Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-759/2024 01.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, Heydər Əlı̇ yev adına X14 və Abşeron Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın aradan qaldırılması) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”ın nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh Heydər Əlı̇ yev adına X10 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”, Heydər Əlı̇ yev adına X15 və Abşeron Rayon İ̇cra Hakı̇ mı̇ yyətinə qarşı “torpaq sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-4451/2023 nömrəli qətnaməsindən cavabdeh Heydər Əlı̇ yev Adina X15 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, X13 X12 və Cavabdeh3nə qarşı torpaq sahəsində tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,0195 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmin torpaq sahəsi xx.xx.2019-cu ildən ƏMDK yanında DƏDRX-in 4 saylı Ərazi İdarəsində onun adına qeydiyyata alınmış və DƏDRX-dən bu barədə ******* saylı çıxarış verilmişdir. Həmin torpaq sahəsi üzərində tikinti tikmək üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etdyi günədək cavabdehlərdən X13 X10 nümayəndələri müdaxilələr və qadağalar edir. İcra hakimiyyəti isə tikinti işlərinin aparılmasına sərəncam verməsinə baxmayaraq, bu müdaxilələrə göz yumur. Əlavə olaraq qeyd olunan cavabdehlərdən savayı “Azneft” İstehsalat Birliyi, “Azəriqaz” İstehsalat Birliyi, “Qaz ixrac” İdarəsi və ”Neft kəmərləri” idarəsinin nümayəndələri də mütəmadi olaraq əraziyə gələrək tikinti tikməsi üçün ona müəyyən qadağalar qoyurlar. Qeyd olunan torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında ona məxsus olduğundan həmin torpaq sahəsində tikinti işləri aparılmasına cavabdeh qurumlar tərəfindən qoyulan qadağa onun mülkiyyət hüquqlarını pozur. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
3. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək, məhkəmədən mülkiyyət hüququ ilə iddiacıya məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintisinə cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR), X13 X15 və Cavabdeh3 tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarilmadini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
5. RX ******* saylı dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsi (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2019-cu il tarixdə A 341962 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
6. Cavabdeh3 Baçşısının məlumatlandırma icraatı qaydasında İddiaçı göndərdiyi xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* saylı çıxarışı ilə Xırdalan şəhəri ərazisində vətəndaşın mülkiyyətində olan 0,0195 ha torpaq sahəsində inşası nəzərdə tutulmuş ikimərtəbəli fərdi yaşayış evinin (182 m2) tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və ərazinin baş plan bölməsi tərəfindən aşağıdakı şərtlər daxilində razılaşdırılır: tikinti işləri qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında aparılmalı, tikinti aparılan ərazidə sanitar, yanğın təhlükəsizliyi normalarına və yanaşı yaşama prinsiplərinə riayət olunmalı, tikinti müddətində razılaşdırılmış eskizdən kənarlaşma halları nəzərdə tutularsa, əvvəlcədən müvafiq dəyişikliklər barədə RİH Başçısı aparatının memarlıq və tikinti şöbəsinə məlumat verilməlidir.
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı göndərdiyi xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən çıxarış (plan və ölçü ilə birlikdə) və ya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin müvafiq ərazi idarəsi tərəfindən torpaq sahəsinin künc nöqtələrinin koordinatları əks olunmuş yerquruluşu planı təqdim edilməlidir. Həmçinin bildirilmişdir ki, qeyd olunan sənəd əlavə olunmaqla yenidən müraciət edildiyi halda, ərizədə qeyd edilən sualların cavablandırılması mümkün olacaqdır. Daha sonra, Abşeron rayon Məhkəməsində SOCAR-a və X13 X7rşı maneənin aradan qaldırılması barədə iddia tələbi irəli sürərək, sözgüdən torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə rayon icra hakimiyyəti orqanı ilə qanunvericilikdə müəyyən edilmiş qaydada razılaşdırılmış tikinti işləri aparmaq istəməsi, lakin SOCAR-ın əməkdaşları tərəfindən maneə yaradıldığını bildirmiş və bu maneənin aradan qaldırılması barədə məhkəmədə iddia qaldırılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi həqiqətən də xüsusi mülkiyyətdədir və tikinti işləri Cavabdeh3 ilə razılaşdırılmışdır. **********50 reyestr nömrəli həmin torpaq sahəsinin xx.xx.2019-cu il tarixli A 341962 nömrəli planı və ölçüsü sənədində göstərilən koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində isə müəyyən olunmuşdur ki, torpaq sahəsi ərizədə qeyd edildiyi kimi, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin, “Azəriqaz” İstehsalat Birliyinin, “Qaz İxrac” İdarəsinin və “Neft Kəmərləri” idarəsinin deyil, yalnız X13 X10 istismarında olan neft kəmərinin mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, torpaq sahəsi ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş yuxarıda göstərilən mühafizə zonası gözlənilməmişdir. Müvafiq icra hakimiyyəti və ya Bələdiyyə tərəfindən qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktın qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsin hüquqları pozulduqda, hüququ pozulmuş şəxsin həmin qurumdan Azərbaycan Respublikası Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Kəmərin mühafizə zonası daxilində yerləşdiyinə görə, əhalinin və neft-qaz boru kəmərlərinin istismarının təhlükəsizliyinin təmin olunması məqsədilə, sözügedən torpaq sahəsində tikinti işlərinin aparılması sahəvi qanunvericiliyin tələblərinə ziddir. Lakin torpaq sahəsinin mülkiyyətinizdə olduğu, eləcə də tikintiyə icazə sənədləriniz nəzərə alınaraq, tikinti işlərinin aparılmasına məhdudiyyətlərin yaradılmaması, eyni zamanda hüquq təsdiqedici və icazə sənədlərinin müvafiq məhkəmədə mübahisələndirilməsi barədə kəməri istismar edən təşkilatlara müvafiq məktub göndərilmişdir.
8. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, X13 X12 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin mühafizə zonasının 20,5 metrliyində tikinti işləri aparılan əraziyə baxış keçirilərkən İddiaçı tərəfindən 15 x 8,5 metr ölçüdə təmir-qazıntı işlərinin görülməsi müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)- 4451/2023 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, RX ******* saylı, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə X13 X15 tərəfindən qoyulan qadağanın aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin X13 X8 tutularaq İddiaçı qaytarılması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 152.3 və 157.4-cü maddələri, İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 3-cü bəndi, 31-ci maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 4, 14.2, 88, 217.3, 217.4, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)- 4451/2023 nömrəli qətnaməsi ilə razılaşmayan cavabdeh Heydər Əlı̇ yev Adina X10 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunan vaxtadək həmin torpaq sahəsinin iddiaçının mülkiyyətində olması və həmin ərazidə təməl qazıntısı işlərinin aparılması barədə cavabdeh NEZ-in məlumatı olmamışdır. Belə ki, tikinti aparılan əraziyə cavabdeh NEZ-in əməkdaşları tərəfindən cəmi 1 dəfə-işə məhkəmədə baxılan zaman xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və bu barədə akt tərtib olunmuşdur. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,0195 ha torpaq sahəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik boru kəmərinin mühafizə zonasında kəmərin 20.5 metrliyində 15X8.5 kv.m ölçüdə təməl qazıntısı işləri həyata keçirilmişdir. Göründüyü kimi, tikintinin həyata keçirilməsi üçün təməl qazıntısı aparılan ərazi ilə NEZ-in əməkdaşları xx.xx.2023-cü il tarixdə tanış olmuşlar. Bu da onu göstərir ki, NEZ tərəfindən iddiaçının tikinti işləri aparmasına hər hansı qadağa qoyulmamışdır. Bundan başqa bildirir ki, NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizəsi, eləcə də mühafizə zonasında həyata keçirilən tikinti işlərinin qarşısının alınması barədə ilkin olaraq tədbirlər NEZ-in Mühafizəsi üzrə Polis İdarəsi və SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilir. Bundan sonra görülmüş tədbirlər barədə NEZ-ə məlumat verilir. İddiaçı tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında hər hansı tikinti işləri aparılması barədə adları çəkilən İdarələr tərəfindən NEZ-ə məlumat daxil olmamışdır. Göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtadək tərəflər arasında hər hansı mübahisə olmamışdır. Lakin NEZ tərəfindən iddiaçının tikinti işlərini aparmasına hər hansı qadağa qoyulmamış olsa da, hazırkı iddia tələbinə əsasən işə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən üzərində tikinti həyata keçirilməsi üçün təməli qazılmış torpaq sahəsinin NEZ-in mühafizə zonasında yerləşməsinə və İstinad olunan Qaydaların 4.1-ci bəndinə göstərilən 50 metrlik məsafənin iddiaçı tərəfindən gözlənilməməsinə, eləcə də həmin ərazidə tikinti işləri aparılması üçün Şəhərsalma tikinti norma və qaydalarının tələbinə əməl etməklə yanaşı, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların 6.1-ci bəndində göstərilən kimi Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsinin alınmamasına diqqət yetirməmişdir. Məhkəmə tərəfindən NEZ-in əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid olmasına əhəmiyyət verilməmişdir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununun 2ci maddəsinin 1 -ci hissəsinə əsasən “Əhali və ətraf mühit üçün təhlükə yaradan partlayışyanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.” Həmin qanunun əlavəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 2001ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edildiyindən həmin obyektlərlə bağlı xüsusi prosedurlar tətbiq etmək zərurətindən irəli gələrək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları" qəbul olunmuş və Mülki Məcəllənin 6.3-cü maddəsinə uyğun olaraq həmin Qaydaların 6.1-ci bəndində İNBKnin Mühafizə zonasına münasibətdə Energetika Nazirliyinin və X2 Dövlət Agentliyini (istismarçı təşkilatın rəyini almaqla) icazəsinin alınması mütləq şərt kimi təsbit olunmuşdur. Maddənin tələbindən də göründüyü kimi torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. İddiaçı tərəfindən tikinti işlərinə başlamazdan əvvəl müvafiq dövlət orqanlarından icazənin alınıb-alınmadığı, eləcə də aparılan tikinti işlərinin şəhərsalma və tikinti normalarını və qaydalarına uyğun olaraq həyata keçirilib-keçirilmədiyi məhkəmə tərəfindən araşdırılmamışdır. NEZ tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,0195 ha torpaq sahəsində NEZ-ə məxsus neft məhsulu nəql olunan Dş-300 mm-lik boru kəmərinin mühafizə zonasında kəmərin 20.5 metrliyində 15X8.5 kv.m ölçüdə təməl qazıntısı işləri həyata keçirilmişdir. Göründüyü kimi, İddiaçı tərəfindən tikinti aparılması üçün qazılmış təməl 1993-cü ildə çəkilmiş NEZ-dən 10 saylı sahəyə (Güzdək) neft məhsulları nəql olunan Dş-300 mm-lik (reaktiv mühərrik yanacağ) boru kəmərinin 20.5 metrliyində mühafizə zonasında yerləşir (arayış əlavə olunur). İddiaçı tərəfindən NEZ-ə məxsus neft məhsulu nəql olunan boru kəmərlərinin mühafizə zonasında tikinti işlərinin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının hazırda qüvvədə olan qanunvericiliyi ilə yaradılmış xüsusi hüquqi rejimli mühafizə zonasının hüquqi istifadə rejimi pozulacadır və bununla əhəmiyyətli dövlət obyektinin istismarı və insanların həyat və sağlamlığı üçün real təhlükə yaranacaqdır. İşə baxan birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tikinti işləri aparılmazdan əvvəl Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü və 80.5-ci maddəsinin tələbində göstərilən şərtlərə əməl olunub-olunmamasını araşdırmamış, sözügedən torpaq sahəsinin xüsusi mülkiyyətdə olmasını əsas gətirərək, mühafizə zonası ilə bağlı qəbul olunmuş qaydalarda nəzərdə tutulmuş şərtlərə əhəmiyyət verməmişdir. İşə baxan birinci instansiya məhkəməsi tikilməsi nəzərdə tutulan (təməl qazıntı işləri aparılmış) torpaq sahəsinin NEZ-ə məxsus neft məhsulu nəql olunan boru xətlərinin mühafizə zonasında yerləşməsinə, mühafizə zonasında yerləşən boru xətlərinin NEZ-in balansında olmasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları" nın 4.1 -ci bəndinə göstərilən 50 metrlik məsafənin iddiaçı tərəfindən gözlənilməməsinə, həmin Qaydaların 6.1-ci bəndində nəzərdə tutulmuş qaydada Energetika Nazirliyinin və X2 Dövlət Agentliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsinin alınmamasına əhəmiyyət verməmişdir. Bildirir ki, iddiaçı tərəfindən aparılan tikinti işlərinə cavabdeh NEZ tərəfindən qadağa qoyulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmamışdır, məhkəmə yalnız iddiaçının şifahi mülahizələrinə əsaslanaraq yekunda belə qənaətə gəlmişdir ki, guya cavabdeh NEZ tərəfindən iddiaçının tikinti işləri aparılmasına qadağa qoyulmuşdur. Hazırkı mübahisənin həlli ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşsə də, NEZ-i əməkdaşları tərəfindən iddiaçıya tikinti işlərinin aparılması ilə bağlı hansı maneənin yaradılması, qadağanın nədən ibarət olması və tikinti işlərinin aparılmasına qadağa qoyulmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Bildirir ki, tikintinin aparılmasının qarşısının alınması üçün ilk növbədə ən azından tikintinin aparılmasının dayandırılması barədə iddiaçıya yazılı xəbərdarlıq təqdim olunmalı idi. Sözügedən ərazidə tikinti işləri aparılmasından cavabdehin xəbəri olmadığından, iddiaçıya tikintinin dayandırılması barədə hər hansı xəbərdarlıq da təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı yalnız formal mülahizələrə əsaslanmış, öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hələ də NEZ-in nümayəndələri tərəfindən iddiaçı tərəfindən aparılan tikinti işlərinə müdaxilə davam edir. Lakin o, bu halı təsdiq edən sübutu (müdaxilə edən şəxs və yaxud şəxslərin foto şəklini, iddiaçıya yazılı xəbərdarlıq təqdim edilməsi və s) məhkəməyə təqdim edə bilməmişdir. İddia ərizəsində göstərilən cavabdehlərdən savayı “X4”nin, “Azəriqaz” İstehsalat Birliyinin, “Qaz İxrac” İdarəsinin və “Neft Kəmərləri” İdarəsinin nümayəndələrinin də mütəmadi olaraq əraziyə gələrək tikinti tikməyi üçün müəyyən qadağalar qoyulması və hədələr olunması barədə qeydlər və həmin Birlik və İdarələrin də iş üzrə üçüncü şəxs qismində cəlb olunmalarının iddiaçı tərəfindən xahiş olunması da onu göstərir ki, iddiaçı hələ də qadağanın kim tərəfindən qoyulmasını (əgər belə bir qadağa ümumiyyətlə qoyulmuşsa) müəyyənləşdirmədən kortəbii olaraq NEZ-ə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bildirir ki, iddiaçının tələbi qoyulmuş qadağanın aradan qaldırılması barədə olduğundan məhkəmə ilk növbədə NEZ tərəfindən iddiaçının tikinti işləri aparmasına qadağa qoyulub-qoyulmamasını araşdırmalı, qadağa qoyulmasını təsdiq edən sübutu iddiaçıdan tələb etməli və iş materiallarına əlavə edilmiş sübutları birlikdə tədqiq etdikdən sonra yekun qərar qəbul etməli idi. İddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübut məhkəməyə təqdim olunmamasına baxmayaraq, birinci instansiya məhkəməsi sözügedən ərazidə tikinti işləri aparmasına cavabdeh NEZ tərəfindən qadağa qoyulmasını təsdiq edən sübutu tələb etmədən, qadağanın həqiqətən də qoyulub-qoyulmadığını araşdırmadan yalnız torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını əsas gətirərək iddianın əsaslı olması qənaətinə gəlmişdir. Yuxarıda istinad olunanlardan da göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işə səthi yanaşılmış, işin ədalətli həlli baxmından əhəmiyyətli olan sübutlar toplanmamış, iş üçün əhəmiyyətli olan sənədlər tələb olunmamış və araşdırılmamışdır. Bütün bunlar qətnamənin qanuni və əsaslı olmadığı qənətinə gəlinməyə əsas verir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Cavabdeh Heydər Əlı̇ yev adına X10 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunda izahat verdi və apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
15. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “SOCAR”ın nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. İş üzrə digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh Heydər Əlı̇ yev adına X10 nümayəndəsi Nümayəndə3 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
19. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Maddə 238.3. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – təmin olunan hissədə ləğv olunmalı və iddia rədd edilməlidir.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, RX ******* saylı dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsi (yaşayış məntəqələri torpaqları kateqoriyalı) xx.xx.2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir. İddiaçı bu torpaq sahəsində müvafiq qurumla razılaşdırmaqla tikinti işləri aparmaq istəsə də, buna maneçilik yaradıldığını iddia etmiş, cavabdehlər tərəfindən qoyulan qadağanın aradan qaldırılması barədə qətnamə çıxarilmadini xahiş etmişdir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, RX ******* saylı, xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə X13 X15 tərəfindən qoyulan qadağanın aradan qaldırılması qət edilmişdir.
26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, RX ******* saylı, xx.xx.2019cu il tarixli dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsinin hüdudları daxilində qanuni tikinti işlərinə yaradılan maneələrin heç bir hüquqi əsası yoxdur və bu maneələrlə iddiaçının mülkiyyət hüquqları pozulmaqdadır. Mübahisəli torpaq sahəsinin kateqoriyasına və müvafiq qurumun icazəsinə əsasən qanuni əsaslarla orada aparılan tikinti işləri heç bir orqan tərəfindən məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı məxsus olan və Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 0,0195 ha torpaq sahəsində fərdi yaşayış evinin qanuni tikintikintisinə X13 X15 tərəfindən qoyulan qadağa aradan qaldırılmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Belə ki, digər iki cavabdehin bu ərazidə iddiaçı tərəfindən tikinti işləri aparmasına hər hansı maneə yaratması barədə iş materiallarında hər hansı mötəbər sübut yoxdur.
27. Cavabdeh Heydər Əlı̇ yev Adina X10 nümayəndəsi Nümayəndə3 birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
28. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarının təfsirində səhvə yol vermiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, iddianın qismən təmin olunması barədə düzgün qərara gəlməmişdir.
31. Göründüyü kimi iddia tələbi iddiaçıya mülkiyyətində torpaq sahəsində tikinti işlərinin aparılmasına icazə verilməsi və bu işlərin aparılmasına maneənin törədilməsinin cavabdehə qadağan edilməsi barədədir.
32. Birinci instansiyasi məhkəməsi iddianın qismən təmin edilməsi nəticəsinə gələrkən göstərmişdir ki, hazırda iddiaçıya məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına yalnız X13 X15 maneçilik yaradılması müəyyən edilir.
33. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırması ilə razılaşmır. Belə ki, kollegiyanın qənaətincə məhkəmənin gəldiyi bu nəticə heç bir sübuta əsaslanmır.
34. Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qadağanın olduğunu iddia etsə də, həmin hərəkətlərin nədə ifadə olunduğu göstərməmiş, bununla bağlı müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. İş materiallarına istinadən demək olar ki, iddiaçının müdaxilə, qadağa barədə göstərdikləri yalnız iddia ərizəsində əks olunan sözlərdən ibarət olmaqla heç bir əsaslı sübuta (məs. xəbərdarlıq bildirişi və s.) söykənmir.
36. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə cavabdehin müdaxiləsi (tikinti işlərinin aparılmasına qarşı hər hansı maneənin törədilməsi) halı müəyyən edilmir.
37. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd etdiyi halları təsdiq edəcək hər hansı bir tutarlı sübut təqdim edə bilmədiyindən, iddia tələbi təmin edilə bilməz.
38. Qeyd olunmalıdır ki, mülkiyyət hüququna dövlət təminat verir, mülkiyyətə müdaxilənin, özbaşına hərəkətlərin qadağan edilməsi qanunçuluq prinsipinin gözlənilməsini ehtiva edir və bu, həmçinin publik hakimiyyətin mülkiyyətə hörmət edilməsi hüququna istənilən müdaxiləsinin qanunvericiliklə dəqiq tənzimlənməsini nəzərdə tutur.
39. Lakin, o da qeyd olunmalıdır ki, iddianın yalnız iddiaçının mülkiyyət hüquqlarının pozulması konteksində qiymətləndirilərək təmin edilməsi araşdırılan mübahisənin həlli baxımından qanuni və əsaslı hesab edilə bilməz. Mülkiyyətə müdaxilənin olması hərəkətlə ifadə olunmaqla, öz təsdiqini tapmalıdır.
40. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
41. Beləliklə, məhkəmə kollegiyası şərh olunanlara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-4451/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Heydər Əliyev Adina X10 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30 dekabr 2023-cü il tarixli, e-2(012)-4451/2023 nömrəli qətnaməsi qismən – iddianın təmin edilən hissəsində ləğv olunsun, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.