Məhkəmə qərarları › İş №2(105)-86/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-86/2021

08.02.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-86/2021 08.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən, məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Hüseynova Günay Firdovsi qızının katibliyi ilə, İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı torpaq sahəsində tikilmiş obyektə gedişgəlişi təmin edən yolun açılması və maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-2278/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-2278/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı torpaq sahəsində tikilmiş obyektə gediş-gəlişi təmin edən yolun açılması və maneənin aradan qaldırılması tələbinə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən «xxxx» MMC-nə aid 0,02 ha torpaq sahəsindən həmin ünvanda İddiaçı aid torpaq sahəsinə zəruri keçid (gediş-gəliş yolu) verilməsi qət edilmişdir(hakim Cəmilə Səfiyeva) Qətnamədən iş üzrə Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı torpaq sahəsində tikilmiş obyektə gedişgəlişi təmin edən yolun açılması və maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsində tikilmiş obyektə gediş-gəlişi təmin edən yolun cavabdeh «xxxx» MMC tərəfindən açılması və maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Rzayev X1 rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 200 kv.metr (0,02 ha) ölçüsündə olan torpaq sahəsini xx xxxxxx 2004-cü il tarixdə Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsindən almışdır. Buna müvafiq olaraq həmin bələdiyyənin xx xxxxxx 2004-cü il tarixli 112 saylı qərarı ilə torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin memarı və Binəqədi rayonu Xocasən bələdiyyəsinin mühəndisi tərəfindən tərtib edilən torpaq sahəsinin yerləşdiyi ərazinin planında öz əksini tapmışdır. «xxxx» MMC İddiaçı qonşuluğunda yerləşən torpaq sahəsini Binəqədi rayonu Xocasən bələdiyyəsindən almış, daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X2 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX ******* nömrəli çıxarışı və xx.xx.2017-ci il tarixli A139019 saylı torpaq sahəsinin planını almışdır. Eyni tərəflər arasında fərqli tələblər əsasında Abşeron Məhkəməsində işə baxılmış, mühəndistexniki ekspertizası təyin edilmişdir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli, 22123 saylı rəyində göstərilmişdir ki, İddiaçı məxsus 200 kv.metr torpaq sahəsinin 140 kv.metrində faktiki olaraq obyekt inşa edilmişdir. Ekspertizanın rəyində təsdiq olunur ki, sözügedən ərazi iddiaçıya məxsusdur.«xxxx» MMC İddiaçı ilə qonşu olmaqla sonuncunun xüsusi mülkiyyətində olan torpaq sahəsində gediş-gəlişi təmin edən yol cavabdehin mülkiyyətindədir, bu isə iddiaçının torpaq sahəsində tikilmiş obyektinə gediş-gəlişinə çətinlik törədir. İddiaçı maneənin aradan qaldırılmasını dəfələrlə «xxxx» MMC-dən tələb etsə də, sonuncu tələbə əməl etmədiyindən məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus torpaq sahəsində tikilmiş obyektə gediş-gəlişin təmin edilməsi məqsədi ilə cavabdeh «xxxx» MMC-nin mülkiyyətində olan torpaq sahəsindən zəruri keçid (gediş-gəliş yolu) açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə çıxarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən iş üzrə Cavabdeh apelyasiya şikayət verərək göstərmişdir ki, məhkəmə sübutları tam araşdırmamış,əsasız və qanunsuz qətnamə çıxarmışdır. Abşeron rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-2278/2019 saylı qətnaməsini ləğvi, dağıdılmış yolun bərpası və dörd min beş yüz kompensasiya ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası mülki işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı,iddia rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-2278/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh «xxxx» MMC-yə qarşı torpaq sahəsində tikilmiş obyektə gediş-gəlişi təmin edən yolun açılması və maneənin aradan qaldırılması tələbinə iddia tələbi təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən «xxxx» MMC-nə aid 0,02 ha torpaq sahəsindən həmin ünvanda İddiaçı aid torpaq sahəsinə zəruri keçid (gediş-gəliş yolu) verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş torpaqların alqı-satqısına dair aktan fotosurətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsi Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 200 kv.metr (0,02 ha) ölçüsündə olan torpaq sahəsini xx xxxxxx 2004-cü il tarixdə 800000 manata İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu Xocasən bələdiyyəsinin xx xxxxxxxx 2004-cü il tarixli kassa mədaxil orderinin qəbzinin fotosurətindən görünür ki, İddiaçı 800000 manat torpaq haqqı ödəmişdir. Hazırki iddia tələbi üzrə qətnamənin əsaslandırıcı hissəsində birinci instansiya məhkəməsi «xxxx» MMC-nə satılmış 0,02 ha torpaq sahəsinin 80 kv.metrinin İddiaçı məxsus obyektlərə gedən ümumi yola aid torpaq sahəsi olması, həmin yol üzərində «xxxx» MMC tərəfindən şlaqbaum quraşdırılması,həmin yolun iddiaçıya aid sahəyə gediş-gəliş üçün yeganə yol olmasını göstərmişdir. Birinci instansiya məhkəməsi qətnamənin sonuncu abzaslarında iddiaçının zəruri keçid verilməsini xahiş etdiyi yolun cavabdehə aid torpaq sahəsi olmaqla, oradan iddiaçı ilə bərabər digər şəxslərin də cavabdehin hər hansı maneçiliyi olmadan istifadə etdikləri, bununla belə, iddiaçının bunu rəsmiləşdirmək üçün məhkəməyə müraciət etdiyini,cavabdehin nümayəndəsinin isə də buna etiraz etmədiyini, yoldan istifadə haqqı barədə cavabdehin hal-hazırda tələbi olmadığını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Əvvəla, iş materiallarına əlavə edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2831/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı DƏDRX-nin 4 saylı X2 və «xxxx» MMC-yə qarşı Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsində yerləşən 200 kv.metr (0,02 ha) torpaq sahəsindən çıxarılma, torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməmişdir.Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olmasını sübut edə bilməmişdir, yəni iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi naturada mütəxəssis tərəfindən müəyyən edilə bilməmişdir(iş materialları,səh.67). İkincisi, hazırki məhkəmə qətnaməsinin məzmunundan belə məlum olur ki, tərəflər arasında yola dair hər hansı mübahisə yoxdur, iddiaçnın məqsədi faktiki olaraq maneəsiz istifadə etdiyi yolu məhkəmə qaydasında qanuniləşdirməkdir. Üçüncüsü, məhkəmə kollegiyası tərəfindən təyin edilmiş tikinti-texniki ekspertizanın xx xxxxxx 2020-ci il tarixli, 10/2166 nömrəli rəyində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı LTl-nin mühəndisinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Elektron kadastr məlumat bazasında Abşeron rayonu, Xırdalan şəhərinə Bakı şəhərinə Binəqədi rayonundan ayrılmış torpaqların yerquruluşu planında hər hansı yol nəzərdə tutulmadığından Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin 112 say xx xxxxxx 2004-cü il il tarixli qərarına əsasən İddiaçı məxsus Binəqədi rayonu Xocasən dairəsi ərazisindəki 200 kv.metr torpaq sahəsinə gedən yolun dəqiqləşdirilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir Ona görə də apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan RespublikasıMPM-nin 382, 384.0.1, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Abşeron rayon Məhkəməsinin 14 avqust 2019-cu il tarixli, 2(012)-2278/2019 saylı qətnaməsi ləğv edilsin. İddia rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 50(əlli) manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elman Rəhimov Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar