Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-762/2024 27.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçılar X3, X4, İddiaçı1 Əfəndi oğlu və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-294/2014 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar X3, X4, İddiaçı1 Əfəndi oğlu və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 43800 manat məbləğində əsas pulun, ödənişin gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günədək bank uçot dərəcəsini əsas götürməklə 2190 manat məbləğində faizlərin, 500 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş pulun və 30 manat dövlət rüsumunun, cəmi 46520 manat pulun alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-294/2014 nömrəli, 28 yanvar 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 43800 manat əsas borc alınıb müvafiq olaraq X1 3000 manat, X2 38800 manat, İddiaçı1 Əfəndi oğluna 1000 manat və İddiaçı3 1000 manat verilməsi, Cavabdeh borc üzrə ödənişin gecikdirmə dövrü üçün məhkəmə qətnaməsinin çıxarıldığı günə qədər bank uçot dərəcəsinə uyğun 2190 manat faiz, 500 manat hüquqi xidmətə ödənilmiş vəsait və 30 manat ödənilmiş dövlət rüsumu alınıb X1, X2, İddiaçı1 Əfəndi oğluna və İddiaçı3 müvafiq olaraq verilməsi qət edilmişdir (hakim İlqar Məmmədov). Həmin qətnamədən narazı qalan Cavabdeh 25 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-294/2014 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-294/2014 saylı iş üzrə qəbul etdiyi 28 yanvar 2014-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılmışdır (hakim Elmir Hüseynov). Həmin qərardaddan narazı qalan Cavabdeh xx.xx.2024-cü ildə şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-294/2014 saylı qərardadının ləğv edilərək apellyasiya şikayətinin mahiyyəti üzrə apellyasiya məhkəməsinə göndərilməsini, əks təqdirdə şikayətə baxıldıqdan 7 gün müddətində işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-294/2014 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 yanvar 2014-cü il tarixli, 2(060)-294/2014 saylı qətnaməsindən 25 iyun 2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsi 17 avqust 2021-ci il tarixli, 2(060)- 294/2014 saylı qərardad qəbul etmişdir. Həmin qərardad ona çatmamış və məhkəməyə müraciət edərək 20 fevral 2024-cü il tarixdə əldə etmişdir. Birinci instansiyası məhkəməsi qərardada qeyd etmişdir ki, xx.xx.2014-cü il tarixli, 2(060)-294/2014 saylı məktubdan görünür ki, 2(060)-294/2014 saylı 28 yanvar 2014-cü il tarixli qətnamə Cavabdeh ünvan 1 ünvanına göndərilmişdir.xx.xx.2014-cü il tarixli, 17/63-42-56 saylı məktubdan görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar Cavabdeh ünvan 1 ünvanına göndərilmişdir. Abşeron rayon icra və probasiya şöbəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sözügedən qətnamədən məlumatı olmuşdur və xx.xx.2014-cü il tarixdə icra işi ilə tanış olaraq imza etmişdir. Qeyd olunanlarla bağlı bildirir ki, 03 fevral 2014-cü il tarixdən 17 avqust 2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nzairliyinin Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Necə ola bilər ki, o, həbsdə ola-ola qətnamə barəsində məlumatı olsun. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyəti olan hallar düzgün müəyyən edilməmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməmiş, nəticədə qərardad qeyrimötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilərək qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-294/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ki, 2(060)-294/2014 saylı, 28 yanvar 2014-cü il tarixli qətnamə Cavabdeh ünvan 3 ünvanına göndərilmiş, xx.xx.2014-cü il tarixli 17/63-42-56 saylı məktubdan görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar Cavabdeh ünvan 3 ünvanına göndərilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sözügedən qətnamədən məlumatlı olmuşdur və xx.xx.2014-cü il tarixdə icra işi ilə tanış olaraq imza etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 2(060)-294/2014 saylı məktubdan görünür ki, 2(060)-294/2014 saylı, 28 yanvar 2014-cü il tarixli qətnamə Cavabdeh ünvan 3 ünvanına göndərilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 17/63-42-56 saylı məktubdan görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar Cavabdeh ünvan 3 ünvanına göndərilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh sözügedən qətnamədən məlumatlı olmuşdur və xx.xx.2014-cü il tarixdə icra işi ilə tanış olaraq imza etmişdir. İş materiallarından görünür ki, cavabdeh xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsinin ona rəsmi qaydada verilməməsini qeyd etməklə qətnamənin rəsmi qaydada təqdim edilməsini xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə ərizə cavablandırılaraq məhkəmə qətnaməsinin cavabdehə göndərilməsi, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi, həmin şikayətin xx.xx.2021-ci il tarixli qərardadla geri qaytarılması barədə məlumat verilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadının ona təqdim edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi X6 tərəfindən qərardad ərizəyə imza edilərək alınmış, xx.xx.2024-cü il tarixdə həmin qərardaddan şikayət verilmişdir. Məhkəmə kollegiyası cavabdehin 03 fevral 2014-cü il tarixdən 17 avqust 2017-ci il tarixədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkməsi, qətnamədən məlumatlı olmaması barədə dəlilinə qiymət verərək qeyd edir ki, cavabdeh xx.xx.2017-ci il tarixdə həbsdən azad edilsə də həbsdən çıxdığı vaxtdan sonra məhkəmə qətnaməsinin rəsmi qaydada alınması barədə məhkəməyə müraciət etmədən birbaşa xx.xx.2021-ci il tarixdə məhkəmə qətnaməsindən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir ki, bu da onun məhkəmə qətnaməsindən məlumatlı olmasını təsdiq edir. Eyni zamanda xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti verməsinə baxmayaraq xx.xx.2023-cü il tarixədək (qətnamənin rəsmi qaydada təqdim edilməsi üçün ərizə ilə müraciət edilən tarixədək) tərəfindən təqdim edilmiş apellyasiya şikayətinin aqibəti barədə məhkəməyə müraciət edərək məlumat almaq imkanı olsa da, apellyasiya şikayətinin nəticəsi barədə məlumat almaq üçün müraciət etməmiş, yalnız xx.xx.2023-cü il tarixdə qətnamənin təqdim edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə qətnaməsindən məlumatlı olmasına baxmayaraq qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmiş, həmçinin apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən müddət ötürülməklə şikayət verilmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətini xx.xx.2021-ci il tarixli qərardadla geri qaytarmışdır. Bununla da müəyyən edilir ki, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti müddət ötürülməklə verilmiş, eləcə də qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə də təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin AR Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə istinadən apelyasiya şikayətini geri qaytarması işin hallarına uyğun olmuşdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Sadalananlardan yekun nəticəyə gələn məhkəmə kollegiyası belə hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-294/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 17 avqust 2021-ci il tarixli, 2(060)-294/2014 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən verilmiş şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-762/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-762/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver