Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-78/2022 21.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçı1 Cavabdeh1 qarşı borc və vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı1 iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 22000 manat əsas borc, 2200 manat hesablanmış faiz, 100 manat hüquqi xidmət və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 24330 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə verərək, Cavabdeh1 22000 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 22030 manat tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİNİZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmir və qətnamə ilə razı deyildir. Aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Notariat kontorunda müqavilə bağlanarkən iddiaçı ona pul verməyib, nə də ki, depozit hesabına pul köçürməyib. Məhkəmə bunları araşdırmamışdır. Həmin müqavilənin ləğvi barədə məhkəçməyə müraciət edəcəkdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xhaiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil vəstət verərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı1 qarşı kredit müqaviləsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək hazırki işı üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)- 8210/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “kredit müqaviləsi”nin surətindən müəyyən edilir ki, Abbasov X1 Emin Fuad oğluna 22000 (iyirmi iki min) manat məbləğində pulu borc olaraq vermiş, borcalan krediti 12 (on iki) ay müddətinə xx.xx.2017ci il tarixədək “Borcverənə” qaytarmağı öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi Cavabdeh1 22000 (iyirmi iki min) manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsini müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmiş, gəldiyi nəricəni də Mülki Məcəllənin 385.1,739.1, 470, 421.2, 425, 442, 448.1, 743, MPM-nin 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh iddiaçıdan 22000 manat pul almış, bu hal tərəflər arasında bağlanan müqavilə ilə təsdiqini tapmışdır. Cavabdeh müqavilə bağlanarkən iddiaçının ona 22000 manat pul verməməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi tərəflər arasında bağlanmış və qanuni qüvvəsində olan müqavilə ilə öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlilə, aralarında bağlanmış müqavilənin etibarsız olması, ləğvi üçün məhkəməyə müraciət edəcəyi barədə dəlilinə qiymət verərək qeyd edir ki, iş materiallarına əlavə edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-3361/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavadbeh İddiaçı1n qarşı kjredit müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmiş, qətnamə ilə iddia tələbi təmin edilməmişdir. İşə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 9849/2021 saylı qətnaməsindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(005)-3361/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbayan Respublikası Ali Məhkəməsinin xx.xx.2022arixli, 2(102)1819/2022 nömrəli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-9849/2021 saylı qətnaməsindən iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bununla da məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbinin əsasını təşkil edən tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv ilə bağlı iddia tələbi təmin edilməmiş və məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Bu da tərəflər arasında bağlanmış kredit müqaviləsinin, eləcə də hazırki iddia tələbinin əsaslı olmasını təsdiq edir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi əsaslı olduğundan ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2019-cu il tarixli, 2(060)-8210/2020 saylı dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-78/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-78/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver