Məhkəmə qərarları › İş №2(105)-779/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-779/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-779/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2514/2020 saylı qətnaməsindən İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini R.Hüseynovun verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2514/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) İddiaçı X3 X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin girov əmlaka yönəldilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini R.Hüseynov apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2514/2020 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/081176 saylı kredit müqaviləsinə əsasən 14645.22 ABŞ dolları əsas borc, 56194.25 ABŞ dolları hesablanmış faiz, 14212.40 ABŞ dolları hesablanmış dəbbə olmaqla, cəmi 85051.87 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; xx.xx.2015-ci il tarixli, PB/0xx/xx/081176 saylı kredit müqaviləsi üzrə tələbin Cavabdeh məxsus olan 1 ədəd Qolbağ, 875 əyarlı, 14.2 qram; 8 ədəd sep+3 ədəd qolbağ+3 ədəd klon, 750 əyarlı, 245.3 qram; 1 ədəd komplekt, 750 əyarlı, 13.7 qram; 1 cüt sırğa, 750 əyarlı, 7.6 qram, 3 ədəd üzük, 750 əyarlı, 23.8 qram; Komplekt+klon, 750 əyarlı, 24.9 qram; 1 ədəd sep+2 qolbağ, 585 əyarlı, 57.8 qram; 2 ədəd üzük, 585 əyarlı, 10.4 qram; 3 ədəd sep+1 ədəd klon+4 qolbağ; 750 əyarlı, 131.6 qram; 1 cüt sırğa; 750 əyarlı, 9.6 qram; 1 ədəd üzük, 750 əyarlı, 4.4 qram; 7 ədəd sep+1 klon+3 qolbağ, 583 əyarlı, 100.9 qram; 1 ədəd üzük+2 klon, 585 əyarlı, 14.7 qram qızıl əşyalarına yönəldilməsi, həmin qızıl əşyalarının hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsin xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini R.Hüseynov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxx 2020ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini R.Hüseynov xx xxxxxx 2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, İddiaçı BOKT ASC-nin apelyasiya şikayətindən imtina edib, iş üzrə apelyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qərar qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən apelyasiya şikayətindən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi İddiaçı BOKT ASC-nin apelyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apelyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apelyasiya icraatına xitam verilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İddiaçı BOKT ASC-nin İdarə Heyətinin sədrinin birinci müavini R.Hüseynovun apelyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı X3 X2 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbi və tələbin girov əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-2514/2020 qətnaməsindən İddiaçı BOKT ASC-nin verdiyi apelyasiya şikayəti üzrə apelyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar