Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-743/2023 24.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbi- sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı nümayəndəsi Nümayəndə2 Cavabdeh (sonuncu iclasda iştirak etmir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :
1. İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilədən görünür ki, işçi Cavabdeh əmək münasibətləri prosesində işəgötürən tərəfindən ona istifadəyə verilmiş, həvalə/təhkim olunmuş işəgötürənə məxsus əmlakın (avadanlığın) və maddi sərvətlərin salamatlığının təmin olunması üçün öz üzərinə Bu müqavilədə nəzərdə tutulmuş öhədlikləri götürür.
2. Həmin müqavilənin 6-cı bəndinə əsasən, ziyan vurulduqdan sonra “İşçi”nin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir.
3. MŞB/5-02774 saylı, xx.xx.2022-ci il tarixli ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, “Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 10 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X1 etməmişdir. İddiaçı MMC-nin etibarnaməsi ilə çıxış edən X3 ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
4. Aktdan görünür ki, Cavabdeh təhkim edilmiş müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsinə dair xx.xx.2021-ci il tarixli, 035 saylı əmrə əsasən, 16826,40 manat borc qalığı müəyyən edilmişdir. Yoxlama dövrü xx.xx.2021-ci il – xx.xx.2021-ci il tarixləri əhatə edir.
5. Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib, Cavabdeh 11461,03 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin yarı hissəsinin əvəzi olaraq 100 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 may 2020-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 11461,03 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 11461,03 manat məbləğində zərərin əvəzini ödəməmişdir.
8. Sumqayıt Şəhər Məhkəməsinin (hakim A.Süleymanova) 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən sonuncu cəmiyyətdə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul olunmuşdur. Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi zamanı, xx.xx.2021-ci il tarixdə Cəmiyyətə zərər vurulduğu müəyyən olunmuşdur. İddiaçı dəymiş zərərin cavabdehin öz vəzifə funskiyalarını pozması nəticəsində yaranmasına istinad edərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu xx.xx.2021-ci il tarixdə keçirilən müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhviltəslim edilməsi nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan iddia ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, qanunvericiliyin şərh olunan normalarına istinadən iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2, 77.1, və 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı tərəf apellyasiya şikаyəti verilmişdir.
12. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə qətnaməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.5-ci maddəsinə istinad edərək qətnamədə yazıb: “İşin hallarından göründüyü kimi cavabdehin hərəkətləri nəticəsində ziyan vurulması iddia edilən hüquq pozuntusu xx.xx.2021-ci il tarixdə keçirilən Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil təslim edilməsi nəticəsində aşkar edilmiş və həmin tarixdən iddiaçı hüquqlarının pozulduğunu bilmişdir. Mülki iş materiallarından görünür ki, iddiaçı araşdırılan iddia ilə 26 sentyabr 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunvericiliyin şərh olunan normalarına istinadən hesab edir ki, iddiaçının subyektiv hüququnun qüvvədə olma müddəti keçmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Əmək Məcəllənin 296.5-ci maddəsində nəzərdə tutulan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur”. Yuxarıda qeyd olunan əsaslanma hüquqauyğun yanaşma deyil. Əvvəla, məhkəmənin qətnamədə qeyd etdiyi məsələ məhkəmə iclasında tərəflərin iştirakı ilə müzakirə olunmamış, iddiaçının nümayəndəsindən müddətin ötürülüb-ötürülməməsi məsələsinə aydınlıq gətirməsi tələb olunmamışdır. İkincisi isə, hazırki iş üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməyib. İş materiallarından da göründüyü kimi, cavabdehin öz əmək funksiyalarının icrası ilə bağlı İddiaçı MMC-yə maddi ziyan vurduğu xx.xx.2021-ci il tarixdə keçirilən Müştərilər üzrə borc qalıqlarının yoxlanılması və təhvil-təslim edilməsi nəticəsində aşkar olunmuşdur. Yəni, iddia müddətinin axımı xx.xx.2021-ci il tarixindən başlamışdır. Məlum olduğu kimi, tərəflər arasında mövcud olan mübahisə əmək münasibətlərindən yarandığına görə, məhkəməyə müraciət olunmazdan öncə mübahisənin mediasiya vasitəsilə həll edilməsi məcburidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.5-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin X1 tələb olunur”. İddiaçı da öz növbəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, xx.xx.2022-ci il tarixində Cavabdeh “mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmiş, daha sonra, Mediasiya Şurasına mediatorun təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli məktubla müraciət etmişdir. Təyin edilmiş mediator Ramil Qasımzadə tərəfindən mediasiya sessiyasına başlanmış və bu məqsədlə xx.xx.2022-ci il tarixdən etibarən müxtəlif vaxtlara ilkin mediasiya sessiyası təyin edilmişdir. Təyin edilmiş sessiya iclaslarında İddiaçı MMC-nin nümayəndəsi iştirak etsə də, cavabdeh iclaslara gəlməmişdir. Nəticədə mediator Ramil Qasımzadə tərəfindən “ilkin X1 edilməməsi barədə” xx.xx.2022-ci il tarixli Arayış verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.7-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir”. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur”. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.5-ci maddəsinə əsasən, “Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin X1 etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığından başlanmış sayılır”. Göründüyü kimi, iddiaçının hazırki iş üzrə cavabdehə qarşı iddia qaldırması üçün qanunda nəzərdə tutulmuş 1 illik iddia müddətinin axımı xx.xx.2021-ci ildə başlamış, cavabdehə “mediasiya prosesinin tətbiqi barədə” Təklif göndərildiyi xx.xx.2022-ci il tarixində iddia müddətinin axımı dayandırılmışdır. İddia müddətinin axımı iddia müddətinin bitməsinə 2 ay 28 gün qalmış dayandırılmışdır. “İlkin X1 edilməməsi barədə” Arayış xx.xx.2022-ci il tarixində verilmiş və Arayış verildikdən cəmi 10 gün sonra, yəni xx.xx.2022-ciil tarixində İddiaçı MMC iddia ərizəsi 8 ilə cavabdehə qarşı məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, İddiaçı MMC, hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün qanunda nəzərdə tutulmuş iddia müddətinin bitməsinə hələ 2 ay 18 gün qalmış məhkəməyə müraciət etmiş və bununla da, iddia müddətini ötüməmişdir. İşə baxan birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarına istinad etməli olduğu halda, bunu etməmişdir. Halbuki, həmin maddi hüquq normalarının hazırki mübahisəyə tətbiqi zəruri olmuşdur və iddia müddətinin ötürülübötürülməməsi yalnız bu və digər maddi hüquq normalarının tətbiqi vasitəsilə müəyyənləşdirilə bilərdi. Göründüyü kimi işə baxan məhkəmə sadalanan hallara diqqət yetirməmiş, nəticədə əsassız qətnamə qəbul etmişdir. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsinin tam ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə müddət tətbiq etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iddiaçı ilk olaraq mediasiya təşkilatına müraciət etmiş, qarşılıqlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında maddi məsuliyyət barədə müqavilə var. Bundan əlavə çatışmayan mallar barədə akt tərtib olunub, həmin akt tərəflərin imzası ilə imzalanıb.
15. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, müqavilə və təhvil –təslim barədə akt olmasına baxmayaraq, iddiaçıya heç bir borcu yoxdur. Çünki qalıq malların hamısı vaxtı keçmiş mallar olmasına baxmayaraq MMC həmin malları geri qəbul etmir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf məhkəmənin sonuncu iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; Maddə 191. İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin «c», «ç» və «d» bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması
1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 206. Vurulan ziyanın ödənilməsi üçün hakimin prosessual tədbirləri
1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilmişdir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işdə iştirak etmiş tərəflərin izahatları və iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
22. Mübahisələndirilən iddia tələbinin mahiyyətindən və ifadə tərzindən müəyyən edilir ki, tələb işçi ilə işəgötürən arasında yaranmış mübahisədən irəli gəlir.
23. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən öz mövqeyini müddətin keçməsi ilə əlaqələndirmişdir.
24. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mülki qanunvericilik iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəsi əsasında tətbiq edilməsini nəzərdə tutmuşdur. Lakin iş materiallarında cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə verildiyi müəyyən edilmir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman yuxarıda qeyd edilən maddi hüquq normasının tələbini pozmaqla əsassız qətnamə qəbul etmişdir
25. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd edir ki, apellyasiya icraatı zamanı işə baxılan zaman yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırmaqla yanaşı, həmçinin iddia tələbinin həlli məhz sübutetmə ilə əlaqəli olmasına xüsusi diqqət yetirilməlidir.
26. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
27. Mülki hüquq məsuliyyəti əmələ gəlmə əsasına görə müqavilə və müqavilədən kənar olmaqla iki növdə olur. İkinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır.
28. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
30. Hazırki iddia tələbinin həlli də məhz sübutetmə ilə əlaqəli olmuş, lakin birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
31. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
32. Araşdırılan iş üzrə iddiaçı tələbini onunla əsaslandırır ki, Cavabdeh 01 may 2020-ci il tarixindən İddiaçı MMC-də satış nümayəndəsi vəzifəsində çalışmış, xx.xx.2021xx.xx.2021-ci il tarixlərdə cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 11461,03 manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur.
33. Apellyasiya icraatı zamanı kollegiya işin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında müvafiq suallar qoymuşdur.
34. Ekspert qoyulmuş sualların cavablandırılması məqsədilə vəsatətlə məhkəməyə müraciət edərək, iş üzrə əhəmiyyət kəsb edən sənədlərin, o cümlədən cavabdehin işlədiyi dövr ərzində təhvil aldığı, təhvil verdiyi mallar barəsində təhvil-təslim aktları, hesab fakturalar, qaimələr, kassa mədaxil və s. mühasibatlıq sənədlərinin, mağazalar tərəfindən MMc-yə aparılmış ödənişlər barədə ödəniş sənədləri , həmçinin təftiş dövründə MMC-nin xəzinəsinə aparılan ödənişlər barədə sənədlərin, mağazalara verilmiş mallardan vaxtı keçmiş məhsulların geri qaytarılması barədə mühasibatlıq sənədlərinin, təftiş dövründə qaytarılan mallar barədə mühasibatlıq səndlərinin və s. ekspertiza tədqiqatına təqdim edilməsini zəruri hesab etmişdir.
35. Əlaqəli olaraq qeyd olunan sənədlər iddiaçı tərəfindən tələb edilmiş, lakin sonuncu tərəf susqunluq nümayiş etdirməklə həmin sənədlərin təqdim edilməsindən yayınmış, bu səbəblərdən də ekspertizaların keçirilməsi mümkün olmamışdır.
36. Məhkəmə prosesində də bu məsələyə aydınlıq gətirilməsi tələb olunduqda iddiaçı tərəfin nümayəndəsi həmin sənədlərin arxivdə olmadığını, sənədlərin çoxluğu səbəbindən məhv edildiyini, gah da vəsatətin onlara yalnız elektron poçtuna daxil olduğunu və kağız daşıyıcı da təqdim edilmədiyini bildirməklə, bir-birini tamamlamayan ifadələr vermişdir. Halbuki qeyd olunan vəsatət və onun əsasında verilmiş məktub kağız daşıyıcı vasitəsi ilə də iddiaçı tərəfdən tələb olunmuş, sonunculara ünvanlanmış məktubu “Qarayeva” soyadlı şəxs rəsmən qəbul etmişdir (i/m səh.155).
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər
38. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçı tərəf cavabdehdən 11461.03 manat pul tələb edir.
39. Kollegiyanın araşdırması zamanı iddiaçının nümayəndəsindən həmin məbləğin yaranma əsası barədə sübut təqdim etmək təklif olunsa da, sonuncu yalnız təqdim olunmuş “akt”a istinad etdiklərini bildirmişdir.
40. Bu səbəbdən də həmin “akt” da, xüsusən də “kənarlaşma əskik” qrafasında qeyd olunmuş məbləğlər iddiaçının nümayəndəsinin iştirakı ilə riyazi qaydada hesablanmış, lakin həmin məbləğin 9850.05 manat olması müəyyən edilmişdir.
41. Göründüyü kimi iddiaçının tələb etdiyi məbləğ 11461.01 manat, özlərinin hesabladığı məbləğ 10915.49 manat, məhkəmə tərəfindən hesablandıqda isə 9850.05 manat təşkil etmişdir.
42. Bundan əlavə təqdim olunmuş “akt”a vizual qaydada baxış keçirdikdə müəyyən edilmişdir ki, aktda çoxsaylı qaralama və düzəlişlər mövcuddur ki, bu düzəlişlər sonradan tərəflərin imzası təsdiq edilməmiş, bu barədə aktda hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq düzəliş və qaralamaların hansı qaydada edilməsi, yəni cavabdehin imzasından əvvəl, yoxsa sonra edilməsini də müəyyən etmək mümkün deyildir. Qeyd olunan düzəlişlər barədə sorğu-sual edildikdə isə iddiaçı tərəfin nümayəndəsi bunun əsl səbəbini izah edə bilməmiş, sonda bu düzəlişlərin həllini, yəni nəzərə alıb-almamasını məhkəmənin mülahizəsinə buraxmışdır.
43. Göründüyü kimi apellyasiya icraatı zamanı qanunvericiliyin verdiyi bütün mümkün vasitələrindən istifadə edilmiş, iş üzrə xüsusi bilik tələb olunan ekspertiza təyin edilmiş, hətta iddiaçının təqdim etdiyi “Akt” a yenidən nəzər keçirilmiş, hesablanma aparılmış, lakin sonda yenə də bir-birini tamamlamayan və özlüyündə şübhələr yaradan faktlarla rastlaşmışdır.
44. Kollegiya qeyd etməyi vacib bilir ki, bu qəbildən olan işlərə baxılarkən məhkəmə mövcud hər bir şübhənin aradan qaldırılması üçün bütün mümkün olan vasitələrdən istifadə etməli, obyektiv həqiqətə nail olunması naminə işdə mövcud olan və müxtəlif prizmadan yanaşmaya yol verən sübutlara münasibətdə inam üçün əsas yaratmalıdır
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
47. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
48. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir
49. Ona görə də kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməlidir. İddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(060)-6597/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “cavabdehdən 11461,03 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin yarı hissəsinin əvəzi olaraq 100 manat məbləğində pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə” iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.