Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-867/2023 01.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ ünvan 2qayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X7 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məünvan 2ə Sahib qızının katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi X3, onun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması tələbinə dair mülki iş üzrə ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(060)-345/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 2qayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada müqavilə öhdəliklərindən əmələ gələn borcların-480000 (dörd yüz səksən min) manat, 200 (iki yüz) manat məhkəmə ekspertiza xərclərinin, iş üzrə ödənilmiş 31 (otuz) manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdehlər Rafiq və Cavabdeh1lar qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 200 manat məhkəmə ekspertiza xərclərinin, 31 manat dövlət rüünvan 2unun və ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı iddia tələbinə dəqiqləşmə verərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 730 manat dövlət rüünvan 2unun, 400 manat mediasiya xərcinin və 200 manat məhkəmə ekspertiza xərclərinin cavabdehlərdən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" SC 03 iyun 1991-ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə İddiaçı təsis edib 23 avqust 1994-cü ildə həmin müəssisə 15334 saylı qeydiyyatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçib. Nizamnaməyə əsasən təsisçi müəssisənin ştat cədvəlini təsdiq edir, müəssisəyə direktor və nomenklatur vəzifələri təyin edir. Müəssisənin fəaliyyəti üçün təsis müqaviləsinə əsasən zəruri olan əmlak və maliyyə vəsaiti ayırır. Odur ki, Cavabdeh2 ayda 1400 manat maaşla müəssisənin direktoru təyin edilib və onunla imzalanmış təsis müqaviləsinə əsasən (o vaxtkı pulla) 28.793.600 manat əmlak və o cümlədən 7.000.000 manat pul vəsaiti müəssisənin hesabına keçirilib. Rafiqin qardaşı Cavabdeh1 da ayda 1200 manat maaşla müəssisənin direktor müavini təyin edilib. Onlarla qanunvericiliyə uyğun qaydada əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanıb. 2021-ci il mart ayında İdarə Heyətinin iclasında Maliyyə Nazirliyinin tələbi ilə təsisatlar haqqında məlumat hazırlanma zərurəti ilə Nəzarət Təftiş şöbəsinin rəisi Əli Qəhrəmanova tapşırıq verildi ki, İddiaçı km-nin fəaliyyəti barədə məlumat əldə eləsin. Çünki bu müəssisənin direktoru Cavabdeh2 və direktor müavini Cavabdeh1 “Xəzər" SC-nin işçiləri olsalar da heç İdarə Heyətinin iclaslarına gəlmirlər və heç bir hesabat vermirlər. Əli Qəhrəmanov 19 aprel 2021-ci ildə təqdimatla müəssisənin fəaliyyətinin dayandığı və Cavabdeh2 da məsuliyyətdən yayındığını diqqətə çatdırdı. Əli Qəhrəmanovun təqdimatından sonra o, özü də çox narahat olmuş və Rafiqi axtarmış, nəhayət nömrələrdən birində cavab vermiş (***-***-**-**) və demişdir ki, “Gəlib həll edəcəkdir”, ancaq gəlmədi. Ondan sonra bütün nömrələr zəngi qəbul etsə də cavab verməmişdir. Onlar, məcbur olub xəbərdarlıq məktubu göndərmişlər Rafiqə də, Sadıxa da çatdırmışlar. Sadıxın məktubunu poçtolyon çatdırıb. Rafiqin məktubunu isə ünvan tam deyil bəhanəsi ilə üstlərinə qayıtmışdır. Odur ki, Əli Qəhrəmanov (Nəzarət şöbəsinin rəisi) özü şəxsən həmin xəbərdarlıq məktubunu götürüb Bakıdakı ünvana polis məmuru ilə birgə getmiş və Rafiqin özünə şəxsən təqdim eləmiş və demişdir ki, “Ayıb deyilmi telefona cavab vermirsən, məsuliyyətdən yayınırsan”. Rafiq deyib ki, “Gəlib özüm həll edəcəm”. Məlum olub ki, Rafiq Belarusiyadan Azərbaycana qapı gətirməklə məşğul olur. Müəssisənin fəaliyyətini mükəmməl təhlil edilib qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Auditorlar Palatasının auditoru Elxan Bənnayevlə müqavilə bağlamışlar. Ancaq o, da heç cür cavabdehlərlə əlaqə yarada bilməmişdir. Başqa-başqa adamlarla xəbər göndərmişdilər ki, “Rafiq xaricdədir. Gələndə özü gəlib görüşəcək”. Nəhayət bir dəfə telefonla zəng edib deyib ki, “mən başqa yerdəyəm, məndə heç bir sənəd yoxdur” və yoxlamada iştirak etməkdən imtina edib. Əli Qəhrəmanov isə bildirir ki, Rafiq həmin vaxtlar Bakıda olub, sadəcə olaraq saxtakarlıq və dələduzluq edərək məsuliyyətdən yayınır. Beləliklə, Auditorun Aktına görə 1991-92-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində mal materiallar, təsis müqaviləsinə əsasən hər ilin yekununa görə əldə olan mənfəətdən 15% dvident, beləliklə, onlara bəlli olan material və pul qiymətliləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. İndi isə bunlar iki qardaş hesabat və izahat verməkdən yayınırlar. Maddi və mənəvi öhdəliklərinə məsuliyyətsiz yanaşırlar. "xxxx" QSC- ilə bağlanmış xx.xx.2021-ci il tarixli 281 saylı müqaviləyə əsasən Auditor Cəmiyyətin təsis etdiyi İddiaçı km-nin nizamnamə kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədilə Cəmiyyətdə Audit yoxlaması aparıldı. Yoxlama müəssisədə olan ilkin sənədlər əsasında aparılmışdır. Audit yoxlamasına təqdim olunmuş sənədlər əsasında müəyyən olundu ki, "Xəzər” Səhmdar Cəmiyyətinin səhmdarlarının 09 aprel 1991-ci il tarixli 7-a saylı protokoluna əsasən Cəmiyyətin nəzdində təsis edilmiş “Termoplast“ Kiçik Müəssisəsi xx.xx.1991-ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin 12 saylı protokoluna əsasən qeydiyyata alınmış və müəssisənin nizamnaməsi təsdiq edilmişdir. Nizamnaməyə əsasən müəssisəyə direktor təsisçi tərəfindən təyin olunur və kollektivin ümumi yığıncağının qərarı ilə təssisçi tərəfindən vəzifəsindən azad edilir. Təsisçinin xx.xx.1991-ci il tarixli əmri ilə Cavabdeh2 “Termoplast“ Kiçik Müəssiəsinə direktor vəzifəsinə təyin edilmişdir. 01 iyun 1991 -ci il tarixli təsis müqaviləsinə əsasən Təsisçi adlanan "xxxx" Səhmdar Cəmiyyəti, Nizamnamə əsasında fəaliyyət göstərən Cəmiyyətin X2 bir tərəfdən, İddiaçı, nizamnaməyə əsasən fəaliyyət göstərən müəssisənin direktoru Cavabdeh2 ikinci tərəfdən, mövcud Qanunvericiliyə və nizamnaməyə uyğun olaraq aşağıdakılar barədə müqavilə bağlamışlar: Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün hər cür maddi və mənəvi yardım göstərməyi öhdəsinə götürür. Təsisçi İddiaçı normal fəaliyyət göstərməsi üçün Nizamnamə fonduna ********.00 manat (rubl) məbləğində, o cümlədən ********.00 manat (rubl) əmlak şəklində və 7000000.00 manat (rubl) pul şəklində vəsait köçürür. İddiaçı isə onun sərəncamında olan Təsisçinin əmlakını qorumağı öhdəsinə götürür. xx.xx.1994-cü il tarixdə İddiaçı 15334 saylı qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində yenidən qeydiyyata alınmış və Nizamnaməsi yeni redaksiyada təstiq edilmişdir. Bununla bağlı təsis sənədləri yenilənmişdir. 02 yanvar 1997-ci il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Sədri Q.O.Kərimov ilə İddiaçı direktoru Cavabdeh2 arasında 166 saylı fərdi əmək müqaviləsi və maddi məsul şəxs barədə müqavilə bağlanmışdır. İddiaçı hüquqi ünvanı Nizamnamədə ünvan 2qayıt şəhəri göstərilmişdir. Faktiki fəaliyyət göstərdiyi ünvan isə göstərilməmişdir. Həmin dövrdə Cavabdeh2 ünvan 2qayıt şəhəri, 9-cu mikrorayon, ev 52, mənzil 112-də yaşayırdı. Sonradan məlum olmuşdur ki, artıq o, həmin ünvanda yaşamır. Yeni ünvanı: Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3kabr ayında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayevanın imzası ilə göndərilmiş xx.xx.2018- ci il tarixli 10/03-163- 1908 saylı və Nazirlik Aparatının rəhbəri Namiq Süleymanovun imzası ilə göndərilmiş xx.xx.2018-ci il tarixli 10/03-611-5824 saylı məktubla illik maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının (törəmə müəssisələrlə birlikdə) təqdim olunması tələb edilmişdir. Lakin İddiaçı ilə bağlı hesabat olmadığı üçün ’’Xəzər” Səhmdar Cəmiyyəti 2 il bu hesabatı verə bilməmişdir. 06 may 2021-ci il tarixdə Cavabdeh2 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanına xəbərdarlıq məktubu göndərilərək dəvət edilməsinə və şəxsən iddiaçı ilə əlaqə saxlayaraq dəvət etməyinə baxmayaraq Cavabdeh2 audit yoxlamasında iştirak etməkdən imtina etmişdir. O, özündə heç bir sənədin olmadığını bildirmişdir. 27 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin İddiaçı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə edilmiş müraciətə 04 may 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, İddiaçı (2********) xx.xx.1991-ci il tarixdə 12 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, 2005-ci ildən 10 rəqəmli VÖEN-ə keçilib. 10 rəqəmli VÖEN alınması üçün isə müəssisə tərəfindən vergi orqanına müraciət edilməmişdir, ona görə də əməliyyatlar aparılmamışdır. Belə nəticə çıxır ki, müəssisə qeyri qanuni yolla fəaliyyətini dondurmuşdur. Yəni müəssisənin fəaliyyətinin dondurulması barədə Təsisçi "xxxx" Səhmdar Cəmiyyətinin və Vergi Orqanının xəbəri olmamışdır. Halbuki, İddiaçı Nizamnaməsinin 8.3 bəndində göstərilir ki, müəssisənin yenidən təşkili və ləğvi təsisçinin qərarı ilə və yaxud qanunvericilikdə müəyyən edilmiş hallarda həyata keçirilir. İddiaçı direktoru Cavabdeh2 tərəfindən sənədlərin təqdim edilməməsinə baxmayaraq "xxxx" Səhmdar Cəmiyyətinin Arxiv sənədlərinin araşdırılması nəticəsində Auditor müəssisənin maliyyə təsərrüfat fəaliyyətini araşdıraraq müəyyən nəticələr əldə edə bildi(surəti təqdim olunur) müəyyən edildi ki, 1991-1992-ci illərdə İddiaçı nizamnamə fondu tam formalaşmışdır və mühasibat balanslarında Cavabdeh2 və baş mühasibin imzası və möhürlə təsdiq olunmuşdur. "xxxx" SC-i onları İdarə Heyətinə dəvət eləsə də onlar gəlmədilər və qərəzli olaraq məsuliyyətdən yayındılar. Ona görə də "xxxx" SC-i onları Cavabdeh2 və Cavabdeh1ı məsuliyyətə cəlb eləmək və öhdəliklərini ödətmək üçün ünvan 2qayıt Şəhər Məhkəməsinə xx.xx.2021-ci il tarixli 62 saylı İddia Ərizəsi ilə müraciət etmişdir. ünvan 2qayıt Şəhər Məhkəməsi xx.xx.2021-ci il tarixə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə 1 cilddə 121 vərəqədə sorğu göndərərək toplanmış materialların tədqiq olunmasını xahiş etmişdir. Sonradan xx.xx.2021-ci il tarixli 9/7404 saylı ekspert vəsatətinə cavab olaraq xx.xx.2021-ci il tarixdə 35 vərəqədə əlavə sənədlər təqdim edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə X1 13.1-ixtisas sahəsi üzrə: məhkəmə-mühasibat ekspertizası, mühasibat uçotu qeydlərini, təsərrüfat subyektinin maliyyə vəziyyətini və maliyyə-iqtisad göstəricilərini tədqiq etməklə xx.xx.2021-ci il tarixli 9/7404 saylı ekspert rəyi tərtib edərək Məhkəməyə göndərmişdir. Beləliklə, iddia tələbinin əsaslı olması iş üzrə təyin edilmiş ekspertiza rəyində də, öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, N29/7404 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş "xxxx" SC-i ilə İddiaçı km arasında bağlanmış xx.xx.1991-ci il tarixli Təsis müqaviləsinə əsasən "Xəzər SC-i tərəfindən İddiaçı km-nin nizamnamə fonduna 28.793.600 rubl (manat) məbləğində əmlak şəklində, o cümlədən 7.000.000 rubl (manat) məbləğində nəğd vəsait qoyulmuş və nəğd vəsait şəklində qoyulmuş 7.000.000 rubl (manat) məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli 48 saylı "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanının 1 -ci bəndi, 3-cü bəndi, Azərbaycan Respublikası Prezidentinin 07 fevral 2005-ci il tarixli 189 saylı “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmanının 1 -ci bəndi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin saytında müəyyənləşdirdiyi istehlak qiymətləri indeksi faizləri nəzərə alınmaqla xx.xx.2021-cı il tarixə (Ekspertiza təyini haqqında qərardadın tarixi) manat ekvivalenti 678.199,20 manat məbləğində müəyyən edilmişdir. Ekspertizanın Rəyində məbləğ 678199 manat olsa da, əvvəlki iddia tələbini dəyişməmişlər, elə 480000 manat olaraq qalıb. ünvan 2qayıt Şəhər Məhkəməsi 24 dekabr 2021-ci il tarixli 2(060)-6124/2021 saylı Qətnaməsi ilə həmin Ekspert Rəyi əsasında "xxxx" SC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun və 31 manat dövlət rüünvan 2unun onlardan tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qət etmişdir. Həmin Qətnamədən narazı qalan cavabdehlər ünvan 2qayıt Apellyasiya Məhkəməsinə şikayətlə müraciət etmişlər. ünvan 2qayıt Apellyasiya Məhkəməsində müəyyən edilmişdir ki, Məhkəməyə İddiaçı km adından və Kommersiya Məhkəməsinə müraciət olunmalıdır. Ona görə də "xxxx" SC-i tərəfindən ərizə ilə ünvan 2qayıt Apellyasiya Məhkəməsinə müraciət edərək, iddiadan imtina barədə ərizə təqdim etmişdir. ünvan 2qayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 785/2022 saylı Qərardadı ilə ərizə təmin edilmişdir. Bundan sonra İddiaçı km tərəfindən ünvan 2qayıt Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müqavilə öhdəliklərindən əmələ gələn borcların - 480000 manat pulun, 200 manat Məhkəmə Ekspert xərclərinin, 31 manat dövlət rüünvan 2unun və ilkin mediasiyasesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğin onlardan tutularaq İddiaçınə ödənilməsi barədə Qərar qəbul edilməsi xahiş olunmuşdur. ünvan 2qayıt Kommersiya Məhkəməsi özünün xx.xx.2022-ci il tarixli iş № e-2- 2(119)-1824/2022 saylı Qərardadı ilə İddiaçı tərəfindən cavabdehlər: Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “Müqavilə öhdəliklərindən əmələ gələn borcların məcburi tutulması” tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılmış və iddiaçıya izah olunmuşdur ki, həmin cavabdehlərə qarşı vermiş olduğu tələb üzrə aidiyyatı üzrə müvafiq ümumi məhkəməyə müraciət edə bilər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2(060)-345/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbi üzrə icrata xitam verilməsi barədə qərardad qəbul edilməsi, yaxud iddia tələbinin qanunsuz və əsassız olmaqla rədd edilməsi və yaxud da iddia müddəti tətbiq edilməklə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, KM-nin fəaliyyətinin dayandırılması barədə həmin müəsssisəni yaradan və yeganə təsisçi olan Xəzər QSC-nin ən geci 1996-cı il tarixində məlumatı olmuşdur. Belə ki, iş materiallarından göründüyü kimi "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisi bu barədə 1996-cı il tarixində "xxxx" QSC-yə məlumat vermişdir. Lakin həmin vaxtdan 25-27 il keçdikdən sonra hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Bu faktı həmçinin əvvəlki iddiaçı "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş protokoldan çıxarışlar və "xxxx" QSC-nin Təftiş-Nəzarət şöbəsinin rəisinin təqdimatları da təsdiq edir. (Həmin protokoldan çıxarışlar və təqdimatlar müxtəlif tarixlərdə olsa da, eyni şiriftlə yazılmış və məzmunu demək olar ki, birə-bir eynidir. Görünür ki, həmin sənədlər məhkəmə gedən ərəfədə tələm-tələsik eyni vaxtda təsdiq olunmuşdur). iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X4 hazırki pul tələbi üzrə qanunla müəyyən edilmiş 10 illik ümumi iddia müddəti də, daxil olmaqla bütün iddia müddətlərini ötürməklə məhkəməyə müraciət etmişdir. Hazırki qətnamənin əsaslandırılmasına səy belə göstərilməmiş, qətnamə əvvəlki qətnamənin kopyalanması yolu ilə yazılmışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdehlərin öz öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan cavabdehlər qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə iddia tələbi cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması barədədir. İddia tələbinin qanuni əsasını Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndi, 191, 193, 194, 199-cu maddələri təşkil edir. İlk növbədə qeyd olunmalıdır ki, əmək sahəsində işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər əmək münasibətləri ilə sıx bağlı olduğuna görə onlar əmək qanunvericiliyi ilə tənzimlənir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, 03 iyun 1991-ci il tarixli ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin qərarı ilə "xxxx" Səhmdar Cəmiyyəti İddiaçı təsis edilmiş, 23 avqust 1994-cü ildə 15334 saylı qeydiyyatla Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Dövlət qeydiyyatından keçmişdir. Cavabdeh2 həmin müəssisənin direktoru, Rafiqin qardaşı Cavabdeh1 müəssisənin direktor müavini təyin edilmişdir. İddiaçı cavabdehlərin müqavilə üzrə üzərlərinə götürdüyü öhdəlikləri icra etmədiklərini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə görə işçinin ən mühüm vəzifələrindən biri onun işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımasıdır. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Mülkiyyətçi ilə əmək müqaviləsi əsasında fəaliyyət göstərən işəgötürən, özünün qanunazidd hərəkətləri nəticəsində mülkiyyətçiyə vurduğu ziyana görə bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada və hallarda tam maddi məsuliyyət daşıyır. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur (Əmək Məcəlləsinin 191.1, 193.1. və 194.1. maddələri). Əmək Məcəlləsinin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan maddələrinin təhlilinə görə əmək hüququ normaları ilə nəzərdə tutulan maddi məsuliyyət hüquqi məsuliyyətin müstəqil növlərindən biridir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək vəzifələrinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Nəzərə almaq lazımdır ki, işəgötürənin mülkiyyətçi qarşısında məsuliyyətinin yaranması üçün birincisi mülkiyyətçi ilə işəgötürən arasında əmək müqaviləsi bağlanmalı və işəgötürən bu müqavilə əsasında fəaliyyət göstərməli, ikincisi, işəgötürən əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən mülkiyyətçiyə bilavasitə ziyan vurmalı, üçüncüsü, işəgötürənin hərəkətləri qanunazidd olmalı, dördüncüsü, işəgötürənin qanunazidd hərəkətləri ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalı, beşincisi isə işəgötürənin ziyanın vurulmasında təqsiri olmalıdır. Hüquqazidd hərəkətin olması dedikdə isə bu zaman qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan davranış qaydalarını pozan və qadağan edilmiş fəaliyyətdə, yaxud da lazımı fəaliyyətin göstərilməməsində öz əksini tapan əməl başa düşülür. Hərəkətsizlik isə şəxsin üzərinə düşən vəzifələri yerinə yetirmək imkanına malik olması və yerinə yetirməli olmasına baxmayaraq bunları etməməsi başa düşülür. Təqsir dedikdə isə adətən şəxsin öz hüquqazidd davranışına və onun nəticələrinə olan psixi münasibəti başa düşülür. O da nəzərə alınmalıdır ki, işçinin maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqə ondan ibarətdir ki, ziyan işçinin bilavasitə hüquqazidd davranışı nəticəsində vurulur. Belə olmadıqda işçinin üzərinə ziyanın ödənilməsi üzrə maddi məsuliyyət qoymaq olmaz. İşdən görünür ki, "xxxx" SC 03 iyun 1991 -ci il tarixdə ünvan 2qayıt Şəhər Xalq Deputatları Sovetinin İcrayyə Komitəsinin Qərarı ilə İddiaçı təsis edərək 23 avqust 1994-cü ildə həmin müəssisəni dövlət qeydiyyatından keçirmiş və müəssisənin fəaliyyəti üçün təsis müqaviləsinə əsasən zəruri olan əmlak və maliyyə vəsaiti ayrılmış, Cavabdeh2 ayda 1400 manat maaşla müəssisənin direktoru təyin edilərək onunla imzalanmış təsis müqaviləsinə əsasən (o vaxtkı pulla) 28.793.600 manat əmlak və o cümlədən 7.000.000 manat pul vəsaiti müəssisənin hesabına keçirilmiş, digər Cavabdeh1 ayda 1200 manat maaşla müəssisənin direktor müavini təyin edimişdir. Onlarla qanunvericiliyə uyğun qaydada əmək müqaviləsi və maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Müəssisənin fəaliyyətini mükəmməl təhlil edilib qiymətləndirilməsi məqsədilə İddiaçı KM-nin nizamnamə kapitalına qoyduğu əmlak və pul vəsaitinin düzgünlüyünün müəyyənləşdirilməsi və müqavilə öhdəliklərinin yerinə yetirilməsini dəqiqləşdirmək məqsədilə Cəmiyyətdə Audit yoxlaması aparılmış, auditorun aktına görə 1991-1992-ci illərdə ilkin təsis payı 28793600 manat olmaqla 1999-cu ilin 01 yanvar tarixinə Nizamnamə kapitalı 47386000 manat olmuşdur. 54653000 manat məbləğində əsas vəsait, 20082000 manat mal-material olmuşdur sonradan ödədikləri ******* manat ******* manat pul vəsaiti əmlak olaraq verdikləri materiallar 11000000 manat dəyərində mal materiallar, təsis müqaviləsinə əsasən hər ilin yekununa görə əldə olan mənfəətdən 15% dvident, beləliklə, onlara bəlli olan material və pul qiymətliləri bu günə olan reallıqla 480000 manat olaraq ödənilmişdir. 27 aprel 2021-ci il tarixdə "xxxx" QSC-nin İddiaçı haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə edilmiş müraciətə 04 may 2021-ci il tarixdə cavab olaraq bildirilmişdir ki, İddiaçı (2********) xx.xx.1991-ci il tarixdə 12 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır, 2005-ci ildən 10 rəqəmli VÖEN-ə keçilib. 10 rəqəmli VÖEN alınması üçün isə müəssisə tərəfindən vergi orqanına müraciət edilməmişdir, ona görə də əməliyyatlar aparılmamışdır. Belə nəticə çıxır ki, müəssisə qeyri qanuni yolla fəaliyyətini dondurmuşdur. Yəni müəssisənin fəaliyyətinin dondurulması barədə təsisçi "xxxx" Səhmdar Cəmiyyətinin və vergi orqanının xəbəri olmamışdır. Göründüyü kimi cavabdehlərin iddiaçıya ziyan vurması və ziyanın vurulmasında təqsirli olması işin yuxarıda qeyd olunan halları ilə müəyyən edilsə də, lakin iddiaçı həmin zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi ilə məhkəməyə Əmək Məcəlləsinin 296.5. maddəsində nəzərdə tutulmuş iddia müddətini ötürməklə müraciət etmişdir. Əmək Məcəlləsinin 296.5. maddəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. İddia müddətinin axımının kəsilməsinin əsasları Mülki Məcəllənin 380.1. maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İddia irəli sürülməsi dedikdə, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi başa düşülür. “Qanunla müəyyən edilmiş qaydada iddia qaldırması” o deməkdir ki, iddiaçı iddia qaldırması ilə bağlı qanunvericilikdə qoyulmuş qaydalara–aidiyyət və məhkəmə aidiyyəti qaydalarına, iddianın verilməsi şərtlərinə (o sıradan iddia ərizəsinin forması və məzmununa, dövlət rüünvan 2unun ödənilməsi), prosessual qanunvericilikdə nəzərdə tutulan başqa tələblərə əməl etməlidir. Şübhəsizdir ki, belə iddia iddia müddəti ərzində irəli sürülməlidir ki, iddia müddətinin axımı kəsilsin. Qeyd olunan normalara əməl etmədən irəli sürülmüş iddia müəyyənləşdirilmiş qaydada irəli sürülmədiyindən, iddia müddətinin axımının kəsilməsinə səbəb olmur və iddia müddətinin axımı davam edir. İş materiallarından görünür ki, tərəflər arasında əmək münasibətlərinə 19 aprel 2021ci il tarixdən xitam verilmiş və bundan sonra 21 iyun 2021-ci il tarixdə müəssisədə audit yoxlaması aparılmış, qanunvericiliyin yuxarıda göstərilən tələbi baxımından iddiaçının məhkəməyə müraciət etmək hüququ pozuntunun aşkar edildiyi 21 iyun 2021-ci il tarixdən yaranmış, lakin iddiaçı 21 iyun 2022-ci il tarixə qədər müraciət etməli olduğu halda, xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, iddia tələbi müddətin ötürülməsi əsası ilə təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. ünvan 2qayıt Şəhər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı direktoru X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cavabdehlərin müqavilə öhdəliklərindən əmələ gələn borclarının məcburi tutulması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ünvan 2qayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-867/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-867/2023
01.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver