Məhkəmə qərarları › İş №2(105)-879/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-879/2024

29.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-879/2024 29.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X20 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iştirakı ilə, Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat borc məbləğinin və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin 1-ci bəndi üzrə Cavabdeh 96000 (doxsan altı min) manat məbləğində pul borc vermişdir. Cavabdeh götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmışdır. Aralarında bağlanmış 03 oktyabr 2020-ci il tarixli sazişə əsasən Cavabdeh krediti 03 oktyabr 2021-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüşdür. 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinin 8-ci bəndinə görə Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Lakin cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə Cavabdeh ona hazırkı tarixə 96000 (doxsan altı min) manat borcu qalmışdır. Borcun könüllü ödənilməsi barədə Cavabdeh məktub (pretenziya) göndərilmiş, 09 oktyabr 2023-cü il tarixdə cavabdeh məktubu qəbul etməsinə baxmayaraq münasibət bildirməmişdir. Ona görə də Cavabdeh aralarında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən 96000 (doxsan altı min) manat borcun və 378 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.

4. Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsi ilə (hakim Mirələm Quliyev) iddia qismən qismən təmin edilmiş, Cavabdeh 66000 (altmış altı min) manat borc məbləği və 378 manat ödənilmiş dövlət rüsumunun alınıb İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat məbləğində pul borc vermiş, Cavabdeh götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüş, 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmış, cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, Cavabdeh iddiaçıya 66000 manat borcu qalmışdır.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1, 739.1, 739.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdehn apellyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsini, iddia tələbinin tam şəkildə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə bir məhəllədə yaşamış, aralarında yaxın dostluq və yoldaşlıq münasibəti yaranmış, ikinci qrup əlil Sahib Nuriyevin Sumqayıt şəhərinin 1-ci mikrorayonu ərazisində Sülh küçəsində kiçik bir obyekti mövcud olmuş və həmin obyekt bərbərxana şəkildən işlədilirdi. 2018-ci ildə o, Cavabdeh müraciət edərək, maddi dəstək göstərilməsini və həmin obyekti böyüdərək müasir üslubda yenidən tikməyi və sonradan bu obyekti birlikdə işlətməyi təklif etmiş, sonuncu da onun bu təklifini qəbul etmişdir. Bu minvalla Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının imzaladığı 04 sentyabr 2018-ci il tarixli, 194 ömrəli sərəncamına əsasən ikinci qrup əlil Nuriyev Sahib Siryoz oğluna Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması məqsədi ilə 150 kv.metr sahədə razılaşdırılmış layihəyə uyğun olaraq obyektin tikintisinə və layihələndirilməsinə icazə verilmişdir. Həmin sərəncama uyğun olaraq yeni tikiləcək obyektin layihəsini hazırlatdıraraq aidiyyəti təşkilatlarla razılaşdırdıqdan sonra tikinti işləri həyata keçirilməyə başlanılmışdır. Lakin sənədləşmə və tikinti işlərinə hesablandığından daha çox maddi vəsait tələb olunmuş, S.Nuriyevin belə vəsaiti olmamış, o da özündə olan pul vəsaitini tamamilə bu işlərə xərclədiyindən, kənardan əlavə pul vəsaiti axtarmaq məcburiyyətində qalınmışdır. Bu minvalla o iddiaçının qardaşı, eyni zamanda onun həmyerlisi olan X14 ilə söhbətləşmiş, onun bu tikiliyə şərik girməsi və gələcəkdə əldə ediləcək gəlirin yarısının ona çatması şərti ilə pul ayıması barədə razılığa gəlinmişdir. Həmin razılaşma əsasında X14 tərəfindən sözügedən tikinti üçün ona ayrı-ayrı vaxtlarda olmaqla ümumilikdə 151000 (yüz əlli bir min) manat pul verilmişdir ki, həmin pul vəsaitinin 96000 manat hissəsinə dair ikinci qrup əlil Nuriyev Sahib Siryoz oğlunun qardaşı hal-hazırki İddiaçı ilə Cavabdeh arasında 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Qeyd edilən pul vəsaiti ilə sözügedən tikinti başa çatdırıldıqdan sonra X14 cavabdeh arasında daha öncə əldə edilmiş razılşamanın ziddinə olaraq torpaq sahəsinin sənədinin öz adına keçirilməsini tələb etmişdir. O, torpağın sənədinin Nuriyev Sahib Siryoz oğlunun adına olduğunu, sənədin hal-hazırki şəraitdə başqasının adına dəyişdirilməsinin mümkün olmadığını və əldə edəcəkləri qazancdan onun da payını öz gəlirindən ödəyəcəyini bildirdikdə, X14 bununla razılaşmayaraq ödədiyi 156 000 manat pulun dərhal ona qaytarılmasını tələb etməyə başlamışdır. Halbuki, iddiaçı ilə arasında olan razılaşmaya əsasən həmin pul vəsaiti obyekt işlədikcə hissə-hissə ona qaytarılacaqdı, obyektin sənədləri qaydaya salındıqdan və hüquq müəyyənedici sənədlər əldə edildikdən sonra isə həmin obyekt bankda girov qoyularaq pul götürülüb birdəfəlik adı çəkilən şəxsin pulu qaytarılacaqdı. Nəticədə, X14 daha öncə əldə edilmiş razılaşmanı pozaraq tikintiyə qoyulmuş 161000 manat pulu vaxtından əvvəl ondan tələb etməyə başlamış, sonuncu da həmin pulu tam şəkildə geri ödəmək iqtidarında olmadığı halda barəsində şikayət ərizəsi ilə Sumqayıt Şəhər Polis İdarəsinə müraciət etmişdir. Həmin şikayət ərizəsində də guya onu aldadaraq pul vəsaitini mənimsədiyini iddia etmişdir. Polis orqanında aparılmış araşdırmaların nəticəsi olaraq Sumqayıt Şəhər Polis İdarəsinin müstəntiqi Asəf Hatəmli tərəfindən 21 oktyabr 2020-ci il tarixdə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 123-35140- 1220 saylı qərar qəbul edilmişdir. Həmin qərarda da əks olunmuşdur ki, Cavabdeh tərəfindən X8 olan 161000 manat borcunun əvvəlcə 65000 manatı, daha sonra isə 30000 manat hissəsi olmaqla, ümumilikdə 95000 manatı geri qaytarılmışdır. X6 qardaşı İddiaçı ilə bağlanılmış kredit müqaviləsində də dəyişiklik edilərək qalan 66000 (altmış altı min) manat pul vəsaitinin 03 oktyabr 2021-ci il tarixinədək geri qaytarılacağına dair öhdəlik müəyyən olunmuşdur. Lakin obyektin sənədləşmə işləri ləngiyindən və bugünədək də başa çatmadığından, habelə COVİD pandemiyasının təsiri ilə nərədə tutulmuş ticarət işləri lazımi şəkildə getməmiş və sözügedən müddətdə həmin pul vəsaitini geri qaytara bilməmişdir. Bununla yanaşı o ümumi borcun qalmış 60000 manat hissəsindən 27000 manatını sonradan hissə-hissə olmaqla dörd dəfəyə ümumi tanışları X3 vasitəsi ilə X8 qaytarmışdır. O faktiki olaraq X4 aldığı və İddiaçı ilə bağlanılmış kredit müqaviləsində göstərilmiş borc məbləğin cəmi 39000 manatını ödəməmişdir. Bunun da səbəbi ətraflı olaraq yuxarıda qeyd edilmişdir. O sözügedən pul vəsaitinin böyük hissəsini, yəni 95000 manatını X8 qaytarması 21 oktyabr 2020-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 123-35140-1220 saylı qərarda əks olunmuş, eyni zamanda X14 tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinə ünvanlanmış 05 dekabr 2019-cu il tarixli ərizədə də etiraf edilmişdir. Bütün bu hallara baxmayaraq qalan borcun ödənilməmiş məbləği 39000 manat olduğu halda, İddiaçı cavabdehə qarşı “kredit müqaviləsi üzrə borc tələbi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əsassız şəkildə 96000 manat borc məbləğinin ödənilməsini tələb etmişdir. Halbuki, onun iddiaçıya faktiki olaraq hər hansı borcu mövcud deyildir. Sözügedən kredit müqaviləsi görünüş üçün bağlanılmışdır ki, əslində həmin müqavilədə qeyd edilmiş pul vəsaiti iddiaçının qardaşı X8 məxsusdur və məhz ondan borc pul almışdır. X1 olan borcu hal-hazırda cəmi 39000 manat təşkil edir ki, həmin borcun yaranmasına da X6 aralarında əldə edilmiş razılaşmaya uymaması səbəb olmuşdur. Adı çəkilən şəxsin hərəkətləri nəticəsində ziyana uğrayan tərəf odur, çünki obyektin tikintisinə qoyulmuş pulu vaxtından əvvəl tələb etməklə X14 onu çətin vəziyyətə salmış, borclu duruma düşürmüşdür. Bu səbəbdən iddiaçının ona olan borc kimi tələb etdiyi 39000 manat pulu hissə-hissə iddiaçının qardaşı X8 verəcəyini məhkəməyə bildirərək hal-hazırki iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ancaq iş üzrə təqdim olunmuş sübutlara rəğmən məhkəmə yanlış nəticəyə gələrək İddiaçı iddia tələbini qismən təmin edərək guya ona borclu olduğuna qərar vermişdir. İş materiallarında olan sənədlərdən də göründüyü kimi, mübahisə predmeti olan borc münasibətləri reallıqda onunla İddiaçı arasında deyil, onun qardaşı X14 arasında mövcud olmuşdur. Belə ki, ödənilməsi tələb edilən pul vəsaiti X6 pul vəsaitidir və ona sonuncu tərəfindən verilmişdir. Sadəcə olaraq sözügedən pul vəsaitini o, özü deyil, qardaşı İddiaçı vasitəsi ilə ona verdiyindən, tərəflər arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində 3M-1144 reyestr nömrəsi ilə qeydiyyata alınmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsi formal olaraq İddiaçı ilə bağlanılmışdır. Bütün bu hallar X6 2019cu ilin oktyabr ayında Sumqayıt şəhər prokurorluğuna etdiyi şikayəti əsasında başlanılaraq istintaqı aparılmış və 2020-ci ilin oktyabr ayında icraatına xitam verilmiş cinayət işinin materialları ilə tam təsdiqini tapmışdır. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X16 tərəfindən qəbul edilmiş “Cinayət işinin icraatına xitam verilməsi barədə” 21 oktyabr 2020-ci il tarixli Qərardan görünür ki, ifadəsi alınmış X14 ona verilmiş bütün pulların, o cümlədən onunla İddiaçı arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində 3M-1144 reyestr nömrəsi ilə qeydiyyata alınmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsində borc verilmiş pul vəsaiti olaraq göstərilən 96000 manat pul məbləğinin hamısının özünə məxsus olduğunu bildirmişdir. Adı çəkilən qərarda ifadəsi alınmış digər şəxslər, o cümlədən İddiaçı qardaşı X9 ifadəsinə uyğun ifadə verərək həmin pul vəsaitlərinin hamısının X10 məxsus olduğunu və məhz onun tərəfindən Cavabdeh borc olaraq verildiyini təsdiq etmişlər. Başqa sözlə deyilsə ona mübahisələndirilən pul vəsaiti də daxil olmaqla borc pul İddiaçı tərəfindən vermədiyindən və həmin pul vəsaiti ona məxsus olmadığından, məhkəmənin istinad etdiyi onunla İddiaçı arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində 3M-1144 reyestr nömrəsi ilə qeydiyyata alınmış 24 sentyabr 2018ci il tarixli kredit müqaviləsi formal xarakter daşımış, başqa əqdi pərdələmək üçün bağlanılmış uydurma əqddir. Həmin əqd əhəmiyyətsiz əqd olduğu üçün iddiaçının ona qarşı bu cür tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmadığı qənaətindədir. Məhkəmə araşdırmaları zamanı bildirdi ki, onun ödənilməsi tələb edilən məbləğdən cəmi 39000 manat borcu mövcuddur ki, həmin borc da iddiaçıya deyil, onun qardaşı X5r və buna görə də müvafiq iddia tələbini də cavabdehə qarşı o qaldıra bilər. Lakin məhkəmə iddiaçının tələb etdiyi 96000 manat pul vəsaitinin bir hissəsinin cavabdeh tərəfindən X12 qaytarıldığını nəzərə aldığı halda, nədənsə digər borc məbləğinin iddiaçıya məxsus olması qənaətinə gələrək əsassız şəkildə İddiaçı iddia tələblərini məhkəmə mübahisənin obyekti olan kredit müqaviləsinin formal xarakter daşımasını, onun faktiki borc münasibətlərində iddiaçı ilə deyil, onun qardaşı X14 ilə olmasını, görünüş üçün bağlanılmış kredit müqaviləsinin də məhz həmin borc münasibətlərini pərdələmək üçün bağlanıldığını nəzərə almayaraq “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarizli Qərarında etdirilmiş şərhini əsassız olaraq sözügedən məhkəmə işində tətbiq etməmişdir. Belə ki, məhkəmə yalnız iddiaçının hər hansı sübuta söykənməyən ifadələri əsasında ona ziyan vurulduğu barədə əsassız qənaətə gəlmişdir. Hesab edir ki, məhkəmənin mübahisələndirilən qətnaməsi sadalanan maddi hüquq normalarının tələblərinə zidd çıxarılmışdır. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki,”subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalananlardan da görünür ki, İddiaçı ona qarşı “pul tələbi barədə” məhkəməyə müraciət etməsi üçün hüquqi ixtiyarı yoxdur. İddiaçı onunla Cavabdeh arasında bağlanılmış kredit müqaviləsinə istinad edərək iddia tələbini irəli sürsə də, iş materiallarında olan sənədlərdə də sübuta yetirildiyi kimi, iddiaçının tələb etdiyi pul məbləği ona deyil, qardaşı X7 məxsusdur və məhz sonuncunun həmin pul vəsaitlərini cavabdehə verməsi ilə aralarında borc münasibətləri yaranmışdır. Hesab edir ki, sözügedən kredit müqaviləsi formal xarakter daşımaqla başqa əqdi pərdələmək məqsədi ilə bağlanılmış əhəmiyyətsiz əqd olduğundan, İddiaçı ona qarşı özünə məxsus olmayan pulun geri qaytarılması ilə bağlı tələb irəli sürməsi üçün subyektiv hüququ olmamışdır. Ancaq məhkəmə bu halla bağlı fərqli mövqe nümayiş etdirərək iddia tələbini təmin etməyi üstün tutmuşdur. Halbuki, məhkəmənin qətnamədə əks olunmuş mövqeyi iddiaçının subyektiv hüququna dair hissədə qanunvericiliklə müəyyən edilmiş qaydada əsaslandırılmamışdır. İş materiallarında mübahisələndirilən borc məbləğinin ödənilməməsi səbəbindən guya uğradıldığı ziyanla bağlı iddiaçı tərəfindən bildirilən hallarla əlaqədar, eləcə də Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi polis kapitanı X17 tərəfindən qəbul edilmiş “Cinayət işinin icraatına xitam verilməsi barədə” 21 oktyabr 2020-ci il tarixli Qərarda iddia ərizəsində göstərilənlərə münasibətdə kifayət qədər ziddiyyətli məqamlar olduğu, cavabdeh tərəfindən iddiaçının tələb etdiyi borc məbləğinin 27000 manatının X8 ödənildiyini təsdiq edən sübutlar və faktlar olduğu halda, məhkəmə bu ziddiyyətləri aradan qaldırmadan, obyektiv və hərtərəfli araşdırma həyata keçirmədən, sübut kimi qəbul etdiyi polis orqanının qərarını və X6 öz imzası ilə borcun 27000 manatını aldığını təsdiq etdiyi ərizəni belə nəzərə almadan və qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmədən, işdə olan sübutlara düzgün qiymət verməyərək iş üzrə aşkar səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən onun tərəfindən iddiaçıya 66000 manat pul vəsaitinin ödənilməsi barədə əsassız nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, X11 şərik qismində obyektin inşası üçün ümumilikdə ona 161000 manat pul vermiş, sonradan razılaşmaları pozulduğundan pulu hissə-hissə geri qaytarmış, hazırda 39000 manat borcu qalmışdır. 960000 pulu da Əzizağa ona qardaşı vasitəsi ilə vermişdir. Buna görə də 39000 manatı da Rafiqə deyil, Əzizağaya qaytaracaqdır. Buna görə də Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, hazırki məhkəmə iclasında qarşı tərəf razılığa gəlmək istədiyini bildirmişdir. Şikayətin əsas dəlillərindən biri borc məbləğinin 39.000 manat məbləğində olmasıdır. İddiaçı da 39.000 manat məbləğində borcun qaldığını qəbul edir. Lakin birinci instansiya məhkəməsində X11 tərəfindən yazılmış və 27.000 manat borc ödənişinin həyata keçirilməsini təsdiq edən ərizə olsa da, İddiaçı borcun ödənildiyini qəbul etməmiş, nəticədə məhkəmədə sübut kimi qiymətləndirilməmişdir. Həm qarşı tərəf, həm də cavabdeh qəbul edir ki, 39.000 manat məbləğində borc mövcuddur. Lakin cavabdehin borcu İddiaçı yox, onun qardaşı X2r. Razılığa gəldikləri təqdirdə sonradan borca dair hər hansı bir iddianın qaldırılmayacağından əmin olmaq istəyirlər. Birinci instansiya məhkəməsində iddiaçının əvəzləşdirilməsi məsələsini nəzərə çatdırmış, lakin iddia tərəfi və məhkəmənin mövqeyi başqa cür olmuşdur. İş materiallarında olan polis qərarından da göründüyü kimi cavabdehə borcu faktiki olaraq X14 vermişdir. İddiaçılə bağlanmış müqavilə formal xarakter daşımışdır. Qarşı tərəf birinci instansiya məhkəməsində borcların ayrı-ayrı olduğunu bildirmiş və cavabdehdən 96000 manat tələb etmişdir. Polis qərarı ilə tanış olduqdan sonra birinci instansiya məhkəməsinin mövqeyi dəyişmiş, həçinin 27000 manat ödənişi də qəbul etməmişdir. Ehtimal edir ki, gələcəkdə X14 da cavabdehə qarşı iddia tələbi irəli sürə bilər. Pulun verilməsində məqsəd obyekt tikdirib şərikli işlətmək olmuşdur. Sonrakı mərhələdə üçüncü şəxsin obyektin onun adına rəsmiləşdirilməsini tələb etməsi ilə mübahisə yaranmış və o, faktiki olaraq obyektin tikintisinə xərclənmiş pulu geri istəmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellayasiya şikayətinə qismən etiraz edərək bildirmişdir ki, İddiaçı 39000 manat məbləğində borc olduğunu təsdiq edərək apellyasya şikayətini həmin hissədə qəbul edirlər. Lakin, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəllilləri qəbul etmirləe. Belə ki, borc müqaviləsi İddiaçı ilə bağlanmışdır. Borcu təmsil etdiyi şəxs vermişdir. Apellyasiya şikayətində iki məsələ qaldırılmışdır: 1) etibarsızlıq və 2) subyektiv hüquq. Etibarsızlıqla bağlı məsələ mülki qanunvericiliklə tənzimlənir. Subyektik hüquqa gəldikdə isə notariusda bağlanmış hüquq müəyyənedici sənəd mövcuddur. Müqavilə İddiaçılə imzalamışdır. Obyekt tikintisi üçün İddiaçı cavabdehə borc vermişdir. Həmin pulu isə qardaşı Atayev Əzizağadan alıb, cavabdehə borc qismində vermişdir. İddiaçı bankdan da borc alıb, cavabehə verə bilərdi. Bu o demək deyildir ki, bu halda iddia qaldırmaq üçün subyektiv hüquq banka məxsus olacaqdır. Buna görə də hesab edir ki, apellyasiya şikayəti qeyd olunan hissələrdə formal xarakter daşıyır. Cavabdeh 27000 manatı Atayev Əzizağaya vermiş, Atayev Əzizağa isə iddiaçıya çatdırmışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul etməyinizi xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 bildirdi ki, 39000 manat məbləğində borc İddiaçıdır. Əgər həmin məbləği ona da ödəmək istəyirsə buna da etiraz etmir. O, cavabdehə ümumilikdə 170000 manat pul vermiş, həmin pulun 96000 manatını isə qardaşı vasitəsi ilə vermişdir. 96000 manatı qardaşının vasitəsi ilə verməsinə səbəb isə birgə inşa etdikləri tikili üzərində qardaşı İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı razılaşma olmuşdur. Hazırda 96000 manatlıq borc müqaviləsi üzrə 39000 manat borc qalmışdır. Bundan başqa ümumi məbləğdə cavabdehlə arasında əlavə olaraq 9000 manat pulun verilməsi ilə bağlı da mübahisəli məsələ vardır.

İşdə olan sübular

14. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin reyestrdə 3M-684 nömrə ilə qeydə alınmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən Atayev X13 İsmayıl Məsdan arasına 96000 manat borc pul vermiş, borc alan Cavabdeh krediti 24 mart 2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür.

15. Sumqayıt şəhəri 3 saylı notariat ofisinin reyestrdə 3M-1144 nömrə ilə qeydə alınmış 03 oktyabr 2020-ci il tarixli sazişdən görünür ki, borc alan Cavabdeh borcu 03 oktyabr 2021-ci il tarixədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.

16. İddiaçı və onun nümayəndəsi Vəkil1 Cavabdeh 06 oktyabr 2023-cü il tarixdə ünvanladığı pretenziya məktubundan görünür ki, bağlanmış 24 sentyabr 2018-ci il tarixli müqavilənin və xx.xx.2020-ci il tarixli sazişin şərtlərinə riayət edərək, öhdəliyi yerinə yetirib borcu 10 (on) gün müddətində İddiaçı adına ödəməsi və əks təqdirdə tərəflərindən aidiyyəti üzrə müvafiq orqanlara müraciət olunacağı bildirilmişdir.

17. Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işinin icraatına xitam verilməsi barədə 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin icraatına xitam verilmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

19. Mülki Prosessual Məcəllə

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 62.1. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Apellyasiya baxışının hədləri

20.Məhkəmə kollegiyası tərəfindən Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)- 24/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh 96000 (doxsan altı min) manat məbləğində pul borc vermis, Cavabdeh götürdüyü krediti 24 mart 2020-ci il tarixinədək ona qaytarmağı öhdəsinə götürmüş, 24 sentyabr 2018-ci il tarixdə təsdiqlənmiş 3M/684 reyestrli kredit müqaviləsinə dəyişiklik edilməsinə dair 03 oktyabr 2020-ci il tarixli sazişdə isə müqavilənin 2-ci bəndindəki müddət 03 oktyabr 2021-ci il tarixədək uzadılmış, cavabdeh müqavilənin qeyd edilən şərtlərini pozaraq öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, Cavabdeh iddiaçıya 66000 manat borcu qalmışdır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, 24 sentyabr 2018-ci il tarixli borc müqaviləsinin predmeti olan 96000 manat iş üzrə müstəqil tələb sürməyən üçüncü şəxs X14 tərəfindən qardaşı olan, hazırkı iş üzrə İddiaçı vasitəsi ilə Cavabdeh verilmiş pul məbləği olmuşdur. Həmin pulun cavabdehə verilməsinə əsas isə müstəqil tələb sürməyən üçüncü şəxs X14 ilə Cavabdeh arasında Nuriyev Sahib Siryoz oğlunun sahibliyində olan Sumqayıt şəhəri, Sülh küçəsi, 1ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması və yeni inşa ediləcək obyektin birgə fəaliyyət (şərikli) nəticəsində istifadə edilməsi ilə bağlı razılıq olmuşdur.

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının qardaşı olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 həqiqətən də 24 sentyabr 2018-ci il tarixli borc müqaviləsinin predmeti olan 96000 manatı qardaşı İddiaçı vasitəsi ilə Cavabdeh verməsinə, o cümlədən pulu qardaşı vasitəsi ilə verməsinə səbəbinin isə inşa etdikləri tikili üzərində qardaşı İddiaçı mülkiyyət hüququnun qeydə alınması ilə bağlı razılaşma olmuşdur. İddiaçının nümayəndəsi isə İddiaçı qardaşından borc alaraq, Cavabdeh borc verməsinə dair izahat vermişdir ki, bununla da onların izahatları arasında ziddiyyət olmuşdur.

25. Hərçənd ki, iş materiallarında olan Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işinin icraatına xitam verilməsi barədə 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, həmin icraat zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 izahatında göstərmişdir ki, cavabdehə verilmiş pulların hamısı, o cümlədən 96000 manat da ona məxsus olmuş, pulu isə cavabdehlə birlikdə obyekt inşa etməsi və həmin obyekti isə onun və ya qardaşının adına rəsmiləşdirməklə şərik işlətmələri və ya daha yaxşı qiymətə satıb gəlir əldə etməsi səbəbindən cavabdehə verməsinə dair izahat vermişdir. Həmçinin İddiaçı da qardaşı ilə eyni məzmunlu izahat vermişdir.

26. Həmçinin, Sumqayıt şəhər polis idarəsinin istintaq şöbəsinin cinayət işinin icraatına xitam verilməsi barədə 21 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Cavabdeh həmin icraat zamanı izahatında göstərmişdir ki, bütün pulları X4 almış, pulun verilməsinə səbəb isə onların şərik qismində birgə fəaliyyət göstərməsi ilə əlaqədar olmuşdur. Həmçinin, X4 96000 manat pul almış, lakin bu dəfə həmin pulu qardaşı İddiaçı vasitəsi ilə notarial qaydada vermiş, o da pulu qəbul etmişdir. Lakin, həmin vaxt Əzizağa Atayevin hansı səbəbdən qardaşı Rafiqlə onun arasında kredit müqaviləsi bağlamaq istədiyini bilməmiş, lakin buna əhəmiyyət verməyərək, kredit müqaviləsi bağlanmasına razı olmuşdur.

27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini qismən etiraf edərək, mövcud ödənilməli olan pulun 39000 manat olmasını qəbul etmişdir ki, işin faktiki hallarından da göründüyü kimi cavabdeh tərəfindən müstəqil tələb sürməyən üçüncü şəxsdən alınmış ümumi pul məbləğindən ona müəyyən ödənişlər edilməsinə münasibətdə iddiaçının da məhz edilmiş ödənişləri nəzərə alıb, apellyasiya şikayətini qismən etiraf edərək öhdəliyin 39000 manat məbləğində olmasını qəbul etməsi, dolayısı ilə onun cavabdehə borc pul vermədiyini etiraf etməsi faktı hesab olunur.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 mart 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.

29. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Nuriyev Sahib Siryoz oğlunun sahibliyində olan Sumqayıt şəhəri, Sülh küçəsi, 1-ci mikrorayon ərazisində yerləşən mövcud sahibkarlıq obyektinin yenidən qurulması və yeni inşa ediləcək obyektin birgə fəaliyyət (şərikli) nəticəsində istifadə edilməsi ilə bağlı razılıq çərçivəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14 tərəfindən Cavabdeh, X6 iddiasına əsasən ümumilkdə 170000 manat, Cavabdeh etirafına əsasən 161000 manat pul verilmiş, həmçinin həmin pulun 96000 manatı İddiaçı Nurbala oğlu ilə Cavabdeh arasında Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredti müqaviləsi ilə yalan əqd qismində pərdələnmişdir. Belə ki, yuxarıda istinad olunan işin faktiki hallarına əsasən iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn münasibətlər yaranmamaqla, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 birgə fəaliyyətin həyata keçirilməsi ilə bağlı cavabdehə verdiyi pul məbləği, borc müqaviləsi adı altnda onun qardaşı olan iddiaçı ilə bağlanmış əqd əsasında pərdələnmişdir ki, bununla da iddiaçının tələbinin əsasını təşkil edən Sumqayıt şəhəri 3 saylı notariat ofisində bağlanmış 24 sentyabr 2018-ci il tarixli kredti müqaviləsi yalan əqd olmaqla, əhəmiyyətsiz olmuşdur. Əhəmiyyətsiz əqd isə onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, heç bir hüquqi nəticəyə səbəb olmadığından, iddiaçının iddiası əsassız olmuşdur. Həmçinin, mübahisə predmeti olan kredit müqaviləsi cavabdehlə müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd olduğundan, hüquqi nəticələr də əslində həmin şəxslər arasında yaranmış hesab olunur. Yəni, hazırkı iddianın predmetini təşkil edən pul məbləğinə dair iddia qaldırmaq hüququna müstəqil tələb sürən üçüncü şəxs malik olduğundan, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əhəmiyyətsiz əqd üzrə verilmiş pul məbləğinin cavabdehdən alınaraq iddiaçıya da verilməsi mümkün deyildir.

30. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmiş, buna müvafiq olaraq da mübahisəyə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməli, Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi rədd edilməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qobustan Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(026)-24/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar