Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-871/2025 05.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Rifat oğluna qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, rüsum kəsiri) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı Cavabdeh Rifat oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh Rıfat oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8850 manat və 392 manat faizin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) İddiaçı Cavabdeh Rıfat oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması, iddiaçıya göstərilən nöqsan aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır.
3. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3747/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadı ilə (hakim Şəbnəm Həxiyeva) Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3747/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh Rıfat oğlundan 8850 (səkkiz min səkkiz yüzəlli) manat və 392 manat faiz tutularaq xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. Həmin tarixdə 108.04 manat məbləğində rüsum ödəmiş və ********** qəbz nömrəsilə elektron məhkəmə informasiya sisteminə əlavə etmişdir. Buna baxmayaraq məhkəmənin xx.xx.2025-cü tarixli qərardadı ilə iddia ərizəsi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyi üçün geri qaytarılmışdır. Hesab edir ki, rüsum ödənildiyi üçün məhkəmənin iddia ərizəsini geri qaytarması qanunsuzdur. O, bu şikayətə əlavə etdiyi qəbzlə təsdiq edilmiş rüsumu ödəmişdir. Ola bilsin ki, hansısa anlaşılmazlıq ucbatından hakim rüsumun ödənilməməsi qərarına gəlmişdir. Açıq-aşkar görünür ki, məhkəmə MPM-nin MPM-in 152.1.5-ci maddəsini səhv tətbiq etmişdir. Əksinə hakim MPM-in 151.1-ci maddəsini rəhbər tutub iddia ərizəsini icraata qəbul etməli idi.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)- 3747/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 108. Dövlət rüsumu 108.1. Mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1. iddia ərizəsi verildikdə; Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
10. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddiaçı tərəfindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi ödənilməlidir. Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddiaçı tərəfindən 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi ödənilməlidir. Maddə 8.1.4. İddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda iddiaçı tərəfindən 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi ödənilməlidir. Maddə 8.1.5. iddia qiyməti 1.000.000 manatdan çox olduqda iddiaçı tərəfindən 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) ödənilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı tərəfindən ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədin əlavə edilməməsi ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və qərardadın ləğv edilərək işin məhkəmə hazırlıq iclasında baxılması üçün təyin olunmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materilalları ilə əlaqəli şəkildə araşdıraraq əsassız hesab edir və bununla bağlı qeyd edir: İş materialları ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh Rıfat oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8850 manat və 392 manat faizin tutularaq ona ödənilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı 112,42 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 108,50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bununla da qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Kollegiya hesab edir ki, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməməsi iş materialları ilə öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair qərardad qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir, şikayətin dəlilləri əsassızdır. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İddiaçının nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2(060)-3747/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.