898,40 ABŞ dolları məbləğində ödənilməmiş kredit borcunun olduğu təsdiqini tapır. Lakin ləğv prosesində olan İddiaçı ASC tərəfindən həmin kredit müqaviləsi üzrə borcunun cavabdehdən tutulması barədə tələb irəli sürülməmişdir. İddiaçının tərəflər arasında bağlanmış həm 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə, həm də digər əvvəlki kredit müqavilələri üzrə yaranmış borcları mötəbər sübutlar əsasında mülki iddia qaydasında müstəqil şəkildə ayrı iddia tələbi ilə tələb etmək hüququ vardır.

d) kassasiya instansiyası məhkəməsində ikinci icraat

27. Ali Məhkəmənin Mülki Kollegiyasının 16 dekabr 2021-ci il tarixli, 2(102)- 5768/2021 nömrəli qərarı ilə (hakimlər V.Həsənov (sədrlik edən və məruzəçi), E.Şamayev və İ.Şəfiyev) İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməsi və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

28. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müqavilənin bağlanmasını müəyyən edir, lakin həmin müqavilə üzrə öhdəliklərin iddiaçı tərəfindən yerinə yetirilmədiyini qeyd edir. İş materillarında olan müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş rəy və müvafiq ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilir. Hazırki işin mübahisəli halları isə pul məbləğinin cavabdeh tərəfə ödənilməməsi və cavabdehin iddiaçı qarşısında icra edilməyən öhdəliyinin mövcud olmaması ilə bağlıdır. İşin halları ilə daha sonra müəyyən olunur ki, tərəflər arasında baxılan işin icraatı daxilində barışıq sazişi bağlanmış və bundan sonra iddiaçı tərəfin şikayəti əsasında barışıq sazişinin təsdiq edilməsinə dair apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmuşdur. Digər tərəfdən aşkar olaraq müəyyən olunur ki, sonuncu ekspertiza tədqiqatı zamanı yalnız cavabdeh tərəfindən təqdim olunmuş audit yoxlamasının nəticəsinə uyğun rəy verilmiş, lakin həmin rəydə ziddiyyətlərin mövcudluğuna əhəmiyyət verilməmiş, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə sənədləri əsasında tədqiqatın hansı səbəbdən həyata keçirilməsinin mümkün olmaması aydınlaşdırılmamışdır. Bununla yanaşı cavabdehin müxtəlif kredit təşkilatları qarşısında öhdəliklərinin reyestr məlumatları ilə bağlı iş materiallarında olan çıxarışda hansı səbəbdən 25 may 2012-ci il tarixli müqavilə üzrə öhdəliyin qeydə alınmaması aydınlaşdırılmamışdır. İşin tam və hərtərəfli araşdırılması baxımından iddiaçının ilkin iddia tələbi ilə iddia tələbinin həcminin artırılmasına dair ərizələrində məbləğlərin artması (ən əsası əsas borc məbləğinin) səbəbləri araşdırılmamışdır. Halbuki, apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətini əsaslı hesab edərkən və ya iddiaçının öhdəliyini icra etməməsi nəticəsinə gələrkən formal mülahizələrdən çıxış etməməli, faktiki olaraq işdə olan və araşdırılması zəruri olan sübutların araşdırılmasından sonra müvafiq nəticəyə gəlməli idi.

Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, digər apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi X8 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

31. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3, X2 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

32. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 269. Girov və ipoteka hüququ anlayışı 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.

Maddə 282. Sonrakı girov 282.1. Girovda olan əmlak digər girovun predmeti (sonrakı girov) ola bilər. 282.2. Sonrakı girova onun əvvəlki girov müqavilələri ilə qadağan edilmədiyi halda yol verilir. 282.3. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallar nəzərə alınmaqla, sonrakı girov zamanı sonrakı girov saxlayanın tələbləri əvvəlki girov saxlayanın tələbləri ödənildikdən sonra girov predmetinin dəyərindən ödənilir. 303.4. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

Maddə 317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

Maddə 319. Borclunun öhdəlikləri yerinə yetirməyi gecikdirməsinin nəticələri 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

33. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənalan daşıyır: 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.9. ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

Maddə 39. İpoteka müqaviləsindən irəli gələn mübahisələrə məhkəmə qaydasında baxılması 39.3. Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir;

Maddə 59. İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun.. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər... Maddə 387. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə...

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5768/2021 nömrəli, 16 dekabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-31/2021 nömrəli iş üzrə 16 aprel 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

38. Belə ki, birinci instansiya məhkəməsi işdə iştirak etməyə cəlb olunmamış şəxsin hüquqlarının pozulması ilə nəticələnmiş onların hüquq və vəzifələrinə dair məsələni həll etmişdir. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən, borc üzrə tutmanı X2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" Mənzil Tikinti Kooperativində 145,25 kv.m olan pay hüququna yönəltmişdir.

39. İşdən isə görünür ki, X7 iş üzrə məhkəmə icraatına cəlb edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə əsasən, işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələnin onların hüquqlarının pozulması ilə nəticələnməklə həll edilməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.

40. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

41. İş materiallarından görünür ki, İddiaçı ASC lə “AER” firması aralarında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən “AER” firmasına illik faiz dərəcəsi 15 % olmaqla 60 ay müddətinə 2.380.000 (iki milyon üç yüz səksən min) ABŞ dollarından artıq olmayan məbləği borc vermək barədə razılaşmışlar.

42. İş materiallarında olan İddiaçı ASC-nin 18 may 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 825.386,85 ABŞ dolları, faiz borcu 177.358,14 ABŞ dolları və cərimə məbləği 167.935,95 ABŞ dolları olmaqla, cəmi borcu 1.170.680,94 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı ASC-nin 18 avqust 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 1.190.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 785.386,85 ABŞ dolları, faiz borcu 188.276,76 ABŞ dolları və cərimə məbləği 186.507,38 ABŞ dolları olmaqla, cəmi borcu 1.160.170,99 ABŞ dolları təşkil edir.

43. İş materiallarında olan İddiaçı ASC-nin 29 oktyabr 2015-ci il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına 03 iyul 2012-ci i tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.446.725,06 ABŞ dolları, faiz borcu 818.760,28 ABŞ dolları və cərimə məbləği 109.512,28 ABŞ dolları olmaqla, cəmi borcu 2.374.997,62 ABŞ dolları təşkil edir.

44. İş materiallarında olan İddiaçı ASC-nin 17 fevral 2016-cı il tarixli maliyyə arayışından görünür ki, “AER” firmasına 03 iyul 2012-ci il tarixdə 60 ay müddətinə illik 15 % ödənilmək şərti ilə verilmiş 2.380.000 ABŞ dolları məbləğində kredit üzrə “AER” firmasının əsas kredit borcu 1.562.036,28 ABŞ dolları, faiz borcu 434.184,77 ABŞ dolları və cərimə məbləği 275.390,51 ABŞ dolları olmaqla, cəmi borcu 2.271.611,56 ABŞ dolları təşkil edir.

45. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2016-cı il tarixli, 6088 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsinə dair ödəniş qəbzləri və hesabdan silinməsi barədə ödəniş tapşırıqları, cari hesabdan çıxarış (cari, ssuda, faiz və cərimə hesabları göstərilməklə), cərimə və faizlərin hesablanması barədə hesabdan çıxarışlar iş materiallarında mövcud olmadığına görə “AER” firmasının İddiaçı ASC-yə 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə banka olan əsas, faiz və cərimə borcunu müəyyən etmək mümkün olmadı.

46. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 sentyabr 2019-cu il tarixli 7111 nömrəli ekspert rəyindən görünür ki, 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə 2.06-cı bəndində olan ödəniş cədvəlinə əsasən "xxxx" QSC 17 fevral 2016-cı il tarixədək banka 8 dəfəyə 1.904.000,00 ABŞ dolları məbləğində əsas borc ödəməlidir. Həmin ödəniş cədvəlində faiz borcu üzrə ödəniş göstərilməmişdir. Yəni müqavilə dövründə faiz ödənişi sərbəstdir. İkinci sual üzrə rəydə göstərilmişdir ki, təqdim edilmiş çıxarış məlumatlarına əsasən bank tərəfindən “AER” firmasının hesabına köçürülmüş 1.190.000,00 ABŞ dolları məxaric orderi və məxaric çeki təqdim edilmədiyindən çıxarışa əsasən həmin məbləğin digər hesablara silinməsi barədə icazə sənədləri verilmədiyindən bank tərəfindən 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə “AER” firmasına kreditin verilməsi müəyyən olunmadı. Rəydə üçüncü sual üzrə gəlinən nəticə belə olmuşdur ki, “AER” firması ilə İddiaçı ASC arasında 25 may 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyə institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara dair razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmadı. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmadı.

47. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 02 iyun 2020-ci il, 26239 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hazırki tədqiqatla mövcud “Auditor hesabatı”nda müəyyən edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalı məbləğlərin ABŞ dolları valyutasında olan hissəsi qismən təsdiq edilir. Həmin qismən təsdiq edilmənin səbəbi “Auditor hesabatı”nda və hazırki rəyin 3-cü sualında göstərilənlər 27 aprel 2011-ci il tarixində 63300 ABŞ dolları, 13 may 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və 20 may 2011-ci il tarixində 141.000,00 ABŞ dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbləğində pul vəsaitinin nəğd şəkildə Cavabdeh2 MMC tərəfindən götürülməsinin müəyyən olunmamasıdır. Belə ki, təqdim olunmuş iş materiallarında kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri öz əksini tapmamışdır. Göstərilən səbəblərdən də 13 noyabr 2018-ci il tarixli “Auditor hesabatı”nda azaldılması müəyyən edilmiş 56.784,28 ABŞ dolları deyil, həmin 56.784,28 ABŞ dolları da nəzərə alınmaqla ümumilikdə 491.067,61 ABŞ dolları (“Auditor hesabatı”nda müəyyən edilmiş 56.784,28 ABŞ dolları + məxaric sənədləri olmayan 280.750,00 ABŞ dolları + həmin məbləğ üzrə ödənilmiş 153.533,33 ABŞ dolları) məbləğində müəyyən olunur. Beləliklə, İddiaçı ASC-nin "xxxx" QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt Şəhər Məhkəməsinin 28.09.2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1997221,05 ABŞ dolları məbləğində borc məbləğindən 56784,28 ABŞ dolları və 1948942,17 manat azaldılmalıdır. İkinci sual üzrə: 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit müqaviləsi üzrə. İş materiallarından göründüyü kimi, “AER” firması tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 26.04.2011-ci il tarixli 115/22-USD saylı kredit razılaşması şərtləri əsas götürülməklə yuxarıda göstərilən 03 tranşla 280.750,00 ABŞ dollarının verilməsi nəzərə alındıqda “AER” firmasının 03.07.2012-ci il tarixə (silinmə tarixinə) banka olan borcu 154.898,40 ABŞ dolları məbləğində müəyyən olunur, 03.07.2012-ci il tarixə: əsas borc üzrə 141.960,70 ABŞ dolları, faiz borcu üzrə 12.937,70 ABŞ dolları. 41490631USD1817-22 saylı və 41490787USD2414-22 hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 26.803,89 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 39625571USD1817-22 hesab üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 500.000,00 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 41490800USD1817-22 saylı və 41490866USD2414-22 saylı hesablar üzrə. Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 55.098,68 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. 42100551USD1817-22 saylı və 42100900USD2414-22 saylı hesablar üzrə Hesabdan çıxarış məlumatlarına əsasən bank tərəfindən MMC-nin hesabına köçürülmüş 133.124,74 ABŞ dolları məbləğində pul vəsaiti MMC-nin hesabından digər hesablara köçürülməklə “AER” firmasına həmin məbləğ verilməmişdir. Göstərilənlərdən başqa təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən 25 may 2012-ci il tarixdən sonra “AER” firmasının hesabı üzrə 317.068,62 ABŞ dolları məbləğində kredit ödənişi olmuşdur. Üçüncü sual üzrə: Beləliklə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən 39365752-1867-USD-22 saylı kredit hesabı üzrə 27 aprel 2011-ci il tarixində 63300 ABŞ dolları, 13 may 2011-ci il tarixində 76.450,00 ABŞ dolları və 20 may 2011-ci il tarixində 141.000,00 ABŞ dolları olmaqla ümumilikdə 280.750,00 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh2 MMC-nin hesabına köçürülmüşdür. Lakin kassa hesabından pul vəsaitinin məxaric edilməsi ilə bağlı kassa məxaric orderləri və məxaric çekləri təqdim edilmədiyinə görə hazırki tədqiqatla həmin məbləğlərin nəğd şəkildə Cavabdeh2 MMC tərəfindən götürülməsi müəyyən edilmir.

48. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı ilə müəyyən edilmişdir ki, iddia tələbinin həcminin artırılması barədə ərizələrdə əsas borcun hər dəfə artmasının səbəbi iddiaçı tərəfin birinci dəfə ərizənin bankın verdiyi 1.900.000 ABŞ dolları tranş üzrə, sonradan digər 1.900.000 ABŞ dolları tranş üzrə yaranmış borcların da birləşdirilməsi nəticəsində tərtib edilməsi ilə bağlı olmuşdur.

49. İş materiallarında olan Avropa Yenidənqurma və İnkişaf Bankının 01 sentyabr 2017-ci il tarixli məktubunda 29 iyul 2011-ci il tarixdə, 7 dekabr 2012-ci ildə və 1 avqust 2014-cü ildə düzəliş edilmiş qaydada, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (tərəfdaş bank) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında bağlanmış 10 may 2011-ci il tarixli iştirak müqaviləsinə (iştirak müqaviləsi), 22 may 2012-ci ildə düzəliş edilmiş və yenidən tərtib edilmiş qaydada 10 may 2011-ci il tarixli kredit müqaviləsinə (kredit müqaviləsi) və tərəfdaş bank ilə AER MMC arasında 25 may 2012-ci il tarixli kredit müqaviləsinə (tərəfdaş bankın krediti, iştirak müqaviləsi və kredit müqaviləsi ilə birgə, sənədlər) istinad olunaraq qeyd olunmuşdur ki, AER 2 iyun 2014-cü ildə və ondan sonra tərəfdaş bankın krediti üzrə əsas borcun və faizin məbləğlərinin tam ödənişini etməmişdir, belə ki, tərəfdaş bankın krediti üzrə ödənməmiş və vaxtı keçmiş məbləğlər bu məktubun verilmə tarixindən etibarən 2.710.215 ABŞ dolları, o cümlədən tərəfdaş bankın kreditinin EBRD hissəsi (EBRD-nin ödənməmiş məbləğləri) üzrə 1.461.685 ABŞ dolları təşkil edir, bu məbləğdən 786,649 ABŞ dolları əsas məbləğə, 675,036 ABŞ dolları isə yığılmış və gecikmiş ödəniş faizlərinə aiddir.

50. İşdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 25.02.2014-cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASCdən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018-ci il tarixli “Audit hesabatı”nda qeyd olunmuşdur ki, ümumilkdə ABŞ dolları ilə verilmiş yeni kreditlər hesabına Azərbaycan manatı ilə olan əvvəllki kreditlər üzrə əsas və faiz borclarının ödənilməsi nəticəsində "xxxx" QSC-yə 1984942,17 AZN məbləğində ziyan dəymişdir. Beləliklə, İddiaçı ASC-nin "xxxx" QSC-yə qarşı iddia ərizəsində və Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli, 2(060)-103/2016 saylı qətnaməsində göstərilən 1.997.221,05 ABŞ dolları məbləğində borc 56.784,28 ABŞ dolları və 1.948.942,17 AZN məbləğində azaldılmalıdır.

51. Göründüyü kimi iş materillarında olan müqavilələr, hesabdan çıxarış məlumatları, təsdiq edilmiş barışıq sazişi, audit yoxlaması nəticəsinə görə verilmiş hesabat və ekspertiza rəyləri ilə tərəflərin müqavilə münasibətlərində olması müəyyən edilir. Həmçinin 2.380.000 ABŞ dolları məbləğində pul vəsaitinin “AER” firmasının hesabına köçürülməsi halı da iş materialları ilə müəyyən edilir.

52. Belə ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20.09.2019-cu il tarixli 7111 nömrəli ekspert rəyində göstərilmişdir ki, “AER” firması ilə İddiaçı ASC arasında 25 may 2012-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən ayrılmış 1.190.000,00 ABŞ dolları kreditin və və beynəlxalq maliyyə institutlarından firmanın hesabına köçürülmüş 1.190.000,00 ABŞ dollarının “AER” firmasının hesabı üzərində əməliyyatlara dair razılığı (ərizə, ödəniş tapşırığı, sərəncam) təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmadı. Lakin hesabdan çıxarışa əsasən bank tərəfindən ayrılmış pulun digər ssuda, faiz hesablarına köçürülməsinə dair müxabirləşmə aparılmışdır. Həmin hesabların kimə məxsus olmasını və sənədləri tam olmadığından kim tərəfindən məxaric edilməsini müəyyən etmək mümkün olmadı.

53. Digər tərəfdən, işdə olan Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən 25.02.2014-cü il tarixli, SA/037 saylı lisenziyaya əsasən fəaliyyət göstərən "xxxx" MMC tərəfindən tərtib edilmiş (hesabatı eyni zamanda "xxxx" QSC-nin direktor vəzifəsini icra edən Elşən Şərifov da imzalamışdır) "xxxx" QSC-nin təqdim olunmuş sənədlər əsasında İddiaçı ASC-dən aldığı kreditlər üzrə borclarının yoxlamasının nəticələri barədə” 13 noyabr 2018-ci il tarixli “Audit hesabatı”nda (İİ cild səh. 221-225) qeyd olunmuşdur ki, 48077853-1867-USD-22 saylı kredit hesabı üzrə 03 iyul 2012-ci il tarixində 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və 21677400-USD-3817-22 saylı cari valyuta hesabına köçürülmüşdür. Həmin vəsaitdən 537105,32 ABŞ dolları 39365752- USD1867-22 saylı, 470306,6 ABŞ dolları 39625571-USD1817-22 saylı, 14258,25 ABŞ dolları 41490631-USD1817-22 saylı, 55098,68 ABŞ dolları 41490800-USD1817-22 saylı və 113231,15 ABŞ dolları 42100551-USD1817-22 saylı kredit hesabları üzrə kreditlərin əsas məbləğinin ödənilməsinə yönəldilmişdir. 25.08.2015-ci il tarixinə kimi kreditin heç bir məbləği vaxtı keçmiş kredit hesabına aid edilməmiş və cəmiyyətin Nərimanov filialında olan 21677400 nömrəli hesabından 198982,64 ABŞ dolları, 21677387 nömrəli hesabından 37799.33 ABŞ dolları, 56798505 nömrəli hesabından 127831,18 ABŞ dolları və X1 Nərimanov filialında olan 290010798-3811-USD-22 saylı hesabından 50000,0 ABŞ dolları məbləğində vəsait kreditin ödənilməsinə yönəlmişdir.

54. Hesabatda həmçinin göstərilir ki, 48033619-4143-USD-13 saylı depozit hesabı (Avropa Yenidənqurma və inkişaf Bankının vəsaiti) üzrə 10 iyul 2012-ci il tarixində 1.190.000 ABŞ dolları məbləğində uzunmüddətli kredit ayrılmış və Cəmiyyətin 21677400- USD-3817-22 saylı cari valyuta hesabına köçürülmüşdür. Həmin hesabdan isə 1.162.894,68 ABŞ dolları 39365752-USD1867-22 saylı kredit hesabı üzrə kreditin ödənilməsinə, 19893,59 ABŞ dolları 42100900-USD2414-22 saylı, 1482,97 ABŞ dolları 41490787-USD2414-22 saylı və 5728,76 ABŞ dolları 41490866-USD2414-22 saylı faiz hesabları üzrə faizlərin ödənilməsinə yönəldilmişdir. Avropa Yenidənqurma və İnkişaf Bankının vəsaitinin ödənilməsi üçün bankda 46663313-4519-USD nömrəli hesab açılmış, əsas və faiz borcu üzrə ödəmələr müqaviləyə əlavə edilmiş qrafikə uyğun olaraq birlikdə bir məbləğlə həmin hesaba ödənilmişdir.

55. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X7, Cavabdeh4 və Cavabdeh3 arasında əvvəllər bağlanmış barışıq sazişinin - “1.1. Tərəflər razılaşırlar ki, cavabdehlərin iddiaçı qarşısında 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə borcunun qalığı 1997221.05 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir dollar 05 sent) ABŞ dolları təşkil edir, qalıq məbləğ cavabdeh tərəfindən iddiaçıya bu saziş, onun 1 saylı əlavəsi olan 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin tənzimlənməsinə dair razılaşma nömrəsi BŞ002”nın şərtlərinə uyğun olaraq həmin razılaşmaya əlavə edilmiş ödəniş qrafikinə əsasən ödəməlidir” şərti, daha sonra Cavabdeh2 MMC-nin GM-01/124 nömrəli, 19 iyul 2018-ci il tarixli məktubla İddiaçı ASC-yə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmə qərardadının yerinə yetirilməməsi səbəbi barədə yazılı məlumat tələb etməsi, daha sonra GM-01/241 nömrəli, 22 noyabr 2021-ci il tarixli məktubla Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, iddiaçı ilə barışıq sazişi bağlanılması ilə əlaqədar qurumlara göstəriş verilməsini xahiş etməsi halı da, Cavabdeh2 MMC-nin 25.05.2012-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz borcu olmasını sübuta yetirir.

56. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.

57. Belə olan halda məhkəmə kollegiyası iş üzrə tədqiq olunmuş sübutlara müqayisəli şəkildə qiymət verərək hesab edir ki, Cavabdeh2ndən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz borcu ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.

58. Cərimə borcunun tutulması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci, 467-ci maddəsinə əsasən iddiaçının cərimə tələbi əsaslı olsa da, tələb edilən cərimə məbləğinin azaldılması cavabdehin kredit müqaviləsi üzrə ödənilmədən qalmış borc məbləğinin ödənilməsinə zəmin yaratmış olar. Belə olan halda, bank tərəfindən tələb edilən cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları məbləğində müəyyən edilməsini məhkəmə kollegiyası məqsədəmüvafiq hesab edir.

59. İpoteka predmetlərinə tutmanın yönəldilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər.

60. İş materiallarında olan İddiaçı ASC ilə “AER” firması və Cavabdeh3 arasında bağlanmış SİP1-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilmişdir.

61. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların X5 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilməsi 14 iyun 2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4209 nömrəli vərəqində qeydiyyata alınmışdır.

62. İş materiallarında olan İddiaçı ASC ilə “AER” firması və X7 arasında bağlanmış SG1-237/22-USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə “AER” firmasına məxsus Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığı girov qoyulmuşdur

63. İş materiallarından görünür ki, cavabdehlər (ipoteka qoyanlar) ipoteka müqavilələrini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdirlər.

64. Beləliklə də, cavabdeh “AER” firması tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün yuxarıda qeyd olunan ipoteka predmetlərinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır.

65. İşdə olan İddiaçı ASC ilə “AER” firması və X7 arasında bağlanmış SG2-237/22- USD saylı, 25 may 2012-ci il tarixli sonrakı girov müqaviləsindən görünür ki, İddiaçı ASC ilə “AER” firması arasında bağlanmış 25 may 2012-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə X2 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuşdur.

66. Qeyd olunan müqavilə üzrə daşınmaz əmlakdan ibarət pay hüququnun girov qoyulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ipoteka hüququ yaranmalıdır. Belə ki, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Dövlət qeydiyyatına alınmalı olan hüququn girovu onun qeydiyyatını həyata keçirən dövlət orqanında qeydə alındığı andan etibarlıdır. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.

67. Hazırkı halda, daşınmaz əşya olan Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə-9, "xxxx" MTK-da 145,25 kv.metr mənzilə dair pay hüququnun girovu ilə bağlı müqavilə notariat qaydasında təsdiqlənmədiyindən və dövlət qeydiyyatına alınmadığından, bununla da iddiaçının ipoteka hüququ yaranmadığından, həmin ipoteka predmetinə tutma yönəldilə bilməz.

68. Buna görə də, iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə iddia tələbi qismən əsaslıdır və tələb Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır.

69. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

70. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

71. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir

72. “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir.

73. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinin orta bazar qiyməti 4.900.000,00 AZN, likvid dəyəri 4.400.000,00 AZN - 4.500.000,00 AZN müəyyən edilmişdir.

74. İş üzrə “B+Ş Audit” Konsaltiq MMC tərəfindən tərtib edilmiş rəyə əsasən "xxxx" MMC-yə məxsus “Straytlayn-600 G” və “Dino-C” markalı dondurma istehsalı tam istehsalat xətinin avadanlıqlarının likvid dəyəri 650.000,00 AZN - 700.000,00 AZN müəyyən edilmişdir.

75. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetləri açıq hərraca çıxarılarkən onların likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilməlidir.

76. İddia tələbinin ipoteka predmetinə, yəni Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə tutma yönəldikdən sonra Cavabdeh3 həmin qeyri-yaşayış sahəsindən 1 ay müddətində çıxarılması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehin müvafiq olaraq qeyri-yaşayış sahəsindən çıxarılması hissəsində təmin edilməlidir.

77. İddia tələbinin yuxarıda adları çəkilən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsindən cavabdehin istifadə hüququnun itirilməsi və ipoteka predmetinin banka təhvil verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissələrdə təmin edilə bilməz.

78. Belə ki, ipotekaya qoyulmuş qeyri-yaşayış sahəsi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi qeyd olunan tələbə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur.

79. Belə olan halda, iddia tələbi cavabdehin istifadə hüququnun itirilməsi və ipoteka predmetinin banka təhvil verilməsi hissələrində təmin edilə bilməz.

80. İddia tələbinin əmlakların satışından əldə olunan vəsaitin borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia həmin hissədə də təmin edilməməlidir.

81. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Borclu tələbin birinci növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir. Borclunun belə müraciəti icra sənədinin icrasına mane olmursa, icra məmuru onu təmin etməyə borcludur.

82. Göründüyü kimi, tələbin təmin edilməsi üçün yetərli pul vəsaiti olmayan borcludan borcun tutulması qaydası qətnamənin icra mərhələsində həll edilən məsələ olduğundan iddia həmin hissədə təmin edilə bilməz.

83. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun tutulması hissəsində hesab edir ki, həmin məbləğ də iddiaçının xeyrinə tutulmalı, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri olan ümumilikdə 315 manat isə Cavabdeh2ndən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

84. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh2ndən 2012-ci il 25 may tarixli kredit müqaviləsi üzrə 1.562.036,28 ABŞ dolları əsas, 434.184,77 ABŞ dolları faiz, 1.000 ABŞ dolları cərimə olmaqla ümumilikdə cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manat ilə, dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tələb-Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyri-yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), Cavabdeh2nə məxsus olan Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığına yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyriyaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) likvid dəyəri 4.500.000 (dörd milyon beş yüz min) manat, Tetra-laval şirkətindən alınan “Straytlayn-600 G”, “Dino-C” markalı dondurma istehsalı avadanlığının likvid dəyəri 650.000 (altı yüz əlli min) manat müəyyən edilsin. Qeyd olunan əmlaklar açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və əmlakların satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra cəmi 1.997.221 (bir milyon doqquz yüz doxsan yeddi min iki yüz iyirmi bir) ABŞ dolları, 05 (beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən 21 nömrəli qeyriyaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) satıldıqdan sonra Cavabdeh3 tərəfindən 1 ay ərzində tərk edilməzsə, həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 315 (üç yüz on beş) manat Cavabdeh2ndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar