Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-758/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-391/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-391/2020 saylı qətnaməsi ilə (hakim V.Y.Ruvinov) İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia qismən təmin edilib, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-391/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2009-cu ildə faktiki nikaha daxil olmuş və birgə münasibətlərindən xx xxxxxx 2010-cu il tarixdə Ağamalı və xx xxxx 2013-cü il tarixdə Fərid adlı iki nəfər uşaqları doğulmuşdur. Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə xx xxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Lakin həmin qətnamədən Cavabdeh verdiyi apelyasiya şikayəti əsasında Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(028)-163/2018 saylı qətnaməsi dəyişdirilmiş, xx xxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Təyin edilmiş 200 manat sabit pul məbləğində aliment iki uşağın ay ərzində maddi ehtiyaclarının ödənilməsi üçün hazırki vəziyyətdə kifayət etmir. Ona görə də, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması və Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qubadlı Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən “Uşaq hüquqları haqqında” Konvensiyanın 5, 17, 27-ci maddələrinin, Azəbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələrinin, Azəbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 304361 və AZ-İ 252846 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin atası Cavabdehdur. Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ eriyalı, 483380 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X4 Bakı şəhərində doğumuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx xxxxx 2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı, 526407 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 şəhərində doğumuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(028)-224/2019 saylı qətnaməsi ilə ərizəçi İddiaçı ərizəsi təmin edilib, xx xxxxxxx 2010-cu il tarixdə doğulmuş X6 və xx xxxx 2013-cü il tarixdə doğulmuş X5 anası İddiaçı himayəsində olması faktı müəyyən edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(028)-163/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilib, xx xxxxxxx 2010-cu il təvəllüdlü X6 və xx xxxx 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, ümumilikdə 308 manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət olunmuşdur. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)- 2202/2018 saylı qətnaməsi ilə Cavabdeh verdiyi apelyasiya şikayəti qismən təmin edilib, Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(028)-163/2018 saylı qətnaməsi dəyişdirilərək xx xxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər uşaq üçün 100 manat olmaqla, ümumilikdə 200 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. xx xxxx 2018-ci il tarixli, 194 saylı arayışdan görünür ki, Cavabdeh “Ü.İ.X-yi.Gərginlik stenokardiyası İİİ fs.Hipertoniya xəstəliyi İİ mər.Xroniki bronxit.Hipertonik angiopatiya” diaqnozu ilə Sumqayıt şəhəri, 3 saylı poliklinikada dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2017-ci il tarixli sənədindən görünür ki, Cavabdeh 2-ci qrup əlildir. Azərbaycan Respublikası Konstıtusiyasının 17-ci maddəsinin İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbryə etmək valideyinlərin borcudur. Konstıtusiyanın 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm-dəyişən olarsa, ya da qazancı (gəliri) natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinin mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideyinləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideyinlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideyinlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx xxxx 2016-cı il tarixli Qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Göründüyü kimi istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qanunvericiliyin aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi sabit pul məbləğində alimentin müəyyən edilməsi zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, azyaşlı xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hazırda ödənilən məbləğ bir azyaşlı uşağın ay ərzində qida, geyim, təhsil və digər maddi ehtiyaclarının ödənilməsini qarşılayan məbləğ kimi qəbul edilə bilməz. Verilmiş apelyasiya şikayəti əsasında işin hallarını bir daha araşdıran məhkəmə kollegiyası nəzərə alır ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, geyim, qida, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı və Cavabdeh xx xxxxxx 2010-cu il təvəllüdlü Ağamalı və xx xxxx 2013-cü il təvəllüdlü Fəridin yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi qanuni əsaslı və daha ədalətlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarının 8.12-ci bəndində qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Plenum qərarına istinadən məhkəmə kollegiyası nəzərə alır ki, hazırki iş üzrə azyaşlı Ağamalı və Fəridin saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği, tərəflər arasında mövcud qətnamə qanuni qüvvəsini aldıqdan sonra artırılmış məbləğlə Cavabdeh tutularaq İddiaçı verilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, apelyasiya şikayətinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət¬¬lən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilib, iddia təmin edilərək Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulub İddiaçı verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin 100 manat sabit pul məbləğində alimentin artırılıb, 170 manat sabit pul məbləğində müəyyən edilməsindən ibarədir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Belə olan halda müəyyən edilmiş aliment məbləği ilə artırılması tələb olunan aliment məbləği arasında fərq 70 manat olmaqla iki uşağa münasibətdə, ümumilikdə 140 manat təşkil edir. Həmin məbləğin bir il ərzində məcmusu isə (140 X 12 ay) 1680 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 404-1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(028)-391/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddiaçı Cavabdeh qarşı təyin edilmiş alimentin məbləğinin artırılması tələbinə dair iddia təmin edilsin. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyanın xx xxxx 2018-ci il tarixli, 2(105)-2202/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, hər ay hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində müəyyən edilsin. Alimentin tutulması vaxtı hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-758/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-758/2021
17.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver