Məhkəmə qərarları › İş №2(105)-791/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-791/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-791/2024 02.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Cavabdeh4 qarşı borc tələbi və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(060)-446/2024 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı borc tələbi və tutmanının ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26260.96 ABŞ dollan əsas, 30072.86 ABŞ dolları faiz borcu, 822.86 ABŞ dollan cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6785.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 63941.83 ABŞ dolları borcun və 398.70 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə almması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Cavabdeh1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 11ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh2, X1, Cavabdeh4 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(060)-446/2024 nömrəli qərardadı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə İddiaçı ASC-nin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin geri qaytarılması qərara alınmışdır (hakim Günel Tanrıverdiyeva). Hazırda həmin qərardaddan narazı qalan İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-446/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 mart 2024-cü il tarixli, 2(060)-446/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC cavabdehlər Cavabdeh1 vəCavabdeh2, Cavabdeh2, Cəfərova İradəSahil qızına və Cavabdeh4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 26260.96 ABŞ dolları əsas, 30072.86 ABŞ dolları faiz borcu, 822.86 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 6785.15 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 63941.83 ABŞ dolları borcun və 398.70 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 36 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri,Cavabdeh1 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASCnə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 Sumqayıt şəhəri, 11ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, X3, Cavabdeh4 Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 32, mənzil 33 ünvanında yerləşən, 5 otaqlı, 85.55 kv.m ümumi, 61.49 kv.m yaşayış sahəsindən ibarət mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; ikincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmənin icraatında olan iddia ərizəsi borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə olduğu halda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müqavilənin ləğvi barədədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən iddia tələbinin həm əsası, həm də predmeti məhkəmənin icraatında olan iddia tələbindən fərqli olduğundan həmin ərizə geri qaytarılmalıdır. Lakin məhkəmənin mövqeyi ilə razılaşmırlar. Hesab edirlər ki, məhkəmənin qeyd edilən əsasla iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin geri qaytarılması hüquqi cəhətdən düzgün deyildir. Belə ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəf hazırlıq mərhələsində ilkin iddianın (borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi) mahiyyətində olan bir məsələni dəqiqləşdirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş hüququndan istifadə edərək iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə (kredit müqaviləsinin ləğv edilməsi) ilə iddianın əsasını dəyişdirmək hüququna malikdir. Həmçinin məhkəmə qərardadında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin niyə geri qaytarılmalı olduğunu sadəcə 1 cümlə ilə qeyd etmiş, normativ hüquqi aktların normalarına istinad etməklə kifayətlənmişdir. Hesab edirlər ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qeyd olunan əsasla geri qaytarılması iddiaçı tərəfin hüquqlarının kobud şəkildə pozulması və süründürməçiliyə səbəb olur. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qeyd olunan əsasla geri qaytarılması barədə qərardadda həmin normanın tələblərini pozmuşdur. Belə ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri (kredit müqaviləsinin ləğvi) ilkin verdikləri iddia tələbinin mahiyyətini özündə əks etdirdiyi üçün hesab edirlər ki, iddiaçı tərəfin hüququ kimi iddianın əsasını dəyişməyə haqlıdır. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-446/2024 saylı qərardadında məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni hansı əsasla geri qaytarmasını kifayət qədər əsaslandırmamış, sadəcə Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbini və Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarına istinad etməklə kifayətlənmişdir. Hesab edir ki, nə səbəbə görə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin geri qaytarılması kifayət qədər aydın formada açıqlanmamışdır. Qeyd edilənlərə əsasən iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-446/2024 saylı qərardadının ləğv edilməsini, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbinin dəqiqləşdirilməsi üzrə ərizəsinin məhkəmənin icraatına qəbul edilməklə davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə müəyyən etmişdir ki, məhkəmənin icraatında olan iddia ərizəsi borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə olduğu halda, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə müqavilənin ləğvi barədədir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd edilən iddia tələbinin həm əsası, həm də predmeti məhkəmənin icraatında olan iddia tələbindən fərqli olduğundan həmin ərizə geri qaytarılmaladır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə icraatın dayandırılmasına dair gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: birincisi, cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; İkincisi, iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; Üçüncüsü, iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. Qanunvericiliyin tələblərinə görə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə iddianın həm əsasını, həm də predmetini dəyişdirə bilməz. Hazırda məhkəmə icraatında olan mülki iş borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi barədə olduğu halda, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddianın həm əsasına, həm də predmetinə görə başqa bir iddia növünə müqavilənin ləğv edilməsi barədə iddia tələbinə dəyişdirilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə qəbul edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olduğundan formal mülahizələr kimi qiymətləndirilməlidir. Həmin dəlillər hazırki iş üzrə iddia tələbini dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilməsinə əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticələrdə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(060)-446/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(060)-446/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar