Məhkəmə qərarları › İş №2(105)-741/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-741/2023

30.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-741/2023 30.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X5 ibarət tərkibdə məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh1 İbrahimxəlil oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 İbrahimxəlil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər iki cavabdeh (təqsirkar) şəxslərin əməlində mənimsəmə və ya israf etmə cinayətinin konkret tərkib əlamətlərinin mövcudluğunu nəzərə alaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələbi əsasında xüsusi qərardadın çıxarılması məsələsinin mümkünlüyü məsələsinə baxılması, mülkiyyətinə vurulmuş maddi ziyanın və əldən çıxmış fayda olaraq ümumilikdə 290.000 (iki yüz doxsan min) manat məbləğində maddi ziyanın müştərək qaydada hər iki cavabdehdən ona ödənilməsinə dair qətnamə çıxarılmasını, təhqiqat orqanının apardığı araşdırmalar əsasında hər iki cavabdeh (təqsirkar) şəxsin birbaşa qəsdi nəticəsində mülkiyyətinə xüsusilə külli miqdarda maddi ziyanın vurulmasının müəyyən edilməsi ilə bağlı iddia tələblərinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası MPM-nin 157-159-cu maddələrinin tələblərinə müvafiq olaraq qərardad çıxarılması, hazırda həbsdə saxlandığı nəzərə alınaraq çəkişmə prinsiplərinə riayət olunması və məhkəmədə dinlənilmək hüququnun təmin olunması məqsədilə müvafiq qərar qəbul edilməsi və qərarın icrasının Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olan və Ağsu rayonu, Xasıdərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılmış 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 22 baş keçi olmaqla cəmi 367 baş xırdabuynuzlu və 24 baş iribuynuzlu mal-qaranın otarılması 15 oktyabr 2015-ci il tarixdən etibarən Şamaxı rayonu, Əngərxan kənd sakini Cavabdeh1 İbrahimxəlil oğluna təhvil verilmiş və 16 mart 2017-ci il tarixədək olan müddət ərzində təsərrüfat işləri daimi nəzarəti altında aparılmışdır. Bu dövrdə Cavabdeh1 tərəfindən hər hansı bir özbaşınalığa yol verilməmiş və görülən işlərin müqabilində hər ay 500 manat məbləğində əmək haqqı ödənilmişdir. 16 mart 2017-ci il tarixdə həbs olunduğu günədək Cavabdeh1 əmək haqqı borcu olmamışdır. Qeyd etdiyi tarixdə sifarişlə həbs olunduqdan sonra telefon zənglərinə və görüşlərinə istintaq orqanı tərəfindən qadağalar tətbiq olunmuş, nəticədə isə ictimai əlaqələrdən məhrum olmuşdur. Sifarişli həbsindən sonra atası X11 təsərrüfatın idarə edilməsini Şamaxı rayon Şirvan kənd sakini Cavabdeh2 həvalə etmiş və sonuncu da 16 mart 2017-ci il tarixdən etibarən təssərüfat sahəsinə nəzarəti həyata keçirmişdir. Telefon zənglərinə və görüşlərinə qadağalar aradan qaldırıldıqdan sonra o, təsərrüfata cavabdeh olan Cavabdeh1 İbrahimxəlil oğlunun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona zəng vuraraq təsərrüfatın vəziyyəti ilə maraqlanmışdır. Çoban Cavabdeh1 təsərrüfatda az sayda mal-qara qaldığını ona bildirmiş, bunun səbəbini isə mal-qaranı sataraq ot-ələf alması, bir hissəsinin isə ölməsi və əmək haqqı əldə etməsi ilə əlaqələndirmişdir. 16 mart 2017-ci il tarixdə həbsindən sonra atası X11 16 mart 2017-ci tarixdə təsərrüfat sahəsinə gedərək çoban Cavabdeh1lə birlikdə mal-qaranın uçotunu aparmış və onun həbsindən sonrakı dövrdə təsərrüfat sahəsində çoban Cavabdeh1 sərəncamında 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 22 baş keçi, 24 baş iri buynuzlu inək və buzov olmuşdur. Həbsi ilə əlaqədar olaraq Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 5(006)-827/2017 saylı qərarı ilə mülkiyyət hüququ ilə ona məxsus olan və mal-qaranın saxlanıldığı Ağsu rayonu, Xasıdərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş, istintaq orqanının 15 avqust 2017-ci il tarixli, ********* saylı xidmət məktubu ilə üzərinə həbs qoyulmuş əmlakların mühafizəsi İsmayıllı rayon Polis şöbəsinə həvalə edilmiş və barəsində Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 29 dekabr 2017-ci il tarixdə elan olunmuş hökmlə həmin fərdi yaşayış evinin müsadirəsinə dair qərar qəbul olunmuşdur. Cinayət işi üzrə toplanmış sənədlərdə də, istintaq orqanı fərdi yaşayış evinin təsərrüfat sahəsində qeyd olunan sayda iri və xırda buynuzlu mal-qaranın mövcudluğunu təsdiqləmiş və üzərinə həbs qoyulmuş əmlaklar İsmayıllı rayon Polis şöbəsinin mühafizəsinə verilərkən məlum sayda mal-qara təsərrüfat sahəsində mövcud olmuşdur. Təsərrüfat sahəsi cavabdeh olmuş Şamaxı rayon Əngərxan kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlu ilə telefon danışığından sonra ona məlum olmuşdur ki, təsərrüfatda ona məxsus olmuş mal-qaranın böyük bir hissəsi dağıdılaraq mənimsənilmişdir. İşin obyektiv və konkret hallarının müəyyən olunması məqsədi ilə o, 21 may 2018-ci il tarixdə Şamaxı rayonu, Əngərxan kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlunu, Şamaxı rayonu, Şirvan kənd sakini (Zarxı kəndi) Cavabdeh2 və atası X1 9 saylı cəzaçəkmə müəssisəsinə dəvət etmişdir. Adları qeyd olunan şəxslərin iştirakları ilə aparılmış söhbətin nəticəsində məlum olmuşdur ki, təsərrüfat sahəsində mövcud olmuş 24 baş iri buynuzlu mal atası X11 və Cavabdeh2 tərəfindən 25 noyabr 2017-ci il tarixdən başlayaraq 21 may 2018-ci il tarixədək satılmışdır. İri buynuzlu heyvanların satışa çıxarılmasında məqsəd o olmuşdur ki, Şamaxı rayonu, Əngərxan kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlu 15 oktyabr 2015-ci il tarixdə təsərrüfatı ondan qəbul edərkən iri buynuzlu heyvanlara qardaşı oğlu Elçin Əliyevin özü və ailəsi tərəfindən baxılacağı bildirmiş və onun həbsindən sonra Elçin iri buynuzlu heyvanları əmisi Cavabdeh1 təhvil verərək getmiş, Cavabdeh1 isə xırda buynuzlu mal-qara ilə yanaşı iri buynuzlu heyvanlara da baxılmasında çətinlik çəkdiyini atası İbad İbadova bildirdikdən sonra Cavabdeh2 atasının tapşırığı ilə Cavabdeh1lə birlikdə iri buynuzlu heyvanların satılmasına dair göstərişi icra etmişdir. Cavabdeh1 və Cavabdeh2 qeydləri əsasında aparılmış hesablamalarla müəyyən edilmişdir ki, 24 baş iri buynuzlu mal Cavabdeh2 və Cavabdeh1 tərəfindən ümumilikdə ayrı-ayrı vaxtlarda 15126 manata satılmış, lakin qeyd olunan bu məbləğdən yalnız 8870 manat nəğd pul vəsaiti Cavabdeh2 tərəfindən atası X9 verilmişdir. Qalan 6256 manat nəğd pul vəsaitinin hara xərclənməsi barədə Cavabdeh2 və Cavabdeh1 tərəfindən ona hesabat verilməmiş və qeyd olunan 15126 manat özü də yalnız hər iki şəxsin qeydləri əsasında müəyyən olunmuşdur. Xırda buynuzlu heyvanların satışa çıxarılması ilə bağlı isə istər atası X11 tərəfindən, istərsə də onun tərəfindən nə Cavabdeh2, nə də çoban Cavabdeh1 heç bir göstəriş verilməmişdir. Yalnız 21 may 2018ci il tarixdə keçirilmiş görüş zamanı müəyyən olunmuşdur ki, təsərrüfatda mövcud olmuş 228 baş ana qoyundan yalnız 21 baş qoyun, 24 baş keçi davarından isə 12 baş keçi qalmışdır. Cavabdeh1 iddialarına görə qalan heyvanların bir hissəsi satılmış, digər hissəsi isə ölmüşdür. Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 apardıqları hesablamalarla tanışlıq nəticəsində məlum olmuşdur ki, təsərrüfatda mövcud olmuş 228 baş qoyundan cəmi 22 baş qoyun, 11 baş qoçdan isə 2 baş qoç naməlum səbəblərdən ölmüş, lakin bu faktın mövcudluğu hər hansı bir rəsmi sənədlərlə və ya şahid ifadələri ilə sübuta yetirilməmişdir. Həbsinə qədər təsərrüfatda mövcud olmuş 106 baş quzudan isə 66 baş quzu kəsilərək “Teliba” istirahət mərkəzində istifadəyə verilmiş, bu halın da mövcudluğu Cavabdeh2 və Cavabdeh1 iddiaları ilə müəyyən olunur. Bu iddialara baxmayaraq işin obyektiv və konkret hallarından məlum olduğu kimi onun həbsindən sonra (16 mart 2017ci il tarixdən etibarən) “Teliba” istirahət mərkəzinin fəaliyyəti istintaq orqanının 15 avqust 2017-ci il tarixli ********* saylı xidməti məktubu əsasında İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən dayandırılmış və obyektin mühafizəsi İsmayıllı RPŞ-nin nəzarətinə keçmişdir. Lakin istər Cavabdeh2, istərsə də Cavabdeh1 apardığı qeydlərdə 15 avqust 2017-ci il il tarixdən 17 sentyabr 2017-ci il il tarixədək “Teliba” istirahət mərkəzinə ət tədarükünün edildiyi qeyd edilmişdir. Fəaliyyəti dayandırılmış obyektdə istifadə edilmək məqsədilə həmin dövr ərzində xırda buynuzlu heyvanların kəsilərək verilməsi birmənalı şəkildə istisna edilir. Bundan əlavə aparılmış hesablamalar nəticəsində məlum olmuşdur təsərrüfatda mövcud olmuş 106 baş quzudan 66 baş quzu kəsilərək “Teliba” istirahət mərkəzinə verilmiş 21 may 2018-ci il tarixdə aparılmış hesablamalardan sonra isə Cavabdeh1 tərəfindən atası X9 21 baş qoyunun və 12 baş keçi davarının pulu olaraq 2700 manat nağd pul vəsaiti verilmişdir. Qalan 268 baş xırda buynuzlu heyvanların taleyi barədə hər hansı bir əsaslı faktlar müəyyən edilməmiş, bunlardan yalnız 28 baş heyvanın ölməsinə dair çoban Cavabdeh1 tərəfindən iddialar irəli sürülmüşdür. Hətta belə olsa da, 240 baş xırda buynuzlu heyvanların mənimsənilməsi faktı müəyyən olunmuşdur. Bundan əlavə, 24 baş iri buynuzlu malın da dəyərinin 6256 manatı mənimsənilərək ailə üzvülərinə verilməmişdir. Eyni zamanda böyük sayda xırda buynuzlu heyvanların mənimsənlməsi nəticəsində bu günə qədər təsərrüfatdan əldə etməli olduğu gəlirindən də məhrum edilmişdir. Bütün qeyd etdiyi bu və digər faktların mövcudluğu nəticəsində ona külli miqdarda maddi ziyan dəymiş və bu ziyanın ödənilməsi məqsədilə çoban Cavabdeh1 İbrahimxəlil oğluna möhlət verilmişdir. Buna baxmayaraq vurulmuş maddi ziyanın ödənilməsi, mənimsənilmiş heyvanların qaytarılması təmin olunmamış və o, məcburiyyət qarşısında 24 iyun 2019-cu il tarixdə ərizə ilə Ağsu rayon Polis şöbəsinə müraciət etmiş, müraciət əsasında Ağsu rayon RPŞ-nin tədqiqat qrupunun baş tədqiqatçısı, polis kapitanı Vüsal Hüseynov tərəfindən təhqiqat araşdırılmaları aparılmış və təsərrüfata cavabdeh olmuş Şamaxı rayonu, Əngəxaran kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlunun əməlində Azərbaycan Respublikasının CM-nin 179-cu maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin mövcud olmasına dair əsaslı şübhələrlə əlaqədar 11 iyul 2019-cu il tarixli qərar qəbul edilərək toplanmış materiallar istintaq aidiyyəti üzrə Ağsu rayon prokurorluğuna göndərilmişdir. Ağsu rayon prokurorunun böyük köməkçisi, kiçik ədliyyə müşaviri Rövşən Əmrahov tərəfindən aparılmış araşdırmalar zamanı yazılı izahat vermiş Şamaxı rayonu, Əngəxaran kənd sakini, çoban Cavabdeh1 bildirmişdir ki, ona etibar edilmiş iki yüz iyirmi səkkiz baş ana qoyundan 21 baş qoyun 25 iyun 2017-ci il tarixdən 21 sentyabr 2017-ci il tarixinədək olan müddət ərzində Cavabdeh2 tapşırığı ilə kəsilərək “Teliba” istirahət mərkəzinə göndərilmiş, ilk dəfə 29 oktyabr 2017-ci il tarixdə Şamaxı rayonunun mal-heyvan bazarında 6 baş qoyunu Cavabdeh2la birlikdə 600 manata satmış, əldə olmuş pulu restoranın və fermanın işıq puluna ödəmiş və “Teliba” istirahət mərkəzində gözətçi olan Qorxmaz adlı şəxsə əmək haqqı vermişdir. Çoban Telmanın yazılı izahatına daxil edilmiş məlumatlardan həmçinin o da məlum olmuşdur ki, Cavabdeh2la birlikdə o, 16 dekabr 2017-ci il tarixdə 3 (üç) baş qoyunu, 23 dekabr 2017-ci il tarixdə 4 (dörd) baş qoyunu, 29 dekabr 2017-ci il tarixdə 20 (iyirmi) baş qoyunu, 31 yanvar 2018-ci il tarixdə 2 (iki) baş qoyunu, 17 fevral 2018-ci il tarixdə 6 (altı) baş qoyunu, 27 fevral 2018-ci il tarixdə 12 (on iki) baş qoyunu, 17 mart 2018-ci il tarixdə 12 (on iki) baş qoyunu, 12 may 2018-ci il tarixdə 7 (yeddi) baş qoyunu Cavabdeh2la birlikdə Şamaxı rayonunun mal bazarında satmaqla, ümumilikdə 8020 manat (səkkiz min iyirmi) manat nağd pul əldə etmişlər. Bundan əlavə Cavabdeh1 izahatından məlum olmuşdur ki, o, 24 noyabr 2017-ci il tarixdə xəstə qoyun adlandırdığı 6(altı) xırda buynuzlu heyvanı 600 (altı yüz) manata, 15 noyabr 2017-ci il tarixdə 25 baş qoyunu 2450 (iki min dörd yüz əlli) manata, 31 dekabr 2017 tarixdə 15 (on beş) baş qoyunu 1040 (min qırx) manata, 19 yanvar 2018-ci il tarixdə 10 (on) qoyunu 800 (səkkiz yüz) manata, 27 fevral 2018-ci il tarixdə 8 (səkkiz) baş qoçu 1500 (min yüz) manata, 29 fevral 2018-ci il tarixdə 24 (iyirmi dörd) baş qoyunu 2600 (iki min altı yüz) manata sataraq, ümumilikdə 8990 (səkkiz min doqquz yüz doxsan) manat nağd pul vəsaitini əldə etdiyini etiraf etmiş və bu vəsaiti heyvanların saxlanması üçün ot, alaf və dərmana sərf etdiyini iddia etmişdir. Çoban Cavabdeh1 özünün qeyd etdiyi məlumatlardan məlum olur ki, xırda buynuzlu heyvanların satışından ümumilikdə 17010 (on yeddi min on) manat (8020+8990=17010) manat nağd pul vəsaiti əldə edilmiş və bu vəsaitdən istər ona, istərsə də ailə üzvlərinə pul verilməmişdir. Bundan əlavə qeyd olunduğu kimi iri buynuzlu heyvanların satışından əldə olunmuş ümumilikdə 15126 (on beş min yüz iyirmi altı) manat, 6256 (altı min iki yüz əlli altı) manat nağd pul vəsaiti nə ona, nə də ailə üzvlərinə verilməmişdir. Təhqiqat orqanı tərəfindən müəyyən edilmiş hallar üzrə aparılmış hesablamalar nəticəsində məlum olur ki, Şamaxı rayonu Əngəxaran kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlu, Şamaxı rayonu rayon kənd sakini Cavabdeh2 ilə cinayət əlaqəsinə girərək ümumilikdə 184 (yüz səksən dörd) baş ana qoyunun və 24 (iyirmi dörd) baş iri buynuzlu heyvanın satışından əldə etdikləri 32136 (otuz iki min yüz otuz altı) manat gəlirdən yalnız 11570 (on bir min beş yüz yetmiş) manat nağd pul vəsaitini atası X9 versələr də, istər o, istərsə də atası X15 Həsənova və Cavabdeh1 xırda buynuzlu heyvanların satılmasına dair göstəriş verməmişlər. Satılmış iri buynuzlu malın dəyəri isə 15126 (on beş min yüz iyirmi altı) manat təşkil etmişdir. Qeyd olunan konkret faktlardan aydın şəkildə görünür ki, satılmış heyvanlardan əldə olunmuş gəlirdən 20566 (iyirmi min beş altmış altı) manat nağd pul vəsaiti Cavabdeh1 və Cavabdeh2 tərəfindən mənimsənilmişdir. Bundan əlavə həmçinin təssərrüfatda mövcud olmuş 11 (on bir) baş qoçdan 10 (on) başının satışından əldə olunmuş 2500 (iki min beş yüz) manat, 22 (iyirmi iki) baş keçinin satışından əldə olunmuş nağd pul vəsaiti hər iki şəxs tərəfindən mənimsənilmişdir. Eyni zamanda çoban Cavabdeh1 bildirdikləri əsasında tədqiqat orqanı müəyyən etmişdir ki, onun həbsindən sonrakı dövr ərzində 21 (iyirmi bir) baş ana qoyun kəsilərək “Teliba” istirahət mərkəzinə verilmiş, 28 (iyirmi səkkiz) baş qoyun isə xəstəlikdən ölmüşdür. Müəyyən edilmiş məlumatlardan görünür ki, siyahı üzrə mövcud olmuş 228 (iki yiyirmi səkkiz) baş ana qoyundan 79 (yetmiş doqquz) baş qoyun Cavabdeh2 və Cavabdeh1 tərəfindən qabaqcadan əlbir olmuş bir qrup şəxs olaraq mənimsənilmiş, 84 (səksən dörd) baş qoyunu isə Cavabdeh1 tək mənimsəmişdir. Həmçinin siyahı üzrə mövcud olmuş 106 (yüz altı) baş quzudan yalnız 66 (altmış altı) başınının “Teliba” istirahət mərkəzinə kəsilərək verilməsinə dair iddialar mövcud olsa da, qalan 40 (qırx) baş quzunun taleyini tədqiqat orqanı müəyyən edə bilməmiş və ümumi dəyəri 6000 (altı min) manat təşkil edən 40 (qırx) baş quzunun mənimsənilməsi faktı aşkar şəkildə mövcud olmuşdur. Tədqiqat orqanının müəyyən etdiyi faktlar əsasında aparılmış hesablamalar nəticəsində məlum olur ki, Şamaxı rayonu Əngəxaran kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlu və Şamaxı rayonu Şirvan kənd sakini Cavabdeh2 tərəfindən mənimsənilmiş nağd pul vəsaitinin ümumi məbləği 26566 (iyirmi altı min beş yüz altmış altı) manat təşkil etmişdir. Lakin buna baxmayaraq Cavabdeh1 İbrahimxəlil oğlunun cavabdeh olduğu 228 (iki yüz iyirmi səkkiz) baş ana qoyunun, 11 (on bir) baş qoçun, 106 (yüz altı) baş quzunun, 24 (iyirmi dörd) baş keçinin və 24 (iyirmi dörd) baş iri buynuzlu malın həmin dövrdə olan bazar qiyməti 80000- 90000 (səksən-doxsan min) manat olmuş və bu dəyərdə olan iri və xırda buynuzlu mal heyvanının satışından əldə olunmuş nağd pul vəsaitlərindən onun ailə üzvülərinə yalnız 11570 (on bir beş yüz yetmiş) manat pul vəsaiti verilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, xırda buynuzlu heyvanların satışına dair istər Cavabdeh2, istərsə də Cavabdeh1 İbrahimxəlil oğluna hər hansı bir göstəriş verilməsə də, hər iki şəxs tamah niyyəti ilə xırda buynuzlu heyvanların satışını reallaşdırmış, satılmış heyvanların dəyəri bazar qiymətindən yarıqat aşağı olaraq qeyd etmiş və əldə olunmuş pul vəsaitini mənimsəmişlər. Bundan əlavə nəzərə alınmalıdır ki, xırda buynuzlu heyvanların satılaraq əldə olunmuş gəlirlərin mənimsənilməsi nəticəsində o, adi mülki dövriyyə şəraitində əldə edilməli olan gəlirlərindən də məhrum edilmişdir. Real faktların mövcudluğu ilə tam olaraq sübut olunur ki, qabaqcadan əlbir olmuş bir qrup şəxs şəklində birləşmiş Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 tərəfindən onun mülkiyyətində olan iri və xırda buynuzlu mal-qaranın satışından əldə olunmuş nağd pul vəsaitləri mənimsənilmiş, əldə etməli olduğu gəlirlər əldən çıxmış, nəticədə isə ona külli miqdarda təşkil edən maddi ziyan vurulmuşdur. Faktla bağlı Ağsu rayon prokurorluğunda davam etdirilmiş təhqiqatın nəticələrinə dair 02 avqust 2019-cu il tarixli qərar qəbul edilmiş və bu qərarla hər iki cavabdeh şəxsin əməllərində mənimsəmə cinayətinin törədilməsini nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 179-cu maddəsinin tərkib əlamətlərinin mövcud olmamasına dair qənaətə gəlinərək cinayət işinin başlanılması rədd edilmişdir. Qərarın əsaslandırıcı hissəsinin 5-ci səhifəsinin sonunda prokuror köməkçisi Rövşən Əmrahov həmçinin qeyd etmişdir ki, çoban Telman və Cavabdeh2 tərəfindən ona məxsus heyvanların bəzi hallarda lüzumsuz olaraq satılması, onların etibar edilmiş əmlakla bağlı vicdansızcasına hərəkət etmələri kimi hallar müəyyən edildiyindən vurulmuş maddi ziyana görə mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə məhkəməyə müraciət edilməsi mümkündür. Prokuror köməkçisi Rövşən Əmrahovun bu qənaətinə baxmayaraq 02 avqust 2019-cu il tarixli qərardan məhkəmə nəzarəti qaydasında Ağsu Rayon Məhkəməsinə şikayət ünvanlanmış, lakin ünvan 2ərarı ilə prokuror köməkçisi Rövşən Əmrahovun 02 avqust 2019-cu il tarixli qərarı ilə şikayəti təmin olunmamışdır. Ağsu Rayon Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli bu qeyrimüəyyən qərarından apellyasiya qaydasında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət ünvanlamış, işə 20 dekabr 2019-cu il tarixdə hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən məhkəmə prosesində baxılaraq 6(107)-26/2019 saylı qərar qəbul edilmiş və ünvan 2ərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sonradan iddiaçı tələbin həcminin artırılmasına dair ərizə təqdim edərək, məhkəməyə təqdim etdiyi əsaslı iddia ərizəsi üzrə vicdansızcasına mübahisə edən və işin tezliklə, düzgün baxılmasına ardıcıl sürətdə maneəçilik törədən cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 hər birinin 1000 manat olmaqla ümumlikdə 2000 manat pulun dövlət nəfinə tutulması, etiraz ərizələrində qeyd olunmuş ifadələrlə şərəf və ləyaqətinin təhqir olunması, işgüzar nüfuzuna xələl gətirilməsi səbəbindən cavabdehlərin hər birindən 100.000 manat olmaqla ümumilkdə 200.000 manat məbləğində pulun alınıb ona verilməsini əlavə olaraq xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişlər ki, İddiaçı öz iddia ərizəsində qeyd etdiyi kimi onları öz şəxsi təsərrüfatında vergidən yayınmaq məqsədilə əmək müqaviləsi olmadan işlətmiş və onu bir müddət özünün yazdığı kimi hər ay 500 AZN məbləğində əmək haqqı ilə təmin etmişdir. Belə əməllər onun hansı məqsədə xidmət etdiyinin ilk göstəricisidir. O, 16 oktyabr 2015-ci il tarixdə iddiaçının qeyd etdiyi fermaya gedərkən orada iddiaçının atası X11 ona 98 baş qoyun, 45 baş quzu, 4 baş qoç, 7 baş keçi və 22 baş buzov təhvil vermişdir. Həmin ferma iddiaçının adına olsa da bütün pul haqq-hesabları, mal-heyvanın “Teliba” istirahət mərkəzinə kəsilməyə verilməsi, qış və yay aylarında heyvanların uyğun olaraq branzod, farsivoz və sarılıq xəstəliklərinə tutularaq ölməsi (bunu İsmayıllı rayonunun Sulud kəndindən olan həkim də təsdiq edə bilər) və bunlarla bağlı hesablar həmişə iddiaçının atası X11 ilə aparmışlar. Digər tərəfdən həmin fermaya işləməyə gedərkən özünə məxsus 56 baş qoyun-quzunu, 8 baş keçini və 3 baş iribuynuzlu mal-qaranı da özü ilə aparmış, lakin orada işdən uzaqlaşarkən özünə məxsus 4 baş qoyunla qayıtmışdır. İddiaçının qeyd etdiyi 228 baş qoyunun olması faktı onun və ailə üzvlərinin sayəsində mümkün olmuşdur, lakin mal-qarada bruselyoz xəstəliyi olduğuna görə onların özlərinin iştirakı ilə 6 baş iribuynuzlu mal-qara satılaraq pulları verilmişdir. İddiaçı öz ərizəsində açıq-aşkar şərböhtan yazmışdır. Belə ki, mal-heyvanları otarmaq üçün onların otlaq sahələri olmamışdır. Halbuki 300 baş qoyun-quzu üçün təxminən 100 hektara yaxın otlaq sahəsi olmalıdır. Həmin heyvanların bir qismi özlərinin iştirakı ilə satılaraq arpa, ot və yonca alınmasına verilmiş, digər qismi isə onların işlətdikləri “Teliba” istirahət mərkəzinin uzun müddətdən bəri yığılıb qalmış enerji puluna sərf edilmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı 19 səhifəlik iddia ərizəsində eyni söz və ifadələri dəfələrlə təkrar edərək yorucu bir nağıl, dastan yazmışdır. Halbuki həmin iddia tələbini ən çoxu 4-5 səhifədə ifadə etmək olardı. Bu səbəbdən həmin nağılı sonadək oxuya bilməmişlər. İddia tələbinin sonunda iddiaçının onlardan 290.000 manat pul tələb etməsi onun şər-böhtanlarının bariz nümunəsidir. Belə ki, 19 səhifəlik bu dastanın ayrı-ayrı səhifələrinə nəzər yetirərkən iddiaçının özünün də təsdiq etdiyi bir fakt diqqəti cəlb etmişdir. İddiaçı etiraf etmişdir ki, ona məxsus malheyvanları guya mənimsəmişlər, o da buna görə cinayət işi başlanması üçün aidiyyəti orqanlara müraciət etmişdir. Lakin iddiaçının özünün də etiraf etdiyi kimi fakt üzrə onun iddia etdiyi hər hansı cinayəti törətmədiklərinə görə Ağsu rayon prokurorluğu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Dövlət orqanları onun şikayətinin əsassız olması səbəbi ilə iddiaçıya tövsiyyə etmişlər ki, təsərrüfatında olan mal-heyvanların sayında hansısa şübhəsi varsa, mülki qaydada məhkəməyə müraciət edə bilər. İddiaçı isə böyük həcmdə bir dastan yazaraq, törətmədikləri əməldə onları ittiham etməkdən çəkinmir. İddiaçı 16 mart 2017-ci il tarixində həbs edilmişdir. Onun həbsinin səbəblərini tam təfsilatı ilə bilməsələr də, amma ümumən xəbərdardırlar ki, onlara qarşı etdiyinə bənzər şər böhtan, dələduzluq və sair qanunsuz əməllərin sahibi olduğuna görə cəzalandırılmışdır. Hesab edir ki, İddiaçı hal-hazırda həbsdə olduğuna görə özünün ailəsi ilə vaxtaşırı asan yolla görüş əldə etmək imkanı qazanmaq üçün belə çirkin əməllərə əl atır, vaxtilə onunla işləyən insanları əsassız ittihamlarla məhkəməyə verir. Cinayətkardan və va təqsirləndirilən şəxsdən yalan və şər-böhtandan başqa nə gözləmək olar. İddiaçının atası X2 təsərrüfat işləri üzrə qeydiyyat kitabı vardır. Mal-heyvanların nə məqsədlə satılması, əldə olunmuş pulun bütün sərfiyyatı həmin qeydiyyat kitabında yazılmışdır. Qeyd edilənlər nəzərə alaraq məhkəmədən İddiaçı onlara qarşı qaldırdığı iddia tələbi tam əsassız olduğundan rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında mütəxəssis qismində dindirlmiş X4 izahat verərək bildirmişdir ki, baxılan iddia tələbi ilə bağlı məhkəmə tərəfindən iş materialları və sübut növü kimi ona əlavə edilmiş 3 ədəd təsərrüfatla bağlı qeydləri aparılmış dəftərçələr tərəfindən bir mütəxəssis kimi tədqiq edilmişdir. Bu tədqiqin nəticəsi olaraq bildirir ki, təqdim olunan iş materiallarından görünür ki, mübahisəli dövr 26 mart 2017 - 26 may 2018-ci il tarixlərini əhatə edir. “Haqq - hesab” dəftərlərində aparılmış qeydlər əsasında müəyyən edilir ki, 26 mart 2017-ci il tarixdə təsərrüfatda 228 baş ana qoyun, 11 baş (on bir) qoç, 106 baş (yüz altı) quzu, 22 baş (iyirmi iki) keçi və 24 baş (iyirmi dörd) iri buynuzlu mal saxlanılmışdır. Həmin dövr üzrə qeyd olunan 228 baş ana qoyunun hər birinin bazar qiyməti 180 - 250 AZN arasında dəyişməklə ümumilikdə 45600 AZN (qırx beş min altı yüz manat) təşkil etmişdir (228x200=45600). Bundan əlavə siyahıda göstərilən 11 baş qoçun həmin dövr üçün hər birinin bazar qiyməti 250-300 AZN arasında dəyişərək ümumilikdə 3080 AZN (üç min səksən) təşkil etmişdir (11x280=3080). Siyahı üzrə göstərilmiş 106 baş quzunun ayrı ayrılıqda çəkisi 10-14 kq olmaqla hər birinin orta bazar qiyməti 120-150 AZN arasında dəyişərək ümumi məbləği 13780 AZN (on üç min yeddi yüz səksən) təşkil etmişdir (106x130=13780). Bundan əlavə siyahıda göstərilən 22 baş keçinin ayrı-ayrılıqda çəkisi 10-18 kq olmaqla hər birinin orta bazar qiyməti 100-180 AZN arasında dəyişərək ümumi məbləği 3080 AZN (üç min səksən) təşkil etmişdir (22x140 = 3080). Həmçinin siyahı üzrə göstərilmiş 24 baş iri buynuzlu malın həmin dövr üçün orta bazar qiyməti yaşından, cinsindən və məhsuldarlığından asılı olaraq ***-**** AZN arasında dəyişməklə ümumi məbləği orta hesabla 19200 AZN (on doqquz min iki yüz) təşkil etmişdir (24 x 800 = 19200). Beləliklə, 26 mart 2017 - 26 mart 2018-ci il tarixlərini əhatə edən dövr üzrə real bazar qiymətləri əsasında aparılmış hesablamalara görə 26 mart 2017-ci il tarixdə təsərrüfatda mövcud olmuş 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin 24 baş iri buynuzlu malın ümumi dəyəri 86740 AZN (səksən altı min yeddi yüz qırx manat) təşkil etmişdir. Bununla yanaşı tədqiqata təqdim edilmiş çoban Cavabdeh1 İbrahimxəlil oğlunun “haqq - hesab” dəftərində mövcud olan qeydlər əsasında müəyyən edilir ki, 26 mart 2017 - 26 may 2018-ci il tarixlərini əhatə edən dövr ərzində təsərrüfatdan satılmış iri buynuzlu malın sayı 26-ya (iyirmi altı) bərabər olmuş, 07 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştiraka cəlb edilmiş şəxslərlə yanaşı çoban Cavabdeh1 özü də ifadəsində bildirmişdir ki, 08 iyun 2018-ci il tarixdə təsərrüfatı təhvil verərkən təsərrüfatda daha 4 (dörd) baş iri buynuzlu mal mövcud olmuşdur. Qeyd olunan bu faktlar əsasında müəyyən edilir ki, 26 mart 2017 - 26 may 2018-ci il tarixlərini əhatə edən dövr ərzində təsərrüfatda 24 baş iri buynuzlu maldan əlavə daha 6 (altı) baş iri buynuzlu mal da mövcud olmuş və həmin dövr üçün bu hesabların ümumi dəyəri 4800 AZN (dörd min səkkiz yüz) təşkil etmişdir. (6x800=4800) Həmçinin tədqiqata təqdim olunmuş “haqq– hesab” dəftərində qeyd olunan məlumatlar əsasında müqayisəli təhlillərin aparılması nəticəsində müəyyən edilir ki, 25 oktyabr 2015-ci il tarixdə çoban Cavabdeh1 İbrahimxəlil oğlu təsərrüfatı təhvil aldıqdan sonra 26 mart 2017-ci il tarixinədək olan müddət ərzində təsərrüfatda mövcud olmuş iri və xırda buynuzlu mal-heyvanın sayı bir neçə dəfə alqısatqı yolu ilə artırılmış, bu dövrdə ölən heyvanların sayı 28-ə (iyirmi səkkiz) bərabər olmuş, 188 baş quzu isə doğulmuşdur. Burada xüsusilə nəzərə alınmalıdır ki, “haqq–hesab” dəftərindəki qeydlərə əsasən 16 may 2016-cı il tarixdə 197 baş (yüz doxsan yeddi) xırda buynuzlu heyvanın alınmasından sonra təsərrüfatda xüsusi artım yaranmışdır. Kənd təsərrüfatı sahəsində mövcud olan sabit təcrübəyə əsasən hər yüz baş ana qoyun ildə bir dəfə doğmaq şərti ilə 110-130 bala vermək məhsuldarlığına malikdir. Tədqiqata təqdim olunmuş “haqq-hesab” dəftərində qeyd olunan məlumatlar əsasında isə müəyyən edilir ki, təsərrüfatda mövcud olmuş 228 baş ana qoyun, 25 oktyabr 2015-ci il tarixdən 26 mart 2017-ci il tarixədək olan müddət ərzində artım vermiş və bu faktların mövcudluğu qənaətə gəlməyə əsas verir ki, təsərrüfatın artırılmasında döl dövrü gözlənilməmişdir. Bu səbəbdən 228 baş ana qoyunun saxlanılması ilə bağlı illik artım 350 - 400 baş quzu olaraq müəyyən edilir. Lakin tədqiqata təqdim olunmuş “haqq-hesab” dəftərlərində aparılmış qeydiyyatlardan görünür ki, 26 mart 2017-ci il tarixdən etibarən 26 may 2018-ci il tarixədək olan müddət ərzində 228 baş ana qoyunun artımı qeyd olunmamış, bunun əksinə olaraq həmin dövr üzrə 23 baş qoyunun kəsilib restorana verildiyi, 21 baş qoyunun isə müxtəlif səbəblərdən öldüyü çoban Cavabdeh1 İbrahimxəlil oğlunun “haqq-hesab” dəftərində qeyd olunmuş, həmin dəftərdəki qeydlərinin doğruluğunu da çoban Cavabdeh1 özü şəxsi imzası ilə təsdiq etmişdir. Göründüyü kimi təsərrüfatda mövcud olmuş 228 baş ana qoyundan 44 baş ana qoyun (23+21=44) çıxdaş olmuş, nəticədə isə 26 may 2018-ci il tarixədək təsərrüfatda saxlanılmalı olan ana qoyunların sayı 184-ə (yüz səksən dörd) bərabər olmuşdur (228–44=184). Bu səbəbdən 184 baş ana qoyunun illik artımı il ərzində iki dəfə doğmaq şərli ilə 300-350 baş təşkil edir, hər bir quzunun 10-12 kiloqrama çatdırılması üçün 3-4 ay vaxt tələb olunur və bu müddətdən sonra təxminən 330 baş quzunun ümumi dəyəri 46200 AZN (qırx altı min iki yüz) təşkil edir (330 x 140 = 46200). Burada həmçinin xüsusilə nəzərə alınmalıdır ki, təsərrüfatda artım yaradan quzular kəsilmədən və ya satılmadan saxlanılacağı halda damazlıq olaraq təsərrüfatın genişləndirilməsinə və daha da artırılmasına səbəb olur. Lakin “haqq-hesab” dəftərlərində buna dair qeydlərin mövcud olmaması səbəbindən təsərrüfatda mövcud olmuş 184 baş ana qoyunun illik artımından əldə olunmalı olan 330 baş quzunun hara sərf edilməsini müəyyən etmək mümkün deyildir. Bununla əlaqədar olaraq təsərrütatda saxlanılmış 184 baş ana qoyunun illik artımı üzrə əldən çıxmış faydanın illik məbləği orta hesabla 45000- 75000 AZN olaraq müəyyən edilir və 3 (üç) il ərzində (26 may 2018 - 26 may 2021) bu məbləğ 180.000 AZN (yüz səksən min) təşkil edir (3 ilx60000 AZN=180000 AZN). Çoban Cavabdeh1 tədqiq olunan “haqq-hesab” dəftərində mövcud olan məlumatlar əsasında müəyyən edilir ki, 155 baş (yüz əlli beş) qoyun və 10 baş (on) qoç 14 noyabr 2017-ci il tarixdən başlayaraq 20 may 2018-ci il tarixədək olan dövr ərzində satılmışdır. Tədqiqata təqdim olunmuş Ağsu rayon Prokurorluğunun 02 avqust 2019-cu il tarixli qərarında çoban Cavabdeh1 İbrahimxəlil oğlunun və Cavabdeh2 izahatlarına istinadən qeyd olunan məlumatlar əsasında müəyyən edilir ki, təssərüfatda mövcud olmuş 228 baş ana qoyundan və 11 baş qoçdan 84 baş ana qoyun və 8 baş qoç olmaqla ümumilikdə 92 baş (doxsan iki) xırda buynuzlu heyvan çoban Cavabdeh1 tərəfindən, 79 baş (yetmiş doqquz) ana qoyun və 2 (iki) baş qoç isə Cavabdeh2 tərəfindən satılmışdır. Ağsu rayon Prokurorluğunda aparılmış araşdırmaların nəticəsində müəyyən edilmiş hallardan aydın olur ki, 20 oktyabr 2017-ci il tarixdən başlayaraq 20 mart 2018-ci il tarixədək olan müddət ərzində çoban Cavabdeh1 və Cavabdeh2 tərəfindən ümumilikdə 163 baş (yüz alımış üç) ana qoyun və 10 (on) baş qoç satılmışdır (163+10=173). Bundan əlavə tədqiqata olunmuş “haqq–hesab” dəftərində aparılmış qeydlər əsasında müəyyən edilir ki, 26 may 2018-ci il tarixdə çoban Cavabdeh1 tərəfindən 21 baş (iyirmi bir) ana qoyun 2000 AZN-ə (iki min manat), 12 baş (on iki) keçi isə 600 AZN-ə (altı yüz manat) satılmışdır. Bununla da satılmış qoyunların sayı 184-ə (yüz səksən dörd) bərabər olmuş (163+21=184). Bundan əlavə 8 (səkkiz) baş qoç və 12 (on iki baş keçi satılmış və ümumilikdə satılmış bu xırda buynuzlu heyvanların sayı isə 204-ə bərabər olmuşdur (184+8+12=204). Qeyd olunanlarla yanaşı çoban Cavabdeh1 “haqq–hesab” dəftərində mövcud olan qeydlər əsasında müəyyən edilir ki, 14 may 2017-ci il tarixdən başlayaraq 26 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində təsərrüfatda mövcud olan 228 baş ana qoyundan 23 baş ana qoyun və 106 baş quzudan 66 baş quzu kəsilərək restorana (“Teliba” istirahət mərkəzinə) verilmişdir. “Teliba” (“Unikal”) istirahət mərkəzində ət tədarükünün qəbuluna dair qeydiyyat jurnalında mövcud olan məlumatlardan isə görünür ki, sonuncu dəfə “Teliba” istirahət mərkəzində 03 sentyabr 2017-ci il tarixdə 14,300 kq çəkidə quzu qəbul edilmişdir. Bununla da müəyyən edilir ki, çoban Cavabdeh1 “haqq-hesab” dəftərindəki qeydlərə görə 08 sentyabr 2017-ci il tarixdə 1 (bir) baş quzunun, 10 və 16 sentyabr 2017-ci il tarixlərində isə ümumilikdə 4 (dörd) baş qoyunun (1+1+2=4) “Teliba” istirahət mərkəzində qəbul edilməsi öz təsdiqini tapmır. Aparılmış müqayisəli təhlillər əsasında müəyyən edilir ki, 03 sentyabr 2017-ci il tarixədək fəaliyyət göstərmiş “Teliba” istirahət mərkəzinə 26 mart 2017-ci il tarixdən etibarən kəsilərək təhvil verilmiş ana qoyunların sayı 19 baş (on doqquz (23-4=19)), quzuların sayı isə 65 baş (altmış beş (66-1=65))-a bərabər olmuşdur. Siyahı üzrə mövcud olan 106 baş quzudan 40 (qırx) baş quzunun, 22 baş keçidən isə 10 (on) baş keçinin taleyini ümumiyyətlə müəyyən etmək mümkün olmamışdır. Beləliklə, tədqiqata təqdim olunmuş “haqq–hesab” dəftərlərində mövcud olan məlumatlar əsasında müqayisəli təhlillərin aparılması nəticəsində müəyyən edilir ki, 26 mart 2017-ci il tarixdə təsərrüfatda mövcud olmuş 228 baş ana qoyundan 19 baş (on doqquz) ana qoyun kəsilərək restorana (“Teliba” istirahət mərkəzi) verilmiş, 21 baş ana qoyun müxtəlif səbəblərdən ölmüş, 4 (dörd) baş ana qoyunun kəsilərək restorana verilməsi öz təsdiqini tapmamış, 184 baş (yüz səksən dörd) ana qoyun isə satılmışdır. (19+21+4+184=228) Bundan əlavə siyahıda göstərilən 11 baş (on bir) qoçdan 1 (bir) baş qoç Cavabdeh2 tərəfindən kəsilərək “hüzür”ə aparılmış, 2 (iki) baş qoç Cavabdeh2 tərəfindən, 8 (səkkiz) baş qoç isə çoban Cavabdeh1 tərəfindən satılmışdır. (1+2+8=11) Bundan əlavə siyahıda göstərilən 106 (yüz altı) baş quzudan 65 (altmış beş) baş quzunun kəsilərək restorana verildiyi müəyyən edilmiş, 1 (bir) baş kəsilmiş quzunun restoranda qəbul edilməsi öz təsdiqini tapmamış, 40 (qırx) baş quzunun taleyini isə müəyyən etmək mümkün olmamışdır. (65+1+40=106) Bundan əlavə siyahıda göstərilən 22 (iyirmi iki) baş keçidən 12 (on iki) baş keçinin çoban Cavabdeh1 tərəfindən satıdlığı öz təsdiqini tapmış, 10 (on) baş keçinin taleyini isə müəyyən etmək mümkün olmamışdır (12+10=22). Bundan əlavə siyahıda iri buynuzlu malın sayı 24 (iyirmi dörd) baş göstərilsə də, tədqiqat nəticəsində müəyyən edilmişdir ki, həmin dövrdə təsərrüfatda mövcud olan iri buynuzlu heyvanların sayı 30-a (otuz) bərabər olmuşdur. Çoban Cavabdeh1 “haqq-hesab” dəftərindəki məlumatlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2017 - xx.xx.2017-ci il tarixləri ərzində 4 (dörd) baş dana və 1 (bir) baş inək satılmış, 1 baş dana, 1 (bir) baş buzov və 1 (bir) baş inək həmin tarixlərdə xəstəlikdən ölmüş, qalan 18 baş iribuynuzlu malın taleyini isə müəyyən etmək mümkün olmamışdır. (4+1+1+1+1+18+4=30) Çoban Cavabdeh1 “haqq-hesab” dəftərindəki məlumatlara istinadən aparılmış hesablamalar əsasında müəyyən edilir ki, 10 (on) baş inəyin, 12 (on iki) baş dananın və 2 (iki) baş düyənin satılmasından ümumilikdə 15126 AZN (on beş min yüz iyirmi altı manat) məbləğində nağd pul vəsaiti əldə olunmuşdur. İş üzrə İddiaçı “haqq– hesab” dəftərinə əlavə edilərək tədqiqata təqdim olunmuş siyahı üzrə aparılmış hesablamalar əsasında müəyyən edilmişdir ki, 25 noyabr 2017 - 21 may 2018-ci il tarixlərini əhatə edən dövr ərzində “Elnur” tərəfindən ayrı - ayrı vaxtlarda ümumilikdə 9370 AZN (doqquz min üç yüz yetmiş manat), çoban Cavabdeh1 tərəfindən isə birdəfəlik olaraq 2640 AZN (iki min altı yüz qırx manat) məbləğində olmaqla iddiaçının özünə və ya ailə üzvlərinə ümumilikdə 12010 AZN (on iki min on manat) nağd pul vəsaiti verilmişdir. Bununla da müəyyən edilir ki, 91540 AZN (86740+4800=91540) məbləğində dəyərdə olan 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin 30 baş iri buynuzlu malın satışından əldə olunmuş vəsaitdən iddiaçıya və ya onun ailə üzvlərinə 12010 AZN (on iki min on manat) məbləğində nağd pul vəsaiti verilmiş, qalan 79530 AZN (yetmiş doqquz min beş yüz otuz manat) məbləğində nağd pul vəsaitinin hara xərclənməsi barədə müxtəlif məlumatlar mövcud olmuşdur. Belə ki, çoban Cavabdeh1 “haqq–hesab” dəftərindəki qeydlərə istinadən müəyyən edilir ki, müvafiq dövr ərzində təsərrüfatda saxlanılmış iri və xırda buynuzlu mal-heyvanın qidalanması üçün 15 noyabr 2017-ci il tarixdə 2450 AZN (iki min dörd yüz əlli manat) məbləğində nağd pul vəsaitinin sərf edilməsi müqabilində 7 (yeddi) ton arpa, 31 dekabr 2017-ci il tarixdə 1040 AZN (min qırx manat) məbləğində nağd pul vəsaiti hesabına ot, 27 və 29 fevral 2018-ci il tarixlərində isə 1500 AZN (min beş yüz manat) və 2600 AZN (iki min altı yüz manat) olmaqla ümumilikdə 5140 AZN (beş min yüz qırx manat) nağd pul vəsaiti sərf edilərək ot və yonca bağlaması alınmışdır. Bundan əlavə çoban Cavabdeh1 “haqq–hesab” dəftərində 240 AZN (iki yüz qırx manat) məbləğində nağd pul vəsaitinin xərclənməsi müqabilində 160 (yüz altmış) ədəd ot bağlamasının da alındığı öz əksini tapır. Aparılmış hesablamalar nəticəsində müəyyən edilir ki, müvafiq dövr ərzində təsərrüfatda mövcud olmuş iri və xırda buynuzlu mal-heyvanın qidalandırılması üçün yem tədarükünə ümumilikdə 5380 AZN (beş min üç yüz səksən manat) məbləğində nağd pul vəsaiti sərf olunmuşdur (çoban Cavabdeh1 özü tərəfindən). Bundan əlavə “Teliba” (“Unikal”) istirahət mərkəzində Cavabdeh2 tərəfindən aparılmış “haqq-hesab” dəftərlərində mövcud olan qeydlər əsasında müəyyən edilir ki, 05 may 2017-ci il tarixdə 100 AZN (yüz manat) məbləğində nağd pul vəsaiti ödənilməklə 300 kq (üç yüz) çəkidə, 12 iyun 2017-ci il tarixdə 60 AZN (50+10=60 (altmış manat)) ödənilməklə 150 kq (yüz əlli) çəkidə və 02 sentyabr 2017-ci il tarixdə 1125 AZN (min yüz iyirmi beş manat) məbləğində nağd pul vəsaiti ödənilməklə 3 (üç) ton (3000 kq) arpa alınmışdır. Həmçinin “Teliba” (“Unikal”) istirahət mərkəzinin “haqq-hesab” dəftərindəki məlumatlar əsasında müəyyən edilir ki, 10 iyun 2017-ci il tarixdən 02 sentyabr 2017-ci il tarixədək olan müddət ərzində ümumilikdə Əbülfət, Bəhlul və Ülvi adlı səxslərə 1940 AZN (100+400+200+100+50+40+1050=1940 (min doqquz yüz qırx manat)) məbləğində nağd pul vəsaiti ödənilməklə ot bağlaması, 07 oktyabr 2017-ci il tarixdə isə ümumilikdə 275 AZN (225+50=275 manat nağd pul vəsaiti ödənilməklə 150 (yüz əlli) ədəd küləş bağlaması alınmışdır. Bununla da müəyyən edilir ki, təsərrüfatda mövcud olmuş 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin və 24 baş iri buynuzlu malın qidalandırılması üçün 05 may 2017-ci il tarixdən başlayaraq 15 noyabr 2017-ci il tarixədək olan müddət ərzində ümumilikdə 3735 AZN (100 +60 + 1125 + 2450 = 3735 (üç min yeddi yüz otuz beş manat)) məbləğində nağd pul vəsaiti ödənilməklə 10450 kq (10 ton 450 kq) çəkidə arpa alınmışdır. Bundan əlavə 10 iyun 2017-ci il tarixdən 29 fevral 2018-ci il tarixədək olan müddət ərzində ümumilikdə 7595 AZN (5380+1940+275=7595 manat) məbləğində nağd pul vəsaiti ödənilməklə ot, yonca və küləş bağlamaları alınmışdır. Qeydiyyat dəftərlərində olan məlumatlar əsasında aparılmış riyazi hesablamalar nəticəsində müəyyən edilir ki, müvafiq dövrdə alınmış ot bağlamalarının 1 (bir) ədədinin qiyməti 1,40-1,50 AZN, yonca bağlamalarının 1 (bir) ədədinin qiyməti 4-5 AZN, küləş bağlamalarının isə 1 (bir) ədədinin qiyməti 1.50 AZN təşkil etmiş, bu vəsaitin sərf olunması ilə ümumilikdə 3220 manat hesabına 2000-2200 ədəd ot bağlaması, 4100 AZN hesabına ***-**** ədəd yonca bağlaması və 275 AZN hesabına 150 ədəd küləş bağlaması alınmışdır. (3220+4100+ 275=7595) Buradan məlum olur ki, 7595 AZN məbləğində nağd pul vəsaitinin sərf olunması hesabına ümumilikdə 3200 ədəd (üç min iki yüz) ot, yonca və küləş bağlaması 3735 AZN hesabına isə 10450 kq (10 ton 450 kq) arpa alınmış, bununla təssərüfatda mövcud olmuş 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin 30 baş iri buynuzlu malın mövsümün qış aylarında qidalandırılması üçün yem tədarükü görülmüş, lakin 2017-ci ilin dekabr ayından 2018-ci ilin mart ayınadək olan müddətdə iri və xırda buynuzlu mal - heyvanın böyük əksəriyyəti satılmış və ya müxtəlif səbəblərdən ölmüşdür. Xüsusilə də 2018-ci ilin 27 və 29 fevral tarixlərini əhatə edən 2 (iki) gün ərzində 1500 AZN və 2600 AZN olmaqla ümumilikdə 4100 AZN məbləğində nağd pul vəsaiti sərf edilərək hər birinin dəyəri 5 AZN təşkil edən 800-850 ədəd yonca bağlamasının alınaraq qış mövsümü bitdikdən sonra xırda buynuzlu heyvanlara verilməsi əsaslı şübhələr yaradır və həqiqətə uyğun hesab edilmir. Həmçinin “haqq-hesab” dəftərlərindəki qeydlər əsasında ehtimal edilir ki, 10450 kq çəkidə arpanın alınmasına sərf olunmuş 3735 AZN məbləğində nağd pul vəsaitinin 1285 AZN hissəsi və 3200 ədəd ot, yonca, küləş bağlamasının alınmasına sərf edilmiş 7595 AZN məbləğində nağd pul vəsaitinin 2180 AZN hissəsi məhz “Teliba” istirahət mərkəzinin fəaliyyət göstərdiyi müddət ərzində kəsilmiş 65 quzunun və 19 baş qoyunun satışından əldə olunmuş vəsait hesabına reallaşdırılmışdır. Müəyyən edilən bu və ya digər ziddiyyətli məqamlara baxmayaraq “haqq-hesab” dəftərlərində mövcud olan məlumatlar əsasında aparılmış müqayisəli təhlillər nəticəsində məlum olur ki, qış mövsümündə mal-heyvanın qidalandırılması üçün ümumilikdə 11330 AZN (7595 + 3735 = 11330 (on bir min üç yüz otuz manat)) məbləğində nağd pul vəsaiti sərf olunmuşdur. Bundan əlavə çoban Cavabdeh1 İbrahimxəlil oğlunun “haqq-hesab” dəftərlərində mövcud olan “xərclənən pul” hissəsində mövcud olan məlumatlar əsasında müəyyən edilir ki, 247 AZN (iki yüz qırx yeddi manat) məbləğində sərf edilmiş vəsait hesabına dava-dərman alınmış (40+78+54+75=247), 292 AZN (iki yüz doxsan iki manat) məbləğində “işıq pulu” ödənilmiş (140+101+35+16=292). 395 AZN (üç yüz doxsan beş manat) məbləğində nağd pul vəsaiti digər zəruri xərclərə sərf edilmişdir. Həmçinin çoban Cavabdeh1 “haqq-hesab” dəftərində mövcud olan qeydlər əsasında müəyyən edilir ki, 2017-ci ilin avqust ayına kimi çoban Cavabdeh1 1310 AZN (min üç yüz on manat), 2017-ci ilin avqust ayından sonra isə 800, 500, 500 AZN olmaqla 1800 AZN, ümumilikdə isə 3110 AZN (üç min yüz on manat) əmək haqqı əldə etmişdir. Beləliklə, tədqiqata təqdim olunmuş “haqq - hesab” dəftərlərindəki məlumatların müqayisəli təhlili nəticəsində müəyyən olunur ki, 26 mart 2017 - 26 may 2018-ci il tarixlərini əhatə edən dövr ərzində iri və xırda buynuzlu mal-heyvanın satışından əldə olunmuş nağd pul vəsaitinin 15374 AZN hissəsi təsərrüfatın saxlanılmasına, əmək haqqının və kommunal xərclərin ödənilməsinə və digər məsrəllərə sərf olunmuşdur (11330 + 247 + 292 395 + 3110=15374). Tədqiqatın nəticələrindən aydın şəkildə görünür ki, ümumi dəyəri 91540 AZN (doxsan bir min beş yüz qırx manat) təşkil edən 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin və 30 baş iri buynuzlu malın dəyərinin qarşılığında 12010 AZN (on iki min on manat) iddiaçının özünə və ya ailə üzvlərinə verilmiş, 15374 AZN (on beş min üç yüz yetmiş dörd manat) təssərüfatın saxlanılmasına sərf edilmiş, 4200 AZN (dörd min iki yüz manat) dəyərində 21 (iyirmi bir) baş qoyun və 2400 AZN (iki min dörd yüz manat) dəyərində 3 (üç) baş iri buynuzlu malın müxtəlif səbəblərdən ölməsi nəticəsində 6600 AZN (altı min altı yüz manat (4200+2400= 6600) israf olmuş, bununla xərclərin ümumi məbləği 33984 AZN (12010+15374+6600=33984 (otuz üç min doqquz yüz səksən dörd manat) təşkil etmiş, qalan 57556 AZN (əlli yeddi min beş yüz əlli altı manat) dəyərində mal-heyvanın hara sərf olunmasını isə müəyyən etmək mümkün olmamışdır (91540-33984=57556). 57556 AZN dəyərində iri və xırda buynuzlu malheyvanın saxlanılması nəticəsində əldə olunmalı olan illik gəlir isə təxminən 75000-80000 AZN təşkil edir. Qeyd edilənlərə bağlı məhkəməyə rəsmi qaydada yazılı rəy təqdim etmişdir. Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək yetirilmiş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 İbrahimxəlil oğlundan 13860 manat, Cavabdeh2 13035 manat pul alınıb İddiaçı verilməsi, 100 manat ekspert xərcinin cavabdehlərdən müştərək qaydada alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Etibar Hümbətov). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsinin dəyişdirilərək iş üzrə müəyyən edilmiş 57556 AZN (əlli yeddi min beş yüz əlli altı manat) məbləğində real zərərin cavabdeh şəxslər tərəfindən dərhal ödənilməsi, 2017-ci ildən etibarən hal– hazıradək illik 75000–80000 AZN olaraq əldən çıxmış faydanın cavabdeh şəxslərdən alınması və ödədiyi dövlət rüsumunun cavabdeh şəxslərin hesabından tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 İbrahimxəlil oğlu apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ ilə ona məxsus olmaqla Ağsu rayonunun Xasıdərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılmış 228 başana qoyun, ərazisində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılmış 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 22 baş keçi olmaqla ümumilikdə 367 baş xırda buynuzlu və 24 baş iri buynuzlu mal–heyvanın otarılması və artırılması15 oktyabr 2015-ci il tarixdən etibarən Şamaxı rayonu Əngəxaran kənd sakini Cavabdeh1 İbrahimxəlil oğluna təhvil verilmiş və 16 mart 2017-ci il tarixədək olan müddət ərzində təsərrüfat işləri daimi nəzarəti altında aparılmışdır. Bu dövrdə Cavabdeh1 tərəfindən hər hansı bir özbaşınalığa yol verilməmiş və görülən işlərin müqabilində ona həray 500 AZN məbləğində əmək haqqı ödənilmişdir. 16 mart 2017-ci il tarixdə həbs olunduğu günədək onun Cavabdeh1 əmək haqqı borcu olmamışdır. 26 mart 2017-ci il tarixdə atası X11 təsərrüfat sahəsinə gedərək çoban Cavabdeh1lə birlikdə mal– heyvanın hesabatını aparmış və onun həbsindən sonrakı dövrdə təsərrüfat sahəsində çoban Cavabdeh1 sərəncamında 228 baş ana qoyunun, 11 baş qoçun, 106 baş quzunun, 22 baş keçinin və 24 baş iri buynuzlu mal–heyvanın mövcudluğu hər iki şəxsin qarşılıqlı qeydləri ilə təsdiqlənmişdir. Təsərrüfat sahəsinə cavabdeh olmuş Şamaxı rayonu Əngəxaran kənd sakini Cavabdeh1 İbrahimxəlil oğlu ilə telefon danışığından sonra ona məlum olmuşdur ki, təsərrüfatında mövcud olmuş mal-heyvanının böyük bir hissəsi dağıdılaraq mənimsənilmişdir. Bunula bağlı ərazi aidiyyəti üzrə Ağsu rayon Polis şöbəsinə müraciət olunmuş və istintaq aidiyyəti üzrə Ağsu rayon Prokurorluğunda ilkin araşdırmalar aparılmaqla 02 avqust 2019-cu il tarixli qərar qəbul edilmişir. Qərara əsasən hazırki iş üzrə cavabdeh qismində işdə iştiraka cəlb edilmiş Cavabdeh1 İbrahimxəlil oğlunun və Cavabdeh2 əməllərində cinayət tərkibinin olmadığı müəyyən olunsa da, bəzi hallarda mal– heyvanın lüzumsuz olaraq satılması, eləcə də etibar olunmuş əmlakla bağlı vicdansızca rəftar edilməsi faktlarının mövcudluğu istintaq orqanı tərəfindən müəyyən edilmiş və bununla əlaqədar olaraq mülki məhkəmə icraatı qaydasında ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Qərarın preyudisial əhəmiyyəti əsas götürülərək vurulmuş zərərin əvəzinin ödənilməsinin təmin olunması məqsədilə hazırki iş üzrə cavabdeh şəxslərə qarşı Şamaxı Rayon Məhkəməsi qarşısında iddia qaldırılmışdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim olunmuş mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, hər iki cavabdeh şəxs tərəfindən mülkiyyətinə vurulmuş real zərərin məbləği 57556 AZN (əlli yeddi min beşyüz əlli altı manat) təşkil etmiş, bu zərərin vurulması səbəbindən hər il üzrə əldən çıxmış faydanın məbləği isə 75 000–80000 AZN (yetmiş beş min–səksən min manat) olmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı ekspertlər tərəfindən rəy verilməsindən imtina olunmuş, bunun səbəbi mühasibatlıq sənədlərinin “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə tərtib olunmaması ilə əlaqələndirilmiş, bu nəticə ilə bağlı ekspertlərin məhkəmə iclasına çağırılaraq dindirilmələri tələb olunmuş, lakin bununla bağlı vəsatətlərini məhkəmə təmin etməmişdir. Toplanmış mötəbər sübutlarla 57556 AZN məbləğində real zərərin vurulması faktı tam təsdiq olunsa da, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş 10 mart 2022-ci il tarixli qətnamə ilə yalnız cavabdeh şəxslərdən müştərək qaydada ümumilikdə 26895 (13860+13035=26895) AZN məbləğində zərərin əvəzinin ödənilməsi tələb olunmuş, bu zərərin vurulması nəticəsində əldən çıxmış faydanın əvəzinin ödənilməsi ümumiyyətlə təmin olunmamış, bununla da birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin olunmadan maddi və prosessual hüquq normalarının tələbləri kobudcasına pozulmuş, nəticədə isə onun mülkiyyət hüququnun müdafiəsi təmin olunmamışdır. İşin faktiki hallarından məlum olduğu kimi hər iki təqsirkar cavabdeh şəxs tərəfindən onun əmlakına vurulmuş real zərərin məbləği 57 556 AZN təşkil etmiş olsa da, məhkəmə bu məbləğin yalnız 26 895 AZN hissəsini təmin etmişdir. İş materiallarında olan mütəxəssis rəyindən göründüyü kimi təsərrüfatında mövcud olmuş məlum sayda mal–heyvanın dəyəri 91 540 AZN (doxsan bir min beş yüz qırx manat) olaraq qiymətləndirilmiş, bu məbləğin 33984 AZN (otuz üç min doqquz yüz səksən dörd manat) hissəsi təsərrüfatın saxlanılmasına, otarılmasına və artırılmasına sərf olunmuş, 57 556 AZN (əlli yeddi min beş yüz əlli altı manat) dəyərində mal-heyvanın isə taleyi barədə hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. İş üzrə təqsirkar – cavabdeh şəxslər tərəfindən onun mülkiyyətinə vurulmuş real zərərin məbləği 57556 AZN təşkil etmiş olsa da, birinci instansiya məhkəməsi zərərin tam həcmdə ödənilməsinə dair qərar qəbul etməmiş, bununla da istinad olunan maddi hüquq normasının tələbi tam icra edilməməklə kobudcasına pozulmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən sübut qismində yalnız qaralama dəftərə müraciət etmiş, lakin hər hansı bir qarşılaşdırma aparmamış, eləcə də həmin dəftərdə göstərilən rəqəmlərin real faktları əks etdirməsinə dair digər sənədlərə istinad etməmişdir. Qeyd etmək istəyir ki, onunla iddiaçı arasında hər hansı bir mülki müqavilə münasibətləri mövcud olmamış, o cümlədən əmək münasibətləri də mövcud olmamış, nə iddiaçı işəgötürən kimi, nə də o, işçi kimi hər hansı bir öhdəlik daşımamışlar. Ümumiyyətlə onların münasibətlərində öhdəlik mövcud olmamışdır. O, yalnız xahiş əsasında ictimai əsaslarla işdən kənar vaxtlarda iddiaçıya müəyyən mənada həmkəndli kimi kömək etmişdir. Bu köməyin qarşılığında xırdabuynuzlu mal-qaradan olan bəzi hədiyyələri ondan, məhz onun təşəbbüsü ilə əldə etmişdir. Bu hallar isə məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə hüquq-mühafizə orqanlarında aparılan araşdırmaya istinad etməklə mülki-prosessual qanunvericliyin də tələblərini pozmuşdur. Araşdırma onun konkret cinayət əməlini törədib törətmədiyini, yəni təqsirinin müəyyən edilməsi istiqamətində aparılmışdır və nəticədə müəyyən edilmişdir ki, onun hər hansı bir təqsiri yoxdur. Lakin bu da nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında MPM-in 10-2-ci maddəsinə əsasən videokonfrans vasitəsilə iştirakı təmin edilmiş 9 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 İbrahimxəlil oğlu verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ağsu rayon Prokurorluğunun 02 avqust 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh1 İbrahimxəlil oğlu və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərardan görünür ki, araşdırma aparılan zaman Cavabdeh1 İbrahimxəlil oğlu izahatında bildirmişdir ki, 26 mart 2017-ci il tarixdə o, İddiaçı atası İbad İbadovla təsərrüfatda saxlanılan heyvanların siyahısını tutmuşdur. Həmin vaxt onun qarşısında 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 24 baş keçi, 24 baş iri buynuzlu heyvanlar olmuşdur. Bu barədə o və İbad İbadov öz dəftərində qeydiyyat aparmışdır. Bundan sonra o, İddiaçı görməmiş, fermanı İddiaçı tapşırığı ilə sonuncunun köməkçisi, Cavabdeh2 göstərişi ilə idarə etmişdir. Belə ki, bu müddət ərzində Cavabdeh2 istədiyi vaxt buna səlahiyyəti çatdığını bildirərək, fermadan iri və xırda buynuzlu heyvanları götürüb satmış, restoranda kəsmək məqsədi ilə aparmışdır. O da bu barədə öz dəftərində qeydiyyat aparmışdır. Həmin dəftərdə apardığı qeydiyyatla müəyyən etmişdir ki, 26 mart 2017-ci il tarixdə fermada 228 baş ana qoyun olmuşdur. Həmin qoyunlardan onun xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində 21 baş qoyun Cavabdeh2 tapşırığı ilə kəsilərək “Teliba” istirahət mərkəzinə satmağa göndərilmişdir. Bütün heyvanlar onun tərəfindən fermada kəsilmiş və taksi avtomobili ilə restorana daşınmışdır. Bundan başqa, o, bu müddət ərzində Cavabdeh2 göstərişi ilə fermadan Elnurla birlikdə heyvanları götürüb Şamaxı bazarında satmışdır. İlk dəfə 29 oktyabr 2017-ci il tarixdə Elnurla birlikdə Şamaxıdakı mal-qara bazarına getmiş və orada 600 manata 6 baş qoyun satmışlar. Əldə etdiykləri pulu restoranın və fermanın işıq puluna ödəmiş, eyni zamanda “Teliba” istirahət mərkəzində gözətçi işləyən Qorxmaza əmək haqqı olaraq verilmişdir. Növbəti dəfə xx.xx.2017-ci ildə Elnur Şamaxı bazarına 3 baş heyvan aparıb satmış, həmin heyvanların pulunu Elnur götürmüş, Şəki türməsinə gedəcəyini bildirmişdir. xx.xx.2017-ci ildə 4 baş qoyunları Elnur Şamaxı bazarında 500 manata satmış, pulun hamısını Elnur özü götürmüş, hansı məqsədlə istifadə edilməsini bilməmişdir. xx.xx.2017-ci il tarixdə Elnurla birlikdə o, fermanın həyətində 2000 manat pul müqabilində 20 baş qoyun satmış, qoyunları Ağsu rayonu Ərəbuşağı kənd sakini X6 almışdır. Əldə etdikləri puldan 500 manatını Elnur ona əmək haqqı olaraq ödəmiş, 1500 manatını isə götürmüşdür. xx.xx.2018-ci il tarıxdə 2 baş qoyunları Elnur aparıb Şamaxı bazarında satmış, həmin heyvanların pulundan fermanın və restoranın işıq pulu ödənilmişdir. xx.xx.2018-ci il tarixdə Elnur onunla birlikdə Şamaxı bazarına getmiş və orada 600 manata 6 baş heyvan satmışlar. O, pulun 200 manatını ona vermiş, qalanını özünə götürmüşdür. O, da pulu “Teliba” istirahət mərkəzinin gözətçisi Qorxmaza əmək haqqı olaraq ödəmişdir. xx.xx.2018ci il tarixdə Şamaxı bazarında Elnurla birlikdə 1500 manata 12 baş qoyun satmışlar, pulun hamısını Elnur götürmüşdür. xx.xx.2018-ci il tarixdə yenə də Şamaxı bazarında 12 baş qoyun satlmış, bu dəfə də pulu Elnur götürmüşdür. 28 aprel 2018-ci il tarixdə Elnur fermadan bir baş qoç götürüb, İddiaçı babasının yas yerinə aparmışdır. xx.xx.2018-ci il tarixdə 7 baş qoyun hər biri 70 manatdan Şamaxı bazarında Elnurla birlikdə satılmış, pulu Elnur aparmışdır. xx.xx.2018-ci il tarixdə 6 baş, 5 baş qoyun, biri qoç olmaqla Elnurla birlikdə Ağsu bazarında satılmış, 520 manat pul əldə edilmiş, pulun hamısını Elnur götürmüşdür. Ümumilikdə Elnur tərəfindən fermadan 79 baş qoyun satılmışdır. Bundan başqa Cavabdeh2 tərəfindən xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddət ərzində “Teliba” istirahət mərkəzində satılması üçün 66 baş quzu aparılmışdır. Quzuların, demək olar ki, əksəriyyəti fermada onun tərəfindən kəsilmiş və taksi avtomobili ilə restorana yola salınmışdır. 26 may 2018-ci il tarixdə o, İbad İbadovla Bakı şəhərində görüşmüş, ona həmin vaxt 21 baş qoyunun və 12 baş keçinin pulunu vermişdir. Verdiyi pul ümumilikdə 2670 manat olmuş, həmin puldan İbad müəllim ona 70 manat yol pulu vermişdir. Qoyunlardan ümumilikdə saxlanıldığı müddət ərzində 28 başı ölmüşdür. Bundan başqa xx.xx.2017-ci il tarixdə o, 10 baş xəstə qoyunu 600 manata satmışdır. xx.xx.2017-ci il tarixdə 25 baş qoyun satmış, 2450 manat əldə etmiş və həmin pula arpa almış, xx.xx.2017-ci il tarixdə 15 baş qoyun satmış, 1040 manat əldə etmiş, ona ot almış, xx.xx.2018-ci il tarixdə 10 baş qoyun satmış, 800 manat əldə etmiş, özü üçün əmək haqqını ödəmiş, xx.xx.2018-ci il tarixdə 8 baş qoç satmış, yonca almış, eyni zamanda xx.xx.2018-ci il tarixdə isə 24 baş qoyun satmış və 2600 manata yonca almışdır. Qoyunların satılmasından əldə etdiyi bütün pullara heyvanların saxlanılması üçün ot, alaf və dərman almışdır. Onun tərəfindən qeydiyyat dəftərində aparılmış qeydlər bu qədər olmuş, bəzi hallarda restorana aparılmış heyanları fermada olduğu üçün qeydiyyatı apara bilməmiş, o, İbad İbadova məxsus heyvanları mənimsəməmişdir. Həmin qərardan görünür ki, həmin araşdırma aparılan zaman Cavabdeh2 izahatında çoban Cavabdeh1 göstərdiklərini təsdiq edərək göstərmişdir ki, İddiaçı həbs ediləndən sonra Cavabdeh1 saxladığı heyvanları İbad İbadov onun vasitəsi ilə idarə etmişdir. Bu müddət ərzində o, İbad İbadovun göstərişi ilə fermada saxlanılan 24 baş iri buynuzlu heyvanı satmış və pulun çox hissəsini İbad İbadova vermiş, qalan hissəsinə heyvanlar üçün ot-alaf almış, bundan başqa göstərilən müddət ərzində o, İbad İbadovun göstərişi ilə fermadan 79 baş qoyun satmış, həmin heyvanların da pulunu İbad İbadova göndərmiş, həmçinin 21 baş qoyun, eləcə də təxminən 70 baş quzu “Teliba” İstirahət mərkəzində kəsilib satılmışdır. Bütün bunları İbad İbadovun göstərişi əsasında etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 avqust 2021-ci il tarixli, 9/5159 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus iri və xurdu buynuzlu heyvandarlıq təsərrüfatında mühasibat uçotu ümumiyyətlə təşkil edilməmiş və Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun aparılmamış, əsas uçot sahəsini təşkil edən kassa əməliyyatlarının uçotu lazımi səviyyədə aparılmamış, kassaya mədaxil olunan pul vəsaiti üçün ciddi hesabat blankı hesab edilən kassa-mədaxil orderləri tərtib edilməmiş, kassa kitabı tərtib edilməmiş, bütün bunların əvəzində gündəlik kassaya mədaxil olunan və məxaricə verilən pul vəsaitini özündə əks etdirən əməliyyatların uçotu “qara mühasibatlıq” adlanan 3 ədəd dəftər məlumatları vasitəsi ilə aparılmışdır. Həmin dəftərlər tədqiq olunarkən aydın oldu ki, dəftərlər qaytanlanmamış və sahibkar tərəfindən təsdiqlənməmiş, əksər hallarda mədaxil və məxaricə verilən pul vəsaitinin hərəkəti müvafiq şəxslərin imzaları ilə təsdiq edilməmişdir. Həmçinin məhkəmə-mühasibat ekspertizası təyini haqqında 22 iyun 2021-ci il tarixli qərardadda mütəxəssis X3 əsaslandığı haqq hesab dəftərlərinin mötəbər sənəd kimi məhkəmə tərəfindən tanınmasına dair hər hansı bir məlumat yoxdur. Qeyd edilir ki, tərtib olunmuş 3 ədəd dəftər məlumatları mühasibat uçotunun tələblərinə cavab verən ilkin mühasibat uçotu sənədləri ilə öz təsdiqini tapmadığından, mütəxəssis rəyininin həmin məlumatlara əsaslanmaqla cavabdehlərin öhdəsində yaranan çatışmazlığın olması barədə olan nəticə əsaslı hesab edilə bilməz. Beləliklə yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı məxsus iri və xurdu buynuzlu heyvandarlıq təsərrüfatında yaranan çatışmazlığın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xırda buynuzlu heyvanlara qulluğu həyata keçirməli olan cavabdehlərin onları satmaq, dəyərini etirazlarında qeyd etdikləri təyinatlar üzrə xərcləmək səlahiyətləri olmasa da, təssərüfatda mövcud olmuş xırda buynuzlu heyvanlardan 92 başı Cavabdeh1 tərəfindən, 79 başı isə Cavabdeh2 tərəfindən satılmış, nəticədə iddiaçıya heyvanlarından məhrum olması ilə əlaqədar Cavabdeh1 İbrahimxəlil oğlu tərəfindən 13860 manat, Cavabdeh2 tərəfindən 13035 manat maddi zərər yetirilmişdir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 İbrahimxəlil oğlundan 13860 manat və Cavabdeh2 13035 manat pul alınıb İddiaçı verilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, ona 57556 manat məbləğində real zərərin vurulması faktı tam təsdiq olunsa da birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə ilə yalnız cavabdeh şəxslərdən müştərək qaydada ümumilikdə 26895 manat məbləğində zərərin əvəzinin ödənilməsi qərara alınmış, bu zərərin vurulması nəticəsində əldən çıxmış faydanın əvəzinin ödənilməsi isə ümumiyyətlə təmin olunmamışdır. Cavabdeh apellyasiya şikayəti verərək şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamə çıxararkən sübut qismində yalnız qaralama dəftərə istinad etmiş, həmin dəftərdə göstərilən rəqəmlərin real faktları əks etdirməsinə dair digər sənədlərə istinad etməmiş, onunla iddiaçı arasında hər hansı bir mülki müqavilə münasibətləri mövcud olmamış, iddiaçının xahişi əsasında o, ictimai əsaslarla işdən kənar vaxtlarda iddiaçıya müəyyən mənada həmkəndli kimi köməklik göstərmiş, bu köməyin qarşılığında xırdabuynuzlu mal-qaradan olan bəzi hədiyyələri məhz iddiaçının təşəbbüsü ilə əldə etmiş, onun hər hansı bir təqsirinin olmaması halları məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə kollegiyası tərəflərin verdikləri apellyasiya şikayətlərinin qeyd edilən dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mülkiyyət hüququ ilə İddiaçı ona məxsus olan və Ağsu rayonu, Xasıdərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılmış 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 22 baş keçi olmaqla cəmi 367 baş xırdabuynuzlu və 24 baş iribuynuzlu mal-qaranın otarılmasını 15 oktyabr 2015-ci il tarixdən etibarən Şamaxı rayonu, Əngərxan kənd sakini Cavabdeh1 İbrahimxəlil oğluna təhvil vermiş və 16 mart 2017-ci il tarixədək olan müddət ərzində təsərrüfat işləri iddiaçının daimi nəzarəti altında aparılmışdır. Bu dövrdə görülən işlərin müqabilində iddiaçı tərəfindən cavabdehə hər ay 500 manat məbləğində əmək haqqı ödənilmişdir. 16 mart 2017-ci il tarixdə iddiaçı barəsində olan cinayət işi ilə əlaqədar həbs qətimkan tədbiri seçilmiş, qeyd edilən tarixdən bir müddət sonra iddiaçının atası X11 təsərrüfat sahəsinə gedərək Cavabdeh1lə birlikdə mal-qaranın hesabatını aparmış və həmin hesabat zamanı təsərrüfat sahəsində Cavabdeh1 sərəncamında 228 baş ana qoyun, 11 baş qoç, 106 baş quzu, 22 baş keçi, 24 baş iri buynuzlu inək və buzov olduğu müəyyən olunmuşdur. Qeyd olunan mal-qaranın Cavabdeh1 sərəncamında olması və onların sayı Ağsu Rayon Prokurorluğunda 54-C/19 saylı material üzrə aparılan araşdırma zamanı verdikləri izahatlarında və həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 avqust 2019-cu il tarixli qərarda da öz təsdiqini tapmışdır. İddiaçının atası İbad İbadov göstərilən sayda heyvanları Cavabdeh1 təhvil verəndən sonra oğlunun həbsi və digər şəxsi problemləri ilə əlaqədar Cavabdeh1lə əlaqə saxlamamış, təsərrüfatı Cavabdeh2 vasitəsi ilə idarə etmişdir. 26 mart 2017-ci il tarixdən 26 may 2018-ci il tarixədək olan müddət ərzində Cavabdeh2 tərəfindən fermada saxlanılan 24 baş iri və xırda buynuzlu heyvanlar satılmış, eləcə də 21 baş qoyun və təxminən 70 baş quzu kəsilərək satılması üçün «Teliba» İstirahət Mərkəzinə aparılmış, eyni zamanda 79 baş qoyunlar satılaraq pulların bir qismi İddiaçı göndərilmiş, bir qismi isə restoranın və fermanın xərclərinin, eləcə də Cavabdeh1 və digərlərin əmək haqqının ödənilməsinə sərf edilmişdir. Bundan başqa, göstərilən müddət ərzində 28 baş qoyun xəstəlik və digər müxtəlif səbəblərdən ölmüş, 21 baş qoyun və 12 baş keçi isə 26 may 2018-ci il tarixdə çoban Cavabdeh1 tərəfindən satılaraq 2700 manat məbləğində pul Bakı şəhərində İbad İbadova verilmişdir. Bundan başqa, qalan heyvanlar isə Cavabdeh1 tərəfindən müxtəlif vaxtlarda satılmaqla, fermadakı heyvanların, eləcə də əvvəlcədən İddiaçıla razılaşdıqları qaydada onun və heyvanlara baxmaq üçün fermaya dəvət edilmiş digər cavabdehin, eləcə də qoyun-quzunun saxlanılması məqsədi ilə ot-alaf və heyvanlar üçün dava-dərman alınmasına sərf edilmişdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırma zamanı həmçinin müəyyən edildi ki, xırda buynuzlu heyvanlara qulluğu həyata keçirməli olan cavabdehlərin onları satmaq, dəyərini etirazlarında qeyd etdikləri təyinatlar üzrə xərcləmək səlahiyətləri olmasa da, təssərüfatda mövcud olmuş xırda buynuzlu heyvanlardan 92 başı Cavabdeh1 tərəfindən, 79 başı isə Cavabdeh2 tərəfindən satılmışdır. Qeyd olunan hallar tərəflərin izahatları, iş materiallarına əlavə edilmiş, cavabdehlər Cavabdeh1, eləcə də Cavabdeh2 apardığı qeydlər əsasında və cinayət işinin başlanmasının rədd edilməsi barədə 02 avqust 2019-cu il tarixli qərarda, eləcə də işin digər halları ilə bir daha öz təsdiqi tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2-ci maddəsi). Məhkəmə kollegiyası sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, təssərüfatda mövcud olmuş xırda buynuzlu heyvanlardan 92 başı Cavabdeh1 tərəfindən, 79 başı isə Cavabdeh2 tərəfindən satıldığından vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh1 İbrahimxəlil oğlundan 13860 manat, Cavabdeh2 13035 manat pulun alınıb İddiaçı verilməsi əsaslıdır. Qətnamədən cavabdehlərdən yalnız Cavabdeh1 İbrahimxəlil oğlu apellyasiya şikayəti verdiyindən, onun apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, 92 baş xırda buynuzlu heyvanın Cavabdeh1 İbrahimxəlil oğlu tərəfindən özbaşına satılması Ağsu Rayon Prokurorunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına və cavabdehin özünün verdiyi izahatlarına əsasən təsdiq olunur. Bu hesabla bağlı 1 xırda buynuzlu heyvanın dəyərinin 150 manat olması real bazar qiymətlərinə uyğundur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əldən çıxmış faydanın tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı ona məxsus təsərrüfat sahəsində mühasibat uçotunu qanunla nəzərdə tutulmuş qaydada təşkil etməmiş və aparmamış və bunun nəticəsi olaraq ona məxsus iri və xurdu buynuzlu heyvandarlıq təsərrüfatında yaranan çatışmazlığın olubolmamasını və bunların cavabdehlərin təqsirindən baş verməsini müəyyən etmək mümkün olmamışdır. Odur ki, real zərərin qalan hissəsi və əldən çıxmış faydanın tutulması əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin onunla iddiaçı arasında hər hansı bir mülki müqavilə münasibətlərinin mövcud olmaması, onun işçi kimi hər hansı bir öhdəlik daşımaması dəlilləri ilə bağlı qeyd edir ki, İddiaçı məxsus olan və Ağsu rayonu, Xasıdərə kəndi ərazisində yerləşən fərdi yaşayış evinin təsərrüfat sahəsində saxlanılmış malqaranın otarılması ilə bağlı Cavabdeh1 İbrahimxəlil oğlu ilə razılaşmış və 16 mart 2017-ci il tarixədək olan müddət ərzində təsərrüfat işləri iddiaçının daimi nəzarəti altında aparılmış və bu dövrdə görülən işlərin müqabilində iddiaçı tərəfindən cavabdehə hər ay 500 manat məbləğində haqq ödənilmişdir. Odur ki, məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlillərini əsaslı hesab etmir. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin ayrı-ayrılıqda apellyasiya şikayətlərində göstərdikləri dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh1 İbrahimxəlil oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2(074)-7/2022 nömrəli qətnaməsi apellyasiya şikayətləri ilə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar