Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-83/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X1, ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının “X5” MMC-yə, Cavabdeh1 Mirzəağa qızına və qeyrilərinə qarşı ipoteka hesabına borcun qaytarılması tələbinə dair ilk, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “xxxx” MMC Bank olmayan kredit təşkilatına qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-214/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə “X5” MMC-dən xx.xx.2011-ci il tarixli 9 saylı və xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 20000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 9657,82 manat əsas borc, 504,01 manat faiz borcu, 437,06 manat cərimə, cəmi 10598,88 manat, xx.xx.2011-ci il tarixli 10 saylı və xx.xx.2013-cü il tarixli 16 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 40000 manat əsas borc, 4055,033 manat faiz borcu, 2873,03 manat cərimə, cəmi 46928,36 manat, xx.xx.2011-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 40000 manat əsas borc, 6322,22 manat faiz borcu, 1444,37 manat cərimə, cəmi 47766,59 manat, ümumilikdə cəmi 105293,83 manat və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC BOKT-un xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 “xxxx” MMC BOKT-na qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. (hakim Anar Sadıqov) Qətnamədən iddiaçı “xxxx” MMC BOKT apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: "xxxx" MMC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “X5” MMC-dən xx.xx.2011-ci il tarixli 9 saylı və xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 20000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 9657,82 manat əsas borc, 504,01 manat faiz borcu, 437,06 manat cərimə, cəmi 10598,88 manat, xx.xx.2011-ci il tarixli 10 saylı və xx.xx.2013-cü il tarixli 16 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 40000 manat əsas borc, 4055,033 manat faiz borcu, 2873,03 manat cərimə, cəmi 46928,36 manat, xx.xx.2011-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat kredit üzrə faiz və cərimələr daxil olmaqla 40000 manat əsas borc, 6322,22 manat faiz borcu, 1444,37 manat cərimə, cəmi 47766,59 manat, ümumilikdə cəmi 105293,83 manat və 30 manat məbləğində dövlət rüsumunun "xxxx" MMC BOKT-un xeyrinə tutulması, tutmanın 9657,82 manat əsas borc, 504,01 manat faiz borcu, 437,06 manat cərimə, cəmi 10598,88 manat borc üzrə ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1, 16587,76 manat əsas borc, 1681,72 manat faiz borcu, 1191,43 manat cərimə, cəmi 19460,90 manat borc üzrə ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh8, Cavabdeh9, 13616,33 manat əsas borc, 1380,47 manat faiz borcu, 978,00 manat cərimə, cəmi 15974,80 manat borc üzrə ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh10, Cavabdeh12, Cavabdeh11, 9795,92 manat əsas borc, 993,14 manat faiz borcu, 703,60 manat cərimə, cəmi 11492,66 manat borc üzrə ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh5, 40000,00 manat əsas borc, 6322,22 manat faiz borcu, 1444,37 manat cərimə, cəmi 47766,59 manat borc üzrə ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh3 məxsus əmlaklara yönəldilməsi, ipoteka əmlaklarının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına "xxxx" MMC BOKT-na olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, cavabdehlər Cavabdeh1 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2011-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus Xaçmaz şəhəri M.F.Axundov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 26,9 kv.metr yaşayış, 21,0 kv.metr köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 10/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən onlara məxsus Xaçmaz rayonu Qaraçaycək kəndində mülkiyyətlərində olan 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 10/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən onlara məxsus Xaçmaz rayonu Çılğır kəndində mülkiyyətlərində olan 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh5 ilə bağlanmış xx.xx.2013-cü il tarixli 16/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2013-cü il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus ünvan 2-də mülkiyyətində olan 1 mərtəbəli 1 otaqlı 16,0 kv.metr yaşayış, 5,6 kv.metr köməkçi sahədən ibarət 12a nömrəli mənzilə, Cavabdeh3 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 11/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəlit 4 otaqlı 69,2 kv.metr yaşayış, 18,6 kv.metr köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və ev, mənzil və torpaqlar satıldıqdan sonra həmin evdə və mənzildə yaşayanların 1 ay müddətində evdən, mənzildən çıxarılmaları, onların yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və torpaqdan istifadə edənlərin torpaqlardan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Hökumətinin zəmanəti ilə Dünya Bankı (BİA) tərəfindən ayrılmış kredit vəsaiti hesabına, iddiaçı ilə “X5” MMC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 9 saylı və 11,05.2011-ci il tarixli 10 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 20000 manat, xx.xx.2011-ci il tarixli 10 saylı və xx.xx.2013-cü il tarixli 16 saylı kredit müqavilələrinə əsasən xx.xx.2013-cü il tarixdə 40000 manat, xx.xx.2011-ci il tarixli 11 saylı kredit müqaviləsinə əsasən xx.xx.2013-cü il tarixdə 40000 manat məbləğində kredit verilmişdir. “X5” MMC ilə bağlanmış kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə xx.xx.2013-cü il tarixdə verilmiş 20000 manat məbləğində kreditin 11799,41 manat hissəsinin təminatı olaraq Cavabdeh1 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 9/1 saylı ipoteka müqaviləsinə əsasən xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus Xaçmaz şəhəri M.F.Axundov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəlit 2 otaqlı 26,9 kv.metr yaşayış, 21,0 kv.metr köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evini, xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat məbləğində kreditin 16587,76 manat hissəsinin təminatı olaraq Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 10/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus Xaçmaz rayonu Qaraçaycək kəndində mülkiyyətlərində olan 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat məbləğində kreditin 13616,33 manat hissəsinin təminatı olaraq Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 10/2 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özlərinə məxsus Xaçmaz rayonu Çılğır kəndində mülkiyyətlərində olan 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat məbləğində kreditin 9795,92 manat hissəsinin təminatı olaraq Cavabdeh5 ilə bağlanmış xx.xx.2013-cü il tarixli 16/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2013-cü il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus ünvan 2-də mülkiyyətində olan 1 mərtəbəli 1 otaqlı 16,0 kv.metr yaşayış, 5,6 kv.metr köməkçi sahədən ibarət 12a nömrəli mənzili, xx.xx.2013-cü il tarixdə verilmiş 40000 manat məbləğində kreditin təminatı olaraq Cavabdeh3 ilə bağlanmış xx.xx.2011-ci il tarixli 11/1 saylı ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş xx.xx.2009-cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəlit 4 otaqlı 69,2 kv.metr yaşayış, 18,6 kv.metr köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evini ipoteka ilə İKA-nın xeyrinə yüklü etmişlər. İpotekalar DƏDRX tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və vurduğu zərər nəticəsində "xxxx" MMC BOKT-u müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan (əldə edəcəyi gəlirdən) məhrum etmişdir. Borcun ödənilməsi tələbi barədə cavabdehə dəfələrlə müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun qaytarılması üçün heç bir təşəbbüs göstərilməmişdir. Cavabdeh1 "xxxx" MMC BOKT-na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xaçmaz şəhəri M.F.Axundov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəlit 2 otaqlı 26,9 kv.metr yaşayış, 21,0 kv.metr köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixli 9/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2009-cu ildə “X5” MMC-dən 5000 manat məbləğində kredit almış, kredit üzrə borclarını ödəmiş, onun cəmi 800 manat məbləğində kredit borcu qalmışdır. "xxxx" MMC BOKT-nın iddia ərizəsində göstərilən xx.xx.2013-cü il tarixdə verilmiş 20000 manat məbləğində kreditin təminatı olaraq ona məxsus ünvan 1 ünvanda yerləşən evinə dair xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka müqaviləsi bağlanarkən qanunun tələbləri pozulmuşdur. Belə ki, ipoteka müqaviləsində həmin mülkdə onun tək qeydiyyatda olduğu göstərilsə də, bu evdə ondan başqa, oğlu Əziz, Salavat və nəvəsi Rəvan da daimi pasport qeydiyyatındadırlar. X4 RİHBnın sərəncamı ilə qəyyumu təyin edilmiş, nəvəsi də onunla birlikdə həmin evdə yaşayır. 20000 manat kredit götürülməsindən xəbəri yoxdur, götürülmüş kreditdən bir manat da olsa almamış və evinin kimə görə girov qoyulmasından da xəbəri yoxdur. O, elə bilmişdir ki, ipoteka müqaviləsi onun aldığı 5000 manata görədir. Halbuki, o, krediti 2009-cu ildə almış, ipoteka müqaviləsi isə 2011-ci ildə tərtib edilmişdir. Ona görə də, həmin müqavilə etibarsız hesab edilməlidir. Cavabdeh3 "xxxx" MMC BOKT-na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 69,2 kv.metr yaşayış, 18,6 kv.metr köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evinə dair xx.xx.2011-ci il tarixli 11\1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 "xxxx" MMC BOKT-na qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə məxsus Xaçmaz rayonu Qaraçaycək kəndində mülkiyyətində olan 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2011-ci il tarixli 10\1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatı birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməsini və iddia tələbinin həmin hissələrdə təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “X5” MMC-nin “xxxx” MMC Bank olmayan Kredit Təşkilatına olan hazırki iddia tələbinə aid olan kredit borcu ilə bağlı heç bir müqavilə imzalanmamış və heç bir razılaşma olmamışdır. O ki, qaldı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatı ilə “X5” MMC arasındakı hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə müqavilələrə, keçirilən məhkəmə proseslərində bu məsələyə tərəflərindən təqdim olunan xx.xx.2019-cu il tarixli 252 saylı məktubla və şifahi şəkildə aydınlıq gətirilərək bildirilmişdir ki, adı çəkilən müqavilələrin “X5”MMC-nin “xxxx” MMC Bank olmayan Kredit Təşkilatına olan hazırki iddia tələbinə aid edilən kredit borcu və ipoteka qoyan şəxslərlə heç bir bağlılığı yoxdur. Bu müqavilələr “X5” MMC-nin öz müştərilərinə verdiyi kreditlərin yığılmasına sadəcə hüquqi kömək məqsədi daşımış və yalnız bu istiqamətdə atılmış bir addımdır. Məhkəmə isə “X5” MMC-nin qanunsuz əməllərini ifşa edərək dövlət büdcəsinə ödənilməli olan vəsaitin toplanmasına köməklik göstərmək əvəzinə diqqəti iddia tələbinin əsas mahiyyətindən yayındıraraq qanunun bütün tələblərinə əməl edilməklə cavabdehlərlə bağlanmış ipoteka müqavilələrinə əsasən tutma yönəldilməli olan əmlaklara tutmanı heç bir qanuni əsas olmadan yönəltməmişdir. İpoteka müqavilələri imzalanarkən qanunvericiliyin bütün tələblərinə əməl olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetlərinə tutmanın yönəldilməsi hissəsində mübahisələndirildiyindən həmin hissələrdə müzakirə edilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-214/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilməlidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 11 saylı kredit müqaviləsindən müəyyən olunur ki, “xxxx” MMC BOKT ilə borclu “X5” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 10,25 %-lə 50520 manat məbləğində kredit xətti açılmış və xətt daxilində xx xxxxxx 2013- cü il tarixdə illik 10 % olmaqla 11 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqaviləsindən müəyyən olunur ki, “xxxx” MMC BOKT ilə borclu “X5” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 8 %- lə 30000 manat məbləğində kredit xətti açılmış və xətt daxilində xx xxx 2013-cü il tarixdə illik 10 % olmaqla 12 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxx 2013-cü il tarixli 16 saylı kredit müqaviləsindən müəyyən olunur ki, “xxxx” MMC BOKT ilə borclu “X5” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 10%-lə 10000 manat məbləğində kredit xətti açılmış və xətt daxilində xx xxxx 2013-cü il tarixdə illik 10 % olmaqla 12 ay müddətinə 40000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxx 2011-ci il tarixli 9 saylı kredit müqaviləsindən müəyyən olunur ki, “xxxx” MMC BOKT ilə borclu “X5” MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 8 %-lə 20000 manat məbləğində kredit xətti açılmış və xətt daxilində 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “xxxx” MMC ilə “X5” MMC arasında bağlanmış hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi barədə xx xxxx 2015-ci il tarixli 25 saylı, xx xxxx 2015-ci il tarixli 26 saylı, xx.xx.2018-ci il tarixli 38 saylı müqavilələrə əsasən “X5” MMC cavabdehin kredit borcu ilə bağlı tələb sahibi kimi bütün hüquq və tələblərini “xxxx” MMC BOKT-na güzəşt etmişdir. İş materiallarında olan xx xxxx 2011-ci il tarixli 11/1 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, xx xxxx 2011-ci il tarixli 11 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 xx.xx.2009- cu il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəlit 4 otaqlı 69,2 kv.metr yaşayış, 18,6 kv.metr köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx xxx 2011-ci il tarixli 10/2 saylı ipoteka müqaviləsindən müəyyən olunur ki, xx xxx 2011-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən onlara məxsus Xaçmaz rayonu Çılğır kəndində mülkiyyətlərində olan 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişlər. İş materiallarında olan xx xxx 2013-cü il tarixli 16/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxx 2013-cü il tarixli 16 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 xx.xx.2013-cü il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus ünvan 2-də mülkiyyətində olan 1 mərtəbəlit 1 otaqlı 16,0 kv.metr yaşayış, 5,6 kv.metr köməkçi sahədən ibarət 12a nömrəli mənzili ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 9/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxxxx 2013-cü il tarixli 9 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2008-ci il tarixli ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ona məxsus Xaçmaz şəhəri M.F.Axundov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəlit 2 otaqlı 26,9 kv.metr yaşayış, 21,0 kv.metr köməkçi sahədən ibarət 44 nömrəli fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. İş materiallarında olan xx xxx 2011-ci il tarixli 9/1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, xx xxx 2011-ci il tarixli 10 saylı kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 xx.xx.2007-ci il tarixli ********* saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən onlara məxsus Xaçmaz rayonu Qaraçaycək kəndində mülkiyyətlərində olan 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ipoteka ilə yüklü etmişlər. İş materiallarında olan MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh2 məxsus olan, Xaçmaz rayonu Qaraçaycək kəndində mülkiyyətlərində olan 1,2799 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilənə kimi "xxxx" MMC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh12, Cavabdeh11 və Cavabdeh10 məxsus olan, Xaçmaz rayonu Çılğır kəndində mülkiyyətlərində olan 1,39 ha torpaq sahəsi xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilənə kimi "xxxx" MMC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 139 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan, Xaçmaz şəhəri M.F.Axundov küçəsində mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və üzərində yerləşən 44 nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli kredit müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilənə kimi "xxxx" MMC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 131 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh5 məxsus olan, ünvan 2 ünvanında yerləşən 12a nömrəli mənzil xx.xx.2013- cü il tarixli 16 saylı kredit müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilənə kimi "xxxx" MMC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 183 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan MA seriyalı, ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus olan, Xaçmaz şəhəri İlqar Fərzəliyev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən 20 nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli kredit müqaviləsindəki öhdəliklərin tam yerinə yetirilənə kimi "xxxx" MMC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 11 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi ilk iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1, 385.1, 442, 445.2.1, 445.3, 448.1, 449.4, 739.1, 739.2-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Həmçinin qətnaməsində göstərmişdir ki, qeyd olunan müqavilələrə əsasən əsas öhdəliklər üzrə borc tələbi və digər hüquqlar iddiaçıya keçmişdir. Həmçinin ipoteka qoyan şəxslərdən qeyd olunan müqavilələr bağlanan zaman razılıq alınmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, ipoteka predmetlərinə tutmanın yönəldilməsi üçün əsas şərtlərdən biri kredit müqaviləsi üzrə borcun ödənilməməsidir. Məhkəmə kollegiyası tələb edilən borc məbləğinin düzgün hesablanıbhesablanmamasının aydınlaşdırılması üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1439 saylı, xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, xx.xx.2011-ci il tarixli, 11 saylı kredit müqaviləsinə əsasən “X5” MMC tərəfindən “xxxx” MMC BOKT-dan alınmış kredit vəsaiti üzrə xx xxxxxx 2017-ci il tarixə (pretenziya məktubunda tələb olunan tarixə) banka ödənilməli olan əsas və faiz borcu ümumilikdə 46322,22 manat məbləğində (əsas borc üzrə 40000, faiz borcu üzrə 6322,22 manat), xx.xx.2011-ci il tarixli 10 və xx.xx.2013-cü il tarixli 16 saylı kredit müqavilələrinə əsasən 44027,17 manat məbləğində (əsas borc üzrə 40000, faiz borcu üzrə 4027,17 manat), xx.xx.2011-ci il tarixli 09 və xx.xx.2011-ci il tarixli 10 saylı kredit müqavilələrinə əsasən 17541,41 manat məbləğində (əsas borc üzrə 16700 manat, faiz borcu üzrə 841,41 manat) müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qaununun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Göründüyü kimi, ipoteka müqaviləsi kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Birinci instansiya məhkəməsi ipoteka qoyan şəxslərdən müqavilələr bağlanan zaman razılıq alınmadığına istinad etsə də, iş materiallarından görünür ki, ilk iddia üzrə cavabdehlər (ipoteka qoyanlar) ipoteka müqaviləsini imzalayaraq həmin müqavilədən yaranan öhdəlikləri qəbul etmişdirlər. Digər tərəfdən, qətnamənin qarşılıqlı iddia tələbinə dair hissəsindən apelyasiya şikayəti verməmişdirlər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçının ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipoteka qoyulmuş Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Çılqır kəndində yerləşən 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilə, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlaklar açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir “Likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehtiva edir. “xxxx” MMC-nin xx xxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, Cavabdeh3 məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50000 manat, Cavabdeh10 və başqalarına məxsus Xaçmaz rayonu, Çılqır kəndində mülkiyyətdə olan 1,39 ha torpaq sahəsinin likvid qiyməti 15000 manat, Cavabdeh2 və başqalarına məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,279 ha torpaq sahəsinin likvid qiyməti 19000 manat, Cavabdeh5 məxsus ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilin likvid qiyməti 12000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetləri açıq hərraca çıxarılarkən onların likvid dəyəri qiymətləndirmə rəyinə müvafiq olaraq müəyyən edilməlidir. İddia tələbinin ipoteka predmetlərinə tutma yönəldikdən sonra həmin evdə (mənzildə) yaşayanların 1 ay müddətində evdən (mənzildən) çıxarılmaları hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi ipoteka predmetlərinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin müvafiq olaraq evdən (mənzildən) və torpaq sahəsindən çıxarılmaları hissəsində təmin edilməlidir. Lakin iddia tələbi həmin evdə (mənzildə) yaşayanlar və torpaqdan istifadə edənlər hissəsində qeyri-müəyyən və dəqiq olmadığından, evdən (mənzildən) və torpaq sahəsindən yalnız cavabdehlərin çıxarılması hissəsində təmin edilməlidir. İddia tələbinin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, ipotekaya qoyulmuş mənzil və fərdi yaşayış evi satıldıqdan, münasibətlərə yeni mülkiyyətçi daxil olduqdan sonra, yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. İddiaçının, yəni ipoteka saxlayanın belə tələblə məhkəməyə müraciət etmək hüququ yoxdur. Belə olan halda, iddia tələbi cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilə bilməz. İddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “xxxx” MMC Bank olmayan Kredit Təşkilatının xx xxxx 2011-ci il tarixli (İ cild, səh. 245) məktubundan görünür ki, Cavabdeh1 ilə bağlanmış xx.xx.2009-cu il tarixli 1/1 saylı ipoteka müqaviləsi üzrə ona məxsus Xaçmaz şəhəri, M.F.Axundov küçəsində yerləşən 44 nömrəli fərdi yaşayış evini yüklülükdən azad edilməsi üçün notariat ofisinə müraciət etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh1 aid hissədə öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar ona qarşı iddiasının olmadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı həmin tələblə bağlı hissədə iddiadan imtina barədə ərizə vermədiyindən, iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-214/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi-ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair hissədə qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində qismən təmin edilməli, tələb ipoteka qoyulmuş Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Çılqır kəndində yerləşən 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilə, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməli və həmin əmlaklar açıq hərracda satılmalı, ipoteka predmeti olan Cavabdeh3 məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50000 manat, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 məxsus Xaçmaz rayonu, Çılqır kəndində mülkiyyətdə olan 1,39 ha torpaq sahəsinin likvid qiyməti 15000 manat, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,279 ha torpaq sahəsinin likvid qiyməti 19000 manat, Cavabdeh5 məxsus ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilin likvid qiyməti 12000 manat müəyyən edilməli, Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 tərəfindən, Xaçmaz rayonu, Çılqır kəndində mülkiyyətdə olan 1,39 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 tərəfindən, Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,279 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 tərəfindən, ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 tərəfindən tərk edilmədikdə, onlar müvafiq olaraq həmin mənzildən (evdən) və torpaq sahəsindən çıxarılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 145 (bir yüz qırx beş) manat ilk iddia üzrə cavabdeh “X5” MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, ipoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri - 800 (səkkiz yüz) manat ilk iddia üzrə cavabdeh “X5” MMC-dən alınaraq “xxxx” MMC-nin hesabına ödənilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-214/2019 saylı xx xxxxx 2019-cu il tarixli qətnaməsi-ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair hissədə qismən ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia tələbi ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində qismən təmin edilsin. Tələb ipoteka qoyulmuş Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,2799 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz rayonu, Çılqır kəndində yerləşən 1,39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh5 mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilə, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus olan Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və üzərində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilsin və həmin əmlaklar açıq hərracda satılsın. İpoteka predmeti olan Cavabdeh3 məxsus Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin likvid qiyməti 50000 manat, Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 məxsus Xaçmaz rayonu, Çılqır kəndində mülkiyyətdə olan 1,39 ha torpaq sahəsinin likvid qiyməti 15000 manat, Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 məxsus Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,279 ha torpaq sahəsinin likvid qiyməti 19000 manat, Cavabdeh5 məxsus ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilin likvid qiyməti 12000 manat müəyyən edilsin. Xaçmaz şəhəri, İlqar Fərzəliyev küçəsində mülkiyyətdə olan 0,03 ha torpaq sahəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 tərəfindən, Xaçmaz rayonu, Çılqır kəndində mülkiyyətdə olan 1,39 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, Cavabdeh12, Cavabdeh11 tərəfindən, Xaçmaz rayonu, Qaraçaycək kəndində yerləşən 1,279 ha torpaq sahəsinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh8, Cavabdeh9 tərəfindən, ünvan 3 ünvanında yerləşən 12a nömrəli mənzilə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 tərəfindən tərk edilmədikdə, onlar müvafiq olaraq həmin mənzildən (evdən) və torpaq sahəsindən çıxarılsınlar. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri - 145 (bir yüz qırx beş) manat ilk iddia üzrə cavabdeh “X5” MMC-dən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İpoteka predmetinin qiymətləndirilməsi üçün keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri - 800 (səkkiz yüz) manat ilk iddia üzrə cavabdeh “X5” MMCdən alınaraq “xxxx” MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-83/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-83/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver