Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-880/2021 06.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadından iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı ilə (hakim A.İ.İsmayılov) iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC şikayət verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X5 və Cavabdeh2 müştərək qaydada 472 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 316.70 ABŞ dolları faiz borcun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 faiz hesablanmış 72.66 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 538.74 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 1400.10 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHAT İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi S.Y.Muradzadə şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Lakin birinci instansiya məhkəməsi gəldiyi nəticəni sübutedici sənəd qismində izahlı maliyyə arayışının məhkəməyə təqdim edilməməsi əsası ilə əsaslandırmış və bununla da prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəfərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsini baxılmamış saxlanılması barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci və 259.0.12-ci maddələrinə istinad edərək hesab etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş hissəsinə uyğun olaraq, Cavabdeh1 ödədiyi məbləğin hazırki mülki iş üzrə iddia tələbində nəzərə alınıb-alınmaması, cavabdehlərin borcundan hansı qaydada silinməsi barədə sübutedici sənəd qismində izahlı maliyyə arayışının təqdim edilməsi təklif edilsə də, iddiaçının nümayəndəsi tərəfindən qeyd olunan sənəd məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması nətisəcinə gələrkən prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. İlk növbədə məhkəmə kollegiyası nəzərə alır ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-150-ci maddələrinə əsasən tərtib olunub, məhkəməyə təqdim edilmişdir. Tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin cavabdehlər tərəfindən icra edilmədiyi halda iddiaçı bank kredit müqaviləsindən irəli gələn öhdəliklərin cavabdehlər tərəfindən icra olunmasını məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır və hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi kreditor olaraq iddiaçının borclu kimi cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası nəzərə alır ki, iddia tələbi üzrə ərizənin Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə istinad etməsi əsaslı hesab edilə bilməz. Belə ki, qeyd olunan maddəyə əsasən bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. İddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstəriləməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.0.1-ci və 150.0.3-cü maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənədin iddia ərizəsinə əlavə edilməsini nəzərdə tutur. İş materilları ilə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin tərtibində və lazım olan sənədlərin iddia ərizəsinə əlavə edilməsində Azərbaycan Respublikası MPM-nin 149, 150.0.1 və 150.0.3-cü maddələrinin tələblərinin pozulması halları mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Ayrılıqda Azərbaycan Respublikası MPM-nin 150.0.5-ci maddəsinin tələblərinin pozulması məhkəmə baxışı zamanı iddia ərizəsinin baxılmamış saxlanması əsasını təşkil etmir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********494 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə 472 ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixə 316.70 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 72.66 ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 538.74 ABŞ dolları cərimə borcunun, cəmi isə 1400.10 ABŞ dolları borcu vardır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(060)-291/2019 saylı hökmü ilə X7 özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı cinayətkar niyyətə uyğun olaraq, müştərilər tərəfindən qeyd edilən satışlar üzrə mağazaya edilmiş aylıq kredit ödənişlərini dərhal banka təqdim etməli olduğu halda, həmin öhdəliyin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib 2016-cı ilin əvvəllərindən xx xxxxxx 2018ci il tarixədək olan müddətdə Sumqayıt şəhəri, Sülh küçəsi, 34-cü məhəllədə yerləşən həmin mağazada ayrı-ayrı müştərilər tərəfindən kreditlər üzrə edilən ödənişləri cinayətdən xəbərsiz olan həmin mağazanın ayrı-ayrı satıcıları vasitəsilə qəbul etdikdən sonra yığılmış həmin kredit ödənişləri üzrə müxtəlif məbləğlərdə, o cümlədən, Cavabdeh1 xx.xx.2015-ci il tarixli, İKM 01 nömrəli istehlak krediti müqaviləsinə əsasən ödədiyi 1311 manat məbləğində pul vəsaitinin 787 manatını, ümumilikdə 109 nəfər tərəfindən ödənilmiş cəmi 49.264,14 manat (qırx doqquz min iki yüz altmış dörd manat on dörd qəpik) məbləğində pul vəsaitini kredit ödənişi üzrə həmin müştərilərin adından İddiaçı ASC-yə və həmin bankın ləğv etmə prosesində olması ilə əlaqədar Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna ödəməyib “Technom” mağazasının dövriyyəsinə sərf etməklə Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondunun fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını, kredit ödənişlərinin təmin etməklə bağlı fəaliyyətini pozub əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, X7 və X4 Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(060)-291/2019 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş hissəsinə uyğun olaraq, cavabdeh X2 ödədiyi məbləğin hazırki mülki iş üzrə iddia tələbində nəzərə alınıbalınmaması, cavabdehlərin borcundan hansı qaydada silinməsi barədə sübutedici sənəd qismində izahlı maliyyə arayışının məhkəməyə təqdim edilməməsi iddia tələbinin baxılmamış saxlanması üçün əsas vermir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı öz tələbində Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 1(060)-291/2019 saylı qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş hallara istinad etməmiş və birinci instansiya məhkəməsi əsassız olaraq bir nəticəyə gəlmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin baxılmamış saxlanması barədə nəticəyə gələrkən iddiaçının məhkəmə müdafiəsi hüququ məhdudlaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən «hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərərsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir». Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də, maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Mülki-Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 6-cı maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-nin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Ona görə də, şikayət qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 273, 274, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi S.Y.Muradzadənin verdiyi şikayət qismən təmin edilsin. İddia ərizəsinin baxılmamış saxlanılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3638/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Məhəmmədəli Rzayev Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-880/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-880/2021
06.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver