Məhkəmə qərarları › İş №2(105)-776/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-776/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-776/2023 09.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpasına dair) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Qafari və X2 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5093/2013 saylı, 26 dekabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5093/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh F2-2477 saylı, 01 may 2009- cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 2331 (iki min üç yüz otuz bir) ABŞ dolları kredit borcu, 2630 (iki min altı yüz otuz) ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 4961 (dörd min doqquz yüz altmış bir) ABŞ dolları və 30 manat dövlət rüsumunun tutularq İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-yə ödənilməsi qət edilmişdir.

2. Qətnamədən narazı qalan Cavabdeh xx.xx.2022-ci il tarixdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5093/2013 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5093/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır.

4. Cavabdeh şikayət verib, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir.

5. Sumqayıt Şəhər Məhkəməsinin 13 fevral 2023-cü il tarixli, 2(060)-5093/2013 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363.1.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Şikayətin dəlilləri

7. Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli, 2(060)- 5093/2013 saylı qətnaməsini müraciətindən sonra xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Sumqayıt “Asan Xidmət” Mərkəzindən almışdır. Qətnaməni aldıqdan sonra apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə vermişdir (prosessual müddətin bərpası xahişi ilə birlikdə). İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlumatsızdır və qətnaməni almağını təsdiq edən həmin xəbərnaməyə o, imza atmamışdır. Xəttşünaslıq ekspertizasının keçirilməsinə etiraz etmir. Hesab edir ki, xəttşünaslıq ekspertizası keçirilərsə qətnaməni həqiqətən də almadığı sübuta yetiriləcəkdir. Lakin qeyd edilənləri məhkəmə nəzərə almadan apellyasiya şikayətini geri qaytarmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(060)- 5093/2013 saylı qərardadını ləğv edərək buraxılmış prosessual müddəti üzrlü hesab edərək, buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Маддя 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə аpellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

10. Apellyasiya baxışının hədləri

Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(060)-5093/2013 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(060)- 5093/2013 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(060)-5093/2013 nömrəli və bununla bağlı 13 fevral 2023-cü il tarixli 2(060)-5093/2013 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, mülki iş materialları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli, 2(060)-5093/2013 nömrəli qətnaməsi 09 dekabr 2013-cü il tarixdə tərəflərə poçt vasitəsi ilə göndərilmişdir. Həmin vaxt qətnamədən şikayət verilmədiyindən qətnamə qanuni qüvvəsini almış və xx.xx.2014cü il tarixdə icraya yönəldilmişdir.

13. Hazırda cavabdeh sözügedən qətnaməni xx.xx.2022-ci il tarixdə rəsmi qaydada Sumqayıt “Asan Xidmət” Mərkəzindən aldığını, Qətnaməni aldıqdan sonra apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə prosessual müddətin bərpası xahişi ilə birlikdə verdiyini, iş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlumatsız olduğunu və qətnaməni almasını təsdiq edən həmin xəbərnaməyə imza etmədiyini bildirir.

14. Məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

15. İş materialları ilə müəyyən edilir ki, cavabdeh şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5093/2013 saylı, xx.xx.2022-ci il tarixli qərardadını ləğv edərək buraxılmış prosessual müddəti üzürlü hesab edərək buraxılmış müddətin bərpa edilməsini xahiş etsə də, iş materiallarından görünür ki, cavabdeh tərəfindən qanunla nəzərdə tutulmuş qaydada buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətlə məhkəməyə müraciət edilməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad qəbul etmişdir.

16. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması ilə bağlı mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilməmişdir.

17. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(060)-5093/2013 nömrəli və bununla bağlı 13 fevral 2023-cü il tarixli 2(060)-5093/2013 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar