Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-776/2021 10.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdeh X6 qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(034)-14/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” ASC-nin direktoru X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.İmanova) iddianın qismən təmin edilməsi, cavabdeh X2 4161 manat borc iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, ekspertiza xərcinin 30,76 manatı iddiaçı “xxxx” MMC-dən və ekspertiza xərcinin qalan 30,76 manatının isə cavabdeh X2 tutularaq dövlət nəfinə ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. İddiaçı “xxxx” ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı «xxxx» MMC cavabdeh X6 qarşı “borc tələbinə dair”ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2014-cü il tarixdə Bakı şəhəri 38 saylı notariat kontorunda Zəngilan rayonu, Rəzdərə kəndində qeydiyyatda olan borclu X8 tərəfindən bağlanmış borc müqaviləsinin icrasının təmin edilməsi və 298.038 manat borcun borclu X2 alınaraq «xxxx» MMC-yə qaytarılması haqqında məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” MMC məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 303.948,0 (üç yüz üç min doqquz yuz qırx səkkiz) manat borcun tutularaq “xxxx” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan Cavabdeh ilə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MM-nin 882-ci maddəsinə əsasən xx xxxxxxx 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf’adlanan “Birinci tərəfdən -“xxxx” MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cu illər ərzində satışından əldə etdiyi və “Birinci tərəfə ödəmədiyi, ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcunun olduğunu etiraf etmişdir. “İknci tərəf’ “Birinci tərəfə -“xxxx” MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cu illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat məbləğində olan borcunu xx xxxxxxx 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürmüşdür. “xxxx” MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olan X8 ilə müəssisənin məhsullarının satışından əldə edib müəssisəyə ödəmədiyi borcu ilə bağlı Azərbaycan Respublikası MM-nin 882-ci maddəsinə əsasən xx xxxxxx 2014-cü ildə mövcud borcun etirafı haqqında Bakı şəhəri 38 saylı Dövlət notariat kontorunda qarşılıqlı razılıq əsasında müqavilə bağlamışlar. Müqavilənin 1-ci və 2-ci bəndində göstərildiyi kimi “İkinci tərəf’ adlanan mal bələdçisi X8 “Birinci tərəfdən-“xxxx” MMC-nin istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının 2013-2014-cü illər ərzindən müqavilənin bağlandığı tarixədək olan dövr ərzində satışından əldə etdiyi və “Birinci tərəfə, “xxxx” MMC-yə ödəmədiyi, ümumi dəyəri 298038 (iki yüz doxsan səkkiz min otuz səkkiz ) manat olan borcunu xx xxxxxxx 2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürsə də, lakin borcunu hər dəfə yalanlar danışaraq pulu ödəməkdən yayındığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası MPM-nin 275-ci maddəsinə əsasən 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat olan borcun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə xx xxxxxx 2014-cu ildə məhkəmə əmri verilmişdir. 2019-cu ilə kimi borcu ödəməkdən yayınaraq X8 məhkəmə əmrinə etiraz vermişdir. Müqavilə bağlandıqdan sonra bir müddət X8 yenə də onları inandıraraq işləməkdə davam etmişdir. Çünki evinin sənədlərini təqdim edərək satıb pulları ödəyəcəyini bildirmişdir. Hazırda onun müəssisəyə 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz) manat deyil 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcu qalmışdır. Bu faktı hələ müəssisədə hesabatda iştirak edən X4 atası X3 xx xxxxxxx 2014-cü il tarixində oğlunun «xxxx» MMC-yə 305.000 (üç yüz beş min) manat borcu olduğunu məhkəməyə təqdim olunmuş onun öz izahatında da təsdiq etmişdir. Lakin cüzi ödəniş aparıldığından bu borc 298.038 (iki yüz doxsan səkkiz min otuz səkkiz ) manat deyil 303.948,0 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manata düşmüşdür. Bu borcu X8 “xxxx» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı xx xxxxxx 2014-cü il tarixində tərtib olunmuş üzləşdirmə aktında xx xxxxxxx 2014-cu il tarixində öz imzası ilə təsdiq etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı “xxxx” ASC Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnaməsinin təsviri və əsaslandırıcı hissələri bir-biri ilə ziddiyyət təşkil edir. Məhkəmə qətnaməsində araşdırılmış sübutlar, sənədlər, izahatlar, qaimə fakturalar, müqavilələr iddia tələbinin haqlı olduğunu sübut etsə də, nəticədə qərəzli şəkildə əsassız və qanunsuz olaraq iddia tələbi təmin olunmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni iddiaçının qeyd etdiyi halları təsdiq edə bilməməsi, cavabdehin iddiaçıya borcunu ödədiyini və 4161,80 manat borcu qalmasını etiraf etməsi ilə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq həmin nəticənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlilləri nəzərə almaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (Mülki Prosessual Məcəllənin 2.1. maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxx 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşdən görünür ki, cavabdeh X8 “xxxx” MMC-də mal bələdçisi kimi iddiaçının istehsal etdiyi müxtəlif çeşidli ət və ət məhsullarının satışı ilə məşğul olmuş, həmin məhsullarının satışından əldə edilmiş gəlirləri müəssisəyə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı cavabdeh tərəfindən ət məhsullarının satışından əldə edilmiş gəlir müəssisəyə ödənilmədiyindən onun 303943,0 manat borcu yarandığını və bu borcun cavabdehdən alınaraq ona ödənilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli müqavilənin surətinə əsasən «xxxx» MMC-nin istehsal etdiyi müxtəlif çeşitli ət və ət məhsullarının 2013-cü-2014-cü illər ərzində satışı zamanı əldə etdiyi və ödəmədiyi ümumi dəyəri 298038 manat məbləğində olan borcunu, R.Cəfərquliyev xx.xx.2014-cü il tarixinədək tam həcmdə ödəməyi və bu müqaviləni gələcəkdə də mübahisələndirməməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli üzləşmə aktının surətindən məlum olur ki, cavabdeh X6 2013 və 2014-cü illərdə «xxxx» MMC-dən mal götürmüş və ay ərzində həmin malların ödənişin edərək cəmiyyətə cəmi 303943,0 manat borcu qalmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27334 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh «xxxx» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli və xx.xx.2013-cü il tarixli üzləşmə aktların üzərindəki möhur əksləri mətbə şriftləri dəstindən istifadə etməklə hazırlanmış relyef klişed sənədlərinin üzərinə bir başa vurulmuşdurlar.Tədqiqata təqdim edilmiş X5 «xxxx» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı yanvar 2014-cü il tarixli 03 vərəqələrdən ibarət üzləşmə aktlarının üzərlərində olan “Azərbaycan Respublikası MMC” İddiaçı məzmunlu möhür əksləri öz aralarında eynilik təşkil edirlər. Tədqiqata təqdim olunmuş X5 «xxxx» MMC arasında ət və ət məhsullarının satışı və borcun qaytarılması ilə bağlı xx.xx.2014-cü il tarixli və xx.xx.2013-cü il tarixli üzləşmə aktlarının üzərlərində möhür əksləri öz aralarında eynilik təşkil etmirlər. Məhkəmə kollegiyası qeyd edir ki, istər tərəflər arasında bağlanmış mövcud borcun etirafı haqqında müqavilədə, istər xx xxxxxx 2014-cü il tarixli üzləşmə aktında, eləcə də cavabdehin özünün müxtəlif vaxtlarda iddiaçıya ünvanladığı yazdığı ərizələrdə, o cümlədən qardaşı Elmin Cəfərquliyevin xx xxxx 2014-cü il tarixli qəbzdən görünür ki, cavabdeh Rasim Cəfərquliyevin iddiaçıya borcu olmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (Azərbaycan Respublikası MPM-nin 14.2., 77.1 və 217.4. maddələri). Göründüyü kimi sübutetmə yükü daşıyan iddiaçının cavabdehin ona 303.948 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borclu olması iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı bu vəzifədən azad olunduğu halda, sübutetmə yükü üzərinə düşən cavabdeh isə bunu inkar edən tutarlı sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi cavabdehin iddiaçıya 4161 manat borclu olması barədə iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2006-cı il tarixli qərarı) Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh X2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 61,52 (altmış bir manat əlli iki qəpik) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilsin. Zəngilan rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh X2 303.948 (üç yüz üç min doqquz yüz qırx səkkiz) manat borcun tutularaq “xxxx” MMC-yə ödənilsin. Cavabdeh X1 ekspertizanın dəyəri 61 (altmış bir) manat 52 (əlli iki) qəpik alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (X7 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-776/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-776/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver