Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-740/2024 22.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-T № 176173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 954 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt Asan Xidmət X4 xx.xx.2020-ci il tarixdə 960 nömə ilə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq 65 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
3. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 437498 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 nömrəsi ilə qeyd edilmişdir.
4. X5 verdiyi xx.xx.2023-cü il tarixli diaqnostikadan görünür ki, X7 Psixi və nitq inkişaf ləngiməsi, stereotip əlamətlər müşahidə olunmuşdur.
5. X5 verdiyi xx.xx.2023-cü il tarixli diaqnostikadan görünür ki, X7 təkrar müayinə zamanı Psixi-nitq inkişaf ləngiməsi, nitq yoxdur, komandalar var, üfürmə var müşahidə olunmuşdur.
6. Lor Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 və sağ qulaqları testdən keçirilmiş və aparılan audioloji müayinələrin nəticəsinə əsasən normal eşitmə təsdiqlənmişdir.
7. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh tikintidə ixtisassız fəhlə kimi işləməklə aylıq əmək haqqısı 430 manat təşkil edir və Müharibə veteran kimi ayda 80 manat pensiya alır.
8. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın verdiyi xx.xx.2022-ci il tarixli M/V 105458 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır.
9. İ-15855 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 saylı Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
10. İ-19279 saylı Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 saylı Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
11. İ-59389 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyun 2020-ci il tarixində Sumqayıt “ASAN XİDMƏT” X4 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2021-ci il tarixində oğlu X10 dünyaya gəlmişdir. Xasiyyətləri düz gəlmədiyindən nikahları Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il, 2(050)-1806/2022 tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnaməyə əsasən xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh Murməmməd oğlundan xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər aylıq qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında və əlavə olaraq 65 manat (altmış beş) sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin tarixdən cavabdeh 140 manat (yüz qırx) ödəməli idi. Son 2 aydır ki, cavabdeh alimentin yarısını belə ödəmir. Müharibə iştirakçısı olmasını əsas gətirərək alimenti tam ödəmək istəmir. Cavabeh özü tam sağlamdır və hər yerdə işləyə bilər. Vətən borcunu yerinə yetirmək o demək deyil ki, övladına aliment ödəməsin. Övladları anadangəlmə xəstədir və onun müalicəsi “Narınc uşaq psixologiya mərkəzi” və “LOR” Hospitalda aparılır. Bununla əlaqədar olaraq iddiaçı məhkəmədən öncə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Alimentin artırılaraq 220 manat məbləğində müəyyən edilməsinə cavabdeh razılaşmamışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
14. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, iddia tələbini qəbul etmir. Uşaq anadan olanda heç bir xəstəliyi olmamışdır. Bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği yüksəkdir. Belə ki, o “Kristal Abşeron”da fəhlə işləyir. Aylıq 430 (dörd yüz otuz) manat məbləğində gəlirə malikdir. Səhhətində olan problemlərlə əlaqədar olaraq başqa işdə işləyə bilmir. O, ölkənin ərazi bütövlüyünü qorumaq üçün Qarabağ müharibəsində iştirak etmişdir. Bunu özünə borc bilmiş, bununla şərəf duymuşdur. Səhhətində nə qədər problemləri yaransa da, Qarabağ döyüşlərinə iştirak etməsini heç zaman qabartmamışdır. İddia ərizəsində ona qarşı tənqidi yanaşma qəbuledilməzdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Aylıq gəliri 430 manat qeyd edilsə də əmək haqqından müəyyən tutulmalar da olur. Digər tərəfdən də uşağı saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü də halhazırda Masallı rayonu “Fatimə” mebel evində satıcı işləyir, aylıq gəlirə malikdir və yaşayışını təmin etmək iqtidarındadır. Birgə nikahdan olan uşağın maddi təminatının qarşılanmasında o, öz köməkliyini də göstərə bilər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilərək Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması və alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida, təhsil və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlib ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Məhkəmə qeyd edib ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Yekun olaraq məhkəmə belə qənaətə gəlib ki, xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4 və 78.2, 100.2, 112.1-ci maddələrinə, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5, 13-cü maddələrinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının müvafiq bəndlərinə və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
18. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi tamamilə qanunsuz və əsassızdır. Cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, “Kristal Abşeron”da fəhlə işləyir. Aylıq 430 (dörd yüz otuz) manat məbləğində gəlir malikdir. Səhhətində olan problemlərlə əlaqədar olaraq başqa işdə işləyə bilmir. İddiaçı özü də hal-hazırda Masallı rayonu “Fatimə” mebel evində satıcı işləyir, aylıq gəlirə malikdir və yaşayışını təmin etmək iqtidarındadır. Birgə nikahdan olan uşağı saxlamaq hər iki valideynin borcudur. Məhkəmə qeyd olunan halları nəzərə almamış və əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi ilə qət edilən aliment məbləği yüksək həddədir. Onun həmin məbləğdə alimenti ödəməyə maddi imkanı yoxdur. O fəhlə işləyir əldə etdiyi aylıq gəliri 390 manat təşkil edir. Müharibə veteranı kimi isə aylıq 80 manat alır. Bundan başqa hər hansı gəliri yoxdur. Onun uşağı ilə görüşməsi və digər hallar üçün də maddi vəsaitə ehtiyacı vardır. 220 manat aliment məbləğini ödəyə bilməyəcəkdir. İddiaçı özü də mebel mağazasında işləyir. Maddi vəziyyəti yaxşıdır. Digər tərəfdən iddiaçı uşağın ehtiyaclarını lazımı qaydada qarşılamır, onun qayğılarını təmin etmir. İddiaçı qərəzli şəkildə hər dəfə alimentin artırılması tələbi ilə məhkəməyə müraciət edir. Göstərilən halların nəzərə alınaraq, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
22. İddiaçı tərəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ***-***-**-** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
23. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
25. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
27. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsinin ləğv olunmasını, iddiаnın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlamağı vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Tələb alimentin artırılması barədədir.
33. Birinci instansiya məhkəməsi uşağın mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimenti hər ay 220 manat, məbləğində müəyyən etmişdir.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
35. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.
36. Cavabdehin apellyasiya şikayətində, o cümlədən məhkəmə iclasında göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.
37. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.
38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir
39. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.
40. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
41. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.
42. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.
43. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə 220 manat təmin etməkdə düzgün nəticəyə gəlmişdir
44. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2(012)-4415/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.