Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-889/2023 27.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: aliment məbləğinin dəyişdirilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X13 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə məhkəmə iclas katibi X4 İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə müstəqil tələb irəli sürməyən 3-cü şəxs-X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(012)- 585/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2563/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilib, Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)-337/2017 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6119/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilib, X7 və Cavabdeh arasında 2 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən 18 dekabr 2017-ci ıl tarixdə 3125 nömrəli akt qeydinə əsasən qeydiyyata alınmış nikah pozulmuş, 24 may 2019-cu il təvəllüdlü X3 anası X5 yanında saxlanılmaqla onun himayəsinə verilməsi, 24 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X5 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir.
3. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkının xx.xx.2022-ci il tarixli, 29/10 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən Avtomobil Parkında baş mütəxəssis-sürücü vəzifəsində işləyir. Onun orta aylıq hesablanmış qazancı 2213 manat təşkil edir.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, Abşeron Rayon Məhkəməsinin 2(012)-2563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2014cü il təvəllüdlü X1 üçün müəyyən edilmiş 175 manat sabit pul məbləğində alimentin dəyişdirilib, alimentin Cavabdeh əmək haqqının və digər gəlirlərin 1/4 hissəsi miqdarında müəyyən edilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat və hüquqi yardım üçün ödənilmiş 111 manat olmaqla, cəmi 161 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində rəsmi olaraq nikaha daxil olmuşlar və birgə nikahdan xx.xx.2014-cü il tarixdə X6 anadan olmuşdur. Sonradan ailə münasibətlərində problemlər yaranmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(012)- 337/2017 nömrəli qətnaməsi ilə nikah pozulmuş, uşaq onun yanında saxlanılmış və X1 üçün 137 manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. 2017-2021-ci illər ərzində alimentin məbləği 137 manat qalmış və bir dəfə də olsa, cavabdeh bu məbləği könüllü olaraq artırmağa cəhd etməmişdir. Nəhayət o, məcbur olaraq məhkəmədə alimentin artırılması barədə iddia qaldırmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(012)-2563/2021 nömrəli qətnaməsi ilə qeyd edilən alimentin məbləği 137 manatdan dəyişdirilərək 175 manat müəyyən edilmişdir. Bundan sonra da uşaqlar üçün yaşayış minimumu artırılmış, ölkədə satış və xidmət sahəsində qiymətlər artmış və bütün bunlar uşağın da ehtiyaclarının ödənilməsinə mənfi təsir göstərmişdir. Lakin cavabdeh bu ehtiyacların artmasını nəzərə almamış, uşağın saxlanması üçün lazımi qaydada və miqdarda aliment ödəməmişdir. Nəticədə onun uşağı saxlamaq üçün vəziyyəti daha da ağırlaşmışdır. Belə ki, balaca uşaq orta məktəbə gedir və ona görə də onun məsrəfləri yetərincə artmışdır. Bundan başqa, uşağın bütün qayğısını, ehtiyacını demək olar ki, o çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək, tək qadın olaraq onun üçün çox çətindir. Cavabdeh isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkında baş mütəxəssis sürücü vəzifəsində işləməklə, orta aylıq əmək haqqı 2213 manat təşkil edir. Lakin cavabdeh rəsmi işlədiyini də gizlədərək uşağının maddi ehtiyaclarını lazımi qədər ödəməkdən yayınmışdır. Buna görə də alimentin artırılması ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır.
6. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır.
7. Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(012)-585/2023 nömrəli qətnaməsi ilə hakim (hakim M.Abbasova) iddia qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 2(012)-2563/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması, Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəlinin qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması, hazırkı mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Cavabdeh tutularaq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, cavabdehin aylıq qazancı müntəzəmdir və hazırda 2213 manat təşkil edir. Bundan başqa, işdən görünür ki, cavabdeh sonradan yenidən nikaha girmiş, bu nikahdan da onun 1 uşağı olmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-6119/2022 nömrəli qətnaməsi ilə 24 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh X5 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Başqa sözlə, cavabdehin aylıq qazancının ¼ hissəsi hazırda məhkəmə qətnaməsinə əsasən aliment kimi tutulmaqdadır.
9. Bu nəticəyə gələrkən məhkəmə cavabdehin əvvəlki məhkəmə qətnaməsinə əsasən Milana adlı uşağın saxlanılması üçün aylıq qazancının ¼ hissəsi miqdarında alimentin tutulmasını nəzərə alır. Doğrudur, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən iki uşaq üçün ümumilikdə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi (hər uşaq üçün 1/6) miqdarında aliment tutulmalıdır. Lakin qeyd edildiyi kimi, azyaşlı Milana üçün bu hədd məhkəmə qətnaməsilə artıq ¼ nisbətində müəyyən edildiyindən, bərabərlik prinsipinə əsaslanaraq məhkəmə Məryəmin də saxlanılması üçün bu həddə alimentin tutulmasını məqbul hesab edir. Hazırki halda cavabdehin aylıq qazancının yarısının onun iki uşağının saxlanılması üçün tutulması Ailə Məcəlləsinin 76-cı maddəsinin ümumi prinsiplərinə zidd deyildir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubikasının Ailə Məcəlləsinin 75.1, 76, 78.2, 112-ci madddələrinə və Mülki Prosessual Məcəllənin 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-585/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qətnaməsi ilə ondan tutulan alimentin miqdarı dəyişdirilərək tərəfindən xx.xx.2014-cü iltəvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay onun qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Məhkəmənin bu mövqeyini qəbul etmir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən onun başqa nikahdan olmuş körpə uşağı üçün ödənilən alimentin miqdarını, himayəsində yaşlı, onkoloji xəstə olan valideyininin olmasını, hazırda kirayədə qalması kimi vacib əhəmiyyətli halları nəzərə almamışdır. Hazırkı qətnamə ilə əmək haqqının ¼ hissəsi miqdarında aliment tutulması, onun maddi vəziyyətinin əsaslı dərəcədə pisləşməsi deməkdir. Tərəfindən iddiaçıya övladının tam ehtiyaclarını təmin edəcək aliment məbləğinin təklif edilməsinə baxmayaraq iddiaçı bu təklifi əsassız olaraq rədd etmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Məcəllənin bu maddəsi sırf valideyinlərin hər ikisini nəzərdə tutmuşdur. Bundan başqa iddiaçı özü də işləyir və iddiaçının əmək haqqı miqdarı onun aldığı əmək haqqından yüksəkdir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, cavabdehin himayəsində digər uşağın da olması, həmin uşaq üçün də aliment ödənilməsi nəzərə alınmamışdır. Belə ki, qanuni qüvvədə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 24 may 2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 13 sentyabr 2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı X5 xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. Hesab edir ki, belə yanaşma düzgün deyil. Bundan əlavə cavabdeh qarşılıqlı razılıq əsasında hər ay 350 manat sabit pul məbləğində aliment ödəməyə etiraz etmir. Cavabdehin vəkili və nümayəndəsi sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və ədalətlidir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan aydın olur ki, o uşaqlar arasında fərq qoyur. Hesab edir ki, apellyasiya şikayətinin təmin olunması uşaqlar arasındakı bərabərlik prinsipinin pozulmasına səbəb olacaq. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxanılmasını xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən 3cü şəxs-X7 izahat verərək bildirdi ki, o Cavabdeh ikinci arvadı olmuş, lakin münasibətləri düz gəlmədiyindən boşanmağa məcbur olmuşlar. Birgə nikahdan bir övladı var. Məhkəmə qətnaməsi ilə onun yanında saxlanılmış uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün ¼ miqdarda aliment müəyyən edilsə də, Bəxtiyarın kirayədə yaşamasını, anasının xəstə olmasını nəzərə alaraq qarşılqılı razılıq əsasında hər ay 300 manat sabit pul məbləğində aliment ödənilməsinə etiraz etməmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyasının 17.1-ci maddəsinə əsasən, cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcədə uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Maddə 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; Maddə 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı.
Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidir. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.
19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Maddə 88. Sübutların qiymətləndirilməsi
Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
384.0.3. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(012)-585/2023 nömrəli qətnamənin ləğv edilməsini xahiş etmişdir.
22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin, o cümlədən 3-cü şəxsin izahatını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, alimentin məbləği dəyişdirilməlidir.
24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar tam araşdırılmamış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməməklə yuxarıdakı qənaətə gəlinmişdir.
25. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
26. Qeyd edilməlidir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Aliment uşağın saxlanılması üçün bir valideynin digər valideynə uşağın tələbatının ödənilməsi üçün müəyyən edilən müavinətdir. Alimentin miqdarı müəyyən edilərkən ilk növbədə uşağın marağı təmin edilməlidir. Əgər valideyn işləyirsə və sabit məbləğdə gəlirə malikdirsə, bu zaman aliment onun əmək haqqısına yönəldilməklə əmək haqqısının müəyyən hissəsindən tutulur. Aylıq qazancın müəyyən hissəsindən aliment tutulması, şəxsin qazancının dəqiq olduğu və həmin məbləğdən tutulacaq məbləğ uşağın mənafeyinə zidd olmayacağı təqdirdə mümkündür.
27. İddiaçının sonuncu nikahdan 1 uşağının, əvvəlki nikahından da 1 uşağının olması və sonrakı nikahdan olan uşağının saxlanılması üçün məhkəmə aktı ilə əmək haqqının ¼ hissəsi miqdarda alimentin tutulması işin mübahisəsiz halıdır.
28. İşin digər mübahisəiz halı da ondan ibarətdir ki, cavabdeh xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Avtomobil Parkında baş mütəxəssis-sürücü vəzifəsində işləyir. Onun orta aylıq hesablanmış qazancı 2213 manat təşkil edir
29. Birinci instansiya məhkəməsi cavabdehin aylıq qazancının və ya başqa gəlirinin ¼ hissəsi məbləğində alimentin tutulmasını qət edərkən nəzərə almamışdır ki, ailə qanunvericiliyi alimentin sabit pul məbləğində tutulması üçün müəyyən edilmiş əsaslar istisna olmaqla, 2 uşağa görə tutulacaq alimentin miqdarını-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində müəyyənləşdirmişdir.
30. Göründüyü kimi ailə qanunvericiliyi aliment almaq hüququ olan uşaqların sayından asılı olaraq aliment ödəməli olan şəxsin gəlirlərindən tutulması mümkün olan alimentin yuxarı həddini müəyyən etmişdir. Belə tutma isə 2 uşağa görə tutulacaq alimentin miqdarı-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində, son həddi isə 3 və daha çox uşağa görə qazancın (başqa gəlirlərin) yarısıdır. Uşaqların sayına görə aliment ödəməli olan şəxsdən tutulan alimentin həcminin yuxarı həddinin müəyyən edilməsində qanunvericinin məqsədi aliment almaq hüququna malik olan şəxslərin mənafeləri ilə aliment ödəmək vəzifəsi olan valideynin qanuni maraqları arasında ədalətli tarazlığa nail olmaqdır
31. Bu baxımdan oxşar işlərə baxılarkən əgər cavabdehin digər uşaqlar üçün də aliment ödədiyi müəyyən edilərsə, qanunvericilinin qoruduğu məqsədlərə müvafiq olaraq məhkəmə alimentin məbləğini təyin edərkən aliment almaq hüququ olan bütün uşaqların sayını nəzərə almalıdır.
32. Baxılan iş üzrə iddiaçı bir uşağa görə cavabdehdən aliment tələb edir. Eyni zamanda artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər uşaq üçün gəlirlərinin 1/4 hissəsi həcmində aliment tutulmuşdur. Məhkəmə iddiaçının bir uşağı üçün alimentin həcmini müəyyən edərkən qanuni qüvvəyə minmiş digər məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin həcmini nəzərə almamaqla Ailə Məcəlləsinin 76.1.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Halbuki baxılan işdə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği aliment almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla müəyyən edilməli idi.
33. Başqa sözlə, işə mahiyyəti üzrə baxan məhkəmə iddiaçının tələbi üzrə aliment tutarkən cavabdehin saxlamalı olduğu uşaqların sayını və buna müvafiq olaraq alimentin təyin olunmasına dair qanunvericiliyin tələblərini nəzərə almalıdır. Bu zaman aliment təminatı alan uşaqların mənafeyi bərabər tutulmaqla, eyni hüquqi vəziyyətdə olan uşaqlara qanuni əsaslar olmadan fərqli münasibət göstərilməməlidir. Ona görə də, cavabdehin qazancının (başqa gəlirlərinin) yenidən ¼ həcmində alimentin tutulması, habelə tutulan ümumi həcmin bütün uşaqların sayına görə bərabər bölüşüdürülməsi imkanları müzakirə edilməlidir.
34. Bundan əlavə qanunverici alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi.
35. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
36. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir.
37. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır.
38. Bu baxımdan Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.
39. Beləliklə, yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi (Ailə Məcəlləsinin 76.1.2-ci maddəsi) 2 uşağa görə tutulacaq alimentin miqdarı-qazancın (başqa gəlirlərin) 1/3 hissəsində müəyyən edilmişdir. Buradan da belə nəticəyə gəlinir ki, qazancın (başqa gəlirin) 2/3 hissəsi aliment ödəmək vəzifəsi olan valideynə qalmalı, 1/3 hissəsi isə uşaqlara görə tutulmalıdır.
40. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, iddiaçının qazancının (başqa gəlirlərin) yalnız 1/3 hissəsi 2 uşaq arasında bölünməlidir (yəni hər bir uşaq üçün qazancın və ya başqa gəlirin 1/3 hissəsinin 1/2 hissəsi =1/6)
41. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, baxılan iş üzrə iddiaçının tələbi üzrə tutulan alimentin məbləği alimentin almaq hüququna malik olan bütün uşaqlar nəzərə alınmaqla, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinin tələbinə uyğun müəyyən edilməlidir.
42. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulmalıdır.
43. Kollegiya belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan (2213:1/6=368.8333 x 12=4426) hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2(012)-585/2023 nömrəli qətnaməsi xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay cavabdehin qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi miqdarında aliment tutulsun. Qətnamə qalan hissələrdə (alimentin tutulmasının vaxtı, mediasiya xərci və iddianın təmin olunmayan hissələrində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.