Məhkəmə qərarları › İş №2(105)-825/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-825/2024

15.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-825/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iş üzrə QƏRARDADİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X16 (sədrlik edən və məruzəçi), hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 Cavabdeh nümayəndəsi X8, üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı ASC-nin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC xx.xx.2022-ci il tarixdə Cavabdehnə qarşı “vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 5297 (beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 6670 (altı min altı yüz yetmiş) manat 71 (yetmiş bir) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsinə “dəqiqləşmə barədə ərizə verərək, Cavabdeh İddiaçı ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı ASC iddiasını onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə X4 İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı X4 İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh hesablama metodunu əsas götürsələr məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya aşağıdakı qaydada hesablanmalıdır:

5. İ. Məcburi iş buraxmaya görə əmək haqqının hesablanması - X4 məcburi iş buraxma dövrü olaraq icra məmurunun götürdüyü xx.xx.2013- xx.xx.2015-ci illər üçün orta aylıq əmək haqqını 350 (üç yüz əlli) manatdan hesablasalar, həmin 25 (iyirmi beş) ay işləmədiyi aylara görə əmək haqqısı cəmi 8750 (səkkiz min yeddi yüz əlli) manat təşkil edir (350 x 25 = 8750). Həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq ödəmə mənbəyində onun məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından çıxılmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 14 (on dörd) faizi 1225 (bir min iki yüz iyirmi beş) manat eləyir. Həmçinin 8750 (səkkiz min yeddi yüz əlli) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın məcburi iş buraxmaya görə hesablanmış əmək haqqısından tutulmalı idi. 8750 (səkkiz min yeddi yüz əlli) manatın 03 (üç) faizi 262 (iki yüz altmış iki) manat 50 (əlli) qəpik eləyir. X1 məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 (səkkiz min yeddi yüz əlli) manat əmək haqqısından vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsaq (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqısı olaraq 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik məbləğində pul ödənilməli idi.

6. İİ. İstifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması - ilk növbədə bildirir ki, məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və xx.xx.2013-xx.xx.2015-ci illər üçün 07 (yeddi) il müddəti üçün hesablasalar belə bir nəticə alınır. Belə ki, X4 2002-2006cı illər üçün aylıq əmək haqqısını 85 (səksən beş) manatdan, xx.xx.2013-xx.xx.2015-ci illər üçün isə aylıq əmək haqqısını 350 (üç yüz əlli) manatdan hesablasalar belə bir nəticəyə gəlirlər, həmin vəsaitin 14 (on dörd) faizi vergi olaraq əmək məzuniyyətlərinə görə hesablar kompensasiyadan tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 14 (on dörd) faizi 191 (bir yüz doxsan bir) manat 16 (on altı) qəpik eləyir. Həmçinin 136 (bir yüz otuz altı) manatın Dövlət Sosial Müdafiə Fonduna köçürüləcək 03 (üç) faiz hissəsi şirkət tərəfindən sığorta olunanın və məzuniyyətlərinə görə hesablanmış kompensasiyasından tutulmalı idi. 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpiyin 03 (üç) faiz hissəsi 40 (qırx) manat 96 (doxsan altı) qəpik eləyir. X2 əmək məzuniyyətlərinə görə hesablanmış 1365 (bir min üç yüz altmış beş) manat 45 (qırx beş) qəpik kompensasiyadan vergini və məcburi dövlət sosial sığorta haqqını çıxsalar (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133 (bir min yüz otuz üç) manat 33 (otuz üç) qəpik məbləğində pul vəsaiti ödənilməli idi.

7. Beləliklə, qeyd olunan qətnamə üzrə X5 məcbur iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 8395.83 (səkkiz min üç yüz doxsan beş) manat 83 (səksən üç) qəpik (7262.50+1133.33=8395.83) pul ödənilməli idi. Məhkəməyə ekspert tərəfindən təqdim edilmiş 03 may 2023-cü il tarixli, 9/2527 nömrəli rəydə qeyd olunmuşdur ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkar X5 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqı məbləği ümumilikdə 8695 (səkkiz min altı yüz doxsan beş) manat 89 (səksən doqquz) qəpik müəyyən olunur o, cümlədən məzuniyyət üzrə 1433 (bir min dörd yüz otuz üç) manat 39 (otuz doqquz) qəpik, məcburi iş buraxma üzrə 7262 (yeddi min iki yüz altmış iki) manat 50 (əlli) qəpik. Bir daha qeyd edirlər ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli, 2(105)-662/2014 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi İddiaçı ASC tərəfindən poçt vasitəsilə 1362 (bir min üç yüz altmış iki) manat 03 (üç) qəpik, İddiaçı ASC-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 2017ci ilin oktyabr ayında 2003 (iki min üç) manat 98 (doxsan səkkiz) qəpik, xx.xx.2017-ci il tarixdə 998 (doqquz yüz doxsan səkkiz) manat, xx.xx.2017-ci il tarixdə 1996 (bir min doqquz yüz doxsan altı) manat, xx.xx.2018-ci il tarixdə 1611 (bir min altı yüz on bir) manat 99 (doxsan doqquz) qəpik olmaqla, cəmi 9172 (doqquz min yüz yetmiş iki) manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli qərarından şikayət verilmiş, Şabran Rayon Məhkəməsinin 8(031)-69/2018 saylı, xx.xx.2018 tarixli qərardadına əsasən icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521 (dörd min beş yüz iyirmi bir) manat 21 (iyirmi bir) qəpik İddiaçı ASC-yə borc hesablanmışdır. İddiaçı ASC-dən məcburi icra tədbirləri nəticəsində, inkasso sərəncamı və əmlakların hesabına (Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərilərinə həbs qoyulmuş 400 (dörd yüz) manat dəyərində su çəni və 1000 (bir min) manat dəyərində 02 (iki) ədəd böyük ölçülü kukl) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İddiaçı ASC-nin əvvəlki sədri X13 qeyd olunanlardan əlavə məhkəmə qətnaməsinin icrası üçün ayri-ayrılıqda məcburi iş buraxmaya görə tələbkar X5 882 (səkkiz yüz səksən iki) manat 70 (yetmiş) qəpik və məzuniyyət pulu kimi 490 (dörd yüz doxsan) manat 63 (altmış üç) qəpik ödəmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 8(105)- 14/2016 saylı qərardadında bu barədə müvafiq qeyd də vardır. (9172+4521.21+882.70+490.63=15066.54 / 150xx.xx-8695.89=6370.65) Göründüyü kimi həmin icra sənədi üzrə X5 Cavabdeh tərəfindən 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik artıq pul və əmlak ödənilmişdir. Xahiş edir ki, Cavabdeh iddiaçı “Dəvəçi- Sərnişin» ASC-yə vurduğu 6370 (altı min üç yüz yetmiş) manat 65 (altmış beş) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tərəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilsin.

8. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən vurduğu zərərə görə kompensasiya – 4997 (dörd min doqquz yüz doxsan yeddi) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Cabbarov).

9. Qətnamədən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri

10. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC xx.xx.2023-cü il tarixdə Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Şabran rayon İcra və Pörobasiya Şöbəsinin İddiaçı ASC-yə vurduğu 5297(beş min iki yüz doxsan yeddi) manat 38 (otuz səkkiz) qəpik məbləğində ziyana görə kompensasiyanın Cavabdeh tətəfindən İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(031)- 285/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-1589/2023 saylı qətnaməsinən iddaçı İddiaçı ASC-nin sədri Qəhrəmanov Nurayət cavabdehlər Ağamalıyev Nizami və Şabran rayon icra və propasiya şöbəsinə qarşı “özgənin qanunsuz sahibliyindən əmlakın geri tələb edilməsi” dair apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin hazırda baxılan işlə əlaqədar 11 avqust 2023-cü il tarixli 8(105)-88/2023 saylı qərardadının 6/7 vərəqinin 3-cü abzasında qeyd olunmuşdur ki, məhkəmə kolleqiyası hesab etmişdir ki, X5 əmək məzuniyyətlərinə görə kompensasiyanın və məcburi iş buraxmaya görə əmək haqqının məbləği və üzərinə həbs qoyulmuş əmlakın dəyərinin müəyyən edilməsi ilə əlaqədar "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli QR2250 nömrəli rəyi qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 8(105)-226/2019 saylı qərarı ilə təsdiq edildiyindən hazırkı iddia tələbi təmin edilə bilməz. Həmin qərardada əsasən Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)-906/2017 saylı qətnaməsinə əsasən verilmiş icra vərəqəsi üzrə Şabran rayon İcra və Propasiya Şöbəsinin "xxxx" ASCyə hesabladığı 12101.60 manat borcun əmək haqqından tutulmalar nəzərə alınmadan hesablanması ilə bağlı borclu "xxxx" ASC-nin sədri N.Qəhrəmanov tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş Şabran Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı 03 dekabr 2014-cü il tarixli icra sənədlərinə əsasən borclu "xxxx" ASC-dən X4 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə qalmış 13693.21 manat məbləğində və Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı xx.xx.2017-ci il tariuxli icra vərəqəsinə əsasən borclu "xxxx" ASC-dən X4 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922.73 manat məbləğində borc, cəmi 32615.94 manat məbləğində pul X5 ödənilməlidir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1938/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 2(031)- 175/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv olunmuş, İddiaçı ASC-nin cavabdehləri Şabran rayon İcra və Propasiya Şöbəsinə və "xxxx" MMC-yə qarşı əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə əmək haqqının yenidən hesablanması vəzifəsinin və əmlakın yenidən qiymətləndirilməsi vəzifəsinin cavabdehlərə həvalə edilməsi barədə iddiası təmin edilməmişdir. Həmin qətnamənin hüquqi məsələlər hissəsinin 2-ci vərəqəsinin 6-cı abzasında rəsmi surətdə qeyd olunmuşdur ki, belə ki, işin materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli 8(105)-226/2019 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662/2014 saylı, 03 dekabr 2014-cü il tarixli icra sənədinə əsasən borclu İddiaçı ASC-dən X4 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə qalmış 13693.21 manat məbləğində və Şabran Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı ASC-dən X4 istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya və məcburi iş buraxmaya görə yaranmış 18922.73 manat məbləğində borc, cəmi 32615.94 manat məbləğində pul X5 ödənilməlidir. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-2237/2020 saylı qətnaməsinin 02 iyun 2014-cü il tarixli 2(105)-662/2014 saylı icra vərəqəsindən İddiaçı ASC-nin sədri cavabdeh Şabran rayon İcra və Propasiya Şöbəsinə qarşı 7794.97 manat pul tələbi, rədd edilmiş məhkəmə məsrəfinə təşkil edən ekspertiza tədqiqatının dəyəri 145 manat İddiaçı ASC sədrinə, 30 manat Dövlət rüsumu özünə aid edilməsi qət edildi. Qətnamə qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli iş 8(105)-143/2021saylı qərardadınan iddiaçı "xxxx" ASC-nin sədri Şabran Rayon Məhkəməsinin 09 iyun 2017-ci il tarixli 2(031)-906/2017 saylı qətnaməsinin icraatına xitam verilməsi barədə verdiyi 12170 manat pulun 4530 manatı Şabran rayon İcra və Propasiya Şöbəsi artıq hesablanması barədə şikayəti təmin edilməmişdir, qərardan çıxarıldığı andan qanuni qüvvəyə minmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 08 aprel 2022-ci il tarixli iş 8-(105)-17/2022 saylı qərardadınan İddiaçı ASC-nin sədrinin əmlakların üzərindən həbsin götürülməsi barədə iddiası əsassız olduğundan təmin edilməmişdir. N.Qəhrəmanov iddiasının əsas səbəbi kimi X12 Rayon Məhkəməsinin 2(031)-906/2017 saylı xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə 12101.60 manat borcun 8366.04 manat hissəsi əsassızdır göstərmişdir. Ali Məhkəmənin MK-nın xx.xx.2022-ci il tarixli iş 2(102)-1592/2022 saylı Qərarınan 8780 manat icarə haqlarının yığılıb mənimsənilməsi, 9348 manat vergi borcunun cəmi:18128 manat X14 tərəfindən zərər, mənimsəmə faktı şikayəti İddiaçı ASC-nin sədrinin şikayətinin təmin edilməməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8(105)- 77/2021 saylı qərarındadınan tələbkar X4 şikayəti təmin olunması, borclu İddiaçı ASC-nin 12170 manat borcuna görə İddiaçı ASC-yə məxsus 1 ədəd anbara, 1 ədəd köməkçi binaya (sexə) həbs qoyulması qərara alınmışdır. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli iş 8(031)-69/2018 saylı qərardadınan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli icra sənədi üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspert vəsatət qaldıraraq İddiaçı ASC-nin qarşısında suallar qoymuş ancaq cavab ala bilməmişdir. İş üzrə materiallar təkrarən icrasız geri qaytarılmışdır. 2-ci dəfə, xx.xx.2020-ci il tarixli 29323 saylı Mərkəzi ekspertiziyanın rəyini Siyəzən Rayon Məhkəməsi, apellyasiya şikayətində Sumqayıt Apellyasiya məhkəməsi iddia əsassız olduğundan təmin edilməmişdir. 3-cü dəfə, Şabran Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli 8(031)-2/2022 saylı qərardadından ekspertiziya təyin olunmuş, ekspert X4 işlə əlaqədar lazım olan sənədlərin zəruriliyi ilə əlaqədar məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin vəsatət təmin edilməmişdir. Ekspertizanın aparılması mümkün olmamışdır. 4-cü dəfə, Şabran Rayon Məhkəməsində 09 mart 2023-cü il tarixində 2(031)-285/2023 saylı qərardadla 4-cü dəfə bu iş üzrə ekspertiza təyin olunmuşdur. İddiaçı ASC-nin sədri saxta sənədlər düzəldərək məhkəməyə təqdim etmişdir. O həmin məhkəmə prosesinə dəvət olunmamış, prosesdə iştirak etməmişdir. Lazım olan sənədləri 1-ci, 2-ci, 3-cü keçirilən ekspertə verməyiblər, necə olur ki, onun iştirakı olmadan 4-cü ekspertiza təyin olunduqda verdilər? Verilən sənədlər saxtadır. Onun əmək haqqısı və istifadə etmədiyi əmək məzuniyyətlərinin yenidən hesablanması 12 saylı region üzrə Əmək Müfəttişliyinin üzərinə qoyulmuşdur. Əmək Müfəttişliyinin nümayəndəsi Cavabdeh rəisi B.Rəhimlinin yanında olub rəsmi surətdə hesablamaları necə aparılmasını izah etmişdir. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X9 apellyasiya şikayətini müafiə edərək təmin edilməsini xahiş etdi.

13. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Cavabdeh nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

15. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.

“İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu

17. Maddə 11. İcra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə İcra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Müəssisə, təşkilat, idarə və vətəndaşlara İcra məmurları tərəfindən vurulmuş ziyan Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada ödənilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

18. Maddə 2.2. Mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir.

19. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

20. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

21. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

22. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

23. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Qətnamədən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Qətnamə bütövlükdə mübahisələndirildiyi üçün kollegiya hesab edir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi tam həcmdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilməlidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməsi üçün mülki prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcuddur. Odur ki, iddiaya mahiyyəti üzrə baxmış birinci instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalar pozulmuş, bu da iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

29. Belə ki, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(105)- 662/2014 saylı qətnaməsi ilə İddiaçı ASC üzrə X4 İddiaçı ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə xx.xx.2013-cü il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, iddiaçı X4 İddiaçı ASC-yə iqtisadçı vəzifəsinə işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamə əsasında verilmiş icra vərəqəsi əsasında icra işi açılmış, sonradan xx.xx.2020-ci il tarixdə “İcra haqqında” Qanunun 20.1.5, 20.2-ci maddələrinə əsasən, həmin icraata xitam verilmişdir.

30. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən, icra sənədi tam icra olunduqda, icra sənədi üzrə icraata xitam verilir.

31. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir.

32. Hal-hazırda İddiaçı ASC Cavabdehndən qeyd edilən icra işi üzrə hesablanmış məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə artıq tutulmuş 6370,65 manat məbləğində ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdehndən vurduğu zərərə görə kompensasiya 4997,32 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən üçüncü şəxs X9 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

34. Əvvəla qeyd edilməlidir ki, Mülki Prosessual Məcəllənin normaları mülki məhkəmə icraatının gedişini, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü müəyyən edir. Məcəllədə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur.

35. Odur ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” AR Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək, onun əsas mahiyyətinə toxunmamalıdır.

36. Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir.

37. Mülki Prosessual Məcəllədə məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran bir sıra amillər nəzərdə tutulmuşdur. Belə məhdudlaşdırıcı tədbirlərdən biri də icra icraatı üzrə mülki məhkəmə nəzarəti qaydasında baxılmalı olan işə mülki qaydada, yəni iddia icraat qaydasında baxılmasıdır. Qeyd olunan halda verilmiş iddia ərizəsinin qəbulundan MPM-in 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddia məhkəmənin icraatına qəbul edildiyi halda isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir.

39. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. İcra məmuru ədalət mühakiməsinin iştirakçısı olmaqla məhkəmənin nəzarəti altında, qəbul edilmiş məhkəmə aktlarının icrasını təmin və icra edən müvafiq hüquq və vəzifələrə malik proses iştirakçısıdır.

40. İşin halları ilə müəyyən olunur ki, iddiaçının tələbi Cavabdehndən icra işi üzrə hesablanmış məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə artıq tutulmuş 6370,65 manat məbləğində ziyanın ödənilməsi ilə bağlıdır.

41. Məhkəmə kollegiyası ilk olaraq izah edir ki, Mülki Prosessual Məcəlləsinin 261.0.1- ci maddəsində nəzərdə tutulmuş “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir.

42. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər.

43. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır, eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir.

44. Bu baxımdan baxılan iş üzrə irəli sürülmüş tələbin mahiyyətinə diqqət yetirdikdə aydın olur ki, iddiaçının tələbi faktiki olaraq qətnamənin icrası gedən müddət ərzində icra məmurunun səhv hesablamaların aparılması ilə bağlı hərəkətləridir.

45. Bu tələbə isə ümumi iddia icraatı qaydasında baxılaraq işi mahiyyəti üzrə həll edən qətnamə qəbul edilməsi yolverilən hesab edilə bilməz. Çünki mülki prosessual qanunvericilik qətnamənin icrasına nəzarət edilməsi ilə bağlı ayrıca icraat növü və prosessual qaydalar müəyyən etmişdir. Belə qaydanın müəyyən edilməsi isə qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə xidmət edir.

46. Qanunvericiliyin şərtləşdirdiyi qaydada icra qaydasının müəyyən edilməsi, habelə onun ləğvi və dəyişdirilməsi ilə bağlı müraciətlərə yuxarıda göstərilən qaydada baxılması prosessual qənaət prinsipi baxımından da əlverişli olmaqla, məsələlərin daha çevik və qısa müddətlərdə həllinə imkan vermiş olur. Bu baxımdan, qüvvədə olan məhkəmə qətnaməsi ilə bağlı icra məmurun hərəkətlərinə dair müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən, iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməlidir. Hər iki halda, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

47. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə icraata xitam verilməli, iddiaçıya icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.

48. Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

49. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

50. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. Qeyd edilən normaya əsasən məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutulmalıdır.

52. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçıdan tutulmalıdır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-285/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı ASC-nin Cavabdehnə qarşı vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından, icra məmurunun hərəkətlərindən şikayət ilə aidiyyəti məhkəməyə müraciət edə bilər. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul vəsaiti İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X7, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar