Məhkəmə qərarları › İş №2(105)-830/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-830/2021

09.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-830/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3912/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkəti nəticəsində ona vurulmuş 3600 (üç min altı yüz) manat ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-3912/2019 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh Hüseynov X1 Şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)- 3912/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(060)-3912/2019 saylı qiyabi qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh Hüseynov X1 Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, qeydiyyatda olduğu ünvan ünvan 1 olsa da, fatiki ünvanı ünvan 2 ünvanıdır. Həmin ünvanda atası ilə birgə yaşayır, həmin ünvana heç bir məhkəmə ilə bağlı bildiriş gəlməmişdir, Sumqayıt şəhəri, İcra İdarəsinə çağırılarkən qətnamədən məlumatı olmuşdur. Həmin qətnamənin ləğvi ilə bağlı iki dəfə ərizə ilə müraciət etmişdir. Lakin məhkəmə ərizəni təmin etməmişdir. Məhkəmə bildirişinin alınmasına dair xəbərnamədə imza ona aid deyildir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehin bütün məhkəmə iclaslarından və qiyabi qətnamədən xəbəri olmuşdur. Belə ki, məhkəmə tərəfindən cavabdeh yaşadığı Bakı şəhərində yerləşən ünvana da bildiriş göndərilmişdir. Odur ki, şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)2912/2020 saylı qərardadı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh yaşadığı ünvan 5 ünvanına məhkəmə bildirişi ünvanlanmasını, həmin bildirişin onun tərəfindən xx.xx.2019-cu il tarixdə poçt göndərişinin təqdim edilməsi barədə SS589616894AZ saylı xəbərnaməyə imza edilməklə qəbul edilməsini müəyyən edərək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 244-cü maddəsinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 245-ci maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizədə aşağıdakılar göstərilməlidir: 245.1.1. qiyabi qətnamə çıxaran məhkəmənin adı; 245.1.2. ərizə verən şəxsin adı; 245.1.3. cavabdehin məhkəmə iclasına üzürlü səbəbdən gəlməməsini əks etdirən hallar və bu halları təsdiq edən sübutlar; 245.1.4. ərizə verən şəxsin xahişi; 245.1.5. ərizəyə əlavə edilmiş materialların siyahısı. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzürlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən xəbərdar olmasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin Plenumu işdə iştirak edən şəxslərin lazımi qaydada xəbərdar edilməməsini tərəflərin bərabərliyinin, çəkişmə prinsipinin pozulması kimi qiymətləndirmiş, işdə yalnız məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlərin göndərilməsi deyil, həmçinin onların alınması barədə məlumatların olmasını da zəruri hesab etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun R.Zülfüqarovun şikayəti üzrə xx xxxxxx 2008-ci il, M.Məmmədovun şikayəti üzrə xx xxxx 2016-cı il tarixli Qərarları). Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş materiallarından görünür ki, məhkəmə bildirişləri cavabdehin qeyd etdiyi faktiki yaşadığı ünvana göndərilmiş və məhkəmə bildirişi cavabdeh tərəfindən imzalanaraq qəbul edilmişdir. Bununla da Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırıldığından, məhkəməyə gəlməməsinin üzürlü səbəblərlə əlaqədar olduğunu əsaslandırmadığından və məhkəməyə bu barədə hər hansı sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq qiyabi qətnamənin ləğvi barədə ərizəsi təmin edilməmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. AR Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3912/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3912/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar