Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-833/2022 13.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh1 nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc və hesablanmış faiz borcunun qayrtarılması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(028)-31/2021 nömrəli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(028)-31/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 BOKT İddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. (hakim V.Ruvinov) Cavabdeh2 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2(105)-1702/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, Qubadlı Rayon Məhkəməsinin bu iş üzrə 05 fevral 2021-ci il tarixli 2(028)-31/2021 saylı qətnaməsi Cavabdeh2 hissəsində ləğv edilmiş, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 BOKT İddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin, Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulması, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh2 əsas borc və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Bu qətnamədən Cavabdeh1 tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.01.2022-ci il tarixli, 2(102)- 126/2022 nömrəli qərarı ilə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15.07.2021-ci il tarixli, 2(105)-1702/2021 nömrəli qətnaməsi 30 yanvar 2015-ci il və 10 aprel 2015-ci il və tarixli kredit müqavilələri üzrə iddianın təmin edilən hissəsində ləğv edilərək, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır. İŞİN HALLARİ: BOKT İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 BOKTİddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat, həmçinin Cavabdeh1 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsi ilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh1 dair sənədlər S-FK1486 saylı, 14.05.2018-ci il tarixli təhviltəslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 21.11.2014-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % olmaqla 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqavilə üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanılmışdır. Hazırda Cavabdeh1 ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Bank tərəfindən dəfələrlə xəbərdarliq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 01 avqust 2013-cü ilə kimi "xxxx" ASC-də tapşırıq müqaviləsi əsasında satış mütəxəssisi vəzifəsinə qəbul olunmuşdur. 2015-ci ilin sentyabr ayının 01-də tapşırıq müqaviləsinin müddəti bitdiyinə görə işdən azad olunmuşdur. Orada işlədiyi müddətdə "xxxx" ASC ilə onun arasında 21 noyabr 2014-cü il tarixli Təminatı Kredit Müqaviləsi bağlanmışdır. Bu müqavilənin təminatı olaraq zaminlik müqaviləsi bağlanmış, bir yerdə işlədiyi Cavabdeh2 zamin olmuşdur. Həmin kredit müqaviləsinə görə 5200 manat pul kassa məxaric orderinə əsasən ona verilmişdir. İşlədiyi müddətdə kredit mütəmadi olaraq ödənilirdi. İşdən çıxandan sonra isə həmin krediti zamin ödəməli olduğu üçün kreditin sonrakı ödəmələri ilə maraqlanmamışdır. Lakin məhkəmənin qətnaməsini alandan sonra bilmişdir ki, müqavilə üzrə zamin olan Cavabdeh2 həmin pulu ödəməmişdir. Hesabdan çıxarışın özündən də görünür ki, ona kredit olaraq yazılan və ona verilməyən kreditləri başqa şəxslərin hesablarına keçiriblər. Ona verilməsi kimi qeyd olunan kreditləri onun tanımadıgı şəxslərin hesabına keçirməklə sərf etmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxmışdır. İşdə kassa məxaric orderi yoxdur. Sadalanan hallar nəzərə alınmalı, şikayət təmin edilərək, qətnamə ləğv, iddia rədd edilməlidir. Cavabdeh1 nümayəndəsi X2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər, və şikayətin təmin olunmasını xahiş etdilər. Nümayəndə əlavə etdi ki, tələb edilən kredit məbləğlərindən Cavabdeh1 xəbəri yoxdur. Onun hesabına köçürülmüş pullardan, onların kim tərəfindən götürülməsindən Cavabdeh1 xəbərsizdir. Həmin pulların qəbulu ilə bağlı kassa məxaric orderi yoxdur. Qeyd edilən pul vəsaiti müxtəlif şəxslərin hesabına köçürülsə də, bu barədə Cavabdeh1 sərəncam verməmişdir. Əgər doğrudan da həmin pullar Babəkə məxsus olmuşdur, onda sual olunur həmin pullar onun sərəncamı olmadan hesabdan necə çıxarılıb? İddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilmir. Sübutları varsa qoy sübut etsinlər. Apellyasiya baxışı zamanı iddiaçı BOKT İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, apellyasiya şikayətinin dəlilləri tam əsassızdır. Şikayət tam formal xarakter daşıyır. Bu səbəbdən şikayətin təmin edilməməlidir. Apellyasiya baxışı zamanı digər Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 21.11.2014-cü il tarixli kredit müqaviləsindən görünür k, həmin müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5200 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmin edilməsi üçün Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanılmışdır. "xxxx" ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağl borclu Cavabdeh1 dair sənədlər S-FK-1486 saylı, 14.05.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. İddiaçı BOKTİddiaçı QSC tərəfindən tərtib edilmiş 06.11.2020-ci il tarixli, 5906 saylı arayışa əsasən borclu Cavabdeh1: -21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat borcu var. -10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat borcu var. -30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat borcu var. Hesabdan çıxarışlara əsasən Cavabdeh1 adına açılmış cari hesabdan 30.01.2015-13.04.2018-ci illlər ərzində müxtəlif vaxtlarda digər hesablara köçürmələr olmuşdur. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası nəzərə alır ki, Cavabdeh1 BOKT İddiaçı QSC-nin xeyrinə 21.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 1956,15 manat məbləğində əsas kredit borcu, 8,09 manat məbləğində faiz borcu, cəmi 1964,24 manat borcun tutulması və Cavabdeh2 münasibətdə iddianın rədd edilməsi üzrə yekun məhkəmə aktı çıxarılmışdır. Ona görə də həmin hissədə məhkəmə araşdırması aparılmır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə Ali Məhkəmənin mülki kollegiyasının göstərişlərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən 30.01.2015-ci il və 10.04.2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin olunmamalıdır. Məhkəmə araşdırması zamanı işin tədqiq olunan faktiki hallarından müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 10.04.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 23% olmaqla 60 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 30.01.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22% olmaqla 36 ay müddətinə 5209 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləğləri Cavabdeh1 cari hesabına köçürülsə də, sonradan onun sərəncamı olmadan həmin vəsaitlər digər hesablara köçürülmüşdür. İşə baxan birinci instansiya məhkəməsi hər iki kredit müqaviləsi üzrə iddianı təmin etmiş, apellyasiya məhkəməsi həmin hissədə qətnaməni dəyişdirilmədən saxlamışdır. AR Ali Məhkəməsinin mülki kollegiyası apellyasiya məhkəməsinin qeyd olunan kredit müqavilələri üzrə gəldiyi nəticə ilə razılaşmamış və həmin hissədə qətnaməni ləğv edərək yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarmışdır. Ali Məhkəmənin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki, iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etdiyi üçün müxtəlif şəxslərin adına cavabdehin hesabından pul köçürülməsinə cavabdehin hər hansı formada razılıq və ya sərəncam verib-verməməsi, ümumiyyətlə hesabdakı pul vəsaitinin müxtəlif şəxslərin adına nəyə görə və hansı əsasla köçürülməsinə aydınlıq gətirilməlidir. Apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq həmin istiqamətdə araşdırma aparılmış, iddiaçı təşkilata hər iki kredit müqaviləsi üzrə mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün müvafiq sorğu verilmiş, lakin iddiaçı təşkilat sorğu ilə tələb olunan sənədlərin, xüsusilə kassa məxaric orderlərinin, hesaba sərəncam verilməsini təsdiq edən sübutun təqdim edilməsindən yayınaraq şablon cavab vermiş, tələb olunan sənədlərin guya iş materiallarına əlavə edildiyini bildirmişdir. İddiaçının nümayəndəsi isə məhkəmə araşdırması zamanı "xxxx" ASC tərəfindən onlara nə sənəd verilmişdirsə həmin sənədləri məhkəməyə təqdim etdiklərini bildirmiş, məsələyə aydınlıq gətirə bilməmişdir. Başqa sözlə, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq iddiaçı mübahisəli iki kredit müqaviləsi üzrə Cavabdeh1 cari hesabında olan pul vəsaitinin digər hesablara onun razılığı və sərəncamı ilə köçürülməsini sübut edə bilməmiş, ümumiyyətlə hesabdakı pul vəsaitinin müxtəlif şəxslərin adına nəyə görə və hansı əsasla köçürülməsinə aydınlıq gətirə bilməmişdir. Azərbaycan Respublikası MM-in 739.1 və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddənin mənasından göründüyü kimi borcu qaytarmaq öhdəliyi o zaman yaranır ki, həmin borc verilmiş olsun. Hazırki halda, daha öncə qeyd olunduğu kimi, iddiaçı tərəfindən tələb edilən borc məbləğinin Cavabdeh1 verilməsi əsaslı şübhələrdən kənar sübutlarla öz təsdiqini tapmır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəf mübahisəli iki kredit müqaviləsi üzrə pul vəsaitinin Cavabdeh1 verilməsini əsaslı şübhələrdən kənar, mötəbər və legitim sübutlarla sübut edə bilməmişdir. AR MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı tərəf mübahisəli kredit müqavilələri üzrə iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, Cavabdeh1 isə mübahisələndirilən iki müqvilə üzrə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(028)- 31/2021 nömrəli qətnaməsi 30.01.2015-ci il və 10.04.2015-ci il tarixli kredit müqavilələri üzrə iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. BOKT İddiaçı QSC-nin Cavabdeh1 qarşı 10.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 11387,59 manat məbləğində əsas kredit borcu, 3545,86 manat məbləğində faiz borcu, cəmi 14933,59 manat, 30.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3663,21 manat məbləğində əsas kredit borcu, 265,53 manat məbləğində faiz borcu, cəmi 3928,74 manat pul tələbinə dair iddiası təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-833/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-833/2022
13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver