Məhkəmə qərarları › İş №2(105)-752/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-752/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-752/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İlk iddia üzrə İddiaçı QSC X6 Təşkilatının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” barədə qarşılıqlı iddia tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1744/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı QSC X6 Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1744/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı QSC X6 Təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması” tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 (beş yüz altmış üç min doxsan altı manat yetmiş altı qəpik) manat kredit borcunun silinməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir (hakim Almaz Süleymanova) Qətnamədən ilk iddia üzrə İddiaçı QSC X6 Təşkilatı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC X6 Təşkilatı Cavabdeh qarşı“əsas və faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 198.467 manat əsas, 364.629,76 manat faiz borcu, cəmi 563.096,76 manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı QSC X1rşı “əsas və faiz borcunun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 manat kredit borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında İlk iddia üzrə İddiaçı QSC X6 Təşkilatının nümayəndəsi X4 apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış «Tələb hüququnun güzəşt edilməsinə dair» xx.xx.2015-ci il tarixli Müqaviləyə görə «xxxx» ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-1262 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. “xxxx” ASC ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə, № 4772 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 16 faiz tətbiq edilməklə 24 ay müddətinə 500.000 manat kredit verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda əsas borc üzrə 198.467 manat əsas borcu, 364.629,76 manat faiz borcu var. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik yerinə yetirilməmişdir. Əlavə olaraq göstərdi ki, araşdırılan kredit öhdəliyi üzrə cinayət təqibi aparılmamış, bununla bağlı məhkəmə qərarı yoxdur. Həmçinin göstərdi ki, kredit müqaviləsi üzrə məxaric orderinin məhkəməyə təqdim edilməsi mümkün deyildir. Belə ki, xxxx” ASC tərəfindən verilmiş məlumata əsasən 5 il müddət keçdiyi üçün 2010-cu illərə aid kredit dosyeləri məhv edilmişdir. Lakin həmin məhv edilən sənədlər arasında Cavabdeh aid kredit dosyesinin olubolmamasını dəqiq bilmir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan «xxxx» ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxx 2010-cu il tarixli, 4772 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 24 ay müddətinə, illik 16 faiz ödəmək şərti ilə 500.000 manat məbləğində kredit verməyi, kreditalan həmin krediti qəbul edib təyinatı üzrə istifadə etməyi, ödəniş qrafiki üzrə kredit və hesablanmaş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. İş materallaında olan «xxxx» ASC ilə İddiaçı QSC arasında bağlanmış problemli aktivlər üzrə tələb hüququnun güzəşt edilməsinə dair xx xxxxxx 2015-ci il tarixli müqavilədən görünür ki, «xxxx» ASC tərəfindən borcalana qarşı bütün hüquqlar İddiaçı QSC-yə ötürülmüşdür. İş materiallarında olan təhvil verilən borc məbləği barədə arayışdan görünür ki, Cavabdeh adına 198.467 manat əsas, 364.629,76 manat faiz borcu vardır. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Müəyyən edilmişdir ki, mülki iş ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir. İlkin iddia tələbi üzrə iddiaçı tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətlərinin yarandığını, kreditor tərəfindən üzərinə götürülmüş öhəliyin yerinə yetirilərək nəzərdə tutulmuş kredit məbləğinin borcluya verildiyini, lakin borclu tərəfindən hər ay ödəniş cədvəlinə uyğun olaraq kredit və faizlərin ödənilməli olduğu halda ödəniş edilmədiyini, bununla da öhdəliyin vaxtında və lazımınca icra edilmədiyini göstərərək kredit borcunun qaytarılmasını cavabdehdən tələb edir. İddia tələbinin əsası olaraq tərəflər arasında bağlanılmış kredit müqaviləsinə istinad edir. Qanunvericiliyə əsasən mülki hüquq nəzəriyyəsində müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur. Göstərilən müqavilənin hüquqi xarakteristikası təsnifləşdirmənin istənilən mərhələsində bunu müəyyən qrupa aid etməyə imkan vermir. Birincisi qeyd olunan müqavilə mülki hüquqi ədəbiyyatda konsenual müqavilələrə aid edilir, o müqavlələrə ki, onların bağlanması üçün razılığın əldə olunması kifayət edir. Məhz bu əsasa görə birinci növbədə kredit və borc müqavilələri fərqləndirilir. Pulun verilməsi və digər hərəkətlərin icra edilməsi müqavilənin icrası üçün həyata keçirilir və həmin müqavilənin real müqaviləyə aid etməyi istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 739-cu maddəsinin mənasından göründüyü kimi kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir. Məhz mülki hüquqa görə kredit müqaviləsinin xarakteri - konsensual, iki tərəfli-qarşılıqlı öhdəlik yaradan, əvəzli olmasıdır. Qeyd olunduğu kimi kredit-borc müqaviləsinin konsensual müqavilə olması təkcə müqavilənin bağlanmasını deyil, həm də həmin müqavilədə nəzərdə tutulan vəsaitlərin müqavilə tərəfinə həqiqətən də verilməsini nəzərə tutur. Yəni kredit-borc müqaviləsinin bağlanmış hesab edilməsi üçün tərəflərin sazişindən əlavə həm də müqavilə predmetinin, hazırki halda pulun qarşı tərəfə verilməsi tələb olunur və məhz pulun verildiyi andan tərəflər üçün hüquq və vəzifələr əmələ gəlir. Məhkəmə qeyd etmişdir ki, ilk görünüşdə tərəflər arasında kredit müqaviləsinin bağlanması ilə öhdəlik hüquq münasibətlərinin yarandığı müəyyən edilsə də kredit müqaviləsinin predmetini təşkil edən pul məbləğinin kreditor tərəfindən borcluya verildiyi məhkəmə araşdırması zamanı öz təsdiyini tapmamışdır. Məhkəmə tərəfindən kassa məxaric orderinin və ya kredit məbləğinin borcluya təhvil verilməsini təsdiq edən sübutların təqdim edilməsi təklif olunsa da bununla bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən sübutları iddianın təmin edilməsi üçün yetərli hesab etmir. Avropa Məhkəməsi «Van de Huk Niderlanda qarşı» iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlmişdir ki, ilkin iddia sübut yetirilmədiyindən rədd edilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddianın həlli ilkin iddia tələbinin həllindən asılı olmaqla, ilkin iddianın rədd edilməsi qarşılıqlı iddianın əsaslı olması qənaətinə gəlməyə əsas verir. Odur ki, qarşılıqlı iddia təmin edilməli, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 4772 saylı kredit müqaviləsi əsasında hesablanmış 563.096,76 manat kredit borcu silinməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə təmin ilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İş materiallarından görünür ki, iddiaçı qətnamənin ləğv edilməklə iddianın təmin edilməsini xahiş etsə də iddianı və apelyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvinə səbəb ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin olunmamalı, qarşılıqlı iddia isə təmin olunmalıdır. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1744/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar