Məhkəmə qərarları › İş №2(105)-829/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-829/2021

21.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-829/2021 21.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadından İddiaçı ASC-nin nümayəndəsi E.V.Məmmədovun verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadı ilə (hakim A.İ.İsmayılov) Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 452/2020 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı ASC-nin nümayəndəsi E.V.Məmmədovun şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadı ilə ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması barədə iddia təmin edilib, Cavabdeh 11171 ABŞ dolları əsas borc və 11223.64 ABŞ dolları faiz borcu olmaqla, cəmi 22394.64 (iyirmi iki min üç yüz doxsan dörd dollar altmış dörd sent) ABŞ dolları kredit borcunun ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ASC verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti bərpa edərkən göstərmişdir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmamışdir. Halbuki 2019-cu ilin dekabr ayında keçirilən məhkəmə iclasında iştirak etmiş, növbəti məhkəmə iclası barədə bildirişi qəbul etmişdir. Bundan başqa prosessual müddətin üzrlü hesab edilməsi kimi “COVİD-19” epidemiyası əsas gətirilmişdir. Halbuki 2020-ci ilin yanvar, fevral və mart ayının əvvəllərində ölkə ərazisində epidemiya ilə bağlı heç bir məhdudlaşdırılma tədbirləri həyata keçirilməmişdir. Bundan başqa Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixdə keçirilən məhkəmə qətnaməsinin məcburi icrası ilə bağlı cavabdehin məcburi gətirilməsi barədə icra məmurunun təqdimatı ilə bağlı iclasda Cavabdeh şəxsən bu iclasda iştirak etmiş və əz azı 2020-ci ilin iyun ayında qətnamənin mövcudluğundan xəbərdar olmuşdur. Sadalanan hallardan göründüyü kimi cavabdeh prosessual müddəti uzatmaqla qətnamənin icrasından yayınmışdır.Ona görə də, müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, ərizənin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat velilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən verdiyi apelyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətinin buraxılması səbəblərini üzrlü hesab edib bərpa etdikdə hesab etmişdir ki, Cavabdeh qətnamənin surətini alsa da, anası Əzizəliyeva Qələmnaz Böyükağa qızı məhkəmədə mülki işə baxılarkən və ondan sonrakı dövrdə ağır şəkərli diabet xəstəliyi və ankoloji xəstəlikdən müalicə almış, bunun ardınca ölkə ərazisində “COVİD-19” epidemiya ilə bağlı məhdudlaşmalar tətbiq edilmiş cavabdeh bu səbəbdən apelyasiya şikayəti verə bilməmişdir. Mülki işin materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsinin surəti poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh göndərilmiş, xx xxxxxx 2020-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə sonuncunun ailə üzvü olaraq atası “Səfərəliyev Misirxan” tərəfindən imza edilməklə, məhkəmənin qətnaməsinin surəti rəsmi qaydada alınmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “İnsan Hüquqlarının və X2 haqqında” xx xxxxxx 1950-ci il tarixli Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Horronsbi Yunanıstana qarşı” xx xxxx 1997-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiyanm 6-cı maddəsinin 1-ci bəndi müəyyən edir ki, hər kəs mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə tərəfindən işinin araşdırılması hüququna malikdir. Razılığa qələn tərəflərin hüquqi sistemi qəti, məcburi hüquqi qüvvəyə malik olan məhkəmə qərarlarının tərəfin birinə münasibətdə fəaliyyətsiz qalmağa imkan verdiyi halda, bu hüquq xəyali xarakter almış olardı. Konvensiyanın 6-cı maddəsinin yalnız ədalət mühakiməsinə çatmaq hüququnu tənzimləyən kimi tərtib olunması razılığa gələn Dövlətlərin Konvensiyanı imzalayarkən riayət etmələrini öhdələrinə götürdükləri hüququn aliliyi prinsipi ilə uyğunsuzluğa aparan vəziyyətə gətirib çıxaracaqdır. X5 Məhkəməsinin təcrübəsinə istinad edərək qeyd olunmalıdır ki, məhkəmə “Miraqall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uygunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bü qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X5 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. Mülki işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər şöbəsinin 2№-li Xəstəxanasının 17 fevral və xx xxxx 2020-ci il tarixli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, cavabdehin anası Əzizəliyeva Qələmnaz Böyükağa qızı xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək və 10-xx xxxx 2020-ci il tarixlərdə ağır diabet xəstəliyi və onkoloji xəstəlikdən müalicə almışdır. Həmçinin 2020-ci ilin mart ayından etibarən Respublika ərazisində Koronavirus (COVİD-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində yüksək həssaslığı olan insanların evdən çıxması qadağan edilmişdir. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin verilməsinə dair buraxılmış müddət bərpa edilib, mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi barədə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı ASC-nin nümayəndəsi E.V.Məmmədovun verdiyi şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-452/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Zaur Məmmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar