Məhkəmə qərarları › İş №2(105)-788/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-788/2025

10.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-788/2025 10.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(012)-506/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manatın və ödənilmiş 437,90 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı faiz borcunun hesablanması ilə bağlı iddia ərizəsinə dəqiqləşdirmə təqdim edərək, Cavabdeh ilə aralarında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən 3M-211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən Cavabdeh 136000 manat borc məbləği, illik 5% hesablanmaqla gecikdirilmiş müddət üçün 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manatın və ödənilmiş 437,90 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və 05 avqust 2021-ci ildə Xaçmaz rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 3M-211 reyestr nömrəsi ilə təsdiq edilmiş borc müqaviləsinə əsasən İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixinədək 136000 manat borca pul vermişdir. Cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixinədək qaytarmalı olduğu halda bu öhdəliyinin icrasından bu günədək yayınmaqdadır, belə ki, müxtəlif bəhanələrlə əvvəlcə qısa müddətə bu məbləği hissə-hissə qaytaracağını bildirsə də sonradan, ümumiyyətlə, işlərinin çətin vəziyyətə düşdüyünü bildirərək borc məbləğini ödəməkdən yayınmışdır. Artıq cavabdehin pulu ödəməli olduğu vaxtdan 1 il 9 ay keçsə də cavabdeh tərəfindən bu məbləğdən heç nə ödənilməmişdir. Borc müqaviləsi məbləğilə bərabər AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Bu səbəbdən iddia ərizəsində cavabdehdən pul məbləğinin ödənilməsini gecikdirdiyinə görə 11900 manat illik beş faizin ödənilməsi tələb olunmuşdur. Belə ki, 136000 manatın illik 5 faizi 6800 manat təşkil edir. Həmin məbləği, yəni 6800 manat 12 aya bölünsə, 566,66 manat təşkil edəcəkdir. Cavabdeh borc məbləğinin ödənilməsini 21 ay gecikdirdiyindən, 21 ayı 566,66 manata vurmaqla 11900 manat cavabdehin faiz borcu olduğu görünür.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 22 iyul 2021-ci il tarixli borc müqaviləsindən görünür ki, “X14 Center”in qanuni təmsilçisi və direktoru olan icraçı Cavabdeh İddiaçı iki oğlu X15 və X10, həmçinin İddiaçı qardaşı oğlu X7 Türkiyə universitetlərinə tibb ixtisasına 2021-2022-ci tədris ilində qəbul alınması üçün sifarişçi İddiaçı 68000 manat pul almış və qəbulla bağlı hər hansı problem olacağı təqdirdə sifarişçi İddiaçı götürdüyü pulun iki misli miqdarında (68000 + 68000 = 136000 manat) pul qaytarmağı öz üzərinə götürmüşdür. Qeyd olunan bu müavilənin bir tərəfli qaydada - X14 Center”in qanuni təmsilçisi və direktoru olan icraçı Cavabdeh tərəfindən imzalandığı görünür.

6. Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 136000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verməyi, borc alan Cavabdeh isə krediti xx.xx.2022-ci il tarixinədək borc verən İddiaçı pulu notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür.

7. 05 avqust 2021-ci il tarixli, 019 nömrəli qəbzdən görünür ki, İddiaçı onunla Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 136000 manat məbləğində pulu notariusun depozit hesabına ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(012)-506/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh 68000 manat əsas, 5950 manat faiz olmaqla, cəmi 73950 manat pul vəsaiti və 218,95 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1 və 449.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 218.3, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Sumqayıt Şəhər Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli, 2(060)- 6207/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh ilə aralarında Xaçmaz rayonu 1 saylı Notariat ofisində 05 avqust 2021-ci il tarixində bağlanmış kredit müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması qaydasına dair” Əsasnamənin tələbinə uyğun olmuş, həmin borc müqaviləsi cavabdehin özü tərəfindən heç zaman və hazırkı işə baxılarkən belə mübahisələndirilməmişdir. Bu səbəbdən iddianın tam təmin edilməyərək, qismən təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Hesab edir ki, məhkəmə işin faktiki halları baxımından maddi hüquq normalarını düzgün tətbiq etməyərək yanlış nəticəyə gəlmişdir. Belə ki, qətnamədə onunla Cavabdeh arasında Xaçmaz rayonu 1 saylı Notariat ofisində 05 avqust 2021-ci il tarixində bağlanmış kredit müqaviləsinin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyi və iş materiallarına cavabdeh tərəfindən əlavə edilmiş və iddiaçıda olmayan başqa bir borc müqaviləsinə (hansı ki, yalnız cavabdeh tərəfindən imzalanmışdır) və Xaçmaz rayon X8 Bölməsi tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına istinad edilməklə iddianın tam təmin edilməməsi tamamilə qanunsuz və əsasızdır. Cavabdeh 05 avqust 2021-ci il tarixində iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsini heç zaman mübahisələndirməmiş və hazırkı işdə də cavabdehin bu kredit müqaviləsinin mübahisələndirilməsinə dair qarşılıqlı iddiası olmamışdir. Eyni zamanda ayrıca icraatda da tərəflər arasında bağlanmış olan 05 avqust 2021-ci il tarixli kredit müqaviləsi mübahisələndirilməmişdir. Məhkəmənin sorğusuna əsasən Xaçmaz rayonu 1 saylı Notariat ofisinin məhkəməyə təqdim etmiş olduğu notariat işində olan 05 avqust 2021-ci il tarixli 019 nömrəli qəbzdən də göründüyü kimi, iddiaçı onunla Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 136.000 manat məbləğində pulu notariusun depozit hesabına ödəmişdir. Həmin məbləğ isə Cavabdeh tərəfindən götürülmüşdür. Məhkəmənin sorğusuna əsasən notariat ofisindən verilmiş notariat işindəki 019 nömrəli qəbzə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 136.000 manat məbləğində pulu İddiaçı notariusun depozit hesabına ödəməsini və həmin məbləği də Cavabdeh götürdüyü halda məhkəmənin İddiaçı ilə Cavabdeh arasında Xaçmaz rayonu 1 saylı Notariat ofisində 05 avqust 2021-ci il tarixində bağlanmış kredit müqaviləsinin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyinə dair fikrini aydınlaşdırmamışdır. İşin bu halları baxımından məhkəmənin iddianın qismən təmin edilməsi barədə gəlmiş olduğu nəticə tamamilə qanunsuz və əsassızdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır.

19. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

20. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

21. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

22. Konstitusiya Məhkəməsinin Plenumu Qərarlarında göstərilmişdir ki, Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər tam araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamaqla həqiqətin müəyyən edilməsi prinsipinin realizəsini təmin etməmişdir.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

25. İş materialları ilə müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manatın tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. İddiaçı tələbinin əsası olaraq tərəflər arasında notariat qaydada bağlanılmış Kredit müqaviləsinə istinad etmişdir.

27. Cavabdeh tərəf iddia tələbinə etiraz edərək iddianı qismən – 68.000 manat həcmində qəbul etmiş, tərəflər arasında bağlanılmış kredit müqaviləsinin etibarlı müqavilə olmadığını bildirmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh 68000 manat əsas, 5950 manat faiz olmaqla, cəmi 73950 manat pul vəsaiti və 218,95 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

29. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan Xaçmaz Rayon X8 bölməsinin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, İddiaçı RPŞ-yə verdiyi ifadəsindən də göründüyü kimi tərəflər arasında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilə hüquqi xarakterinə görə kredit müqaviləsi deyil, mövcud borcun etirafı barədə müqavilə hesab edilməlidir. Belə ki, Cavabdeh İddiaçı övladları X15 və X16, həmçinin İddiaçı qardaşı oğlu X4 Türkiyə Respublikasında qeydiyyatdan keçən universitetlərdən birinə qəbul olunması üçün İddiaçı 2020-ci ilin iyul ayında 20000 ABŞ dolları, 2020-ci ilin avqust ayında 20000 ABŞ dolları olmaqla, cəmi 40000 ABŞ dolları, yəni Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq 68000 manat məbləğində pul almışdır. Lakin sonrakı illərdə cavabdeh iddiaçının övladları və qardaşı oğlunu Türkiyə universitetlərinə qəbul etdirə bilməmiş, iddiaçı cavabdehdən ödədiyi 40000 ABŞ dolları məbləğində pulun ona geri qaytarılmasını tələb etmiş, cavabdeh pulu qaytaracağını vəd etsə də iddiaçıya qeyd edilən məbləğdə pulu qaytarmamışdır. İddiaçı tərəfindən cavabdehə 40000 ABŞ dolları, yəni Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq 68000 manat məbləğində pul ödənilməsinə baxmayaraq tərəflər arasında bağlanmış 22 iyul 2021-ci il tarixli borc müqaviləsinə əsasən universitetə qəbulla bağlı hər hansı problem olacağı təqdirdə Cavabdeh İddiaçı aldığı pulun iki misli miqdarında, yəni 136000 manat pul qaytarmağı öz üzərinə götürdüyündən sözügedən öhdəliyin rəsmiləşdirilməsi məqsədilə iddiaçı cavabdeh ilə Xaçmaz rayon 1 saylı notariat ofisində 05 avqust 2021-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh 40000 ABŞ dolları, yəni 68000 məbləğində pul ödəməsinə baxmayaraq cavabdeh ilə aralarında Xaçmaz rayon 1 saylı notariat ofisində 05 avqust 2021-ci il tarixdə bağlanmış müqaviləyə əsasən 136000 manat məbləğində pul tələb etmişdir.

30. Məhkəmə hesab etmişdir ki, Xaçmaz Rayon X8 bölməsinin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilmiş hallar tərəflər arasında bağlanmış 05 avqust 2021-ci il tarixli müqavilənin tərəflərin həqiqi iradə ifadəsini əks etdirmədiyini göstərir. Belə ki, İddiaçı tərəfindən Cavabdeh 2020-ci ilin iyul ayında 20000 ABŞ dolları, 2020-ci ilin avqust ayında 20000 ABŞ dolları olmaqla ümumilikdə verdiyi 40000 ABŞ dolları geri almadan, cavabdehə 05 avqust 2021-ci il tarixli kredit müqviləsi əsasında yenidən 136000 manat pulun verilməsi, həmin müqavilənin mötəbərliyini şübhə altına alır. Həmçinin məhkəmə iclasında Xaçmaz Rayon X8 bölməsinin müstəntiqi, polis baş leytenantı X18 tərəfindən qəbul edilmiş 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın mötəbərliliyi iddiaçının vəkili-nümayəndəsi və cavabdehin vəkili tərəfindən mübahisələndirilməmişdir. Bundan əlavə cavabdehin vəkili məhkəmə iclasında iddianı qismən, yəni 68000 manat məbləğində hissəsini qəbul etdiklərini bildirmiş, iddiaçı tərəfindən cavabdehə 68000 manat məbləğində pul ödənildiyi iş materialları ilə öz təsdiqini tapmışdır.

31. Beləliklə, məhkəmə hesab etmişdir ki, Cavabdeh heç bir hüquqi əsası olmadan iddiaçının 68000 manat pulunu əldə etməklə özünün əsassız varlanmasına səbəb olduğundan, məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci, 1091.2-ci və 1091.2-ci maddələri təşkil edir.

32. İddia tələbinin iddiaçı tərəfindən ödənilmiş 139000 manat pul vəsaitinə görə hesablanmış 11900 manat faiz borcunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iş materiallarında Xaçmaz rayon 1 saylı notariat ofisində bağlanmış 05 avqust 2021-ci il tarixli kredit müqaviləsindən göründüyü kimi borcun xx.xx.2022-ci il tarixinədək qaytarılacağı nəzərdə tutulmuş və iddiaçı cavabdehin ondan əldə etdiyi 139000 manat məbləğində pul vəsaitinə illik 5% olmaqla 11900 manat faiz borcu hesablayaraq həmin məbləğdə pulun Cavabdeh tutulub ona ödənilməsini tələb etmişdir.

33. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı tələbin hüquqi əsasını Mülki Məcəllənin 449.1-cu maddəsi təşkil edir.

34. İddia tələbinin 68000 manat məbləğində hissəsi təmin edildiyindən məhkəmə faiz borcunun müqavilənin qüvvədə olma müddətinin qurtardığı xx.xx.2022-ci il tarixindən hazırkı mülki iş üzrə iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2024-cü il tarixədək 21 ay müddətinə hər bir ay üzrə təqribən 283,33 manat hesablanmaqla müəyyən edilməsini işin faktiki hallarına uyğun hesab etmişdir (1 il üzrə faiz borcu - 68000 manat x 5 : 100 = 3400 manat, 1 ay üzrə faiz borcu – 3400 manat : 12 ay ≈ 283,33... manat; 21 ay x 283,33... manat ≈ 5949,93 manat ≈ 5950 manat). Odur ki, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddia tələbinin əsas borc üzrə təmin edilmiş 68000 manat pul vəsaitinə görə hesablanmış 5950 manat faiz borcu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

35. Məhkəmə qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti vermişdir.

36. Məhkəmə kollegiyasının qənaətincə apellyasiya şikayətinin dəlilləri yoxlanılarkən birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verildiyi, sübutların qiymətləndirilməsində səhvə yol verildiyi, nəticədə iş üzrə yanlış nəticəyə gəldiyi müəyyən edilmişdir.

37. Belə ki, birinci instansiya məhkəməsi Xaçmaz rayon X8 Bölməsinin 23 noyabr 2023cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarında müəyyən edilmiş hallara, habelə cavabdeh tərəfin göstərdiklərinə istinad edilməklə, iddia tələbinin əsasını təşkil edən , tərəflər arasında bağlanılmış kredit müaviləsinin tərəflərin həqiqi iradə ifadəsini əks etməməsi ilə bağlı səhv qiymətləndirmə aparmışdır.

38. Xaçmaz Rayon X8 bölməsinin 23 noyabr 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, 21 sentyabr 2023-cü il tarixdə fakta görə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmış İddiaçı zərərçəkmiş şəxs statusuna xitam verilməsi qərara alınmışdır.

39. Həmin Qərarın məzmunundan görünür ki, Cavabdeh araşdırma zamanı izahat verərək bildirmişdir ki, 2021-ci ilin ayında maddi vəziyyəti pis olduğu üçün Adildən 136.000 manat borc pul istəmiş, daha sonra 05 avqust 2021-ci il tarixdə notariusda kredit müqaviləsi bağlamışlar, Adil ona 136.000 manat borc vermiş, o da həmin pulu xx.xx.2022ci il tarixinədək qaytaracağını vəd etmiş, lakin pulu qaytara bilməmişdir.

40. Sözügedən qərarda göstərilmişdir ki, araşdırma zamanı Cavabdeh hərəkətlərində əvvəlcədən özgənin əmlakının talanmasına və ya əmlakına olan hüququna yiyələnməsinə dair niyyətinin olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, Cavabdeh 05 avqust 2021-ci il tarixdə İddiaçı 136.000 manat borc pul götürmüşdür.

41. İstintaq orqanı hesab etmişdir ki, cinayət tərkibi olmadığına görə cinayət işi üzrə icraata xitam verilməlidr.

42. Göründüyü kimi İddiaçı şikayəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işi üzrə icraata Cavabdeh əməllərində cinayət tərkibinin əlamətləri olmadığına, tərəflər arasında borc münasibətləri olması əsası ilə xitam verilməlidr.

43. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının övladını və qohumunu Türkiyə Respublikasında qeydiyyatdan keçən universitetlərdən birinə qəbul olunması üçün tərəflər arasında razılaşma olması, bu məqsədlə cəmi 40000 ABŞ dolları, yəni Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq 68000 manat məbləğində pulun iddiaçı tərəfindən cavabdehə ödənilməsi, universitetə qəbulla bağlı hər hansı problem olacağı təqdirdə Cavabdeh İddiaçı aldığı pulun iki misli miqdarında, yəni 136000 manat pul qaytarmağı öz üzərinə götürməsi, 05 avqust 2021-ci il tarixli kredit müqaviləsinin əslində borcun etirafı müqaviləsi olmasına dair göstərilənlər öz təsdiqini tapmamaqla, toplanmış sübutlarla təkzib olunur.

44. Məhkəməyə təqdim edilmiş Sifarişçi İddiaçı ilə İcraçı "xxxx" MMC arasında bağlanılmış 21 fevral 2022-ci il tarixli müqavilədən görünür ki, icraçı sifarişçi İddiaçıun övladları - X19, X15 və qohumu X13 üçün Türkiyədə yerləşən X12 Universitetinin Tibb fakultəs üzrə qəbul, sənədləşmə işlərinin aparlıması xidmətinin göstərilməsi üçün sifarişsi icraçıya 61200 manat (36.000ABŞ dolları) ödəməyi öhədsinə götürmüşdür. İcraçının Xidmət haqqı 91800 manat (54.000 ABŞ dolları) təşkil edir.

45. İddiaçı cavabdeh "xxxx" MMC qarşı pul tələbinə dair Səbail rayon məhkəməsinə ünvanladğın iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən cəmi 16737 manat (14450 manat əsas, 2287 manat faiz) alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizənin məzmunundan görünür ki, iddiaçı 21 fevral 2022-ci il tarixli müqavilə üzrə göstərilən xidmətlərə görə ödədiyi pul məbləğinin bir hissəsi geri qaytarılsa da 14450 manat qaytarılmamışdır.

46. Səbail rayon Məhkəməsinin e-2(009)-1211/2025 saylı 06 may 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "xxxx" MMC qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir.

47. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, Səbail rayon Məhkəməsinin icraatında olan e-2(009)-1211/2025 saylı mülki iş üzrə iddia təmin edilmişdir.

48. Sadalanan sənədlərdən göründüyü kimi iddiaçının övladının xarici ölkədə təhsil alması ilə bağlı xidmətlərin göstərilməsinə dair razılaşma cavabdehlə deyil, "xxxx" MMC ilə olmuşdur.

49. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatı ilə o da müəyyən edildi ki, İddiaçı Xaçmaz Rayon X8 bölməsinə övladının və qohumunun Türkiyə Respublikasında qeydiyyatdan keçən universitetlərdən birinə qəbul olunması üçün Cavabdeh onu aldadaraq 68.000 manat pulunu ələ keçirməsinə dair şikayət etməsinin səbəbi tərəflər arasında yaxın dost münasibətlərinin olması, cavabdeh borcu qaytarmadığı üçün iddiaçının onun hərəkətlərindən əsəbləşərək belə bir məzmunda şikayət etməsi olmuş, 22 iyul 2021-ci il tarixli «Borc» müqaviləsi adlanan sənədin bir tərəfli qaydada cavabdeh özü tərəfindən tərtib edilmiş, uşaqların xarici ölkədə universitetlərdən birinə qəbul olunması ilə bağlı məsələlərə cavabdehin heç bir aiddiyəti olmamışdır. Cavabdeh özü də Xaçmaz Rayon X8 bölməsindəki araşdırma zamanı tərəflər arasında borc münasibətlərinin olduğunu, 22 iyul 2021-ci il tarixli «Borc» müqaviləsi adlanan sənədin Adilin sözləri ilə tərib edildiyini göstərmişdir.

50. Məhkəmə kollegiyası vurğulamağı zəruri hesab edir ki, araşdırılan iddia predmetinin əsasını müqavilə münasibətləri təşkil etdiyindən, formalaşmış hüquqi mövqeyə uyğun olaraq həmin əqdin etibarlı olub-olmasına qiymət verilməsi iddianın əsaslığı baxımından mühüm əhəmiyyət kəsb edir.

51. «Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir.

52. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

53. İş üzrə sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq kollegiya hesab edir ki, sözügedən kredit müqaviləsi bağlanarkən Azərbaycan Respublikası MM-nin 337-354cü maddələrində təsbit edilən əsaslardan hər hansı birinin mövcud olması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

54. Məhkəmə kollegiyası işin müəyyən edilən mübahisəsih hallarına istinadən hesab edir ki, tərəflər arasında sərbəst şəkildə qanunla müəyyən edilən qaydada kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır.

55. Məhkəmə kollegiyasının qənatincə cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.

56. Eləcə də məhkəmə kollegiyası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesab edir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır. İddiaçının gecikdirilmiş müddət üçün əsas borc məbləğinə illik 5% hesablanmaqla 11900 (21 ay x566,66) manat faiz borcu tutulması hissədə tələbi qanuni və əsaslıdır.

57. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməsi barədə iddiaçının dəlilləri əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(012)-506/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalı, Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 manat və ödənilmiş 437,90 manat məbləğində pul alınıb İddiaçı verilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.2, 385.2, 392,393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 fevral 2025-ci il tarixli, e-2(012)-506/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin olunsun. Cavabdeh 136000 manat borc məbləği, 11900 manat faiz borcu olmaqla, ümumilikdə 147900 (bir yüz qırx yeddi min doqquz yüz) manat və ödənilmiş dövət rusumunun əvəzi olaraq 437,90 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar