Məhkəmə qərarları › İş №2(105)-834/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-834/2021

28.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-834/2021 28.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı Şamaxı rayon İcra və Probasiya Şöbəsinin cavabdeh Cavabdeh qarşı maddi zərər tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(074)-526/2020 saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın təmin edilməsi, Cavabdeh 1346,03 manat məbləğində pul alınıb, Ədliyyə Nazirliyi Maddi Təminat İdarəsinə verilməsi, Cavabdeh keçirilmiş ekspertizaların dəyəri 120 manat alınıb X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Şamaxı rayon İcra və Probasiya şöbəsi Cavabdeh qarşı maddi zərər tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun dəyəri 1346,03 manat pul vəsaitinin alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək Şamaxı rayon məhkəməsinin 28.08.2018-ci il tarixli, 1(074)-43/2018 saylı hökmü ilə aylıq qazancının 10%-i dövlət nəfinə pul tutulmaqla 1 il 06 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Hökm 19.09.2018-ci il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum qeydiyyata götürülmüşdür. Hökmün icrasından yayındığı üçün məhkum barədə məhkəməyə “cəzanın dəgər cəza növü ilə əvəz olunmasına dair” təqdimat verilmiş və Şamaxı rayon məhkəməsinin 7(074)-9/2019 saylı, 06.03.2019-cu il tarixli qərarı ilə cəza 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilərək məhkum üzərinə Şamaxı rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Qərar 27.03.2019-cu il tarixdə şöbənin icraatına daxil olmuş və məhkum qeydiyyata götürülmüşdür. 22.04.2019- cu il tarixdə Cavabdeh yaşadığı evə 3 ədəd ev siqnal ötürücüsü quraşdırılmış, özünə elektron qolbaq tətbiq edilərək gəzdirilməsi zərurui olan mobil qurğu verilmiş, daim işlək vəziyyətdə saxlanılması tapşırılmış, həmin nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş, təhvil verilmiş avadanlıqlara görə maddi məsuliyyət barədə xəbərdar edilmiş, bu barədə protokol tərtib edilmiş və ümumi qaydada məsuliyyət elan edilərək izahatı alınmışdır. 27.11.2019- cu il tarixdə X1 şöbəyə şifahi məlumat verilərək Cavabdeh izlənmə məlumatlarının gəlməməsi bildirilmişdir. Həmin gün Cavabdeh şöbəyə dəvət edilmiş və izlənmə məlumatlarının gəlməməsi səbəbi araşdırılarkən məlum oldu ki, Cavabdeh təhvil verilmiş mobil qurğunun ekranı yarasız haldadır və sındırılmışdır. Bu hal cərhal tərəfimizdən protokollaşdırılaraq Ədliyyə Nazirliyinin Probasiya Xidmətinə X4 məlumat verilmişdir. Həmin tarixdə məhkumdan mobil qurğunun hansı səbəbdən yarasız hala salınması öyrənilmiş, o, izahat verərək özünün səhlənkarlığı nəticəsində mobil qurüıımın yarasız, hala düşdüyünü bildirmiş və ondan mobil qurğunun dəyərinin alınacağı barədə xəbərdar edilərək izahatı alınmışdır. 30.12.2019-cu il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar cavabdehdən ona verilmiş komplekt təhvil alınaraq X4 təhvil verilmişdir. Yararsız hala salınmış mobil nəzarət qurğusu ekspertizaya göndərilmiş və texniki baxış nəticəsində mobil qurğunun ekranının zərbə nəticəsində yarasız hala düşdüyü müəyyən edilmişdir. Belə olan halda hesab edirik ki,cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından mobil nəzarət qurğusu yarasız hala salınmış və maddi ziyan dəymişdir. Nazirliyin verdiyi maliyyə arayışına görə həmin yarasız hala salınmış avadanlığın dəyəri 1346,03 manat təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Qətnamə əsassızdır. İşə baxılarkən tam araşdırma aparmamış, işin hallarına düzgün qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, iddiaçı Şamaxı rayon İcra və Probasiya Şöbəsi cavabdeh Cavabdeh qarşı maddi zərərin ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İşdən görünür ki, iddia ərizəsi Şamaxı rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Mehman Beybutov tərəfindən imzalanmışdır. Halbuki, məhkəməyə təqdim edilən sənəd İcra və Probasiya Şöbəsinin rəisi tərəfindən imzalanmalı və şöbənin möhürü ilə təsdiq edilməlidir. İddia ərizəsinin icra məmuru tərəfindən imzalanması inkar olunmasa da, bu ərizənin böyük icra məmurunun imza etmək səlahiyyətini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməli idi. Lakin iş materiallarında onun səlahiyyətlərini təsdiq edən sənəd aşkar edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı olduğu halda, iddia tələbinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.4. maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respulbikası Mülki Prosessual Məcəlləsinin 260.4. maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 259.0.10, 306.4, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Şamaxı rayon İcra və Probasiya Şöbəsinin cavabdeh Cavabdeh qarşı iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Şamaxı rayon İcra və Probasiya Şöbəsinə izah edilsin ki, yenidən ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Cavabdeh iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar