Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-849/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, İddiaçı iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2428/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2428/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 270 manat maddi ziyan və 43.50 manat məhkəmə xərcinin alınaraq İddiaçı verilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. İddiaçı apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2428/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh 8 ildən artıqdır ki tanıyır və onların ailəvi gediş-gəlişi olmuşdur. O, 2019-cu il mart ayının 23-də ailə üzvləri ilə cavabdehin faktiki yaşadığı Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi yaşayış evində cavabdehin dəvəti əsasında qonaq getmiş, söhbət əsnasında cavabdeh ona bildirmişdir ki, maşın alveri ilə məşğul olmaq istəyir və ona etibar etdiyi üçün bu işi onunla qurmaq niyyətindədir. O, cavabdehə bildirmişdir ki, onun bu işə yatırım etməyə pulu yoxdur və bu sahədə hər hansı bir anlayışa malik deyildir, lakin yaxın dostluq münasibəti olduğu üçün o, bankdan pul götürüb verə bilər. Cavabdeh onunla razılaşmış və xx.xx.2019-cu il tarixdə “xxxx”ın Sumqayıt filialına gedərək orada öz adına 1 illik müddətə qaytarmaq şərti ilə 1500 manat pulu və həmin pulun qaytarılmasına dair qrafiki və bank müqaviləsini götürərək cavabdehə vermişdir. Cavabdeh ona həmin pulun maşın alveri üçün yetərli olmadığını bildirmiş, məcburiyyət qarşısında qalaraq atası Əziz Bəkirovdan 300 manat, bacısının həyat yoldaşı Rasim Rəsulovdan 500 manat alaraq cavabdehə vermişdir. Ümumilikdə o, cavabdehə 2300 manat məbləğində pul vermiş, cavabdeh onun adına alınmış kredit üzrə ümumilikdə 2 ay 140 manat olmaqla banka ödəniş etmiş, sonradan ödənişləri icra etməkdən boyun qaçırmışdır. Həmin pulu cavabdehə verdikdən sonra cavabdeh üç dəfə müxtəlif markalı avtomaşınlar alaraq satmış və hər bir maşından hissə-hissə olmaqla, ümumilikdə 920 manat gəlir götürmüş və bu halı cavabdehin özü etiraf etmişdir. Cavabdeh pulu qaytarmadığı üçün o, məcburiyyət qarşısında qalaraq banka olan borcu faizləri ilə birlikdə ödəmiş və 1500 manat borcdan əlavə 250 manat ödəniş etmişdir. Beləliklə cavabdehə vermiş olduğu 2300 manat müqabilində cavabdeh ona 280 manat, 250 manat və 900 manat qohumu Emil adlı şəxsin vasitəsi ilə borcdan qaytarmış, lakin əsas borcdan 870 manat borcu qalmışdır. Verdiyi pula hesablanan 250 manat faizi özü ödəmiş və bu borc 1120 manat məbləğində olmuşdur. Cavabdeh həmin puldan başqa dəyəri 20 manat olan təkər, o,cavabdehin yaşadığı ünvana aylarla gedib gəlməklə təxminən 110 manat yollara xərci çıxmış, həmin maşınların satışından gələn gəlirin 1/3 hissəsi, yəni 300 manatını da mənimsəmiş, cavabdeh pulu ona qaytarmadığı üçün o, hüquqi yardımlardan istifadə etməsi nəticəsində 270 manat vəkilə, və məhkəməyə müraciət etməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Ona görə də, Cavabdeh ona dəymiş maddi ziyanın əvəzi olaraq 1850 manat məbləğində pulun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 387, 1096-cı maddələrinin, Azərbaycan Respublikası MPM-nin 14, 77, 78, 88-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” ASC-nin hesabdan çıxarış məlumatından görünür ki, İddiaçı “xxxx” ASC-dən xx xxxx 2019-cu il tarixdə bankdan 1500 manat məbləğində kredit almışdır. Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun xx xxxxxx 2020-ci il tarixli 173963 nömrəli kassa mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi məqsədi ilə 60 manat ödəniş edilmişdir. Sumqayıt Şəhər Hüquq Məsləhətxanasının BPN seriyalı, 021146 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmət göstərilməsi məqsədi ilə 210 manat ödəniş edilmişdir. Sumqayıt Şəhər Pİ-nin 5-ci PB-dən alınmış materialların surətindən görünür ki, tərəflər arasında olan bu mübahisə ilə bağlı iddiaçının ərizəsi əsasında 5-ci PB-də araşdırma aparılmışdır. Həmin araşdırma zamanı cavabdehin verdiyi izahatında iddiaçıdan 1500 manat deyil, (hərçənd ki, iddiaçı PB-də verdiyi ərizəsində cavabdehə 1485 manat verdiyini göstərmişdir) 1450 manat aldığını etiraf etmiş və həmin puldan tanışı X2 vasitəsi ilə 900 manatın iddiaçıya qaytarıldığını göstərmişdir. İddiaçı da bu halı etiraf etmiş və bunu iddia ərizəsində qeyd etmişdir. Bundan başqa iddia ərizəsindən görünür ki, iddiaçı ərizəsində cavabdehin əlavə olaraq ona 2 dəfə 140 manat olmaqla, cəmi 280 manat ödədiyini göstərmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi Cavabdeh münsibətdə 270 manat maddi ziyan və 43.50 manat məhkəmə xərci hissəsində əsaslıdır və iddia həmin həcmdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafıə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fıkirləri ilə pozula biləcək hüquqlarını müdafıə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafıə edən akt kimi çıxış etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarının 2.2-ci bəndin əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qeyd olunan qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-2428/2020 saylı qətnaməsi dəyişdirilməsən saxlansın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-849/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-849/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver