Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-887/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(067)-2658/2021 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim S.Səmədzadə) İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2022-ci il tarixli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(067)-2658/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayətinin təmin edilməməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və onun əsasında aparılmış digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli qərardadından şikayət verərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmələrinin nəzərə alınaraq Xaçmaz rayon məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(067)-2658/2021 saylı qərardadının ləğv edilərək İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışın və onun əsasında aparılmış digər sənədlərin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin baxış iclasına təyin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 5 Saylı Xaçmaz Ərazi İdarəsinə və digər şəxslərə qarşı Kommersiya obyektinin tikintisi məqsədi ilə X1 0,05 ha torpaq sahəsinin satılmasını təsdiq edən Şabran (keçmiş Dəvəçi) rayon Sincanboyad bələdiyyəsinin 20 sentyabr 2005-ci il tarixli 24 nömrəli qərarı əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində aparılmış ilkin qeydin, və həmin qeydə uyğun olaraq aparılmış sonrakı qeydlərin, eləcə də həmin qeyd əsasında verilmiş MA seriyalı ******* saylı və MA seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların və həmin çıxarışda göstərilmiş qeydin və digər qeydlərin etibarsız hesab edilməsi və sair tələbinə dair iddia qaldırmışdır. Qeyd olunan iş üzrə məhkəmə işin baxılmamış saxlanmasına dair 15.12.2021-ci il tarixli qərardad qəbul etmişdir. Qeyd etməliyik ki, göstərilən işin ilkin hazırlıq iclasının keçirilməsi 15 oktyabr 2021-ci il tarixinə təyin olunmuşdur qeyd olunan vaxtda nümayəndə olaraq məhkəmədə olsa da məhkəmədən bildirmişdirlər ki, hakim yerində deyil, məhkəmə prossesi isə 24 noyabr 2021-ci ilə təyin edilib. Qeyd olunan gün məhkəməyə getməzdən əvvəl prossesin olub-olmayacağını məhkəmədən öyrənməyə çalışsa da heç kim ona bir söz deməmişdir. Hətta dəftərxana belə prossesin olubolmaması barədə məlumat verməmişdir (Məhkəməyə getməzdən əvvəl prosesin olubolmamasını həm də ona görə öyrənmək istəyirdi ki, Xaçmaz rayonuna Bakı şəhərindən gəlməli olmuşdur). 24 noyabr 2021-ci il tarixində məhkəməyə getdikdə isə ona bildirmişdirlər ki, hakim xəstələnib. Bu halda katibin telefon nömrəsini götürmüş və məhkəmənin növbəti iclası 15 dekabr 2021-ci il saat 12:00-a təyin olunmuşdur. Qeyd olunan günü səhər saat 9-dan katibin verdiyi nömrəyə zəng etsə də verilmiş nömrə sönülü olmuşdur. Bu halda iddiaçı ilə əlaqə saxlamışdır. İddiaçı Xaçmaz rayonundakı tanışları vasitəsi ilə məhkəmədən öyrənmişdir ki, məhkəmə olacaq o, dərhal Xaçmaz rayonuna avtobusla deyil, taksi (xalturşiklərlə) ilə getmişdir. Bu halda belə 20 dəqiqə gecikmişdir. Lakin ona bildirilmişdir ki, prosses bitmiş və iddia baxılmamış saxlanmışdır. Göstərilən məhkəmə iclasına 20 dəqiqə gecikməyini 3 dəfə Bakı şəhərindən Xaçmaz şəhərinə gəlməsini lakin nəticə əldə etməməsinə bağışlanmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdıraraq, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin baxılmamış saxlanılmasını iddiaçının məhkəmə iclasına gəlməməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır (Mülki Prosessual Məcəllənin 149.1. maddəsi). Qeyd etmək lazımdır ki, hər bir şəxs öz hüquq və qanunla qorunan mənafelərinin müdafiəsindən ötrü məhkəməyə müraciət etmək hüququna malikdir. Bu hüquq şəxsin məhkəməyə iddia ərizəsi ilə müraciət etməsi ilə başlanır. Əgər şəxs iddianı vermiş şəxs və iddia tələbinin yönəldiyi şəxs məhkəmə baxış iclasında iştirak etmirlərsə, bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən iddia tələbi üzrə yekun məhkəmə aktı qəbul edilmədən icraat tamamlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, iddiaçı məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış, məhkəmə bildirişi göndərilmiş, iddiaçının nümayəndəsi təyin edilmiş məhkəmə baxışı iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, məhkəmə iclasının təxirə salınması ilə bağlı vəsatətlə müraciət etməmişdir. Bu əsasla birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsini baxılmamış saxlanılması qənaətinə gəlmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı, 31 mart 2011-ci il qərarının 17-cü bəndində qeyd edilmişdir ki, iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müracıət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7–ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli və onunla bağlı 11 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli və onunla bağlı 11 fevral 2022-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-887/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-887/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver