Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-842/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: faktiki nikah dövründə əldə edilmiş bigə əmlakın satışından əldə edilmiş pul vəsaitinin bölünməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X40 (sədrlik edən və məruzəçi), və Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X21) pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-10780/2016 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2013-cü il tarixdə Sumqayıt “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsində bağlanmış 394 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2008-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X5 Cavabdeh1 yanında qalması, İddiaçı Cavabdeh1 xeyrinə xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay, hər uşağa görə 117 manat olmaqla, ümumilikdə 351 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
2. Nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən iddiaçı ilə Cavabdeh1 arasında olan nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2017-ci ildə qeyd aparılmışdır.
3. xx.xx.2008-ci il tarixli mənzilin bağışlanma müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Sumqayıt şəhər Ərazi idarəsinin xx.xx.2007-cı il tarixli (qeydiyyat nömrəsi 140711464, reyestr nömrəsi **********5-Q5101-093Q05) MH seriyalı ******* nömrəli çıxarışına və xx.xx.2008-ci il tarixli, 14/5067 saylı arayışına əsasən X26 məxsus olan Sumqayıt şəhəri, M.Hüseynzadə küçəsi, 1-ci məhəllədə yerləşən, ümumi sahəsi 73,06 kv.m, yaşayış sahəsi 53.42 kv.m, köməkçi sahəsi 19.64 kv.m olan, üç otaqdan ibarət 1 nömrəli evin 20-ci mənzilini qaynı X12 bağışlamışdır.
4. xx.xx.2010-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Əmlakın Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Şəhər Ərazi idarəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş 14/1835 nömrəli arayışa əsasən, iki otaqlı, ümumi sahəsi - 62.34 kv.m., yaşayış sahəsi - 36.53 kv.m. köməkçi sahəsi-25.81 kv.m, olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 1 saylı evin 19 nömrəli mənzilini X4.
5. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli, 526 saylı arayışına əsasən İddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, M.Hüseynzadə küçəsi, ev 1, mənzil 19-da yaşayıb. xx.xx.2002-ci ildən qeydiyyatda olub, mənzili satılıb.
6. “Elektron notariat” X2 Çıxarışa əsasən X27 xx.xx.2013-cü il tarixli etibarnamə əsasında iddiaçı və Cavabdeh1 tərəfindən ona verilmiş bütün səlahiyyətləri xx.xx.2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 vermişdir.
7. xx.xx.2013-cü il tarixli, 291880 nömrəli etibarnaməyə əsasən iddiaçı və Cavabdeh1 tərəfindən 10 il müddətinə, yəni xx.xx.2023-cü il tarixinə kimi X13 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və bununla bağlı digər səlahjiyyətləri vermişlər.
8. Cavabdeh1 ilə (onun adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir) X16 arasında bağlanmış xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60 kv.m, yaşayış sahəsi 34,3 kv.m olan iki otaqlı mənzilin tam mülkiyyət üzrə X3.
9. "xxxx" ASC tərəfindən verilmiş xəzinə mədaxil orderinə əsasən X16 tərəfindən notariusun depozit hesabına xx.xx.2017-ci ildə 30000 manat ödəniş edilmişdir.
10. X17, X23, X28, X32, X29, X33, X34 və X30 tərəfindən notariat kontoruna ünvanlanmış ərizələrə əsasən onlar Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzilin satılmasına razılıq vermişlər.
11. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzil Sumqayıt şəhərinin xüsusi notariusu T.M.Mustafazadə tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/94 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə Cavabdeh1 tam mülkiyyət hüququ-qeydiyyata alınmışdır. Sumqayıt şəhər 1 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-269 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X8 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2019cu il tarixli, 4Ə-3576 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2019- cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X9 tam mülkiyyət hüququ qeydiyyata alınmışdır. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli, 4Ə-944 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən özgəninkiləşdirilmiş, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə X14 tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzilin bugünkü bazar qiymətləri ilə satış qiyməti 45-50 000 manat civarında qiymətləndirilir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş;
13. X24 ifadə verərək bildirdi ki, iddiaçının qardaşıdır. Tərəflər 2003-cü ildən ailə kimi birlikdə yaşayıblar. Cavabdeh Ramilə gəlinləri olub. Tərəflər 200Onlar uşaqlarının müalicəsi ilə bağlı olaraq Almaniyaya gediblər. Almaniyaya gedən zaman da Gülarəyə etibarnamə veriblər. 2-3 gün sonra onun özünə də etibarnamə veriblər. İddiaçı ticarətlə məşğul olub. Onun iki evi var idi. Maddi vəziyyəti ağırlaşdığı üçün iddiaçı həmin evləri satıb sözügedən mənzili aldı. Adında heç bir əmlak olmamağı üçün həmin evi də cavabdehin adına aldı. Cavabdeh heç bir yerdə işləmirdi. O özünə ev ala bilməzdi. İddiaçı və cavabdeh təxminən 2000-ci illərdə faktiki nikah münasibətinə daxil olublar və həmin vaxtdan bir yerdə ailə kimi yaşayıb və təsərrüfat aparıblar. Daha sonra nikahlarını rəsmiləşdiriblər. Qardaşıgil Almaniyaya gedən vaxt həmin mənzilin açarını ona vermişdilər. Bundan bir müddət sonra Ramilənin qardaşı Ramin həbsxanadan çıxanda qalmağa yeri yox idi. Xəyaləddin və Ramilə razılıq əsasında ona dedilər ki, mənzilin açarını Raminə versinlər ki, orada qalsın. O, açarı Raminə verib. Bundan sonra isə mənzillə maraqlanmayıb. İddiaçı Almaniyada yaşadığı dövr ərzində 2-3 dəfə ölkəyə gəlib. İddiaçı ölkəyə gələn zaman burada 2-3 gün qalıb geri qayıdırdı. Adətən onlarda, bəzən digər qohumların evində qalırdı. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayında iddiaçı ölkəyə gəldiyi vaxt onlar həmin mənzilə gediblər. Bu zaman mənzilin satıldığını və mənzildə yeni mülkiyyətçinin yaşadığını öyrəniblər. Mənzildə bütün məişət əşyaları olub.
14. X25 ifadə verərək bildirdi ki, iddiaçının bacısıdır. Cavabdeh Ramilə gəlinləri olub. Onlar 2013- cü ildə Almaniyaya gediblər. İddiaçı özü ticarət işi ilə məşğul olub. O, özünə məxsus olan evləri satıb borclarını ödəmişdir. Pulun bir qismi ilə sözügedən mənzili alıb. İddiaçı 2018-ci ildən sonra ölkəyə gələndə Turabgildə qalırdı. Mübahisəli evdə Ramilənin qardaşı Ramin yaşayırdı. Əmlakların siyahısını iddiaçı Almaniyada olanda özü şəxsən cavabdeh Gülarəylə birlikdə tərtib etmişdir. Siyahıda əsas əşyalar qeyd olunub. Onlardan əlavə əşyalar da olub. İddiaçının ailə qurmazdan öncə iki otaqlı evi olub. 1-ci məhəllədəki ev olaola üzbəüz başqa mənzil alınıb. Evlər iddiaçının öz şəxsi vəsaiti hesabına alınıb.
15. X36 ifadə verərək bildirdi ki, iddiaçı onun qaynıdır. Cavabdeh Ramilə iddiaçının həyat yoldaşı olub. Onlar əvvəl mehriban yaşasalar da, sonradan münasibətləri korlanmışdır. İddiaçı ticarət işi ilə məşğul olub. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 nömrəli mənzili iddiaçı özü alıb. İddiaçı ailə həyatı qurmazdan öncə iki evi olub. Onları satıb, daha sonra sözügedən mənzili alıb. Həmin evin açarı Turabda olub. Ramilənin qardaşı həbsxanadan çıxanda qalmağa yeri olmadığı üçün orada yaşayıb. İddiaçı evin satılmasından bu yaxınlarda xəbər tutub. İddiaçı 2018-ci ildən bəri iki dəfə ölkəyə gəlib.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
16. İddiaçı Məmmədov X6 Ramilə Qadir qızı və Cavabdeh2 qarşı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizələrlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1-nin satışından əldə edilmiş 32000 manat pulun, evdə olan əmlakların dəyərinin yarısının, yəni 6000 manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh1 ilə 2003-cü ildə ailə həyatı qurmuş və onların birgə nikahdan 3 övladları olmuşdur. 2013-cü ildə tərəflər Almaniyaya getmək qərarına gəlmiş və məqsədləri xəstə olan qızları Məryəmi müalicə etdirmək idi. Həmin vaxt iddiaçı Sumqayıt şəhər, 1-ci məhəllə, ev 1-də yerləşən 19 saylı və 20 saylı mənzilləri satmış, qızının müalicəsinə sərf etmiş, satışdan qalan pul ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində bina 13/30, mənzil 12-də 2 otaqlı mənzili almış və həmin mənzil həmin vaxt onunla rəsmi nikahda olan cavabdehin adına rəsmiləşdirilmişdir. İddiaçı ailə üzvlərilə Almaniyaya gedərkən onlara aid sənədləşmə işlərinin həyata keçirilməsi üçün (mənzilin kirayəyə verilməsi) cavabdehin əmisi arvadı X15 və qardaşı X13 etibarnamə vermişdir. Lakin iddiaçının xəbəri olmadan cavabdehin əmisi arvadı Süniyyə Əhmədova öz baldızı - Cavabdeh1 bibisi Cavabdeh2 idiaçıya və Cavabdeh1 dair bütün hüquqları xx.xx.2016-cı ildə etibarnamə əsasında ötürmüş və həmin tarixdə də iddiaçının və Cavabdeh1 qardaşı Turab Məmmədovun adına verdikləri etibarnaməni ləğv etmişdir. Daha sonra o, Nümayəndə adlı şəxsə Cavabdeh1 adından etibarnamə verməklə məhkəmədə iddiaçının xəbəri olmadan boşanma işi açmış (halbuki həmin vaxt iddiaçı Cavabdeh1 və uşaqları ilə bir yerdə Almaniyada yaşayırdılar) və həmin boşanma prosesi başa çatdıqdan sonra Sumqayıt şəhər Qeydiyyat şöbəsindən nikahın pozulması barədə şəhadətnamə almış və bundan sonra iddiaçının vəsaitilə Cavabdeh1 adına alınmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30-da yerləşən 12 saylı mənzili xx.xx.2017-ci il tarixli, AN-1 № ******* saylı alqı-satqı müqaviləsinə əsasən satmışdır. Evin sənədləri iddiaçıda olmuş və həmin sənədləri saxlamaq üçün qardaşına vermişdir. Cavabdeh2 bu niyyətini həyata keçirmək üçün guya sənədlərin itməsi barədə DƏDRX Sumqayıt ərazi idarəsinə müraciət edərək yenidən sənədlərin təkrarını əldə etmiş və həmin sənədlər əsasında mənzilinin dəyər-dəyməzinə satışı həyata keçirilmişdir. Halbuki iddiaçı həmin mənzili 2013-cü ildə 52000 ABŞ dollarına almış və həmin mənzildə iddiaçının əmlakları olmuşdur. İddiaçı mənzili satan şəxslə maraqlandıqda mənzilin sahibi bildirdi ki, o mənzili boş vəziyyətdə almış, Cavabdeh2 həmin mənzildə olan iddiaçıya məxsus və ümumi dəyəri təxminən 12000 manat olan əmlakları (qorka servant, şifoner, termo, divan, kreslo, stol və stulları, altı tumbalı plazma televizoru, kompyuter və komyuter stolunu, divar saatını, kondisineri, telefon aparatını, soyuducu, paltaryuyan, mətbəxt mebellərini, xalçaları, müxtəlif serviz və qab-qaşıq dəstlərini, tozsoruranı, yorğandöşəkləri, mətbəxt divanını, tabloları, suvenirləri, yemək servizlərini (10-15 qutuda) həmin mənzildən daşımış və mənimsəmişdir. Mənzil və mənzildə olan əmlaklar Cavabdeh1 ilə birgə nikah dövründə alınsa da iddiaçının nikahdan əvvəl əldə etdiyi mənzillərin satışı müqabilində əldə etdiyi vəsait hesabına alınmış, lakin cavabdehlər həmin əmlakları və evi iddiaçının xəbəri və razılığı olmadan satmaqla ona çatası pulu mənimsəmişlər. İddiaçı şəxsən Cavabdeh2 etibarnamə verməmiş, o iddiaçının etibar etdiyi şəxsdən öz adına etibarnamə götürməklə bu əməliyyatları etmiş nəticədə iddiaçının əmlakı əlindən çıxmışdır. Mənzili alan şəxs qeyd olunan hadisələrdən xəbərsiz olduğu üçün iddiaçı həmin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə iddia qaldırmır, cavabdehlərin alqı-satqı müqaviləsi nəticəsində əldə etdikləri pulların və əmlakların satışı nəticəsində iddiaçıya dəymiş ziyanın onlardan alınaraq ona qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
18. Cavabdeh2 tərəfindən yazılı etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 3 övladından ikisi ağır xəstə olduğuna görə keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Almaniya Federativ Respublikasına uşaqlarını müalicə etmək məqsədilə getmişdir. Ölkəni tərk etməmişdən əvvəl iddiaçı Sumqayıt şəhəri, 1-ci məhəllə, 1 saylı evin 19 və 20 saylı mənzillərini sataraq, həmin vaxt bəzi şəxslərə olan borclarını bağlamışdır. Həmin şəxslər iddiaçının ölkədən çıxmasına imkan vermədiyinə görə o, məcburiyyət qarşısında həmin 2 mənzili satmalı olmuşdur. Almaniyaya getmək üçün isə "xxxx" ASC-dən kredit götürmüşdür. İddiaçı və onun keçmiş həyat yoldaşı Cavabdeh1 Almaniyada olduqları vaxt kredit borcuna görə iddiaçının qardaşı Turab Məmmədova hər ay 1000 avro pul göndərmişlər. Kredit tam bitdikdən sonra bir neçə müddət Cavabdeh1 aldadaraq kredit bitməyib deyərək pulları mənimnsəyiblər. İddiaçı uşaqlarına qayğı göstərmədiyinə görə Almaniya dövlətinin qərarı ilə 4000 avro cərimə edilmiş və ailədən kənarlaşdınlaraq ölkədən çıxarılmışdır. Ailənin hər iki uşağına anası Cavabdeh1 qulluq göstərir və uşaqların müalicəsi Almaniyada dövlət vəsaiti hesabına ödənilir. İddiaçının ödənilməmiş yüksək məbləğdə aliment borcu yaranmışdır. Həmin borcdan yayınmaq məqsədilə iddiaçı belə bir üsula əl atmışdır ki, ölkədən çıxışına qoyulmuş məhdudiyyət götürülsün. İddiaçı və onun keçmiş həyat yoldaşı Cavabdeh1 2013-cü ildə Sumqayıt “Asan xidmət” Mərkəzinin Notariat ofisində X15 etibarnamə vermişdir. Həmin etibarnamə xx.xx.2023-cü tarixinə qədər qüvvədə olmuşdur. Həmin etibarnamə ilə iddiaçı X15 həvalə edilmiş işlərin aparılması digər bir şəxsə etibar edilməsi səlahiyyəti verilmişdir. Süniyyə Əhmədova xx.xx.2016-cı il tarixli etibarnamə ilə ona həvalə edilmiş öhdəlikləri yeni etibarnamə əsasında Cavabdeh2 ötürmüşdür. Etibarnamə əsasında ona verilmiş hüquqlar çərçivəsində Cavabdeh1 adına alınmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən evin 12 saylı mənzilini xx.xx.2017-ci il tarixli AN-İ 636428 saylı alqı-satqı müqaviləsi əsasında satılmışdır. Mən mənzilə dair sərəncam hüququnu həyata keçirərkən həmin mənzildə hər hansı bir əmlak olmamışdır. Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən evin 12 saylı mənzilin satışından əldə edilmiş pulu mənzilin sahibi Cavabdeh1 göndərmişdir. İddiaçının Almaniyaya gedən ərəfədə ayrı-ayrı şəxslərə borcu olmuşdur. O, hər iki evi və evdə olan avadanlıqlarını sataraq öz borclarını ödəmişdir ki, ölkədən çıxışına məhdudiyyət qoyulmasın.
19. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 nömrəli qətnaməsi ilə (hakim E.Abdullayev) iddia qismən təmin edilərək, 15 000 (on beş min) manat pul və 87 (səksən yeddi) manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
20. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edildi ki tərəflər 2003-cü ildən faktiki olaraq ailə kimi bir yerdə yaşamış və birgə təsərrüfat aparmışlar. Cavabdeh tərəf həmin faktı mübahisələndirməmişdir. İddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.2013-cü il tarixdə bağlanmış olsa da, ünvan 1 tərəflərin faktiki olaraq ailə münasibətlərində olduqları dövrdə əldə edildiyindən, tərəflərin birgə mülkiyyəti hesab edilməlidir. Tərəflər xx.xx.2013-cü il tarixli etibarnamə əsasında onlara məxsus olan əmlaklarla bağlı səlahiyyətləri X18 vermiş, o isə öz növbəsində həmin səlahiyyətləri xx.xx.2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 vermişdir. Cavabdeh2 isə Cavabdeh1 adından çıxış edərək ünvan 1 ünvanında yerləşən mənzili X3. Göründüyü kimi iddiaçı həmin müqavilədə tərəf kimi çıxış etməmiş, müqavilənin bağlanmasına razılıq verməmişdir. İşdə iştirak edən şəxslərin izahatları və şahidlərin ifadələri ilə iddiaçının belə bir müqavilənin bağlanması barədə heç bir məlumatının olmadığı da müəyyən edilib. Məhkəmə iclasında Cavabdeh2 verdiyi izahatında Cavabdeh1 ona mənzili satmağa razılıq verdiyini, bunu isə mənzilin iddiaçı tərəfindən qardaşı Kərimin və ya digər şəxsin adına keçirilməsindən qorxduğu üçün etdiyini bildirmişdir. Eyni zamanda Cavabdeh2 həmin mənzilin satışıdan əldə etdiyi vəsaitin hamısını şəxsən Cavabdeh1 verdiyini bildirmişdir. Qeyd edilən faktlar iş üzrə hər hansı sübutla təkzib edilməmişdir. Həmçinin mənzilin keçmiş sənədlərinin iddiaçıda olması və onun tərəfindən məhkəməyə təqdim edilməsi qeyd edilən faktı təsdiq edir. İşdən görünür ki, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30, 12 saylı 30 000 manata satılmışdır. Əmlakın satışından əldə edilmiş məbləğ bütövlükdə Cavabdeh1 çatmış, beləliklə tərəflərin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmiş əmlakın satılması nəticəsində iddiaçının məhrum olması hesabına Cavabdeh1 əsassız olaraq varlanmışdır. İddiaçının nümayəndəsi həmin mənzilin alınması üçün bütün vəsaitin ona məxsus digər mənzilin satışı nəticəsində əldə edilmiş vəsit hesabına ödənildiyini bildirsə də, qeyd edilən hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahidlər bununla bağlı ifadə versələr də, məhkəmə hesab edir ki, həmin ifadələr mücərrəd olmaqla, mənzilin hansı vəsait hesabına alındığını təsdiq edə bilməz. Bu səbəbdən məhkəmə iddiaçının həmin dəlilini əsassız hesab edib. İddia tələbinin mənzildəki əşyaların dəyərinin yarısının cavabdehdən tutulması dair məhkəmə hesab edib ki, iddiaçı mənzildə olmuş əşyaları fərdiləşdirməyə imkan verən, həmçinin onların qiymətləndirilməsi üçün zəruri olan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia mənzildəki əşyaların dəyərinin tutulması hissəsində təmin edilə bilməz.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.2, 225.6, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 1091.1. 1091.2, 1092.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 32.2 -ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3cü maddəsinin şərh edilməsinə dair” 23 iyul 2021-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
22. Qətnamədən İddiaçı və Cavabdeh1 apellyasiya şikayətləri vermişlər.
23. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuzdur. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, iddiaçı 2002-ci ildə cavabdehlə ailə həyatı qurmamışdan əvvəl Sumqayıt şəhəri, 1-ci məhəllə, ev 1-də yerləşən 19 saylı mənzili öz adına, 20 saylı mənzili isə qardaşının adına almış və 2012-ci ilin may ayında o həmin mənzillərdən öz adına olan 19-cu mənzili sataraq əldə olunan pulun bir hissəsinə Sumqayıt şəhəri, İnşaatcılar qəsəbəsi, bina 13/30, mənzil 12-də yerləşən 2 otaqlı mənzili almış və həmin mənzili zəruri əmlaklarla təchiz etmişdir. Digər mənzili sataraq pulunu övladının müalicəsinə xərcləmişdir. Lakin o cavabdeh və uşaqları ilə birlikdə xaricdə olarkən cavabdehlərdən Cavabdeh2 iddiaçının etibarnamə üzrə başqa şəxsə verdiyi hüquqları ələ keçirməklə tərəflərin məhkəmə qaydasında boşanmasına nail olmuş və 2017-ci ildə isə iddiaçının vəsaiti ilə, lakin Cavabdeh1 adına aldıgı mənzili 32000 manata satmış və həmin mənzildə olan və tərəflərin birgə nigah dövründə aldıqları ev əşyalarını da dəyər-dəyməzinə sataraq iddiaçıya maddi ziyan vurmuşdur. Cavabdeh2 izahatında bildirmişdir ki, o mənzilin satışından əldə etdiyi 32000 manat pulu Cavabdeh1 vermiş və sonuncu da pulu Almaniyaya aparmışdır, lakin həmin pulun 2018-ci ildə Almaniyaya aparılması barədə hər hansı bir sənəd təqdim etməmişdir. Cavabdehin həmin pulun Cavabdeh1 verməsi barədə ifadəsi özünü cavabdehlikdən kənarlaşdırmaqdır. Çünki Cavabdeh1 daimi Almaniyada yaşayır, hətta həmin pulun ondan tutulması qət edilsə belə qətnamənin icrası mümkünsüz olacaqdır. Bu iddiaya cavab verməli şəxs Cavabdeh2dır, çünki mənzili o özünün də etiraf etdiyi kimi iddiaçıdan xəbərsiz satıb və pulunu digər cavabdehə vermişdir. Həmin vəsaiti Cavabdeh2 əldə etdiyi üçün iddiaçıya dəymiş ziyana görə o da cavabdehdir. Ümumiyyətlə evin satışından əldə olunan vəsaiti hər iki cavabdeh iddiaçıya qaytarmalı olduğu halda məhkəmə Cavabdeh2 cavabdehlikdən kənarlaşdırmışdır. Mənzildə olan əmlaklarla bağlı bildirir ki, həmin əmlaklar birgə nigah dövründə alınmışdır, həmin əmlaklar qiymətləndirilmişdir. Onlar Cavabdeh2 tərəfindən satıldığı üçün əmlakların dəyərinin yarısını, 6000 manatı da cavabdehlərdən tələb etmişdir. Lakin məhkəmə həmin hissədə də əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
24. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması nəticəsində qəbul edilmişdir. İşə baxan məhkəmə formal şahid ifadələrinə istinad etməklə əsassız və işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Halbuki məhkəmə obyektiv araşdırma aparılmasını təmin edərək, Qeydiyyat Şöbəsinə sorğu verib həqiqətən iddiaçının nikahın ləğvi qeydini nə zaman aldığını müəyyən edə bilərdi. X46 Xidmətinə sorğu verərək iddiaçının Azərbaycan Respublikasına giriş-çıxış etməsini aydınlaşdırmalı idi. Bundan əlavə məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə ərizəni nəzərə almamışdır. Göstərilənlər onu sübut edir ki, işə baxan məhkəmə lazımı qaydada araşdırma aparmamış və iş üzrə yanlış nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə araşdırması zamanı həmçinin cavabdehin izahatından tam olaraq təsdiq olundu ki, həqiqətən, mübahisəli ev iddiaçının şəxsin mülkiyyətində olan başqa bir mənzilin satışından əldə edilən pul hesabına alınmışdır. İddiaçının ailə həyatı qurmamışdan qabaq Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında 2 evi olub. İddiaçı Cavabdeh1 ilə ailə həyatı qurduqdan sonra həmin evdə yaşayıblar və onların uşaqları bu evdə dünyaya gəlib. Lakin sonradan həmin mənzili sataraq Sumqayıt şəhəri, 9-cu məhəllə ünvanında mənzil almışlar, təxminən 1-2 ildən sonra isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 saylı mənzili alıblar. Yəni nikahdan qabaq iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci məhəllə ünvanında yerləşən mənzilin satışından əldə olunmuş pul vəsaiti hesabına Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 saylı mənzil alınmışdır. Bu hal məhkəmə araşdırması zamanı dindirilmiş şahidlərin verdikləri ifadə ilə, eyni zamanda Cavabdeh2 izahatı ilə təsdiq olunmuşdur. Hazırkı iş üzrə Cavabdeh2 2016-cı ildə Nümayəndə adlı şəxsə etibarnamə vermişdir. Cavabdeh2 və nümayəndəsi Nümayəndə tərəfindən İddiaçıla Cavabdeh1 arasında bağlanmış nikahın pozulması məsələsi həll edilmişdir. 2017-ci ildə isə Cavabdeh2 Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanında yerləşən 12 saylı mənzilin sənədlərinin guya itməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X52 müraciət edərək mənzilin sənədlərinin dublikatını əldə etmiş və həmin mənzili 32000 manata satmışdır. Mənzilin sənədlərinin itməsi barədə cavabdehin müraciət etməsinə səbəb mənzilin sənədlərinin iddiaçıda olması olmuşdur. İddiaçının mənzilin satılmasından məlumatı yalnız 2022-ci ildə Azərbaycana gələndə olub. İddiaçı tərəfin qeyd etdiyi bütün hallar, yəni mübahisəli mənzilin daha öncədən ona məxsus olan mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi iş materiallarında olan sübutlarla təstiq olunur. Cavabdeh tərəfin apellyasiya şikayətində qeyd etdikləri həqiqəti əks etdirmir. Məhkəmənin iddiaçıya ödənilməsini qət etdiyi məbləğin yalnız Cavabdeh1 tutulması barədə mövqeyi isə əsassızdır. Belə ki, qeyd olunan fəaliyyət (mənzilin iddiaçıdan xəbərsiz satılması) məhz onun tərəfindən icra edilmişdir. Ona görə Cavabdeh2 da hazırkı iddia tələbinə cavabdeh olan şəxs sayılır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, hazırkı iddia tələbi əsassızdır. Ümumiyyətlə iddia tələbi özlüyündə qeyri-müəyyən olmaqla tələbin hüquqi əsası bəlli deyildir. İşə baxan məhkəmə isə lazımı qaydada araşdırma aparmamış, mübahisəli mənzilin əsl həqiqətdə kimə məxsus olmasını aydınlaşdırmadan mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak olması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, mübahisəli mənzil 2013-cü ilin fevral ayında alınmışdır, tərəflər isə 2013-cü ilin avqust ayında nikaha daxil olmuşlar. Mübahisəli mənzil məhz Cavabdeh1 məxsus mənzilin satışından əldə edilmiş vəsait hesabına alınmışdır. Yəni həmin mənzil birgə mülkiyyət hesab edilə bilməz. İşə baxan məhkəmə formal şahid ifadələrinə istinad etmiş, və iddia tələbində qeyd edilənlərə uyğun qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiqi edilməsi barədə ərizəsinə natamam münasibət bildirmiş, mübahisəyə hansı münasibətlərdən irəli gələn iddia müddətinin tətbiq edilməsinin müəyyən edilməməsini qeyd etməklə kifayətlənmişdir. İddiaçı tərəf Almaniyada cavabdehlə bir yerdə yaşadıqlarını bildirmiş, nikahın pozulması, habelə mənzilin satılmasından yalnız 2022-ci ildə məlumatlı olduğunu bildirmişdir. Halbuki Cavabdeh1 Almaniyada başqa şəxslə ailə həyatı qurmuş və onun hazırda 7 yaşlı övladı vardır. Belə olan halda iddiaçının nikahın pozulmasından məlumatsız olması öz təstiqini tapmır və iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini ötürməsi inkar edilməz hal alır. Lakin işə baxan məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə də sonda cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 iddiaçının apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddia tələbi əsassızdır. Belə ki, mübahisəli mənzil Cavabdeh1 adına olmuşdur. Həmin mənzilin satışından əldə edilən vəsaitin tamamının iddiaçıya qaytarılması əsassız nəticə yaradacaqdır. Ona görə də Cavabdeh2 iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin;
Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 213.7. Ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. 213.8. Ümumi mülkiyyətdə olan əşyaya qulluq edilməsi və onun saxlanması xərcləri, bu Məcəllədə və ya müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, mülkiyyətçilərin üzərinə bərabər şəkildə qoyulur.
Maddə 214. Paylı ümumi mülkiyyət hüququnda payların müəyyənləşdirilməsi
214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır 214.2. Paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr onları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.
Maddə 222. Birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. 222.3. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz.
Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir
Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 nömrəli qətnaməsini tələbin təmin olunmayan hissəsində, cavabdeh isə iddianın təmin olunmuş hissəsində mübahisələndirmişdir.
33. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. İddia tələbi tərəflərin rəsmi nikah olmadan birgə yaşadıqları dövrdə əldə olunmuş əmlakın satışından əldə edilmiş pul vəsaitinin və həmin evdə olmuş əmlakların dəyərinin bölünməsi barədədir.
36. Qeyd olunur ki, apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə tərəflərin arasında yaranmış münasibətlər birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi ilə bağlı münasibətlərdir.
37. İşə baxan məhkəmə yaranmış mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, qətnamədən hər iki tərəf fərqli dəlillərlə apellyasiya şikayəti vermişdir.
38. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, hazırki mübahisənin obyektiv, tam və hərtərəfli həlli üçün ilk növbədə aşağıda sadalanan halların aydınlaşdırılmasına zərurət var. 1) İddiaçı ilə cavabdeh rəsmi və ya faktiki nikah münasibətində olmuşdurmu; 2) Mübahisəli əmlakın əldə edilməsi rəsmi nikah və ya nikahdankənar yaşadıqları dövrə təsadüf edirmi; 3) Sözügedən əmlaka və ya onun dəyərinə tərəflərin ümum birgə mülkiyyət hüququ yaranmışdırmı; 4) Mübahisələndirilən əmlak üzərində sərəncamçılıq qarşılıqlı razılıq əsasında baş vermişdirmi.
39. Araşdırılan işin mübahisəsiz hallarından görünür ki, İddiaçıla Cavabdeh1 nikahı xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilsə də, əslində tərəflər 2003-cü ildən etimadlı ailə münasibətində olmuş və bu izdivacdan onların 2004 və 2008 (əkiz) təvəllüdlü üç övladı olmuşdur.
40. İşin mübahisə olunmayan digər hallarına görə iddiaçı ilə cavabdehin nikahı Sumqayıt Şəhər Məhkəməsinin 2016-cı il tarixli qətnaməsi ilə rəsmi qaydada pozulmuş, nikah pozulduqdan sonra uşaqlar anaları Cavabdeh1 yanında saxlanılmış və uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir.
41. Kollegiyanın araşdırması zamanı işin faktiki hallarından müəyyən edilmişdir ki, mübahisəsigedən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30 ünvanda yerləşən 12 nömrəli mənzil xx.xx.2013-cü il tarixli, 4Ə/94 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş və xx.xx.2013-cü il tarixdə Cavabdeh1 adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir.
42. İşin müəyyən edilmiş hallarından həmçinin görünür ki, iddiaçı və Cavabdeh1 xx.xx.2013-cü il tarixli etibarnamə əsasında onlara məxsus olan əmlaklarla bağlı səlahiyyətləri X18 vermiş, o da öz növbəsində həmin səlahiyyətləri (etibaredilmişi etibaretmə qaydasında) xx.xx.2016-cı il tarixli etibarnamə ilə Cavabdeh2 vermişdir. Sonda, Cavabdeh2 Cavabdeh1 adından çıxış edərək mübahisələndirilən mənzili X11 30000 manata satmışdır.
43. İş üzrə izahat vermiş digər Cavabdeh2 mənzilin satışından əldə edilmiş 30.000 manat vəsaitin Cavabdeh1 verildiyini təsdiq etmişdir.
44. Apellyasiya şikayətlərinin dəlilləri ayrı-ayrılıqda tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçı idddianın təmin olunmayan digər hissələrini mübahisələndirmiş, cavabddeh isə əksinə iddianın təmin olunan hissəsini mübahisələndirərək, mübahisəli əmlakın birgə nikahdan 6 ay əvvəl əldə edildiyini bildirir.
45. Kollegiya cavabdeh tərəfin apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və mövqeyini onunla əsaslandırır ki, əvvəla yuxarıda qeyd olunandan göründüyü kimi tərəflər rəsmi nikah münasibətinə xx.xx.2013-cü il tarixdə daxil olsalar da, əslində onlar 2003-cü il tarixdən faktiki ər-arvad münasibətində olmuş və etimadlı ailə kimi uzun müddət bir yerdə yaşamaqla, birgə təsərrüfat idarə etmişlər. Hətta tərəflərin faktiki ər-arvad münasibətində olduğu dövrdə uşaqları da dünyaya gəlmişdir.
46. Bundan əlavə iş üzrə tədqiq olunan sənədlərdən görünür ki, İddiaçı özünə məxsus olan Sumqayıt şəhəri, 1-ci məhəllədə yerləşən 1 saylı evin 19 nömrəli mənzilini cavabdehlə faktiki yaşadıqları dövrdə X35 adlı şəxsə satmışdır.
47. Göründüyü kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, ev 13/30, 12 saylı mənzil Cavabdeh1 vermiş olduğu etibarnamə əsasında qohumu Cavabdeh2 tərəfindən 30 000 manata satılmış və əmlakın satışından əldə edilmiş məbləğ bütövlükdə Cavabdeh1 çatmışdır.
48. Beləliklə, işdən göründüyü kimi tərəflər əvvəl nikahdan kənar, sonra isə rəsmi nikah münasibətinə daxil olmaqla ər-arvad kimi yaşasalar da, mübahisəli mənzil onların birgə yaşadıqları və nikahlarını rəsmiləşdirmədiyi müddətdə əldə edilmiş, lakin mənzil üzərində payları müəyyən edilməməklə, onun hüquqi statusu ümumbirgə mülkiyyət kimi qalmışdır.
49. Yuxarıda qeyd olunan normalardan da göründüyü kimi, birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi üzrə münasibətlər Mülki Məcəllənin 222-cı maddələri ilə tənzimlənir. Həmin normalara görə, birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin.
50. Qeyd edilməlidir ki, əmlakın əldə olunması zamanı tərəflər rəsmi nikahda olmasalar da, onların birgə təsərrüfat apardığı dövrdə əmlak əldə etməsi ümumbirgə mülkiyyətin əsaslarını yaradır.
51. Göründüyü kimi Cavabdeh1 mənzilin birgə mülkiyyətçilərindən olmaqla, əmlak üzərində sərəncamverici hüququ olsa da, bu hüquq mütləq olmamaqla qanunvericiliklə məhdudlaşdırılmışdır. Konkret halda, birgə mülkiyyət üzərində sərbəst və təkbaşına sərəncam verilməsi Mülki Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl edilməsini tələb edirdi. Lakin araşdırılan işdən görünür ki, sonuncu tərəfindən qanunun imperativ normalarına riayət edilməmişdir ki, bu da sonda iddiaçının mülkiyyət hüququnun pozulmasına və nəticə etibarı ilə birgə mülkiyyətdə olan əmlakın satışından əldə edilmiş məbləğin ona çatmalı olan hissəsindən kənarda qalmasına səbəb olmuşdur.
52. Beləliklə, tərəflərin birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə edilmiş əmlakın satılması nəticəsində iddiaçının məhrum olması hesabına Cavabdeh1 əsassız olaraq varlanmışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilin satışından əldə edilmiş məbləğin yarısının ona verilməsi barədə iddia qaldırmaq üçün subyektiv hüququn daşıyıcısıdır.
53. İddia tələbinin mənzildəki əşyaların dəyərinin yarısının cavabdehdən tutulması barədə hissəsinə gəldikdə qeyd edilməlidir ki, iddiaçı mənzildə olmuş əşyaları fərdiləşdirməyə imkan verən, həmçinin onların qiymətləndirilməsi üçün zəruri olan hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən iddia mənzildəki əşyaların dəyərinin tutulması hissəsində təmin edilə bilməz
54. Beləliklə kollegiya qeyd edir ki, mübahisəsi gedən mənzilin satışından əldə edilən vəsait iddiaçıya verilmədiyindən və bu hal təkzibedici sübutlarla inka edilmədiyindən həmin mənzilin satışından əldə edilən vəsaitin yarısının Cavabdeh1 alınaraq iddiaçıya verilməsi barədə məhkəmənin mövqeyi əsaslı və qanunidir
55. Kolegiya iddiaçı tərəfin apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək bildirir ki, mübahisəli mənzilin alqı-satqısından əldə edilən vəsait kimi Cavabdeh2 izahatına əsasən 32 min manatın yarısının tutulması hissəsində iddia tələbi əsaslı hesab edilə bilməz. Belə ki, mübahisələndirilən mənzilin Cavabdeh1 ilə (onun adından etibarnamə əsasında Cavabdeh2 imza etmişdir) X1 dair xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsində mənzilin razılaşdırılmış dəyəri 30000 min manat qeyd edilmişdir. Həmçinin "xxxx" ASC tərəfindən verilmiş xəzinə mədaxil orderinə əsasən X16 tərəfindən notariusun depozit hesabına xx.xx.2017-ci ildə 30000 manat ödəniş edilmişdir. Belə olan halda rəsmi sübutlardan kənar, formal izahata əsasən mənzilin alqı-satqı dəyəri kimi 32 min manat məbləğin əsas götürülməsi ağlabatan mühakimə hesab edilə bilməz.
56. Cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən iddia müddətinin ötməsi barədə dəlili bağlı kollegiya qeyd edir ki, əvvəla iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizəni hazırkı apellyator yox, digər Cavabdeh2 vermişdir.
57. Bununla belə kollegiya qeyd edir ki, cavabdehin mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə dəlili əsaslandırılmamış, mübahisəyə məhz hansı tələblərlə bağlı iddia müddətinin tətbiq edilməsi qeyd olunmamışdır. Qanunvericilikdə nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələb üçün 3 illik (Ailə Məcəlləsinin 36.9-cu maddəsi), əsassız varlanma ilə bağlı əsassız varlanma obyektinin qaytarılması barədə tələb üçün 2 illik (Mülki Məcəllənin 1095-ci maddəsi) iddia müddəti müəyyən edilmişdir. Eyni zamanda Mülki Məcəllənin 377.1-ci maddəsində göstərilmişdir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İşin tədqiq olunan faktiki hallarından mübahisəli mənzilin satılmasından yalnız 2022-ci ilin oktyabr ayında ölkəyə gəldiyi vaxt məlumatlı olduğunu bildirmişdir. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. Cavabdehlər isə qeyd edilən halı təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə də kollegiyanın qənaətincə iddiaçının tələbinə iddia müddətinin tətbiq edilməsi əsassızdır.
58. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
59. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2(060)-4804/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.