Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-855/2025 29.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4559/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpasından imtina haqqında həmin Məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(012)- 4559/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə iş materialları ilə birlikdə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4559/2024 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, CE/68140/88/3 saylı kredit sazişi üzrə 12948,01 manat əsas borc, 1371,60 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 14329,61 manat məbləğində borcun və ödənilmiş 135 manat məbləğində dövlət rüsumu əvəzinin alınaraq İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Cavabdeh həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti və eyni zamanda, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-4559/2024 nömrəli qərardadı ilə Cavabdeh həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(012)-4559/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilməmiş, buraxılmış müddətin bərpasından imtina edilmiş və onun qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır (hakim Habil Əhmədov). Cavabdeh Əliyev X4 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-4559/2024 nömrəli qərardadından elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixdə həmin Məhkəməyə şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-4559/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və həmin şikayət apellyasiya qaydasında baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-4559/2024 nömrəli qərardadından şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən yazılı icraat qaydasında baxılmağa qəbul edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(012)-4559/2024 nömrəli qərardadı ilə Cavabdeh həmin Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(012)-4559/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilmiş və onun qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını əlaqəli şəkildə araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi buraxılmış prosessual müddəti bərpa etməməkdə haqlı olmuş və bununla bağlı cavabdehin şikayətini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4559/2024 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixdə elektron sistemə, o cümlədən Cavabdeh elektron sistemdə olan elektron kabinetinə yerləşdirilmiş, bununla cavabdehin apellyasiya şikayəti verməsi üçün prosessual müddətin əvvəli xx.xx.2025-ci il tarixdən başlamış, həmin apellyasiya şikayətinin verilmə müddəti xx.xx.2025-ci il tarixdə bitmiş, cavabdeh tərəfindən apellyasiya şikayəti isə yalnız xx.xx.2025-ci ildə təqdim edilməklə müddət ötürülmüş və müddətin üzrlü səbəbdən ötürülməsinə dair sübutlar təqdim olunmamış, bundan əlavə, şikayət elektron kabinet vasitəsi ilə verilmədiyindən apellyasiya şikayət geri qaytarılmışdır. Cavabdeh buraxılmış prosessual müddətin bərpa edilməsi üçün verdiyi ərizədə müddəti ötürməsinin səbəbini elektron kabineti izləməməsi və orada yerləşdirilmiş qətnamə ilə gec tanış olması ilə izah etmişdir. Lakin qeyd edilən səbəb üzrlü sayılmır və buraxılmış prosessual müddətin bərpa edilməsinə əsas vermir. Azərbaycan Respublikası MPM-in 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, MPM-in 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. MPM-in 135.5 və 135.8-ci maddələrinə müvafiq olaraq, kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Məhkəmə sənədləri işdə iştirak edən şəxslərə bu formada göndərildikdə həmin sənədlər rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar” xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin irədəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzlilik baxımından şübhə altına alınmasın. Avropа İnsаn Hüquqları Məhkəməsi “Miraqаll Eskolаno və digərləri İspаniyаyа qаrşı” iş üzrə 25 yаnvаr 2000-ci il tаrixli Qərаrındа qeyd etmişdir ki, аtılmаlı olаn formаl аddımlаrı və şikаyətlərin verilməsi üçün riаyət edilməli olаn müddət məhdudiyyətlərini tənzimləyən normalаr ədаlət mühаkiməsinin lаzımi qаydаdа həyаtа keçirilməsinin və xüsusilə, hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini dаşıyır. Məhkəmə mübаhisəsi üzrə tərəflər bu qаydаlаrın tətbiqinin məcburiliyini nəzərə аlmаlıdırlаr. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Cavabdeh prosessual müddəti (qətnamədən apellyasiya şikayətinin verilməsi müddətini) üzürlü səbəblər olmadan ötürmüşdür. Cavabdeh buraxılmış müddətin bərpasını məhkəmədən xahiş etsə də, lakin həmin müddətin ötürülməsinin üzürlü səbəblərlə bağlı olması və buna görə də müddətin bərpası üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Cavabdeh buraxılmış prosessual müddətin bərpası haqqında ərizəsini təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Bununla bağlı məhkəmənin qəbul etdiyi qərardaddan cavabdehin verdiyi şikayətin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4559/2024 nömrəli qərardadı qanuni və əsaslıdır, qərardaddan Cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri həmin qərardadın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas vermir. Bu baxımdan şikayət təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-4559/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadından şikayətə baxdıqda qərardadı dəyişdirilmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 400 və 402-ci maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin prosessual müddətin bərpası və ya bundan imtina haqqında qərardadından şikayətə baxılması əsasında apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır və apellyasiya məhkəməsinin həmin qərardadı çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130, 133, 360, 395-400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4559/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Hazırkı qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-855/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-855/2025
29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver