Məhkəmə qərarları › İş №2(105)-74/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-74/2023

13.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-74/2023 13.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X11 və X1 ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı3, "X30 Azərbaijan" MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X13 iştirakı ilə, İddiaçılar "X30 Azərbaijan" MMC-nin, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, Cavabdeh1 qarşı pul, dəymiş maddi və mənəvi ziyan tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun tutularaq “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2-dən 83.552,28 manat məbləğində borcun tutularaq “X30 Azerbaijan” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutularaq İddiaçı3 verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə saxlanılması üçün müvafiq şəxsə təhvil verilmiş 122 baş dana və ya onların dəyərinin 80 danaya nisbətdə X2 və 42 baş danaya nisbətdə Cavabdeh1 alınaraq İddiaçı3 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-219/2021 nömrəli, 17 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev (sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(027)-272/2020 saylı qətnaməsi qismən ləğv edilərək Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manatın tutulub “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, Cavabdeh2-dən 83.552,28 manat məbləğində borcun tutularaq “X30 Azerbaijan” MMC-yə ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutularaq İddiaçı3 verilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli qərardadı ilə saxlanılması üçün müvafiq şəxsə təhvil verilmiş 42 baş dananın dəyərinin Cavabdeh1 alınaraq İddiaçı3 verilməsi, iddianın qalan hissədə təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), A.Hüseynov və Z.Əliyev) Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-219/2021 nömrəli iş üzrə 17 fevral 2021-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın və 42 baş dananın dəyərinin İddiaçı3 verilməsi hissəsində ləğv edilməsi, iş həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 mart 2022-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3 və İddiaçı2 iddiadan imtina barədə ərizələrinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsinin qismən 42 baş dananın və ya dəyərinin ödənilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar “X30 Azerbaijan” MMC, X12 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2-yə qarşı pul, dəymiş maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “X30 Azerbaijan” MMC-yə vurduqları zərərə görə 95080.28 manat əsas maddi zərər, 59178.43 manat "xxxx"dən qalan borc, 10.000 manat işgüzar nüfuza vurulan zərər olmaqla, cəmi 164258.71 manat; iddiaçı X6 vurduqları zərərə görə 161777.1 manat əsas maddi zərər, 20.000 manat mənəvi zərər, 12942.68 manat uçot faiz dərəcəsi üzrə 8%, 100.000 manat cərimə, 30 manat dövlət rüsumu olmaqla, cəmi 294749.68 manat iddiaçıların xeyrinə tutulmasını, Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsini, onun barəsində xüsusi qərardad çıxarılması və araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsini xahiş etmişlər. İddiaçılar “X30 Azerbaijan” MMC, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh2, "xxxx" MMC, Cavabdeh1 və X9 qarşı MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək hazırkı ərizəsinə ilkin ərizəsində və ona edilmiş əlavələrdə göstərdikləri əsaslarla birlikdə baxılmasını göstərərək 120 baş dananın bu günkü bazar qiymətinə uyğun satılaraq əldə olunan vəsaitin “X30 Azerbaijan” MMC-nin xəzinədarlığına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “X30 Azerbaijan” MMC-nin və İddiaçı3 xeyrinə, vurduqları əsas maddi zərərə görə 83552,28 manat, "xxxx"dən qalan borca görə 432668 manat, “X30 Azerbaijan” MMC-nin hesabına öz adından ödənilmiş 8000 manat, dəbbə puluna görə 50000 manat, işgüzar nüfuza vurulan zərər görə 10000 manat olmaqla, cəmi 584220,28 manat, həmçinin Cavabdeh1 və Cavabdeh2-nin müştərək qaydada İddiaçı3 və İddiaçı2 Fazil oğluna vurduqları əsas maddi zərərə görə 221348,50 manat, mənəvi zərərə görə 20000 manat, uçot faiz dərəcəsi üzrə 17707,88 manat, dəbbə puluna görə 40000 manat, cərimə məbləğinə görə 100000 manat olmaqla, cəmi 399056,38 manat, X7 qanuna zidd əməlləri nəticəsində cavabdehlərə vurulmuş maddi və mənəvi zərərə görə ondan iddiaçıların xeyrinə maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “X30 Azerbaijan” MMC-nin və iddiaçılara vurduqları zərərin ödənilməsinin “X31 95 480 YÜK” markalı, 99JR595 dövlət nömrə nişanı olan göy rəngli yəhərli dartıcı avtomobilinə, açıq boz rəngli 10JZ694 dövlət nömrə nişanlı 2005-ci il buraxılışlı, furqon tipli, menke xüsusi təyinatlı yarımqoşquya, qırmızı rəngli, “Ford” markalı **-JM-*** dövlət nişanlı soyuducu avtomaşına, ağ rəngli “ZİL” markalı, **-JM-*** dövlət nişanlı soyuducu avtomaşınına, Abşeron rayonu, Türkan üzümçülük sovxozu ünvanında yerləşən, ümumi sahəsi 2 ha torpaq sahəsində yerləşən fermada olan cavabdehlərə məxsus əmlaka, Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində yerləşən balıq zavodunun üzərinə və orada olan balıq məhsullarına, Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən ofisinin zirzəmisində yerləşən soyuducuda saxlanan balıqlar və digər mallara, Xırdalan şəhəri, ünvan 2 ünvanında yerləşən ofisində və onun zirzəmisində olan avadanlığa və digər əmlaka, cavabdehlərin adlarına olan Respublikanın bütün bank hesablarına, digər daşınar və daşınmaz əmlaklara yönəldilməsi, məhkəmənin qəbul edəcək qərarı qanuni qüvvəyə minənədək cavabdehlərə bu əmlakları istənilən (alğısatqı, bağışlama, girov qoymaq, ipoteka ilə yüklü etmək, icarəyə vermək və s.) üsullarla özgəninkiləşdirməsinə qadağan edilməsi, Cavabdeh1 Azərbaycan Respublikasının ərazisindən girişi-çıxışının məhdudlaşdırılması və Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi, onun barəsində cinayət işinin başlanılması haqqında xüsusi qərardad çıxarılması, araşdırılması üçün prokurorluq orqanlarına göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət edərək, 120 baş dananın bu günkü bazar qiymətinə uyğun satılaraq əldə olunan vəsaitin “X30 Azerbaijan” MMC-nin xəzinədarlığına ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “X30 Azerbaijan” MMC-nin və İddiaçı3 xeyrinə tutulması, Cavabdeh1, "xxxx" MMC və Cavabdeh2-nin müştərək qaydada vurduqları əsas maddi zərərə görə 83552,28 manat, "xxxx"dən qalan borcu 432668 manat, “X30 Azerbaijan” MMC-nin hesabına öz adından ödənilmiş 8000 manat, dəbbə puluna görə 50000 manat, işgüzar nüfuza vurulan zərər görə 10000 manat olmaqla, cəmi 584220,28 manat, həmçinin Cavabdeh1 və Cavabdeh2-nin müştərək qaydada İddiaçı3 və İddiaçı2 Fazil oğluna vurduqları əsas maddi zərərə görə 221348,50 manat, mənəvi zərərə görə 20000 manat, uçot faiz dərəcəsi üzrə 17707,88 manat, dəbbə puluna görə 40000 manat, cərimə məbləğinə görə 100000 manat olmaqla, cəmi 399056,38 manat, X7 qanuna zidd əməlləri nəticəsində cavabdehlərə vurulmuş maddi və mənəvi zərərə görə ondan iddiaçıların xeyrinə maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 20000 manat tutulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2-dən müştərək qaydada iddiaçı “X30 Azerbaijan” MMC-nin və iddiaçılara vurduqları zərərin ödənilməsinin iddia ərizəsində qeyd etdikləri daşınar və daşınmaz əmlaka yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 “X30 Azerbaijan” MMC-nin direktoru təyin olunmamışdan qabaq Cavabdeh1 balıq ticarəti ilə məşğul olmuşdur. 2014-cü ildə “X30 Azerbaijan” MMC-nin direktoru vəzifəsinə təyin olduqdan sonra onunla tanış olmuşdur. Pərvizin balıq ticarəti ilə məşğul olan "xxxx" firması onlarla 2019-cu ilə qədər balıq alğı-satqısı ilə məşğul olmuşdur. 2019-cu ilin avqust ayında Cavabdeh1 ona müraciət edərək bildirmişdir ki, əvvəlki firmada işləmir və oradan uzaqlaşmışdır. Cavabdeh2 adında yeni kompaniya yaratmışdır. Kompaniyanın 100%-i ona məxsusdur, amma maliyyə vəziyyəti ağır olduğuna görə istəyir ki, onların zavoduna aid olan məhsulların satışını əvvəldən əlaqə qurduğu ticarət şəbəkələri vasitəsi ilə həyata keçirsin. Pərviz ondan xahiş etmişdir ki, onu da “X30 Azerbaijan” MMC-nin topdan satış müştərilərinin sıralarına daxil etsin, ona nisyə balıq məhsulları satsın, onunla iş birliyi qursun və onun vasitəsilə müxtəlif adda mal (balıq, ət, toyuq və s.) gətirib satışını həyata keçirərək, müştərək bizneslə məşğul olsunlar. Pərviz həmçinin ona bildirmişdir ki, böyük ticarət şəbəkələri ilə yaxşı əlaqələri var və balıq məhsullarının satışını həmin supermarket şəbəkələrinin vasitəsilə tez bir zamanda həyata keçirəcək. Pərvizə bildirmişdir ki, "xxxx"in direktoru işləyərkən “X30 Azerbaijan” MMC-dən aldığın mallardan 59178.43 AZN borcun qalmışdır, indiki müdir ona cavab vermişdir ki, bu malları Cavabdeh1 alıb, o, bu malları görməmişdir, bu məsələyə Cavabdeh1 cavabdehlik daşıyır. Buna cavab olaraq Cavabdeh1 ona bildirmişdir ki, iş birliyi qurduqdan sonra o, bu borcu da ödəyəcək. 22 avqust 2019-cu il tarixində balıq məhsullarının alğı-satqısına dair Cavabdeh2 ilə 17 №-li müqavilə imzalanmış və “X30 Azerbaijan” Cavabdeh2-yə 112672,67 manat dəyərində müxtəlif çeşiddə balıq məhsullarını satmışdır. Bu günə kimi cavabdehlər onlara cəmi 17592.48 manat, o cümlədən 15000 manat əsas borc və 2592,48 manat ƏDV ödəmişdir. Bundan başqa Cavabdeh1 aldığı malın dəyərindən bir manat da olsun “X30 Azerbaijan” MMC-yə ödəməmişdir. Baxmayaraq ki, aldıqları malların satışını həyata keçirib. Onun hazırki borcu 95080,28 AZN təşkil edir. Bundan əlavə Cavabdeh1 ona, xarici firmalarla yaxşı əlaqələri olduğunu (Rusiya Federasiyasının toyuq istehsalı və Qazaxıstan Respublikasının iri və xırda buynuzlu heyvanların satışı ilə məşğul olan), bu malların Azərbaycana gətirilməsindən ötrü ona məxsus olan Cavabdeh2-nin icazəsi olduğunu, ancaq pulu olmadığından onlardan mal alıb gətirə bilmədiyini qeyd etmişdir. Ona görə də xahiş etmişdir ki, iş birliyi qursunlar və yuxarıda göstərdiyi mallardan gətirib satışdan yaxşı qazanc əldə etsinlər. Eyni zamanda Pərviz ona toyuğun bir maşınının alış qiyməti ilə satış qiyməti arasındakı fərqi hesablamış və bildirmişdir ki, toyuğun bir maşınında minimum 5000 ABŞ dolları, iri buynuzlu danaların bir maşınında isə minimum 10000 ABŞ dolları məbləğində qazanc qalır. Pərvizin bir ədəd heyvandaşıyan 14 metrlik, 3 mərtəbəli yük maşını və heyvanları saxlamaq üçün Türkan qəsəbəsində ferması vardır. Bu məsələyə o tərəddüd etsə də, bu zaman bacısı oğlu İddiaçı2 ondan xahiş etmişdir ki, həmin işi atası və qohumları ilə birlikdə gedib həyata keçirə bilərlər. Ancaq bu işdə gərək ona maddi və mənəvi kömək olsun. O da buna razılıq vermişdir. Cavabdeh1 bildirmişdir ki, şəriklik o deməkdir ki, şəriklərin hər biri şəriklik üçün müəyyən vəsait qoymalıdır. Bu zaman Pərviz ona bildirmişdir ki, hazırda onun maliyyə vəziyyəti çox pisdir, ancaq buna baxmayaraq özünə məxsus olan Quba balıq zavodunu özəlləşdirir və sənədləri əldə etdikdən sonra bu müəssisəni banka girov qoyaraq kredit götürdükdən sonra onun qoyduğu pul müqabilində eyni məbləği gələcək işləri üçün pay kimi qoyacaqdır. Pərviz bu işə şübhə ilə yanaşıldığını gördükdə bir maşın toyuq və iki maşın dana alıb gətirilməsindən ötrü qoyulmuş vəsaitin müqabilində mülkiyyət hüququ əsasında ona məxsus olan bir ədəd maldaşıyan xüsusi avtomaşını və yenə də onun mülkiyyətində olan Bakının Türkən kəndində müasir heyvandarlıq fermasını girov qoyduğunu bildirmişdir. Bundan sonra o, Cavabdeh1 onun təklifi ilə razılaşdığını, lakin aralarında bağlanacaq müqavilədən sonra Cavabdeh2-nin balansına alınacaq daşınar və daşınmaz əmlakların birgə şərikli mal olması barədə və Cavabdeh2-nin 50% payının ona məxsus olması barədə razılaşma imzalamalıdırlar. Pərviz buna razılıq vermiş və 02 sentyabr 2019-cu il tarixində aralarında 01 saylı “Müştərək iş birliyi müqaviləsi” bağlanmışdır. Bu müqavilənin imzalanmasından sonra Pərviz ona bildirmişdir ki, bir maşın toyuğun alınıb gətirilməsi üçün 60000 manat pul lazımdır. O, bu pulu Pərvizə verib Cavabdeh2-nin baş mühasibi X10 qəbzini və Cavabdeh2-nin bu məbləğə dair mədaxil orderini tələb etmişdir. Mühasib Bankın qəbzini ona vermiş, lakin mədaxil və məxaric orderi olmadığını bildirmişdir. Bu zaman Pərviz mühasibə göstəriş vermişdir ki, təcili Cavabdeh2-yə məxsus olan mədaxil və məxaric orderlərini sifariş etsin. Bundan bir gün sonra 03 sentyabrda Pəviz ona zəng vuraraq bildirmişdir ki, o, Qazaxıstanla danışıb, orada gözləyirlər və deyirlər ki, əgər dana almaq istəyirsinizsə təcili hesaba 20000 ABŞ dolları köçürün və 35000 ABŞ dolları da guya Qazaxıstana kimsə uçacaq, bu pulu nağd şəkildə ona vermək lazımdır ki, avans şəklində 2 maşın dananı əvvəlcədən alınaraq göndərilməsi təmin olunsun. O, 55000 ABŞ dollarını nağd şəkildə İddiaçı2la birlikdə Cavabdeh1 vermiş və ondan pula dair rəsmi sənəd və qəbz verilməsini tələb etmişdir. Bu zaman Cavabdeh2-nin baş mühasibi Ziyaddin Mirzəliyev ona bildirmişdir ki, pulları qəbul edirlər, lakin qəbzləri olmadığı üçün qəbz verə bilmirlər. Lakin qəbzləri olsa belə ona qəbz verə bilməyəcək, çünki o, bu müəssisənin nə təsisçisi, nə də rəhbər işçisidir. Bu zaman o, Pərvizə bildirmişdir ki, bu məsələni bilsəydi ona pul verməzdi, ya onun pulu qaytarılmalı, ya da oğlu Cavabdeh2-nin təsisçisi və rəhbər işçisi kimi işə qəbul edilməlidir. Pərviz buna öz razılığını bildirmiş və Ziyaddin Mirzəliyevə göstəriş vermişdir ki, oğlunu Cavabdeh2-nin direktor müavini vəzifəsinə təyin olunmasına dair 02 sentyabr 2019-cu il tarixindən əmrini hazırlasın. Həmin məsələ 3-4 günə və ya maksimum bir həftəyə yekunlaşmalı olduğu halda öz həllini tapmamışdır. Hesab edir ki, Cavabdeh1 onun yanında hüquqşunasına verdiyi tapşırıq onu inandırmaq, etibarını qazanmaq, birgə iş birliyindən imtina etməyinin qarşısını almaq məqsədini güdürdü. Münasibətlərin rəsmiləşdirilməsi istiqamətində Cavabdeh1lə oğlu Kənan Quluyev arasında 03 sentyabr 2019-cu il tarixində Razılaşma imzalandı. Həmin Razılaşmada göstərilmişdir ki, Cavabdeh2-nin 100% payı Cavabdeh1 məxsusdur, həmin payın 50%-i 02 sentyabr 2019-cu il tarixdən sonra Cavabdeh2-nin balansına qeydə alınacaq daşınar və daşınmaz əmlaklara münasibətdə X3 adına keçməyinə razıdır. X3 Cavabdeh2-nin direktor müavini təyin edilməsi barədə Cavabdeh1 əmr imzalamışdır. Bundan sonra Pərvizə 03 sentyabr 2019-cu il tarixdə 55000 ABŞ dolları pul vermişdir. Lakin sonradan görmüşdür ki, Cavabdeh1 onu aldatmış və Nizamnamədə bu məsələyə dair müvafiq dəyişikləri həyata keçirməmişdir. Bundan bir neçə gün sonra “X30 Azerbaijan” MMC-nin hesabı vergi orqanları tərəfindən bağlanıldığına görə Rusiya Federasiyasının balıq kompaniyası ilə əvvəlcədən müqavilə əsasında bağlanmış skumbriya balığının alğı-satqısına dair satıcıya pul köçürmələrini həyata keçirə bilməmişdir. Bu zaman satıcı təşkilat ona zəng vurararq bildirmişdir ki, əgər iki gün ərzində pul hesaba daxil olmasa o, həmin balığı başqasına satacaqdır. Məcburiyyət qarşısında qalıb o, Cavabdeh1 bildirmişdir ki, “X30 Azerbaijan” MMC-nin alacağı malın dəyərini onun firmasının adından ödəsin, bunun müqabilində də həmin balıqdan ona lazım olan miqdarı topdan satış qiyməti ilə verəcək. O da buna razılıq verdi. Bu mal üçün o, şəxsi vəsaitindən Cavabdeh1 154432 ABŞ dolları vermiş və bu pul satıcının hesabına Cavabdeh2-nin adından köçürülmüşdür. Bundan əlavə 53200 manat gömrük rüsumu, 9200 dollar da Sankt-Peterburqdan malı gətirən 4 sürücünün haqlarını ödəmişdir. Cavabdeh1 bu malın alınması üçün bir manat da olsun pul xərcləməmişdir. Bu səbəblərdən də, balıq “X30 Azerbaijan” MMC-nin anbarına yığılmışdır. Bu pulların Cavabdeh2-nin adından onun tərəfindən ödənilməsini Cavabdeh1 öz imzası ilə təsdiq etmişdir. Pərvizin xeyri bu balıqla bağlı ondan ibarət olacaqdı ki, ona balıq digərlərindən daha ucuz qiymətə satılacaqdı, yəni balıq Pərvizə 1 kq 5.30 manata yox 4.90 manatdan satılmalı idi. Lakin Cavabdeh1 balığı 4.90 manatdan almaqdan imtina etmiş, satılıbsatılmamasından asılı olmayaraq hər kiloqramına 5.30 manatdan, 40000 manat pul istəmişdir. Cavabdeh1 həmin balığa şərik olmasını iddia etməsi əsassızdır. Bundan əlavə həmin qaydada o, Cavabdeh1 60000 AZN pul vermiş və o bu pulu Cavabdeh2-nin adından ödəyərək toyuq və toyuq filesi gətirtmişdir. Bunun üçün 8000 manat məbləğində gömrük haqqını da o ödəmişdir. Bu malların ümumi dəyəri 8691 ABŞ dolları təşkil etmişdir. Cavabdeh1 artıq həm özünə çatmalı 2219 dolları, həm də ona məxsus 6473 ABŞ dolları pulu götürüb, qaytarmır və mənimsəyib. Baxmayaraq ki, toyuq və file hələ tam satılıb qurtarmayıb. Eyni zamanda mal-qaranın alınması üçün o, Cavabdeh1 55294 ABŞ dolları vermişdir (bu pulun bir hissəsi İddiaçı2 məxsusdur). Cavabdeh1 bu puldan 20000 ABŞ dollarını Cavabdeh2-nin adından Qazaxıstan Respublikasına köçürmüş, 35294 ABŞ dolları isə nağd şəkildə götürərək Qazaxıstan Respublikasına aparmış, oradan bir mal daşıyan avtomaşınla 71 baş diri iri buynuzlu mal (dana) gətirmişdir. Onlardan biri ölmüş, maşının sürücüsünün yol haqqını, yəni 400 ABŞ dollarını da o vermişdir. Bu heyvanların qidalanması üçün o, 2782 ABŞ dolları məbləğində yonca almış və yoncanı Cavabdeh1 fermasına qoymuşdur. Bu günə kimi həmin mallar Cavabdeh1dir və o, özü bildiyi kimi bu mallara dair sərəncam verir, satır, pulunu alır və ona bir manat da olsa nəinki xeyir, heç maya dəyərini də vermir. Pərviz İddiaçı2 zəng edərək bildirmişdir ki, fermada mallardan 18-nin satışı həyata keçiriləcəkdir və o da, gəlib malların tərəzidə çəkilməsində iştirak etsin. İddiaçı2 xalası oğlu X15 ilə birlikdə Türkana fermaya getmiş və fermada tərəzidə çəkilmədə iştirak etmişlər. Cəmi 18 baş dananın diri çəkisi 4540.5 kq olmuşdur. İddiaçı2 malın qiymətinin neçəyə olmasını soruşduqda və malın pulunu istəyəndə alıcı ona cavab vermişdir ki, malların pullarının hamısını Cavabdeh1 vermişdir. İddiaçı2 Cavabdeh1lə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, “maşını saxlamayın, buraxın getsin, indi mən özüm ora gəlirəm”. Elə bu vaxt Qazaxıstandan göndərilmiş 73 baş danaları gətirən 2-ci mal daşıyan maşın da fermaya gəlmişdir. Bir az keçmiş Cavabdeh1 fermaya gəlmiş və İddiaçı2 ondan satılan 18 dananın maya dəyərini və onlara düşən gəlir payını istəmişdir. Əgər dananın diri çəkisinin hər kq-nın minimum qiymətinin 5.50 AZN olmasını nəzərə alaraq və bu qiymətdən hesablayaraq, satılmış malın ümumi qiyməti 24973.75 AZN təşkil etmişdir ki, bu pulları Pərviz ona verməli idi. Lakin Cavabdeh1 nə malın maya dəyərini nə də ki, gəlir payını vermişdir. Beləliklə də Cavabdeh1 onları aldatmış, etibarlarından suiistifadə edərək dələduzluq yolu ilə onlara çatmalı pulun hamısını mənimsəmişdir. Bundan əlavə sentyabr ayının sonunda o, Cavabdeh1 nağd şəkildə 18000 ABŞ dolları vermiş və o, bu pulu Cavabdeh2-nin adından Qazaxıstan Respublikasına köçürmüşdür. Oktyabr ayının əvvəlində oradan mal daşıyan avtomaşınla 73 baş diri iri buynuzlu mal (dana) gəlmiş, hansılar ki, bu günə kimi Cavabdeh1dir. Toyuq və file üçün o, Cavabdeh1 cəmi 40000 ABŞ dolları pul vermişdir. Bundan 33063.49 ABŞ dolları dəyərində malı o götürmüşdür. Dana üçün Cavabdeh1 cəmi 76182 ABŞ dolları (20000+35000+18000+400+2782=76182) pul vermişdir. Toyuq və dana üçün cəmi 76182 ABŞ dolları + 40000 ABŞ dolları = 116183 ABŞ dolları pul vermişdir. Çəkdiyi xərclərdən götürdüyü malların qiymətini çıxdıqdan sonra Pərvizin ona 116183 ABŞ dolları - 33063 ABŞ dolları = 82944.45 ABŞ dolları borcu qalmışdır. Bundan əlavə Cavabdeh1 həmçinin ona gətirilən mallardan əldə olunacaq qazancdan onun payına düşən hissəni də ödəməlidir, o cümlədən 2 avtomaşın danadan (142 baş) 20000 ABŞ dolları xeyir əldə olunmalıdır. Bunun 50%-i 10000 ABŞ dolları ona çatmalıdır, toyuq və filenin satışından onun payıma düşən gəlir 2219 ABŞ dolları təşkil edir. Beləliklə dana və toyuq-filedən əldə olunan gəlirdən Cavabdeh1 ona cəmi 12219 ABŞ dolları pul verməlidir. Qeyd olunanlara əsasən Cavabdeh1 ona borcu 82944 ABŞ dolları + 2219 ABŞ dolları 10000 ABŞ dolları = 95163 ABŞ dolları = 161777.1 AZN təşkil edir. Bundan başqa Cavabdeh2-nin və Cavabdeh1 “X30 Azerbaijan” MMC-yə 95080.28 AZN məbləğində müştərək borcu vardır. Bundan əlavə Cavabdeh1 müqavilənin şərtlərini dəfələrlə bir tərəfli qaydada pozduğuna görə 100000 AZN məbləğində cərimə ödəməlidir. Bununla əlaqədar 04 sentyabr 2019-cu il tarixində Cavabdeh1, Cavabdeh2-nin baş mühasibi Ziyafəddin Mirzəliyevin, Cavabdeh2-nin digər işçisi Adnan Orucovun və onun iştirakı ilə 1 saylı Akt tərtib edilmiş və aktda göstərilmişdir ki, Cavabdeh2-nin ona 244584 ABŞ dolları məbləğində borcu vardır. Bu akta bütün iştirakçılar tərəfindən imza edilmiş və Cavabdeh2-nin dairəvi möhürü ilə təsdiqlənmişdir. Bundan əlavə 04 sentyabr 2019-cu il tarixində Cavabdeh1 və onun iştirakı ilə 2 saylı Akt tərtib edilmiş və göstərilmişdir ki, Cavabdeh2-nin İddiaçı3 244584 ABŞ dolları məbləğində borcu vardır. O, sonradan bilmişdir ki, Cavabdeh1 məqsədi onu aldadaraq etibarını qazanmaq, etibarından suiistifadə edərək onu aldatmaq, pulunu dələduzluq yolu ilə ələ keçirmək olmuşdur. Hər dəfə o, Cavabdeh1 pul verdikdə və o, bu pulu Cavabdeh2-nin bank hesabına köçürdükdə ondan kassa mədaxil orderini istəmişdir. Onlar isə cavab vermişlər ki, pulu verməyi barədə sənədlərə imza etmişlər, kassa mədaxil orderləri vergi orqanlarında qeydiyyata düşür və aparılmış əməliyyatlara görə vergi ödənilmir. İndi başa düşmüşdür ki, onların məqsədləri tək onu yox, həm də vergi orqanlarını aldatmaq olmuşdur. Cavabdeh1 onun pulları hesabına müxtəlif malları gətirdikdən sonra onları banklara və ayrı-ayrı insanlara nümayiş etdirərək, özünü etibarlı, ödəniş qabiliyyəti olan sahibkar kimi göstərərək, əlinə kredit və nağd şəkildə pul vəsaiti keçirmiş, bundan sonra ona bildirmişdir ki, onunla apardığı bütün razılaşmaları, danışıqları və müqavilələri tanımır. Həmçinin İddiaçı2 öz vəsaiti hesabına işçilər cəlb etmiş, fermanın içini sildirtib-süpürtmüş, təmizlik yaratmış, yenə də öz vəsaiti hesabına santexniklər və elektriklər cəlb edərək fermaya su və elektrik xətləri çəkdirmişdir. 8-10 gün bu insanlar orada iş görüb, əziyyət çəkmişlər, lakin Cavabdeh1 onlara heç bir ödəniş etməmişdir. Halbuki bu gün o, onların gördükləri işin nəticələrindən bəhrələnir və xeyir götürür. Həmçinin öz əməllərini gizlətmək və müqavilələrə zidd əməllərini bilməyinin qarşısını almaq məqsədi ilə o, İddiaçı2 və onun fermaya çoban və gözətçi kimi qoyduğu adamları onunla razılaşdırmadan, əmək haqqlarını tam ödəmədən uzaqlaşdırmışdır. Həmçinin Cavabdeh1 firmasında tam yararsız halda köhnə “ZİL” markalı avtomaşın da olmuşdur ki, ondan aldığı pulun və İddiaçı2 vəsaiti hesabına həmin avtomaşını təmir etdirərək ondan soyuducu avtomaşın düzəltdirmişdir. Cavabdeh1 söz vermişdir ki, “X31 95 480 Yük” avtomaşınının sürücüsü kimi bu və soyuducu maşının yararlı vəziyyətə gətirilməsində əməyi olan Elxan Qocayevi qoyacaq, bunun üçün Xaçmaz rayonu DAM-i şöbəsindən “E” kateqoriyalı sürücülük vəsiqəsinin alınmasında ona köməklik göstərəcək. Lakin maşınlar yararlı hala salındıqdan sonra o, sözünə əməl etmədi və həmin şəxsi də aldatdı. Müqaviləyə əsasən Cavabdeh1 ona bu hərəkətlərinə görə 50000 AZN məbləğində cərimə də ödəməlidir. O, Cavabdeh1 bildirmişdir ki, bu hərəkətlərinə görə ondan məhkəməyə müraciət edəcək. Cavabdehin bu hərəkətləri nəticəsində “X30 Azerbaijan MMC-yə və onlara xüsusi ilə külli miqdarda maddi, mənəvi və işgüzar nüfuzlarına əhəmiyyətli və təsirli zərər yetirilmişdir. Belə ki, o, Cavabdeh1lə iş birliyi qurmaq ərəfəsində “X30 Azerbaijan” MMC-nin işçiləri ilə iclas keçirmiş və onlara bu barədə məlumat vermişdir ki “X30 Azerbaijan” MMC-nin ərazisində malheyvan kəsilməsi üçün tam avadanlıqlı xüsusi yer var, malların kəsilməsi burada həyata keçiriləcək, onlara münasib qiymətə ət satılacaq, içalatlarını isə pulsuz yeməkxanalarında bişirtdirib işçilərə pulsuz yemək verəcəklər. Cavabdeh1 əməlləri nəticəsində o, işçilərə verdiyi sözü yerinə yetirə bilməmişdir. Cavabdeh1 verdiyi pulların çox hissəsini o, yaxın adamlarından borc almışdı ki, bu pulların hesabına mal gətirib satsın. Lakin göstərilən səbəblərdən aldıqları borcları qaytara və işçilərin əmək haqqlarını ödəyə bilmədiyindən, şəxsi əmlakını Banka girov qoyaraq 100000 ABŞ dollarını kredit götürmüşdür. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 28 fevral 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ondan "xxxx" MMC-nin adına olan 432.668,43 manat borc tutularaq “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi açıq-aşkar qərəzlilik və qanunsuzluğunun bariz nümunəsidir. Çünki qeyd edilən məbləğin qarşılığında "xxxx" MMC tərəfindən “X30 Azerbaijan” MMC-yə müxtəlif çeşiddə məhsullar verilmiş və bütün bunlar qaimə fakturalarda göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi göstərilən xüsusuatla bağlı heç bir araşdırma aparmamışdır. Bundan başqa Cavabdeh2-dən 83552,28 manat məbləğində borc pul tutularaq “X30 Azerbaijan” MMC-yə ödənilməsi də tamamilə əsassız və qanunsuzdur. Əslində isə həmin borc məbləği 70.000 manatdır. Həmin məbləğ isə birgə biznes fəaliyyətləri zamanı İddiaçı3 əldə olunan gəlirindən ona yaranmış borcu ilə əvəzləşdirilmişdir. Ondan toyuq, ət daha və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manat məbləğində pulun tutularaq İddiaçı3 verilməsi qanunsuzdur. Belə ki, həmin məbləğ həqiqətən də, iddia ərizəsində göstərildiyi kimi 244.584 ABŞ dolları olmuş, lakin düzgün hüquqi qiymət verilsəydi İddiaçı3 də iş materiallarında mövcud olan əl yazısında həmin məbləğin 229.534,2 ABŞ dolları məbləğində malların onun anbarına təhvil verilməsi hissəsinə qiymət verilər və nəticədə qanuni qətnamə qəbul edilərdi. Cavabdeh2 tərəfindən gətirilmiş 122 baş dananın alınaraq İddiaçı3 verilməsi də tamamilə qanunsuz və əsassızdır. Çünki həmin 122 baş dananın nə onların müştərək iş birliyi müqavilələrinə, nə İddiaçı3 özünə, nə də “X30 Azerbaijan” MMC-yə heç bir aidiyyatı yoxdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X22 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "X30 Azərbaijan" MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh1 nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçı "X30 Azərbaijan" MMCnin nümayəndəsi X16 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432668,43 manat borc pulun tutularaq “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, Cavabdeh1 toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pulun tutularaq İddiaçı3 verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini Cavabdeh1 "xxxx" MMC-nin direktoru olduğu dövrdə “X30 Azerbaijan” MMC-dən xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək MMC adından 608931,50 manat dəyərində aldığı malı MMC-yə təqdim etmədən ayrıca qaydada istifadə edərək, gəlirlərini MMC-nin hesabına yatırmaması, cavabdeh tərəfindən heç bir müqavilə və hüquqi əsas olmadan 432668,43 manat məbləğində “X30 Azerbaijan” MMC-yə maddi ziyan vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilməsi, bu halları təkzib edəcək hər-hansı bir sübutun Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Bu nəticəni apellyasiya instansiya məhkəməsi qətnaməni qismən ləğv etmiş, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan Cavabdeh1 qətnamədən kassasiya şikayəti vermişdir. İşə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən ləğv edərək hesab etmişdir ki, Cavabdeh1 iddiaçının xeyrinə pul məbləğlərinin tutulmasına dair hissədə məhkəmənin nəticəsi qanunun tələblərinə uyğun əsaslandırılmamış, Cavabdeh1 həm "xxxx" MMC-nin direktoru həm də Cavabdeh2-nin təsisçisi olmuş və iddiaçı ilə malmübadiləsi və müştərək iş birliyi əlaqələrinin məhz həmin Cəmiyyətlərin adından qurmaqla həyata keçirmişdir. İddiaçı qarşısında borclar isə, işdən göründüyü kimi həmin Cəmiyyətlərin, yəni "xxxx" MMC-nin və Cavabdeh2-nin borcları olmuşdur. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 pul məbləğlərini (432.668 manat, 211.846,4 manat və 42 baş dananın dəyəri) tutarkən Mülki Məcəllənin 87.1., 1099.1-ci maddələrinin tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə iddia tələbinin (42 baş dananın və ya dəyərinin ödənilməsi hissəsi istisna olmaqla) “X30 Azerbaijan” MMC-nin xeyrinə cavabdeh "xxxx" MMC-dən 432.668,43 manat məbləğində borcun, X4 xeyrinə Cavabdeh2-dən toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutulması hissəsində apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. “X30 Azerbaijan” MMC ilə Cavabdeh2 arasında 22 avqust 2019-cu il tarixdə alqısatqı müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən “X30 Azerbaijan” MMC-nin Cavabdeh2-yə balıq və balıq məhsullarını satması, Cavabdeh2-nin isə həmin məhsulların dəyərini ən çoxu 60 gün ərzində “satıcı” tərəfindən təqdim edilən vergi hesab fakturası əsasında satıcıya nağd və ya köçürmə yolu ilə ödəmək barədə üzərinə öhdəlik götürməsi, həmin müqaviləyə əsasən tərəflər arasında balıq məhsullarının alqı-satqısı ilə əlaqədar əməliyyatlar aparılması işin mübahisəsiz halıdır. Həmçinin işin digər mübahisəsiz halı 02 sentyabr 2019-cu il tarixdə isə Cavabdeh2nin təsisçisi ilə İddiaçı3 arasında müştərək işbirliyi müqaviləsinin bağlanması, müqaviləyə əsasən tərəflər balıq, qoyun, dana və toyuğun ixracı və idxalının həyata keçirilməsini qərara almışlar. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi pulun ödənilməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 87.1. və 1099.1. maddələri təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 87.1. maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Qanunun mənasına görə təsərrüfat cəmiyyətinin bir növü olan məhdud məsuliyyətli cəmiyyət bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan və onun nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölüşdürülmüş kommersiya təşkilatıdır. Məhdud məsuliyyətli cəmiyyətin başlıca xüsusiyyəti ondadır ki, onun iştirakçıları cəmiyyətin öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Göründüyü kimi iştirakçının məsuliyyəti cəmiyyət yaradılarkən ödədikləri mayanın miqdarı ilə məhdudlaşır. Buna görə də o, məhdud məsuliyyətli cəmiyyət adlanır. Eləcə də cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Hüquqi və ya fiziki şəxslərin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu üçün məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 1099.1. maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu maddənin məzmununa əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək vəzifələrinin icrası zamanı onun vurduğu zərərin əvəzini ödəməlidir. İşçi dedikdə isə əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşəgötürənin sözügedən maddə ilə nəzərdə tutulmuş məsuliyyətinin yaranması üçün mülki hüquq pozuntusu törədən şəxs hüquqi şəxsin işçisi olmalı, hüquqi şəxsin işçisi mülki hüquq pozuntusunu əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı törətməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmə, həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımı şərait yaratmalıdır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir (MPM-nin 14.1-ci maddəsi). Həmçinin məhkəmə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını, şahid ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və bütövlükdə həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verilməlidir (MPM-nin 88,106.1-ci maddələri). Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə mülki iş üzrə ekspertizalar təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli 9/5457 nömrəli, 02 fevral 2023-cü tarixli 9/90 nömrəli və 24 avqust 2023-cü il tarixli 9/3013 nömrəli rəylərinə əsasən "xxxx" MMCnin “X30 Azerbaijan” MMC-yə borcunun olmadığı, yəni "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borc düzgün hesablanmadığı müəyyən edilmişdir. Bundan başqa rəydə həmçinin qeyd edilmişdir ki, təqdim edilmiş elektron qaimə fakturalar və elektron vergi hesab fakturalar tədqiq olunan zaman xx.xx.2018-ci il tarixli 072604 nömrəli qaimə fakturada qeyd edilən 108.212,0 manat məbləğində malın təqdim edilməsi, xx.xx.2018-ci il tarixli 611429 nömrəli elektron qaimə və xx.xx.2018-ci il tarixli elektron veri hesab fakturası ilə (cild 5 iş v.49-50) öz təsdiqini tapır. Lakin digər qaimə fakturalar ilə malın təqdim edilməsi elektron qaimə və elektron vergi hesab fakturaları ilə öz təsdiqini tapmamışdır. 24 avqust 2023-cü il tarixli 9/3013 nömrəli rəylə bağlı məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən ekspert X23 mövcud rəyin onun tərəfindən verildiyini və bu rəyi təsdiq edərək məhkəmə-mühasibat ekspertizasının ilkin sənədlər əsasında aparılan tədqiqat olduğunu, həmin tədqiqat elektron qaimələr və elektron vergi hesab-fakturaları əsasında həyata keçirildiyini, təqdim edilmiş elektron qaimə-fakturalar və elektron vergi hesabfakturalar tədqiq olunan zaman xx.xx.2018-ci il tarixli 072604 nömrəli qaimə-fakturada qeyd edilən 108.212 manat məbləğində malın təqdim edilməsi, xx.xx.2018-ci il tarixli 611429 nömrəli elektron qaimə və xx.xx.2018-ci il tarixli elektron vergi hesab fakturası ilə öz təsdiqini tapdığını, lakin digər qaimə-fakturalar ilə malın təqdim edilməsi elektron qaimə və elektron vergi hesab fakturaları ilə öz təsdiqini tapmadığını, həmin qaimə-fakturalar daxili qaimə olduğundan, həmin sənədlər “qara mühasibatlıq” adlanan sənədlərə aid olduğundan, qeyd edilən sənədlərin məhkəmə mühasibat ekspertizasının tədqiqatı zamanı nəzərə alınmadığını göstərmişdir. O, həmçinin qeyd etmişdir ki, daxili qaimə adından da göründüyü kimi, təşkilat daxilində malın gətirilməsi zamanı vurulan qaimədir və bu qaimələr elektron qaydada tərtib edilmədikdə vergidən yayınma hesab olunur. Buna görə də həmin qaimələr tədqiqat zamanı nəzərə alınmayıb, lakin elektron qaydadan kənar ödəmələrin olduğu da inkar edilmir. Sadəcə bir ədəd qaimə elektron qaydada vurulduğuna görə məbləğin hesablanması zamanı nəzərə alınıb, çünki mallar təqdim olunanda elektron qaimə şəklində vurulmalı və vergi ödənilməli idi. Digər qaimələr elektron qaydada tərtib edilmədiyinə görə tədqiqatın aparılması zamanı nəzərə alınmamışdır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 88,103.1-ci maddələri). Nəzərə almaq lazımdır ki, ekspertin rəyi mülki işdə sübut növlərindən biri olmaqla, hüquqi baxımdan hər hansı digər sübutlarla müqayisədə müəyyən edilmiş üstünlüyə malik deyil və ekspert rəyi müəyyən edilən hallar üzrə digər sübutlar kimi məhkəmə tərəfindən yoxlanılmalı və qiymətləndirilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyə olan təminat kifayət qədər yüksək olsa da, lakin bu hal ekspert rəyinin xüsusi və müstəsna kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Belə ki, iş üzrə məhkəmə aktı dəqiq müəyyən edilmiş digər sübutlarla zidd olan ekspert rəyi əsasında çıxarıla bilməz. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2019-cu illər üzrə 62.1 saylı hesab kartoçkasından görünür ki, Cavabdeh1 "xxxx" MMC-nin direktoru olduğu dövürdə mal mübadiləsi ilə bağlı “X30 Azerbaijan” MMC-dən cavabdeh "xxxx" MMC-nin adından 608931,50 manat dəyərində aldığı malın satışı üzrə 176263,07 manat məbləğində vəsaiti ödəmiş, yerdə qalan qalıq məbləği isə (608931,50-176263,07=432668,43) manat təşkil edir. Bu iddiaçının təqdim etdiyi "xxxx" MMC-nin rəhbəri tərəfindən imzalanaraq dairəvi möhürü ilə təsdiq edilmiş, lakin ekspertlər tərəfindən nəzərə alınmamış qaimə faktura sənədlərində də öz təsdiqini tapmışdır. Digər Cavabdeh2-nin direktoru Cavabdeh1lə iddiaçı Cəmaləddin Quluyev arasında xx.xx.2019-cu ildən 2029-cu ilə kimi müştərək iş birliyi müqaviləsinin bağlandığı, Cavabdeh2-nin Cəmaləddin Quliyevə borclu olması barədə xx.xx.2019-cu ildə 2 saylı akt tərtib etmələri, həmçinin Cavabdeh2-nin direktoru Cavabdeh1, həmin cəmiyyətin baş mühasibi Ziyəddin Mirzəyev və aparıcı işçisi Adnan Orucovun tərtib etdikləri xx.xx.2019-cu il tarixli 1 saylı aktla da Cavabdeh2-nin iddiaçı Cəmaləddin Quluyevə 244584 ABŞ dolları borcu olduğu və həmin məbləğin Cavabdeh2-nin xəzinədarlığına ödənildiyi öz təsdiqini tapmışdır. Beləliklə Cavabdeh2-nin Cəmaləddin Quluyevə müştərək iş birliyi müqaviləsinə əsasən apardığı mal mübadiləsi bağlı əməliyatlar üzrə dolların manata məzənnəsi nəzərə alınmaqla qalıq borc məbləği ümumilikdə (35000+4705+2219=41.924-33.062=8862 ABŞ dolları ~ 15065,4 manat + 16200 + (20000 ABŞ dolları) ~ 34000 manat + (18000 ABŞ dolları) ~ 30600 manat + 60000 manat + (20000 ABŞ dolları) ~ 34000 manat + (400 ABŞ dolları) ~ 680 manat + (2782 ABŞ dolları) ~ 4729,4 manat + (88 ABŞ dolları) ~ 149,6 manat + (250 ABŞ dolları) ~ 425 manat + (9410 ABŞ dolları) ~ 15997 manat =211846,4 manat təşkil edir. Göründüyü kimi Cavabdeh1 həm "xxxx" MMC-nin direktoru, həm də Cavabdeh2-nin təsisçisi olmuş və iddiaçılar ilə mal mübadiləsi və müştərək iş birliyi əlaqələrin məhz həmin cəmiyyətlərin adından qurmaqla həyata keçirmişdir. İddiaçılar qarşısında borclar da məhz həmin cəmiyyətlərin, yəni, cavabdehlər "xxxx" MMC və Cavabdeh2-nin borcları olmuşdur. Bu mənada məhkəmə kollegiyası ekspert rəyi ilə müəyyən edilən halları hazır ki işin digər sübutları ilə müqaisədə təhlil edərək hesab edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyə olan təminat yüksək olsa da, lakin bu hal ekspert rəyinin xüsusi və müstəsna kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Qeyd olunmalıdır ki, iş üzrə məhkəmə aktı dəqiq müəyyən edilmiş digər sübutlarla zidd olan ekspert rəyi əsasında çıxarıla bilməz. Odur ki, məhkəmə kollegiyası iddiaçı“X30 Azerbaijan” MMC-nin təqdim etdiyi cavabdeh "xxxx" MMC-nin xx.xx.2017-xx.xx.2019-cu illər üzrə 62.1 saylı hesab kartoçkasındakı, o cümlədən "xxxx" MMC-nin rəhbəri tərəfindən imzalanaraq dairəvi möhürü ilə təsdiq edilmiş qaimə fakturaları daha mötəbər və inandırı sübut kimi qəbul edir. Qeyd olunmalıdır ki, yuxarıda qeyd olunan mülki prosessual normalara görə mülki məhkəmə icraatının prinsipinə əsasən sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidirlər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyindən, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, Quba rayon məhkəməsinin qətnaməsi qismən- Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın İddiaçı3 verilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçıların tələbində qeyd etdiyi hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, 432.668,43 manat pulun cavabdeh "xxxx" MMC-dən, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə 211.846,4 manatın Cavabdeh2-dən tutulması hissəsində iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 432668,43 manat pul tutularaq iddiaçı “X30 Azerbaijan” MMC-nin hesabına, Cavabdeh2-dən toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pul isə tutularaq İddiaçı3 ödənilməlidir. İddia tələbinin cavabdeh "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğin Cavabdeh1 “X30 Azerbaijan” MMC-nin xeyrinə tutulması, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın məbləğin isə Cavabdeh1 iddiaçı X5 xeyrinə tutulması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələb etdikləri həmin məbləğlər Cavabdeh1 deyil, məhz cavabdeh olan cəmiyyətlərin ("xxxx" MMC və Cavabdeh2-nin) borcları olduğundan, təmin edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh "xxxx" MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 200+50+150=400 (dörd yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələri). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi qismən – Cavabdeh1 "xxxx" MMC-nin adına olan 432.668,43 manat məbləğində borcun “X30 Azerbaijan” MMC-nin hesabına ödənilməsi, toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211.846,4 manatın tutulması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh "xxxx" MMC-dən 432668,43 manat pul alınaraq iddiaçı “X30 Azerbaijan” MMC-nin hesabına ödənilsin. Cavabdeh2-dən toyuq əti, dana və skumbriya əməliyyatları üzrə ümumilikdə 211846,4 manat məbləğində pul tutularaq İddiaçı3 verilsin. Cavabdeh "xxxx" MMC-dən ekspertiza xərcləri 400 (dörd yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar