Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-742/2020 22.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı1 hüquqi varisi X6 və Cavabdeh1 iştirakları ilə açıq məhkəmə iclasında, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-2116/2019 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(060)-2116/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Ceyhun Məmmədov) İddiaçı1 Cavabdeh1 qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, İddiaçı1 dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumundan 10 manatın Cavabdeh1 tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)- 2165/2019 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2116/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsinin mənəvi zərərin tutulmasına dair hissədə dəyişdirilməsi, iddianın həmin hissədə qismən edilməsi, Cavabdeh1 mənəvi zərərə görə 3000 manat məbləğində pulun alınaraq İddiaçı1 xeyrinə tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin qismən təmin edilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7047/19 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı1 iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 vurulmuş maddi ziyana görə 40000 manat,mənəvi ziyana görə 50000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki,Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Çənlibel daş karxanasında bədbəxt hadisə baş vermiş, nəticədə onun sağ ayağının sağbaldırı 1/3 hissəsindən amputasiya edilmiş, əlil olmuş, əmək qabilliyətini itirmişdir. Həmindaş karxanasında faktiki olaraq 2 kombayn işlədiyi halda, istintaq zamanı yalnız 1 kombaynişlədiyi və həmin kombaynın da cavabdehə məxsus olması bildirilmişdir. Sənədlərdəkarxananın cavabdeh tərəfindən icarəyə götürüldüyü qeyd olunmuşdur. Hadisə günücavabdeh və dostları onu xəstəxanaya aparan zaman ayağının laqonda vasitəsilə kəsildiyinideməsini xahiş etmişlər ki, karxana işçiləri məsuliyyətə cəlb olunmasın, əvəzində isə onatam sağalana qədər bütün müalicə xərclərini çəkəcəyini və hər ay 200 manat əmək haqqıverəcəyini vəd etmişdir. Ona görə də X13 Stansiyasında ayağının laqonda ilə ehtiyatsızlıqdankəsildiyini bildirmişdir. Lakin cavabdeh vədinə əməl etməmişdir. Bakı şəhər Qaradağ RayonMəhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(002)-314/2018 saylı hökmü ilə təqsirəndirilən şəxsCavabdeh1 Azərbaycan Respublikası CMnin 222.2-ci maddəsi ilə təqsirli bilinərək cəzasını məntəqə tipli cəzaçəkməmüəssisəsində çəkməklə 2 ilmüddətinə məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 06 ay müddətinəazadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdeh ona ayaq protezi almamış, onuömürlük əlil etmiş, o, əmək qabilliyətini itirmiş, ağır vəziyyətdə yaşayır. Hadisəyə qədər o, daşkarxanasında işləməklə əmək haqqı 400 manat təşkil etmiş və hazırda həmin gəlirdəndə məhrum olmuşdur. Dəfələrlə müalicə xərclərini ödəmək üçün cavabdehə müraciət etsədə, cavabdeh bundan imtina etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və ədalətsiz hesab edir. Belə ki, işlədiyi Qaradağ rayonu, “Çənlibel” daş karxanasında Cavabdeh1 təqsiri nəticəsində bədbəxt hadisə baş vermiş və nəticədə sağ ayağı sağ baldırın 1/3 hissəsindən amputasiya edilmişdir. Hazırda əmək qabiliyyətini itirmiş və müddətsiz 2-ci qrup əlildir. Baş vermiş hadisə ilə əlaqədar X13 Xəstəxanasına aparılan zaman cavabdeh və yaxın dostları xahiş etmişdilər ki, daş karxanasının əməkdaşları məsuliyyətə cəlb olunmasınlar deyə həkimlərə laqonda (dəmir kəsən, daş yonan alət) ilə ehtiyatsız davranıb ayağını özü kəsdiyini deməsini, bunun müqabilində isə tam sağalana qədər bütün müalicə xərclərinin ödəniləcəyini və hər ay ona 200 manat əmək haqqı veriləcəyini bildirmişlər. Cavabdehin sözünə inanıb TTYX-da həkimlərə həqiqətən laqonda ilə ehtiyatsız davrandığını və ayağını özü kəsdiyini bildirmişdir. Lakin cavabdeh ona və müalicəsinə heç bir maddi yardım göstərmədən xəstəxanaya atıb getmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-324/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd olunmuşdur. Cavabdehin təqsiri nəticəsində ömürlük əlil olmuş və nəinki əmək qabiliyyətini, hətta hərəkət qabiliyyətini də itirmişdir. Bundan başqa, baş vermiş bədbəxt hadisəyə qədər daş karxanasında işləməklə hər ay 400 manat məbləğində əmək haqqı alırdı. Hazırda həmin əmək haqqından da məhrum olmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı1 hüquqi varisi X11 cavabdehlə maddi ziyanla bağlı 3500 manatın ödənilməsi barədə qarşılıqlı razılığı gəldiyini bildirdi və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında İddiaçı1 hüquqi varisi X11 ilə maddi ziyanla bağlı 3500 manatın ödənilməsi barədə qarşılıqlı razılığı gəldiyini bildirdi və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X7 NazirliyiTibbi-X2 sonuncu müayinəyə dair məlumatın surətindən görünür ki, İddiaçı1 ikinci dərəcəli müddətsiz əlildir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə təhlükəsizlik və əməyin mühafizəsi sahəsində məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1578/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-324/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli hökmü zərərçəkmiş şəxs İddiaçı1 tərəfindn verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının pozulmasına istinad etmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1117-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Həmin Məcəllənin 1118-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İş materiallarından və iddia ərizəsindən görünür ki, İddiaçı1 Cavabdeh1 vurulmuş maddi ziyana görə 40000 manat tələb etmiş və maddi ziyana görə tələbini ayaq protezinin düzəldilməsi və əmək haqqından məhrum olunması ilə əsaslandırmışdır. Məhkəmə iclasında iddiaçının hüquqi varisi X11 və Cavabdeh1 maddi ziyanla bağlı 3500 nanatın ödənilməsi barədə qarşılıqlı razılığı gəldiklərini bildirmişlər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin qarşılıqlı yazılığını nəzərə alaraq hesab edir ki, İddiaçı1 dəymiş maddi ziyanın əvəzi olaraq 3500 manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 hüquqi varisi X8 verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(027)-2116/2019 saylı qətnaməsiləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi maddi ziyana aid hissədə qismən təmin edilsin. İddiaçı1 dəymiş maddi ziyanın əvəzi olaraq 3500 (üç min beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı1 hüquqi varisi X8 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-742/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-742/2020
22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver