Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-769/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2(060)-7536/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı televizor üçün 1750 manat ödənilməmiş hissə, 522 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə «LG» markalı paltaryuyan üçün 1908 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə «PLAYSTATİON-4SONY 1TB PRO» üçün 586 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqavilə üzrə «Samsung» markalı soyuducu üçün 4932 manat ödənilməmiş hissə, 1480 manat dəbbə pulu, ümumilikdə 11929 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11929 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə bağladığı xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən “LG” markalı paltaryuyan, “Samsung” markalı televizor, “PLAYSTATİON-4SONY 1TB PRO”, “Samsung” markalı soyuducu almış, nəticədə 11929 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 1908 manat «LG» markalı paltaryuyan üçün ümumilikdə 2480 manat olmaqla onun 1908 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2484 manat olan “Samsung” markalı televizor üçün ümumilikdə 2275 manat olmaqla onun 1750 manat ödənilməmiş hissə, 525 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan “PLAYSTATİON-4SONY 1TB PRO” üçün ümumilikdə 762 manat olmaqla onun 586 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 5212 manat olan «Samsung» markalı soyuducu üçün ümumilikdə 6412 manat olmaqla onun 4932 manat ödənilməmiş hissə, 250 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1480 manat təşkil edir. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2(060)-7536/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 9176 manat ödənilməmiş hissə və 410 manat dəbbə pulu olmaqla, cəmi 9586 (doqquz min beş yüz səksən altı) manat borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2(060)-7536/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, o, alqı-satqı qiyməti 880 manat olan “PLAYSTATİON-4SONY 1TB PRO”, xx.xx.2019-cu il tarxli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5212 manat olan "Samsung" markalı soyuducu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1908 manat olan "LG" paltaryuyan, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2484 manat olan "Samsung" markalı televizor almışdır. Əmlakları götürdükdən az müddət sonra müalicə məqsədi ilə xarici dövlətə səfər etmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin çıxarılmasından xəbəri olmamışdır. Faktiki olaraq o, xx.xx.2019-cu ildə ölkəni tərk etmiş, 2022-ci ilin dekabr ayında isə ölkəyə qayıtmışdır. Ölkəyə qayıtdığı gün ona axtarışda olduğu bildirilmiş və o da səbəbi ilə maraqlandıqda ona məlum olmuşdur ki, barəsində adı çəkilən qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. Daha sonra məhkəməyə yaxınlaşaraq adı çəkilən qətnaməni rəsmi qaydada xx.xx.2023-cü il tarixdə almışdır. Məhkəmədə iştirak etmədiyi üçün sübutlarını təqdim edə bilməmişdir. Bu səbəbdən də hesab edir ki, məhkəmə qətnaməsi heç bir araşdırılma aparılmadan çıxarılmışdır. O, borcunu ödəməkdən imtina etmir. O, ölkəyə yeni qayıtdığı üçün borcunu ödəmək üçün bir az zamana ehtiyacı vardır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00893385 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd “PLAYSTATİON-4SONY 1TB PRO” satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 2 ay müddətində hər ay 293 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd “PLAYSTATİON-4SONY 1TB PRO”-nu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00893090 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə «Samsung» markalı soyuducu satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 274 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “Samsung” markalı soyuducunu iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00895321 müqaviləyə əsasən iddiaçı cavabdehə «LG» markalı paltaryuyan satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən cavabdeh 18 ay müddətində hər ay 106 manat iddiaçıya ödəməli idi. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh “LG” markalı paltaryuyanı iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 00895372 saylı müqaviləyə əsasən iddiaçı cavabdehə 1 ədəd «Samsung» markalı televizor satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli əşyaların təhvil-təslim aktına əsasən cavabdeh 1 ədəd “Samsung” markalı televizoru iddiaçıdan tam qüsursuz halda təhvil almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdeh alqı-satqı qiyməti 1908 manat olan «LG» markalı paltaryuyan üçün ilkin ödənişsiz heç bir ödəniş etməmişdir. Cavabdehin 1908 manat ödənilməmiş hissə və 572 manat cərimə olmaqla, cəmi 2480 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 2484 manat olan “Samsung” markalı televizor üçün ilkin ödəniş 734 manat olmaqla, 734 manat ödəniş etmişdir. Cavabdehin 1750 manat ödənilməmiş hissə və 525 manat cərimə olmaqla, cəmi 2275 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 880 manat olan ədəd “PLAYSTATİON-4SONY 1TB PRO” üçün ilkin ödəniş 294 manat olmaqla, 294 manat ödəniş etmişdir. Cavabdehin 586 manat ödənilməmiş hissə və 176 manat cərimə olmaqla, cəmi 762 manat borcu qalmışdır. Cavabdeh alqı-satqı qiyməti 5212 manat olan “Samsung” markalı soyuducu üçün ilkin ödəniş 280 manat olmaqla, 280 manat ödəniş etmişdir. Cavabdehin 4932 manat ödənilməmiş hissə və 1480 manat cərimə olmaqla, cəmi 6412 manat borcu qalmışdır. Ümumilikdə cavabdehin 4272 manat ödənilməmiş hissə və 1269 manat cərimə olmaqla, cəmi 5541 manat borcu qalmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borclu Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh MMCyə olan borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı haqqında xəbərdar olunmuşdur. Belə ki, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan “LG” markalı paltaryuyan, “Samsung” markalı televizor, “PLAYSTATİON-4SONY 1TB PRO”, “Samsung” markalı soyuducu almış, nəticədə 11929 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1908 manat «LG» markalı paltaryuyan üçün ümumilikdə 2480 manat olmaqla onun 1908 manat ödənilməmiş hissə, 572 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2484 manat olan “Samsung” markalı televizor üçün ümumilikdə 2275 manat olmaqla onun 1750 manat ödənilməmiş hissə, 525 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 880 manat olan “PLAYSTATİON-4SONY 1TB PRO” üçün ümumilikdə 762 manat olmaqla onun 586 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 5212 manat olan «Samsung» markalı soyuducu üçün ümumilikdə 6412 manat olmaqla onun 4932 manat ödənilməmiş hissə, 250 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1480 manat təşkil edir. Birinci instansiya məhkəməsi 9176 manat əsas borc məbləğinə hesablanmış 2753 manat cərimə borcunu azaldaraq 410 manat məbləğində müəyyən etməklə 9176 manat ödənilməmiş hissə və 410 manat dəbbə pulu olmaqla, cəmi 9586 (doqquz min beş yüz səksən altı) manat borc və 15 (on beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsini qət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alqı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilədə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsnin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmədə iştirakının təmin edilməməsini qeyd etsə də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin ünvanına prosesin vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin “bu ünvanda yaşamır” qeydi yazılmaqla məhkəməyə qaytarıldığı məlum olur (i/v 35). Belə ki, cavabdehin müqavilədə göstərdiyi ünvanda yaşamamasının məsuliyyətini özü daşımaqla bu hal, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Eləcə də, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin iclaslarında iştirak etmədiyi üçün sübutları təqdim edə bilmədiyini bildirsə də, apellyasiya instansiya məhkəməsinin iclasında iştirak edən zaman da iş üzrə əhəmiyyətli olan hər hansı sübutu məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə kollegiyası apellyasiya şikayətindəki dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, e-2(060)-7536/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-769/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-769/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver