Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-76/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı tikintinin qeyri-qanuni sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1964/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 2(012)-1964/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim C.Səfiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1964/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı əmlakın qeyri-qanuni sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, 29.06.2012-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindəki tikilinin və eyni zamanda yardımçı tikilinin qeyri-qanuni olaraq Cavabdeh tərəfindən özbaşına, onun icazəsi olmadan sökdürülməsi nəticəsində vurduğu maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 may 2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X5 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin ********* qeydiyyat nömrəli, 23.02.2011-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışa və 24 may 2012-ci il tarixli, 3139 saylı arayışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 11767 manata almışdır. Bu əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, 29.06.2012-ci il tarixli reyestrdən çıxarışa əsasən onun adına rəsmiləşdirilmişdir. Torpaq sahəsi alınan zaman orada yarımçıq bir tikili, onun da yanında balaca bir yarımçıq tikili olmuşdur. 25 may 2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsində əmlakın qiyməti 11767 manat göstərilsə də onun tərəfindən əslində X6 20000 ABŞ dolları (şahidlərin və vasitəçilik edən Qeys Kərimovun iştirakı ilə) pul ödənilmişdir. Torpaq sahəsi alınarkən X7 ona torpağın kənd təsərrüfatlı olmasına baxmayaraq gələcəkdə təyinat dəyişdiriləcəyini bildirmişdir. Memarlıq və Şəhərsalma İdarəsinin müvafiq lahiyələrinə uyğun olaraq fərdi evlərin tikilməsinə, tikili evlərə isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsi tərəfindən fərdi qaydada çıxarış veriləcəkdir. O, yarımçıq bir tikili və onun da yanında balaca bir yarımçıq tikilinin söküldüyünün şahidi olmuş, qonşular ona həmin tikililərin bir nəfər qadının iştirakı ilə buldozerlər vasitəsi ilə söküldüyünü bildirmişlər. Həmin şəxsin Abşeron rayonu, Saray bələdiyyəsinin üzvü Cavabdeh olduğunu müəyyən etmişdir. O, bununla bağlı Abşeron rayonu, Saray bələdiyyəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etsə də, söküntü işlərindən xəbərlərinin olmadıqlarını bildirmişlər. O, torpaq sahəsini ona satan X7 ilə əlaqə saxladıqda, sonuncu bu məsələ ilə bağlı onu narahat etməməsini, həmin torpaq sahəsini Abşeron rayonu, Saray qəsəbəsində dəllallıq fəaliyyəti ilə məşğul olan Ramil adlı şəxsin vasitəsi ilə aldığını bildirmişdir. Belə olan halda, o, 30.08.2016-cı il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət edərək ona məxsus olan torpaq sahəsinin kontur səhədlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssislərin ayrılması barədə köməklik göstərilməsi barədə ərizə ilə müraciət etsə də, ona imtina məktubu verilmişdir. Daha sonra o, Abşeron rayon Polis İdarəsinə müraciət etdikdə, 12 noyabr 2016cı il tarixli qərara əsasən Cavabdeh ona məxsus torpaq sahəsində yarımçıq tikililəri özbaşına sökdürməsi müəyyən edilmişdir. Yarımçıq tikililərin özbaşına sökdürülməsi nəticəsində ona 20000 manat zərər dəymişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə iclasında cavabdeh ona məxsus tikintini özbaşına sökdüyünü etiraf etsə də, bu hal nəzərə alınmamışdır. Cavabdeh bir müddət Abşeron rayonu, Saray bələdiyyəsinin üzvü olduğundan bu faktdan istifadə etmiş, tikintini texnika vasitəsilə sökərək ona maddi zərər vurmuşdur. Tikinti materiallarını isə adları məlum olmayan şəxslər daşımışlar. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. O, əlavə etdi ki, 16 sentyabr 2006-cı ildə Hümbət Məmmədov adlı şəxsdən Abşeron rayonu Saray qəsəbəsi ərazisində 25 sot torpaq sahəsini etibarnamə vermə yolu ilə almışlar. 30 may 2014-cü il tarixdə həmin torpaq sahəsini əri Həsənov Yaşar Kamil oğlunun adına rəsmiləşdirmişlər. Həmin vaxt aldıqları torpaq sahəsində yarımçıq tikili də olmuşdur. Torpağı satan həmin yarımtikilinin ona məxsus olduğunu bildirmişdir. Bir müddət əri xəstə olduğu üçün ora gedə bilməmişlər. Aldıqlarıtorpaq sahəsinə baxmağa gedəndə orada kənar şəxslərin 3 mərtəbəli villa tikdiyini görmüşlər. Ona görə də, əri Yaşar Həsənov mülkiyyətçi olaraq bu qanunsuz tikililərin sökülməsi barədə məhkəmdə iddia qaldırmış, onun iddiası təmin olunmuşdur. Lakin tərəflər arasında razılıq əsasında həmin tikilini sökdürməmiş, tikinti altında qalan torpaqlarını dəyişmişlər. Torpaq sahəsi onlara məxsus olduğundan orada yerləşən yarımçıq tikilini söküb yerində yeni ev inşa etmək istəmişlər. Bundan sonra iddiaçı meydana çıxmış, sökülmüş mal-material onlara lazım olmadığıüçün iddiaçı özü gəlib aparmışdıır. Qeyd edilən tikili onlara məxsus torpaq sahəsində olmuşdur. İddiaçının torpaq sahəsi tamam başqa yerdədir. Onlara məxsus torpaq sahəsində yerləşən həmin tikili necə onun ola bilər. Hələ 2015-ci ildə onların iddiasına Abşeron Rayon Məhkəməsində baxılarkən verilmiş ekspert rəyi və məhkəmə qətnaməsi ilə də həmin torpaq sahəsinin onlara məxsus olması öz təsdiqini tapmışdır. Hazırki ekspert rəyindən görünür ki, iddiaçının torpaq sahəsi tamam başqa yerdədir. Ona görə də iddia düzgün rədd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan 25 may 2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən görünür ki, X7 özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 11767 manata İddiaçı satmışdır. Yenə iş materiallarında olan RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yeləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi 29.06.2012-ci il tarixdən İddiaçı Sadiq qızının adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 107 nömrəli vərəqində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair onun adına plan və ölçü tərtib edilmişdir. Yenə də iş materiallarında olan 16 sentyabr 2006-cı il tarixli etibarnamədən görünür ki, X3 mülkiyyət hüququna dair JN-4243, KOD 30800086 saylı Dövlət Aktına əsasən mülkiyyətində olan 0,25 ha torpaq sahəsinə dair sərəncam vermək səlahiyyətini 09 sentyabr 2021-ci il tarixinədək X18 vermişdir. İşdə olan 30 may 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, X9 adından verilmiş etibarnamə əsasında satıcı kimi çıxış edən Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 22 may 2014-cü il tarixli, 3163 saylı arayışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,25 torpaq sahəsini 10000 manata X2. Yenə işdə olan Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli qətnaməsindən görünür ki, 07 iyul 2005-ci il tarixli, JN-4243 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9 mülkiyyətində olan, alqı-satqısı müqaviləsinə əsasən X4 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,25 torpaq sahəsinin X19 tərəfindən zəbt edilmiş 0,7 ha hissəsinin qanunsuz zəbtdən azad edilməsi və həmin torpaq sahəsində tikilmiş qeyri-qanuni tikililərin cavabdeh X10 hesabına sökülərək X1 qaytarılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yeləşən kənd təsərrüfatı təyinatlı 0,061 ha torpaq sahəsi 18.06.2016-cı il tarixdən cavabdehin əri Həsənov Yaşar Kamil oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair onun adına plan və ölçü tərtib edilmişdir. İşdə olan İddiaçı 30.08.2016-cı il tarixli ərizəsindən görünür ki, o xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinin kontur səhədlərinin müəyyən edilməsi məqsədi ilə mütəxəssislərin ayrılması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin işdə olan 08.09.2016-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi DT və XK Abşeron şöbəsi tərəfindən verilmiş JN-3965 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarından bölgü əsasında verilmişdir. Torpaq sahəsinin dövlət aktında göstərilən istinad nöqtələri tamamilə itdiyindən, həmin torpaq sahəsinin naturada göstərilməsi mümkün deyildir. İşə əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması barədə Abşeron RPİ TŞnin 12 noyabr 2016-cı il tarixli qərarından görünür ki, İddiaçı özünə məxsus torpaq sahəsindəki tikililərin sökülməsi barədə şikayət ərizəsi əsasında toplanmış materialda cinayət əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilmişdir. Yenə işə əlavə edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 10 yanvar 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iş materiallarında 29.06.2012-ci il tarixdə X11 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarış və 18,06.2016-cı il tarixdə X15 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,061 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar digər qism tərəfindən ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında AMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqlarının hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2020-ci il tarixli, 28981 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş 10 yanvar 2020-ci il tarixli, **********04 saylı məktubla göndərilmiş, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Bakı LTİnin mühəndisi Azər Əhmədovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, məhkəmə tərəfindən təqdim edilən iş materiallarında 29.06.2012-ci il tarixdə X11 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarış və 18,06.2016-cı il tarixdə X15 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,061 ha torpaq sahəsinə verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin plan və ölçüləri təqdim olunmuşdur. Vətəndaşların bir qismində kənd təsərrüfatı təyinatlı torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün çıxarışlar digər qism tərəfindən ləğv edilmiş DTXK-si tərəfindən Dövlət Aktları və Dövlət Aktları əsasında AMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışlar verilmişdir. Kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən keçmiş DTXK-si tərəfindən verilmiş Dövlət Aktı köhnə koordinat sistemində olduğundan, sözügedən ərazidən Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alınmışdır. Vətəndaşlar həmin ərazidə Torpaq qanunvericiliyinə zidd olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər tikərək torpaqlarının hüquqi rejimini pozmuşlar. Pay torpağı kimi verilmiş torpaq sahələrində tikilmiş tikililər torpaq sahələrinin naturada (yer üzərində) mövcud olan sərhədlərinin tamamilə itməsinə səbəb olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq mütəxəssis tərəfindən işin araşdırılması mümkün olmamışdır. Yenə iş materiallarında olan “xxxx” MMC-nin 02 mart 2021-ci il tarixli, 16 saylı mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi mübahisəli tikilinin yerləşdiyi ərazidən 55 metr kənarda olmaqla naturada öz yerindədir. Sökülməsi mübahisə edilən tikili, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinin koordinatları daxilində, yaxud RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X18 məxsus Abşeron rayonu, Saray qəsəbində yerləşən kənd təsərrüfatı təyinatlı 0,061 ha torpaq sahəsinin koordinatları daxilində olmamışdır. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 01 aprel 2021-ci il tarixli, 10/1133 saylı rəyindən görünür ki, “xxxx” MMC-nin 02 mart 2021-ci il tarixli, 16 saylı mütəxəssis rəyinə əsasən RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi mübahisəli tikilinin yerləşdiyi ərazidən 55 metr kənarda olmaqla naturada öz yerindədir. Sökülməsi mübahisə edilən tikili, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinin koordinatları daxilində, yaxud RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X18 məxsus Abşeron rayonu, Saray qəsəbində yerləşən kənd təsərrüfatı təyinatlı 0,061 ha torpaq sahəsinin koordinatları daxilində olmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1964/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı 25 may 2012-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən X5 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsini 11767 manata almışdır. Onun adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş, torpaq sahəsinə dair onun adına plan və ölçü tərtib edilmişdir. Digər tərəfdən, məhkəmə iclasında müəyyən edildi ki, cavabdehin də istifadəsində 16 sentyabr 2006-cı ildən Abşeron rayonu, Saray qəsəbəsində 0,25 ha torpaq sahəsi olmuş (X12 məxsus, lakin etibarnamə əsasında sərəncam verilən), 30 may 2014-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsilə həmin torpaq sahəsi onun əri X15 adına rəsmiləşdirilmişdir. Sonradan bu torpaq sahəsində kənar şəxs tərəfindən yaşayış evi inşa edildiyindən məhkəmədə iddia qaldırılmış və Abşeron Rayon Məhkəməsinin 28 yanvar 2015-ci il tarixli qətnaməsilə 07 iyul 2005-ci il tarixli, JN-4243 saylı, 30800086 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X9 mülkiyyətində olan, alqı-satqısı müqaviləsinə əsasən X4 Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,25 torpaq sahəsinin X19 tərəfindən zəbt edilmiş 0,7 ha hissəsinin qanunsuz zəbtdən azad edilməsi və həmin torpaq sahəsində tikilmiş qeyri-qanuni tikililərin cavabdeh X10 hesabına sökülərək X1 qaytarılması qət edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı əmlakın qeyri-qanuni sökülməsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin ********** qeydiyyat nömrəli, 29.06.2012-ci il tarixli, **********97 reyestr nömrəli çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,04 ha torpaq sahəsindəki tikilinin və eyni zamanda yardımçı tikilinin qeyri-qanuni olaraq Cavabdeh tərəfindən özbaşına, onun icazəsi olmadan sökdürülməsi nəticəsində vurduğu maddi zərərin əvəzi olaraq 20000 (iyirmi min) manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası mübahisənin daha obyektiv həll edilməsi üçün iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və tədqiqat nəticəsində müəyyən edilmişdir ki, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən İddiaçı məxsus kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsi mübahisəli tikilinin yerləşdiyi ərazidən 55 metr kənarda olmaqla naturada öz yerindədir. Sökülməsi mübahisə edilən tikili, RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0,04 ha torpaq sahəsinin koordinatları daxilində deyildir. Beləliklə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçının iddia etdiyi tikili onun mülkiyyətində olan torpaq sahəsindən 55 metr kənarda yerləşmiş, bu tikili nə iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, nə də cavabdehin əri X18 məxsus torpaq sahəsinin hazırda qalan 0,061 ha hissəsinin hüdudları daxilində deyildir. Başqa sözlə, İddiaçı iddia tələbinin əsasını, yəni mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikilinin mövcud olmasını, bu tikilililərin məhz cavabdeh tərəfindən sökülməsini, beləliklə də ona 20000 manat maddi ziyan dəyməsini sübuta yetirə bilməmişdir. Mülkiyyətində olan torpaq sahəsindən 55 metr kənarda yerləşən tikiliyə gəlincə isə, məhkəmə kollegiyası hesab edir ki, əvvəla bu tikinti qeyd edildiyi kimi kənd təsərrüfatı təyinatlı torpa sahəsində, qanunla nəzərdə tutulmuş icazə alınmaqla inşa edilmədiyindən qanunsuz tikinti hesab edilir. Digər tərəfdən, bu tikilinin mövcudluğu, iddiaçıya məxsus olması və məhz Cavabdeh tərəfindən sökülməsi barədə də iddiaçı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsində yarımçıq tikili olduğunu və onlar həmin torpaq sahəsini qeyd edilən yarımtikili ilə birlikdə aldıqlarını və yeni ev inşa etmək üçün özlərinə məxsus tikili kimi sökdüklərini bildirdi. Məhkəmə kollegiyası tərəfindən məhkəmə araşdırması zamanı, daha öncə qeyd olunduğu kimi, müəyyən olundu ki, iş üzrə mübahisə edilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələridir və orada mövcud olmuş tikili özbaşına tikinti olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinin tələbinə görə, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Yenə həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Əksinə, cavabdeh tərəfin sübutları iddianın rədd edilməsi üçün yetərli olmuşdur. Buna görə də iddiasını sübut edə bilməyən iddiaçının tələbini rədd edərkən məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməli, keçirilmiş ekspertiza xərci olaraq 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına (Az.MEM, VÖİN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) ödənilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 384.0.2, və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1964/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı özünə aid edilsin. Keçirilmiş ekspertiza xərci olaraq 50 manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına (Az.MEM, VÖİN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Telman Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-76/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-76/2021
30.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver