Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-824/2020 10.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıqməhkəməiclasındabaxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Babayev Əlövs Şamil oğlundan milli manat ekvivalentində əsas borc üzrə 5.108,92 ABŞ dolları məbləğində, faiz borcu üzrə 3.199,70 ABŞ dolları məbləğində, cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində ümumilikdə 8.408,62 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatdan 20 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxxxx“ QSC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət ediımişdir (hakim C.B.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın ona qarşı hissədə rədd edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın ona qarşı hissədə rədd edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək alınmış rəyə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17R000007800 saylı kredit razılaşması üzrə əsas borc üzrə 5108,92 ABŞ dolları, faiz borcu üzrə 3199,70 ABŞ dollarə, cərimə borcu üzrə 3299,16 ABŞ dolları, ümumilikdə 11607,78 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş 30manat dövlət rüsumunun borclular Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq kreditor İddiaçı QSC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv və araşdırılmadan qəbul edilmiş, işə baxılarkən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bankdan kredit 2013-cü ildə 24 ay müddətinə götürülmüşdür. Həmin kredit müqaviləsi üzrə müqavilənin bitdiyi vaxtadək zamin durmuşdur. Kredit müqaviləsinin vaxtından 3 ildən artıq müddət keçdikdən sonra bank məhkəməyə müraciət etmişdir. Faktiki olaraq onun zaminlik müqaviləsinin müddəti bitmiş, lakin məhkəmə tərəfindən işin bu halı araşdırılmamış, nəticədə borcun ondan tutulması barədə qanunsuz qətnamə qəbul edilmişdir. Qanunvericiliyə əsasən zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən ən çoxu iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi bank ona qarşı üç ildən sonra iddia qaldırmışdır. Lakin məhkəmə işin bu halını araşdırmadan tələsik qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin ona qarşı olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qeyri-obyektiv və araşdırılmadan qəbul edilmiş, işə baxılarkən işin faktiki halları araşdırılmamış, maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Bankdan kredit 2013-cü ildə 24 ay müddətinə götürülmüşdür. Həmin kredit müqaviləsi üzrə müqavilənin bitdiyi vaxtadək zamin durmuşdur. Kredit müqaviləsinin vaxtından 3 ildən artıq müddət keçdikdən sonra bank məhkəməyə müraciət etmişdir. Faktiki olaraq onun zaminlik müqaviləsinin müddəti bitmiş, lakin məhkəmə tərəfindənişin bu halı araşdırılmamış, nəticədə borcun ondan tutulması barədə qanunsuz qətnamə qəbul edilmişdir. Qanunvericiliyə əsasən zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən ən çoxu iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından göründüyü kimi bank ona qarşı üç ildən sonra iddia qaldırmışdır. Lakin məhkəmə işin bu halını araşdırmadan tələsik qətnamə qəbul etmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması, iddia tələbinin ona qarşı olan hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, əsas və faiz məbləği artıq hesablanmışdır. Məhkəmə iclasında əsas və faiz borcunun artıq hesablanmasını bildirsə də, məhkəmə iş üzrə məhkəmə mühasibatlıq ekspertizasə təyin etməmişdir. Məhkəmə qətnaməsində onun 9891,08 ABŞ dolları məbləğində ödəniş etdiyini, 5108,92 ABŞ dolları borcunun qalmasını göstərmiş, lakin ümumilikdə nə qədər pul ödədiyini, həmin pulların faiz borcuna nə qədər silinməsi barədə iddiaçı bankdan ətraflı arayış almamışdır. Hesab edir ki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir. Odur ki, qətnamənin ləğv edilməsi, iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilərək alınmış rəyəmüvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı təşkilatın nümayəndəsi Əhmədova Aysel Zöhrab qızı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, Cavabdeh1 götürdüyü kredit borcundan 9891.08 ABŞ Dolları ödəmiş, onun 5108.92 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2019-cu il tarixə 407 gün üçün hesablanmış faiz borcu 3199.70 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2019-cu il tarixə 407 gün üçün hesablanmış cərimə 3299.16 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi|ə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir.Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi|ə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Keçirilmiş ekspertizanın rəyinə etiraz etmirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edlən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak etmiş şəxsin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməli,Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 milli manat ekvivalentində əsas borc üzrə 4639,02 ABŞ dolları, faiz borcu üzrə 3.199,70 ABŞ dolları məbləğində, cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində ümumilikdə 7938,72 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatdan 20 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxxxx“ QSC-nin xeyrinə tutulmalı, iddianın qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17L000003495 saylı kredit xətt müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə,40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə və kredit razılaşmaları əsasında istənilən əsasında istənilən məbləğ 120 ay müddətinə, xx xxxxxx 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17R********** saylı kredit razılaşmasına əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15.000 ABŞ dolları kredit verilmişdir və cavabdeh öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17R********** saylı kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən kredit alan hər gecikdirilmiş gün üçün qalıq məbləğin 0,5 % məbləğində cərimə ödəyir. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 17R00000780S saylı sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17L000003495 saylı kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007800 saylı kredit razılaşmanın ayrılmaz hissəsi olan xx.xx.2014cü il tarixli ödəniş planı ilə müəyyən edilmiş ödəniş məbləğləri və ödəniş tarixi sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli ödəniş planına uyğun dəyişdirilir. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R00000780SB saylı sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007800 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalığı xx.xx.2016-cı il tarixdən aylıq 1,5%, xx.xx.2016-cı il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanır. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2016-cı il tarixli, 17R00000780SC saylı sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit xətti müqaviləsi üzrə xx.xx.2014-cü il tarixdə bağlanmış 17R000007800 saylı kredit razılaşmasına əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri xx.xx.2016-cı il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2017-cı il tarixli, 17R00000780SD saylı sazişdən görünür ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsi üzrə 17R000007800 saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2017-ci il tarixdən aylıq 1,5% dərəcəsi ilə faizlər hesablanır. İş materiallarında olan “xxxxxxxxxxx” QSC ilə Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələrindən görünür ki, zaminlər Bank qarşısında borclu ilə birlikdə əsas öhdəliyin qaytarılması üçün birgə məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi iddiaçı bank ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmasını, cavabdehin əsas və faiz borcunun 24 ay müddətinə qaytarmasını öhdəsinə götürməsini, lakin lazımi qaydada ödəniş etməməsini, nəticədə kreditora borcunun yaranmasını, bank ilə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmasını müəyyən edərək iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun tutulması qənaətinə gəlməkdə haqlı olsa da, yekunda səhv nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, “xxxxxxxxxxx“ QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 17R********** saylı kredit razılaşmasına əsasən cavabdehə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla 24 ay müddətinə15.000 ABŞ dolları kredit verilmiş, lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, iddiaçı təşkilat Cavabdeh1 yaranmış borcu tələb etməkdə haqlıdır. Məhkəmə kolllgiyası qeyd edir ki, apelyasiya şikayətində Cavabdeh1 ondan tələb edilən borc məbləğini mübahisələndirdiyindən məhkəmə qərardadı ilə tələb edilən borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 9/2138 saylı ekspert rəyindən görünür ki, tərəflər arasında bağlanmış müqavilə üzrə Cavabdeh1 banka olan borcu əsas borc üzrə 4639,02 ABŞ dolları, faiz borcu üzrə 3323,05 ABŞ dolları təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 əsas borc üzrə tutulacaq məbləğ ekspert rəyinə uyğun olaraq 4639,02 ABŞ dolları müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, keçirilmiş ekspertizanın nəticəsindən görünür ki, müqavilə üzrə faiz borcu ekspert rəyi ilə 3323,05 ABŞ dolları müəyyən edilsə də, iddiaçı təşkialt iddia ərizəsində faiz borcu kimi 3199,70 ABŞ dolları tələb etmişdir. Bu səbəbdən də müqavilə üzrə faiz borcu iddia tələbindən tələb edilən məbləğdə, yəni 3199,70 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, faiz borcunun ekspert rəyinə uyğun müəyyən edilməsi iddia tələbindən kənara çıxma kimi qiymətləndirildiyi üçün həmin məbləğlərin cavabdehdən tutulması qanunvericiliyə ziddir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh1 öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış kredit razılaşmasının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə də məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, iddiaçı təşkilat cavabdeh əsas borca görə 3299,16 ABŞ dolları cərimə borcu tələb etmişdir.. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Bu səbəbdən dəbbənin məbləği tənasübsüz surətdə yüksək ola bilməz. Bu baxımdan, məhkəmə kollegiyası borcun məbləğinə mütənasiblik prinsipini rəhbər tutaraq, cavabdehin həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını almaq məqsədi ilə hesab edir ki, gecikdirməyə görə 3299,16 ABŞ dolları məbləğində tələ qismən təmin edilməli, cavabdeh D.Səıfərlidən iddiaçı bankın xeyrinə 100 ABŞ dolları dəbbə pulu tutulmalıdır. Bundan əlavə məhkəmə kollegiyası iddia tələbinin borcun zamin olan digər cavabdehlərdən də müştərək qaydada tutulması hissəsinə qiymət verərək qeyd edir ki, tələb zaminlərə qarşı hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit xətti müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası nərəzə alır ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli, 17L000003495 saylı kredit xətt müqaviləsinə əsasən sonuncuya 120 (yüz iyirmi) ay müddətinə,40000 (qırx min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə və kredit razılaşmaları əsasında istənilən əsasında istənilən məbləğ 120 ay müddətinə, xx xxxxxx 2023-cü il tarixdən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. İddiaçı QSC və Cavabdeh3 və Cavabdeh2 bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17S000005667 və 17S000005668 saylı zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün zaminin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürdüyü və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıdığı müəyyən edilmişdir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlər də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsində zaminlik müqaviləsinin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Bu zaman nəzərə almaq lazımdır ki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17L000003495 saylı kredit xətt müqaviləsində gələcəkdə bağlanacaq kredit sazişlərinin predmeti, müddəti, tərəflərin, o cümlədən də zaminlərin hüquq və vəzifələri öz əksini təfsilatı ilə tapmamış və kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə müəyyən ediləcəyi əksini tapmamışdır. Bununla da, sözügedən kredit xətti üzrə bağlanacaq kredit sazişləri bağlandıqda zaminlərlə hər dəfə müqavilənin bağlanması nəzərdə tutulur. İş üzrə İddiaçı QSC və Cavabdeh3 və Cavabdeh2 bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17S000005667 və 17S000005668 saylı zaminlik müqavilələrində tərəflər arasında kredit məbləğinə hesablanacaq faizlərin hansı məbləğdə olması öz əksini tapmamış və müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir”. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır… Zaminlik müqaviləsinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. Zaminin sonradan əmələ gələcək öhdəliyə görə məsuliyyətinin həcmini müəyyən etməyə imkan verən hallar mühüm şərtlər hesab edildiyindən onlar kredit xətti müqaviləsində dəqiq göstərilməlidir… Kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edilə bilər... Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir.» Göründüyü kimi, qanunuvericilik fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilmək hüququnu, müqavilənin ləğv edilmə qaydasını müəyyən etmiş, eyni zamanda öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər birinin vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə əməl etməli olmasını təsbit etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, zaminliyə xitam verilməsinin əsasları Mülki Məcəllənin 477-ci maddəsində nəzərə tutulmuşdur. Həmin normaya əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Zaminlik müqaviləsinə xitam verilməsinə dair əsaslardan göründüyü kimi zaminliyin təmin etdiyi öhdəliyə müqavilə üzrə nəzərdə tutulmuş kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşma üzrə zamin – Cavabdeh3 və Cavabdeh2 razılığı olmadan həmin öhdəlik dəyişdirildiyindən, yəni müqavilə üzrə yeni qaydalar müəyyən edildiyindən, bu hal heç də kredit xətti üzrə razılaşmanın davamı kimi qəbul edilməməlidir və zamin Cavabdeh3 və Cavabdeh2 həmin öhdəliklərin icrası kimi qəbul edilməsinə əsaslar verə bilməz. İşdən görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 17L000003495 saylı kredit xəttimüqaviləsi əsasında tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17R000007800 saylı kredit razılaşması üzrə Cavabdeh1 kredit verilmiş, sonuncu ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. Məlum olduğu kimi zaminlik öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri kimi çıxış edir və daha çox bank-kredit münasibətlərində tətbiq olunması ilə xarakterikdir. Göründüyü kimi, zamin üzərinə birgə məsuliyyət götürdüyü halda onun kreditor qarşısında məsuliyyəti də borclu ilə eyni həcmdə olur və onların hər ikisi də öhdəliklərin icrası üçün kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Hətta, mülki qanunvericilik zaminliyin gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də verilməsini istisna etməmişdir. Ancaq, nəzərə almaq lazımdır ki, hər bir halda, zaminlik müqaviləsi mülki məcəllə ilə nəzərdə tutulmuş tələblərə uyğun şəkildə tərtib olunmalı və müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin mahiyyəti tam olaraq əks olunmalıdır. Zaminlik mücərrəd öhdəliklər üzrə verilə bilməz. Əks təqdirdə, zamin hansı öhdəliyin icrası üçün zəmanət verməsindən məlumatlı olmayacaqdır ki, bu da onu gələcəkdə ağır şərtlər qarşısında qoya bilər. Lakin, işin hallarından da göründüyü kimi, İddiaçı QSC və zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında bağlanmış zaminlik müqavilələri ümumi xarakter daşımış və gələcəkdə kreditorla borclu arasında bağlanacaq kredit razılaşmaları üzrə verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) icrasını təmin etmək məqsədini daşımışdır. Kredit xəttinin ümumi məbləği 40.000 ABŞ dolları, müddəti isə 120 ay təşkil etmişdir, özü də bu müddət öhdəliyin icrası müddətini yox, müqavilənin 1.2-ci bəndinə görə, kredit razılaşmaları əsasında istənilən (tələb olunan) məbləğin 120 aydan gec olmayaraq verilməsini ehtiva etmişdir. Nəzərə almaq vacibdir ki, uzunmüddətli kredit müqaviləsi ilə yalnız kreditorun öhdəlikləri yaranır, belə ki, kredit xətti müqaviləsinə görə, kreditor müəyyən müddətədək bir və ya bir neçə dəfə borcluya kredit verməyi öhdəsinə götürür. Borclunun öhdəlikləri isə krediti aldıqdan sonra yaranır. O da nəzərə alınmalıdır ki, zaminlik müqaviləsinin özündə zaminliklə təmin edilən öhdəliyin yaranması kreditorla borclu arasında gələcəkdə bağlanacaq kredit razılaşmaları ilə şərtləndirilmiş, lakin zaminlik müqaviləsində gələcəkdə borcluya verilməsi nəzərdə tutulan kreditin (kreditlərin) məbləği, geri qaytarılması müddəti, faiz dərəcəsi, öhdəliyin pozulması halında məsuliyyətin ölçüsü (dəbbə pulu) və s. şərtlər öz əksini tapmamışdır. Halbuki, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Tərəflər müqavilə bağlmaqda sərbəstdirlər və müqavilə şərtlərini müəyyənləşdirərkən iradələrinə uyğun hərəkət edirlər, ancaq, bağlanan müqavilələr qanunvericiliyin tələblərinə zidd olmamalı, qeyri-müəyyənliyə yol verilməməlidir. Göründüyü kimi, tərəflərin müqavilə azadlığı qanunvericiliyin tələbləri ilə məhdudlaşdırılır və tərəflər öz aralarında qanunvericiliyə zidd olan, o cümlədən mahiyyəti aydın olmayan müqavilə şərtləri müəyyən edə bilməzlər. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi yanaşmaya görə, zaminlik müqaviləsində zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi zəruri şərt kimi nəzərdə tutulmuşdur. Müqavilədə hansı əsas müqaviləyə dair zaminliyin yaranması və əsas öhdəliyin həddi barədə göstərişlər olmalı, zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləği göstərilməlidir. Həmçinin, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə olduğundan, müvafiq olaraq həmin müqavilədə zaminliklə təmin edilmiş əsas öhdəliyin bütün mühüm şərtləri, əsasən də faiz dərəcəsi göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə həmin müqavilə çərçivəsində bağlanan kredit razılaşmasında faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğuladığı kimi, qanunverici borclunun kreditor qarşısında öhdəliyinin zaminliklə təmin edildiyi halı tənzimləyərək, məhz müqavilə ilə müəyyən edilən konkret öhdəliyi nəzərdə tutur. Lakin, artıq qeyd olunduğu kimi, hər bir zaminlə gələcəkdə yaranacaq öhdəlik (öhdəliklər) üzrə zaminlik müqaviləsi bağlanaraq ümumi məbləğ və müddət göstərilsə də, faiz dərəcəsi əks olunmamışdır. Ona görə də banka lazım gəlirdi ki, kredit xətti müqaviləsi çərçivəsində borclu ilə kredit razılaşması bağlayarkən verilən kreditin faizi barədə zaminin razılığını alsın. Hazırki işin materiallarından isə görünür ki, kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli, 17R000007800S saylı, xx.xx.2016-ci il tarixli, 17R000007800SB, xx.xx.2016-cı il tarixli, 17R000007800SC saylı, xx.xx.2017-ci il tarixli, 17R000007800SD saylı sazışlər üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi razılığı alınmamışdır. Kredit razılaşmaları ilə bağlı ödəniş cədvəllərini yalnız bank və Cavabdeh1 imzalamışdır. Halbuki, ödəniş cədvəli kredit razılaşmasının (müqaviləsinin) tərkib hissəsi olduğundan və həmin cədvəldə faiz dərəcəsi, verilən kreditin məbləği, valyutası, öhdəliyin icra edilməməsi halında məsuliyyət tədbiri və s. barədə hallar öz əksini tapır. Beləliklə, zaminlər Sahib Səfərli və Cavabdeh2 ödəniş cədvəli ilə tanış olmamış, nə də faiz dərəcəsi onunla başqa qaydada razılaşdırılmamışdır. Belə razılığın alınmaması isə zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər iddia tələbinin zaminlərə münasibətdə təmin edilməməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinəəsasənmaddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsini verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh1 tutulmalı, qalan 10 manatı iddiaçı bankın özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat pulun 50 manatı İddiaçı QSC-dən, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 milli manat ekvivalentində əsas borc üzrə 4639,02 ABŞ dolları, faiz borcu üzrə 3.199,70 ABŞ dolları məbləğində, cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində ümumilikdə 7938,72 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatdan 20 manat məbləğində pulun iddiaçı “xxxxxxxxxxxxx“ QSC-nin xeyrinə tutulmalı, iddianın qalan hissədə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2.2,392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayətləri təmin olunsun. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9173/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 milli manat ekvivalentində əsas borc üzrə 4639,02 ABŞ dolları, faiz borcu üzrə 3.199,70 ABŞ dolları məbləğində, cərimə borcu üzrə 100 ABŞ dolları məbləğində ümumilikdə 7938,72 ABŞ dolları və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 30 manatdan 20 manat məbləğində pul iddiaçı “xxxxxxxxxxxxx“ QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının dəyəri olan 100 (yüz) manat pulun 50 manatı İddiaçı QSC-dən, 50 manatı isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-824/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-824/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver