Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-742/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılmasının mümkünlüyünü məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə yazılı ərizə və həmin məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardadı ilə (sədrlik edən, hakim Əfqan Ələkbərov) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8031/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil buraxılmış apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə verdiyi vəsatəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8031/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi Vəkil verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən həmin məhkəmə qərardadından şikayət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət və ona əlavə edilən sənədləri, iş materiallarını nəzərdən keçirərək, şikayətin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayaraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 269.1-ci maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. 269.2-ci maddəsinə görə şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. 269.3-ci maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 366.2-ci maddəsində göstərilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin müvafiq qərardadından şikayət verilsə də, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əməl edilməmiş, verilmiş şikayətə məhkəmə tərəfindən baxılmadan birbaşa apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərardadlarından verilmiş şikayət ilk olaraq birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməli, şikayət müsbət həll olunmadığı təqdirdə baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi və vəkili tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardadından verilmiş şikayətə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, şikayət qeyri-mümkün hesаb edilməli və mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264,269 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-8031/2021 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Mülki iş cavabdeh tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (elektron kabinet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(105)-742/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-742/2023
16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver