Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-794/2023 10.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayənəsi Nümayəndə6, cavabdehlər Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə5 və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə7 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1241/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 illik 10 faizlə 180 ay müddətinə 36270 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor ilə "xxxx" MMC arasında xx.xx.2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır.
2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq, xx.xx.2030-cu il tarixinə kimi hər ay banka 389,80 manat ödəməklə qaytarmalıdır.
3. 11 fevral 2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, "xxxx" tərəfindən Cavabdeh2 banka olan 34578,13 manat məbləğində əsas borcun və əsas borca uyğun olaraq hesablanmış faiz borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdehlər müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişlər. 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 34578,13 manat, faiz borcu üzrə 18033,67 manat, cəmi 52611,8 manat borcu mövcuddur. Göstərilənlərə əsasən qeyd edilən borc cavabdehlərdən müştərək qaydada tutulmalıdır.
5. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 1-xxxx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 34578,13 manat, faiz borcu üzrə 18033,67 manat, cəmi 52611,8 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 247,72 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Sonradan iddiaçı "xxxx" ASC məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASCnin xeyrinə 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 34578,13 manat, faiz borcu üzrə 21107,21 manat, cəmi 55685,34 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 247,72 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin 2(012)-1241/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilərək, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 34578,13 manat, faiz borcu üzrə 21107,21 manat olmaqla, cəmi 55685,34 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün 248,12 manat məbləğində pul vəsaitinin tutulması, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh2 "xxxx" ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə iddianın ona münasibətdə təmin edilməsi üçün əsaslar mövcud olduğundan və hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehə hesablanmış borc məbləği ekspert rəyinə əsasən müəyyən edilmiş borc məbləği ilə uyğunluq təşkil etdiyindən iddia təmin edilməlidir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 445.1, 448.1, 449.4, 472, Mülki Prosessual Məcəllənin 107, 119, 281.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnaməsinin əsas borc üzrə 34578,13 manat, faiz borcu üzrə 21107,21 manat olmaqla, cəmi 55685,34 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu üçün 248,12 manat məbləğində pul vəsaitinin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsi hissəsində ləğv edilərək, tələb olunan məbləğin "xxxx" MMC-dən tutulub "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli və 2(012)- 263/2021 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" ASC-yə qarşı alğı-satqı müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 nömrəli mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, "xxxx" MMCdən 10050.30 (on min əlli manat otuz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-263/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2784/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdeh "xxxx" MMC-dən iddiaçı Cavabdeh2 xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilmiş və cavabdeh "xxxx" MMC-dən 4721,87 (dörd min yeddi yüz iyirmi bir manat, səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2784/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən isə kassasiya şikayəti verilməmişdir. Belə olan halda "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 55685,34 manat məbləğində pul vəsaitinin tutulması dair Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1241/2022 nömrəli qətnaməsi ilə qəti olaraq razı deyil. Belə ki, "xxxx" MMC ilə Cavabdeh2 arasında mənzilin alğı-satqısı və "xxxx" ASC arasında isə kredit müqaviləsi bağlanmışdır. Cavabdeh2 mənzili üçün ilkin ödəniş olaraq 4030 manat məbləğində vəsaiti birbaşa olaraq "xxxx" ASC-yə ödəmiş və üçtərəfli müqaviləyə əsasən, bank qalan məbləği yəni, 36270 manatı məbləği "xxxx" MMC-yə ödəmişdir. Cavabdeh2 kredit müqaviləsi üzrə "xxxx" ASC-yə ümumilikdə 7020 manat ödəniş etmişdir. Göründüyü kimi "xxxx" tərəfindən Abşeron rayonu, H.Əliyev prospekti 167, 28 nömrəli küçədə inşa edilmiş, 7 nömrəli binanın, 6-cı mərtəbəsində yerləşən 45 nömrəli 1 otaqlı mənzilin dəyəri olan 36270 manatı məbləğində pul "xxxx" ASC-yə ödənilmiş, lakin sonradan Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 nömrəli mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2784/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdeh "xxxx" MMC-dən iddiaçı X1 xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilmişdir. Belə olan halda 34578,13 manat, faiz borcu üzrə 21107,21 manat olmaqla, cəmi 55685,34 manat məbləğində pulun müştərək qaydada Cavabdeh2 və "xxxx" MMC-dən "xxxx" ASC-nin xeyrinə tutulması Mülki Məcəllənin tələblərinə ziddir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə5 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayənəsi Nümayəndə6 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə7 apellyasiya şikayətini qismən, yəni kredit müqaviləsi üzrə əsas borca aid hissədə qəbul etdiklərini, faiz məbləğinə dair hissədə isə qəbul etmədiklərini bildirdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (...)
Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 101. Ekspert rəyi (...) 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. (...)
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
18. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 10 faiz olmaqla 180 ay müddətinə 36270 manat kredit verilmişdir.
21. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının təminat üsulu ipoteka və 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir.
22. Həmin müqavilənin 4.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 30 mart 2015-ci il tarixli ABB YM-0273 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 28 nömrəli küçəsində inşa edilmiş bina 7, mərtəbə 6, ümumi sahəsi 62 kv.m, 45 nömrəli mənzil üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış alındıqdan sonra qeyd olunan əmlak ipoteka ilə rəsmiləşdirilməlidir.
23. Həmin müqavilənin 15.8-ci bəndinə əsasən borc alan tərəfindən müqavilənin 7.3cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün 30 mart 2015-ci il tarixli ABB YM-0273 №-li "xxxx" MMC və Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr. 167, “AAAF Park” yaşayış massivinin 28 nömrəli küçəsində inşa edilmiş bina 7, mərtəbə 6, ümumi sahəsi 62 kv.m, 45 nömrəli mənzil üzrə bütün hüquqlar borc verənə keçir.
24. 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış 1-xx-xx-2015- YS-AAAF-AE nömrəli xx.xx.2015 tarixli təminatlı kredit müqaviləsinə əsasən 180 ay müddətinə verilən 36270 manat məbləğində kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi zamin "xxxx" MMC borclu Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor "xxxx" ASC qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür.
25. 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015 tarixli təminatlı kredit müqaviləsinə 1 №-li əlavədən müəyyən edilir ki, Cavabdeh2 həmin müqavilə əsasında ona verilən kredit üzrə əsas borc və faizləri hər ayın 02-dək aylıq 389,80 manat məbləğində bərabər hissələrlə (sonuncu ay 373,11 manat) banka ödəməyi öhdəsinə götürmüşdür.
26. xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 34578,13 manat, faiz borcu 18033,67 manat, cəmi 52611,8 manat təşkil edir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi üzrə öhdəliyi icra edərək müqavilədə nəzərdə tutulan məbləği Cavabdeh2 versə də, cavabdeh müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır.
28. Başqa sözlə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir.
29. Birinci instansiya məhkəməsi tələb edilən borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7060 nömrəli ekspert rəyindən müəyyən edilmişdir ki, Cavabdeh2 "xxxx" ASC-yə 1-xx-xx-2015-YS-AAAF-AE nömrəli xx.xx.2015-ci il tarixli təminatlı kredit müqaviləsinə əsasən olan əsas borcu 34578,20 manat, faiz borcu 18033,71 manat təşkil edir.
30. Birinci instansiya məhkəməsi ekspert rəyinə münasibətdə qeyd etmişdir ki, kredit müqaviləsinin müddətinin bitməməsi bu müqavilə üzrə faiz borcunun keçən müddət ərzində artması ilə nəticələndiyindən məhkəmə yaranmış borcun məbləğini müəyyən edərkən iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə arayışını mötəbər sübut kimi qəbul edir. Bu arayışdan müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC-yə olan əsas borcu 34578,13 manat, faiz borcu 21107,21 manat, cəmi 55685,34 manat təşkil edir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, borc məbləğinin tələb edilməsinin hüquqi əsasları var və ekspert rəyi ilə iddia ərizəsi üzrə tələb edilən əsas və faiz borcunun məbləği xx.xx.2021-ci il tarixli maliyyə arayışında göstərilən məbləğlərlə eynilik təşkil etmişdir.
32. Faiz borcuna münasibətdə məhkəmə düzgün olaraq qeyd etmişdir ki, kredit müqaviləsinin müddəti bitmədiyindən və müqavilə üzrə faiz borcunun hesablanması davam etdiyindən borc məbləği maliyyə arayışında qeyd edildiyi məbləğdə tutulmalıdır.
33. Apellyasiya şikayətinin borc məbləğinin "xxxx" MMC-dən tutulması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2(012)-263/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış 30 mart 2015-ci il tarixli, ABBYM-0273 nömrəli mənzilin alğı-satqı müqaviləsinə xitam verilmiş, "xxxx" MMC-dən 10050.30 (on min əlli manat, otuz qəpik) manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi qət edilmişdir.
34. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(105)- 2784/2021 nömrəli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-263/2021 nömrəli, 21 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, cavabdeh "xxxx" MMC-dən iddiaçı Cavabdeh2 xeyrinə 5328.43 manat faiz məbləğinin tutulmasına dair hissədə (cəmi 10.050,39 manat) dəyişdirilmiş, "xxxx" MMC-dən 4721,87 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, qətnamənin cavabdeh "xxxx" MMC-yə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
35. Qeyd edilən qətnamələrlə müəyyən edilir ki, Cavabdeh2 "xxxx" ASC ilə 36270 manat məbləğində 02 aprel 2015-ci il tarixli, 1-xx-xx-2015-YS-AAAF-AE saylı təminatlı kredit müqaviləsi (daxili ipoteka krediti üçün) bağlaması və Cavabdeh2 "xxxx" MMC ilə 30 mart 2015-ci il tarixli, ABB YM0273 saylı mənzilin alğı-satqı müqaviləsi bağlaması, mahiyyətinə görə sonuncu müqavilənin mənzilin tikintisi məqsədilə bağlandığından, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması, tikilən mənzilin ümumi dəyərinin 40300 manat olması, iddiaçının mənzilin dəyərindən ümumilikdə 4030 manatı öz hesabına, qalan 36270 manatın isə "xxxx" ASC tərəfindən ödənilməsi işin mübahisə edilməyən hallarıdır.
36. Həmin iş üzrə apellyasiya instansiyası məhkəməsi qətnaməni qismən ləğv edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmənin "xxxx" MMC-dən tutulmasını müəyyən etdiyi cəmi 10.050,30 manat pulun 5328,43 manatı Cavabdeh2 "xxxx" ASC-yə 30 mart 2015-ci il tarixli, 1-xx-xx-2015YS-AAAF-AE saylı (daxili ipoteka krediti üçün) təminatlı kredit müqaviləsi üzrə yaranmış faiz borcudur ki, "xxxx" MMC həmin müqavilənin tərəfi deyildir. İddiaçı həmin müqavilə üzrə ödənişləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Belə olduqda həmin məbləğin "xxxx" MMC-dən tutulması əsassızdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, tələb edilən 10050,30 manat pulun 5328,43 manat hissəsi iddiaçının banka olan borcu olduğundan "xxxx" MMC-dən 4721,87 manat tutulmalıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə verilən pul vəsaitinin "xxxx" MMC-nin hesabına köçürüldüyünü bildirsə də, xx.xx.2015-ci il tarixli məxaric orderindən görünür ki, 35907 manat məbləğində pul vəsaiti Cavabdeh2 verilmişdir.
38. Bundan başqa, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh2 illik 10 faiz olmaqla 180 ay müddətinə 36270 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği "xxxx" MMC tərəfindən tikilən mənzilin ödənilməmiş hissəsinin ödənilməsi üçün verilsə də, tərəflər arasında üçtərəfli müqavilə olmamış, Cavabdeh2 kredit müqaviləsi üzrə əsas borcalan olaraq həmin müqavilə üzrə öhdəliyi icra etməyi üzərinə götürmüşdür. "xxxx" ASC ilə "xxxx" MMC arasında isə Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsinin təminatı kimi zaminlik müqaviləsi bağlanmışdır.
39. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik MM-in 470- 477-ci maddələri ilə tənzimlənir. MM-in 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
41. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
42. Göstərilənlərə əsasən məhkəmə kolleiyası hesab edir ki, Cavabdeh2 müqavilə üzrə öhdəliyi icra etməyərək ödəməli olduğu pul məbləğini ödəmədiyinən, "xxxx" MMC isə zaminlik müqaviləsi üzrə Cavabdeh2 icra edilməyən əsas öhdəliyinin icrasını təmin etməli olduğundan kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehlərdən müştərək qaydada tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
44. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlər arasında mənzilin alğısatqı müqaviləsinin bağlanması, kredit müqaviləsi üzrə verilmiş pul vəsaitinin mənzilin alınması üçün ödənilməsi işin mübahisəsiz halıdır və cavabdeh "xxxx" MMC də əsas borc məbləğini qəbul edir, mübahisələndirmir. Bundan başqa, Cavabdeh2 kredit müqaviləsi üzrə ödənilən məbləğin "xxxx" MMC-dən tutularaq ona ödənilməsini ayrıca məhkəmə icraatı qaydasında da mübahisələndirmək hüququ vardır.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1241/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.