Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-894/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(067)-1941/2020 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(067)-1941/2020 saylı qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddiaçi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz rayon Məhkəməsinin 13 noyabr 2020-ci il 2(067)-1941/2020 saylı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 1 ildən artıq bir vaxtdır ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. 2020-ci ilin təxminən fevral ayının əvvəllərində Cavabdeh ona zəng edərək anasının ağır vəziyyətdə olmasını və xəstəliyi ilə bağlı əməliyyat olunması üçün ona təcili olaraq 6000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh aldığı pulun müqabilində avtomobilini girov qoyacağını bildirmiş, lakin cavabdehə inandığı üçün ona heç bir girova ehtiyac olmadığını, lakin onda həmin məbləğdə pul olmadığını, əlində cəmi 5000 manatı olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını bildirərək həmin 5000 manat pulu ona verməsini xahiş etmiş və aldığı borc pulu 6 ay ərzində üstünə 1000 manat pul əlavə etməklə hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. 12 fevral 2020-ci il tarixdə aralarında müqavilə bağlamaqla cavabdehə həmin pul vəsaitini, yəni 5000 manat pulu vermiş və cavabdeh pulu alarkən 6 ay müddətində geri qaytaracağı barədə qəbz yazaraq ona vermişdir. Təxminən 25 may 2020-ci il tarixdə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etdikdə cavabdeh ona yalançı vədlər verərək günü-günə satmağa başlamış və beləliklə də onun pulunu qaytarmaqdan imtina etmişdir. Ona görə də, Cavabdeh 5000 (beş min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsi 13 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13,25,26,29,33,60-cı maddələrinin, Azərbaycan Respublikası MPM-nin 4,6,9.1,14.2,24,35-36,76-77,80,88,153.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək hesab etmişdir ki, İddiaçı üzərinə 2012-ci ilin fevral ayının 12-də iş üzrə Cavabdeh 6 ay müddətinə geri qaytarması şərti ilə 5000 manat məbləğində borc pul verməsi, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı 5000 manat pulu ona qaytarmamasını sübut etmə yükü daşısa da, tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməkdən imtina etdikdə maddi və prosessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol vermiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən iddiaçının izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan yazılı iltizamdan görünür ki, Cavabdeh 12 fevral 2020ci il tarixdə İddiaçı 5000 (beş min) manat borca pul almış və həmin pulu 6 ay müddətinə geri qaytarmağı öhdəsinə görürmüşdür. Cavabdeh məhkəmə kollegiyasina teleqram ünvanlayaraq göstərmişdir ki, o, həqiqətən İddiaçı 5000 manat borca pul almış və ona yazılı qəbz vermişdir. Girov olaraq da kartını vermiş və sonradan işdən çıxarıldığından həmin pulu ödəyə bilməmişdir. Ona görə də həmin pulun hissə-hissə ödənilməsində ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyasının iclasında toplanmış sübutlarla müəyyən olur ki, Cavabdeh 12 fevral 2020-ci il tarixdə İddiaçı 5000 (beş min) manat məbləğində borc pul almış, bu barədə iddiaçıya yazılı qəbz vermiş və həmin pulu 6 ay müddətində geri qaytarmağı öhdəsinə görürmüşdür. Lakin cavabdeh götürdüyü öhtəliyi vaxtında icra etməmiş və pozmuş, nəticədə iddiaçının həmin borcunu cavabdehdən tələb etmək hüququ yaranmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunması barədə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilib, iddia qanuni və əsaslı olduğu ücün təmin edilərək Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti alınaraq iddiaçi İddiaçı verilməlidir. Tərəflər arasında yaranmış mübahisə ilə əlaqədar olaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən hesab edir ki, məhkəmə məsrəfləri tərəflərə aid edildiyindən və iş üzrə iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçi İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1, 386, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı verdiyi apelyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(067)-1941/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti alınıb iddiaçi İddiaçı verilsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçi İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-894/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-894/2021
23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver