Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-897/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(060)-557/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 manat aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin cavabdeh X4 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Cavabdeh ilə 14 avqust 2009cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdurlar. Onların birgə nikahlarından 24 sentyabr 2011-ci il təvəllüdlü X8 və 22 sentyabr 2013-cü il təvəllüdlü X13 anadan olmuşdur. O, cavabdehlə ailə qurduqları vaxtdan aralarındakı münasibətlər normal olmuş, birgə təsərüffat idarə etmişlər. Sonradan aralarındakı münasibətlər pisləşmiş, cavabdehin ailəyə münasibəti pisləşmişdir. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə onun xx.xx.2009-cu il tarixli nikah qeydiyyatının pozulması, birgə nikahlarından olan övladları xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 onun himayəsində qalmaqla, uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən ümumillikdə 300 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, onunla Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Cəlilabad rayonu, Alarkənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları, yəni onun yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumillikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi, alimentin tutulmasının başlanğıcının 11 noyabr 2016-cı il tarixdən hesablanması, 27.3 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın 26 manat aliment tələbi hissəsində rədd edilməsi qət edilmişdir. xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh X4 tutulub ona ödənilən alimentin məbləği olduqca azdır. Hazırda dolanacaq xərclərinin yüksəlməsi ilə əlaqədar cavabdeh tərəfindən ona ödənilən alimentin məbləği uşaqlarının saxlanılmasına kifayət etmir. 2023-cü ildə uşaqlar üçün yaşayış minimumunun 220 manat məbləğində olduğunu nəzərə aldıqda, iki uşaq üçün 274 manat sabit pul məbləğində aliment uşaqların saxlanılması üçün zəruri olan xərclərin heç birinin normal səviyyədə ödənilməsinə imkan vermir. O, isə təkbaşına xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 ehtiyaclarını, maddi tələbatını təkbaşına təmin edə bilmir.
3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 274 manat aliment məbləğinin artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşağa 235 manat olmaqla, ümumillikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin cavabdeh X4 alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh iddiaya qarşı yazılı etirazla müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən irəli sürülən birgə nikahdan anadan olan xx.xx.2011ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin onun tərəfindən ödənilməsi onun imkanına uyğun deyildir. O halhazırda heç bir əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bundan başqa, o ikinci dəfə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından bir azyaşlı – xx.xx.2020-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Göründüyü kimi onun himayəsində başqa bir övladı da vardır ki, cavabdeh onun saxlanılması xərcini həyata keçirməlidir. Belə olan halda məhkəmə bu faktlara diqqət yetirməli, onun ailə və maddi vəziyyətinin nəzərə alınması qanunauyğundur. Onun maddi vəziyyəti iddiaçı tərəfindən tələb olunan 440 manat sabit pul məbləğində alimentin ödənilməsinə kifayət etmir. Belə ki, o yenidən nikaha daxil olmuş və nikahlarından bir övladları dünyaya gəlmişdir. O, ikinci nikahdan dünyaya gələn övladının da saxlanılmasında bir valideyn kimi iştirak etməlidir. İddiaçı tərəfin tələb etdiyi 440 manat sabit pul məbləğində alimentin tələb olunması halında onun digər azyaşlı körpəsinin rifahına, saxlanılmasına mənfi təsir göstərəcəkdir. Nəzərə alınsa ki, azyaşlı uşaqların saxlanılması, baxım xərcləri olduqca yüksək məbləğdə pul tələb edir. Məhz hər bir övladının saxlanılması üçün xx.xx.2020-ci il təvəllüdlü X5 da hüquqlarına xələl gətirmədən hazırki mülki işə məhkəmə tərəfindən tam və obyektin şəkildə baxılmalıdır. Qeyd edir ki, o aliment öhdəliyini icra etməkdən boyun qaçırmır, əksinə alimenti vaxtıvaxtında ödəyəcəyini öz öhdəliyinə götürür, çünki onlar onun övladlarıdır. Bir ata kimi onların saxlanılması onun da borcudur. Lakin, tələb edilən bu qədər yüksək aliment məbləği nəinki onun, ailə üzvlərinin də vəziyyətinə öz təsirini göstərəcəkdir. Bundan savayı onun özünün də yaşayış minimumu məhkəmə tərəfindən mülki işə qiymət verilən zaman nəzərə alınmalıdır. Həmçinin, hazırda səhhəti ilə əlaqədar da müalicə olunur və müayinə, müalicə xərcləri də olduqca yüksək pul vəsaitini tələb edir. Dərman preparatlarının qiyməti də olduqca baha olduğundan dərman xərclərinin qarşılanması onun maddi vəziyyətinin daha da pisləşməsinə səbəb olur. Göründüyü kimi bütün bu mövcud hallar onun maddi vəziyyətini aşağı salır. Bir daha vurğulayır ki, o alimenti ödəməkdən boyun qaçırmır, övladlarının saxlanılması üçün var gücü ilə, gücünün çatdığı qədər köməklik göstərməyə hazırdır. Lakin hazırki mülki iş üzrə iddiaçı tərəfindən tələb edilən alimentin miqdarı çox olduğundan onun yaşayışına mənfi təsir göstərəcəkdir. Məhz bütün bu səbəblərə görə məhkəmə onun maddi vəziyyətini, rəsmi nikahda olduğundan ailənin maddi təminatını da ödəməli olduğunu, eyni zamanda, xx.xx.2020-ci il təvəllüdlü X1 xərclərinin onun tərəfindən ödənilməli olduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsinə yönələn yekun akt qəbul edilməsi hüquqamüvafiqdir. Odur ki, tərəflərin birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 220 manat olmaqla, ümumillikdə 440 manat sabit pul məbləğində alimentin artırılması tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü iltarixli, 2(060)-557/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia qismən təmin edilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat, ümumillikdə 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Hər uşağa görə ödənilən 137 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Eyni zamanda cavabdehdən iki uşaq üçün tələb olunan 470 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təqzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır.
7. Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 75, 78.1, 78.2, 112.1-ci maddələrinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinad edərək iddianı qismən təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü iltarixli, 2(060)-557/2024 nömrəli qətnaməsinin qismən ləğv edilməsi, xx.xx.2011ci il təvəllüdlü X8 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş aliment məbləğinin qismən azaldılaraq, yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 150 (yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla alimentin məbləği azaldıla və artırıla bilər. Məhkəmə isə işə dair qətnamə qəbul edərkən onun maddi vəziyyətini yəni, tikintidə günəmuzd işləməyini, xəstləyinin olmasını və himayəsində daha bir azyaşlı övladının olmasını və s. amilləri nəzərə almamışdır. Halbuki, bütün bu faktları məhkəmənin diqqətinə çatdırmışdır. Hal-hazırda tikintidə günəmuzd çalışır, aldığı günəmuzd məbləği ilə aylıq zəruri xərclərini ödəməkdə çətinlik çəkir. Bundan başqa, ikinci dəfə rəsmi nikaha daxil olmuş, bir azyaşlı-xx.xx.2020-ci il təvəllüdlü X10 dünyaya gəlmişdir. Göründüyü kimi himayəsində başqa bir övladı da vardır ki, onun saxlanılması xərcini həyata keçirməlidir. xx.xx.2020-ci il təvəllüdlü X5 baxılması və zəruri xərclərinin ödənilməsi yalnızca onun maddi vəsaitinin hesabına həyata keçirilir. Həmçinin, hazırda səhhəti ilə əlaqədar da müalicə olunur və müayinə, müalicə xərcləri də olduqca yüksək pul vəsaiti tələb edir. Dərman preparatlarının qiyməti də olduqca baha olduğundan dərman xərclərinin qarşılanması maddi vəziyyətini daha da pisləşməsinə səbəb olur. Beləliklə, qətnamə ilə müəyyən edilmiş hər ay 200 (iki yüz), cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tərəfimdən ödənilməsi yalnızca onun deyil, azyaşlı övladlarının da maddi vəziyyətinə, onların saxlanılmasına mənfi təsir göstərəcəkdir. Alimentin ödənilməsindən boyun qaçırmır, lakin təyin edilmiş hər ay 200 (iki yüz), cəmi 400 (dörd yüz) manat məbləğində alimentin tərəfindən ödənilməsi yaşayışına mənfi təsir edəcəkdir. Maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmamışdır. Hələ özünün yaşayışı üçün lazım olan minimumunu da hesablasa, təyin edilən aliment məbləği yaşayışına olduqca mənfi təsir göstərir, şəxsin yaşayış standartlarının pozulması ilə nəticələnir. Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış, məhkəmənin diqqətinə çatdırmaq imkanından məhrum edilməyini və hazırda məhkəmənin diqqətinə çatdıra bildiyi faktları-xəstəliyinin olması ilə daimi müayinə və həkim müşahidəsinə ehtiyacının olması, bir azyaşlı övladının daha saxlanılması xərclərini nəzərə alınaraq alimentin miqdarı azaldılmalıdır. Bu günədək uşaqlarımın tələbatını ödəmək üçün var gücü ilə çalışmışdır. Lakin hazırki təyin edilmiş alimentin miqdarı çox olduğundan yaşayışına mənfi təsir göstərəcək. Qət edilmiş aliment məbləği ölkə üzrə 2024-cü il üçün yaşayış minimumunun üzərindədir. Məhkəmə yekun akt qəbul edərkən yaşayış minimumu nəzərə almamış, bu qədər məbləğin aylıq onun tərəfindən ödənilməsinin mümkünsüz olmasını gözardı etmişdir. Məhkəmə yekun akt qəbul etmədən öncə onun da maddi, sağlamlıq və digər vəziyyətini nəzərə almalı, yaşayışının təmin edilməsi standartlarını göz önündə tutmalı idi. Məhz buna görə də hesab edir ki, qət edilmiş aliment məbləği azaldılmalı, qətnamə ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq etirazında göstərmişdir ki, qətnamə maddi və qanuni olaraq onu qane etməsə də bu artım ilə uşaqlarının ehtiyaclarının bir qismini qarşıladığı üçün qətnamədən apellasiya şikayəti verməmişdir. Bundan başqa apellyasiya şikayəti versə idi vəkil tutub əlavə yenədə əlavə xərcə düşəcəkdi. Hazır ki, durumda aliment verməmək üçün hər bir yola əl atan Cavabdeh özünü məhkəməyə imkansız, fəhlə və yazıq kimi göstərmək istəyir. Təəssüflər olsun ki, onun sahib olduğu biznesin ölkə hüdudlarından kənarda olduğu üçün bunu heç cürə sübüt edib məhkəməyə təqdim edə bilmir. O Türkiyədə böyük bir restoranın sahibidir və həmin restoranı özü belə işlətmir. Həmin obyekt icarədədir. Evli olduqları ərəfələrdə belə bu adamın simicliyi onu qohum-qardaş icərisində belə utandırırdı. Sumqayıt Şəhər Məhkəməsənin qətnaməsinə görə hər uşağın saxlanması üçün 200 manat cəmi 400 manat aliment məbləğinin tutulması qət edilmişdir. Cavadbeh isə bildirir ki, 300 manat ödəməyə hazırdır. Höhmətli məhkəmə bu ata uşaqları ilə maraqlanmayan heç bir vaxt onların qayğısına belə qalmayan bir atadır. Yaşayış minumimi haqqında qanun insanların minimumunu hesab edərək qəbul edilmiş bir normadır. Məhkəmə onu da cavabdehin xeyrinə bir hissəsini kəsərək tam şəkildə qət etməmişdir. İndi isə cavabdeh məhkəməyə təklif edir ki, 2018-ci il üzrə olan yaşayış minimumu ilə alimenti ata olaraq verməyə hazırdır. Aradan keçən bu 6 ilin bahalaşması ödəmək üçün yeni doğulan körpəsini belə bəhanə gətirməkdən belə çəkinmir. Kəsilən aliment məbləği onsuzda minimumdur və bu uşaqların saxlanması üçün (yəni yeməyi və zəruri olan geyimləri) vacib olan bir qisim xərclərini qarşılayır. 2017-ci ildən bu günə kimi hər il aliment artırması verməyib uşaqlarına öz qazancı ilə baxıb. Uşaqlar böyüdükçə onların saxlanması üçün olan məsrəflərdə böyüyür. Apellasiya şikayətinə qarşı verdiyi etirazın ifadəsi olaraq da dəyərləndirərək ədalətli və qanuni bir qərar qəbul dilməsini istəyir. Apellasiya şikayətini təmin etməyib, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-557/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, cavadbeh onun əridir, əri aliment ödəməyə etiraz etmir, lakin alimentin məbləğindən narazıdır. Nikahlarından bir övladı doğulub. Cavabdeh hər uşaq üçün 150 manat olmaqla 300 manat aliment ödəməyə razıdır. Əri işləmir, rəsmi iş yeri yoxdur. Kirayədə yaşayırlar, aylıq 220 manat kirayə haqqı verir. Əri pondemiaydan əvvəl Türkiyə Respublikasında işləyirdi, 2020-ci ildən sonra Türkiyə Respublikasına getməyib. Hazırda Türkiyə Respublikasından keçərək Litva Respublikasına işləməyə gedib-gəlmişdir.
İşdə olan sübutlar
12. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-Ə/1-8436/23 nömrəli arayışdan görünür ki, X8 24 sentyabr 2011-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə 26 oktyabr 2011-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində 5206 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə X11r.
13. İş materiallarında olan 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 oktyabr 2023-cü il tarixli, 3-16-5/8-Ə/1-8435/23 nömrəli arayışdan görünür ki, X13 22 sentyabr 2013-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. Bu barədə 14 oktyabr 2013-cü il tarixdə Sumqayıt Regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2253 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası Cavabdeh, anası isə X11r.
14. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, X14 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Cəlilabad rayonu, Alarkənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyində nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 31 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 anaları X9 yanında qalmaları, xx.xx.2011-ci il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X6 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 137 manat olmaqla, ümumillikdə 274 manat sabit pul məbləğində alimentin tutularaq X12 ödənilməsi, alimentin tutulmasının başlanğıcının 11 noyabr 2016cı il tarixdən hesablanması, 27.3 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın 26 manat aliment tələbi hissəsində rədd edilməsi qət edilmişdir.
15. İş materiallarında olan 01 noyabr 2023-cü il tarixli MŞS/MT030/2023-02331 №-li “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, Cavabdeh ilkin mediasiyada iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiyaya dair xərci ödəmişdir.
16. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı, 509503 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 02-ci günündə 4829 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası isə Nümayəndədır.
17. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 6 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı, 596577 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Nümayəndə arasında 9 oktyabr 2023-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin oktyabr ayının 09-cu günündə 1919 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əskərov, arvada isə Musayeva soyadı verilmişdir. 18.İş materiallarında olan Cavabdeh sərhəd keçmə məlumatından görünür ki, o, xx.xx.2022-ci il tarixdən 11.10.203-cü il tarixədək olan dövr ərzində 3 dəfə ölkədən çıxaraq Türkiyə Respublikasına getmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
21.“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:
1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.
22. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli qərarı ilə müəyyən edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
24.“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
25. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
26. 20. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(060)-557/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni aliment məbləğinin artırılması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etirazını və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqlar hazırda iddiaçının yanında qalırlar. Bu baxımdan məhkəmə hesab edir ki, uşaqları yanında saxlayan, onların saxlanılmaları ilə bağlı gündəlik qayğıları çəkən iddiaçı uşaqların saxlanılmaları üçün cavabdehdən tutulan alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, uşaqların yaşları artdıqca onların saxlanılma xərcləri, eləcə də onlar üçün müəyyən edilmiş yaşayış minimumu da artır ki, bu da özlüyündə uşaqları yanında saxlayan iddiaçının maddi vəziyyətində dəyişliklik yaradır. Hər uşağa görə ödənilən 137 manat məbləğində aliment uşaqların saxlanılması üçün zəruri xərclərini və ehtiyaclarını təmin etmir. Eyni zamanda cavabdehdən iki uşaq üçün tələb olunan 470 manat məbləği ödəmək iqtidarında olmasına dair sübutlar MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən sübut olunmamış, həmçinin onun təkzibi ilə bağlı dəlillər isə məhkəmə araşdırması gedişatında öz təsdiqini tapmamışdır.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.
30. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 137 manat məbləğindəki aliment 2017-ci ilin fevral ayında, yəni uşaqların 6 və 4 yaşları olanda tutulmuş, hazırda isə uşaqların 13 və 11 yaşları olmaqla məktəblidirlər. Həmin tarixdən sonra respublikada yaşayış minimumu 7 dəfə dəyişiklərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır. Həmçinin cavabdeh tərəfindən təklif edilən 150 manatlıq məbləğ 2017-ci ildə məhkəmə qətnaməsi ilə təyin edilmiş 137 manat məbləğindən 13 manat fərq edir ki, bu da 6 il müddətdən sonra uşaqların artan tələbatını qarşılanması üçün yetərli sayıla bilməz. Odur ki, birinci instansiya məhkəməsinin 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilməsinə baxmayaraq alimentin məbləğini dəyişdirərək 200 manat müəyyən etməsi işin hallarına uyğun olmuşdur etmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin maddi vəziyyətinin aşağı olması, qazancının az olması, yeni nikahından bir övladının doğulması barədə şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə 2024-cü il üçün isə müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Qeyd olunan hal və 2024-cü il üçün müəyyən edilmilş 235 manatlıq yaşayış minimumu məbləği nəzərə alındıqda müəyyən edilmiş 200 manat aliment məbləği əsaslı hesab olunur. Digər tərəfdən isə qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Hərçənd ki, iddiaçı etirazında cavabdehin Türkiyə Respublikasında restorananın olmasını və oranı icarəyə verərək qazanc götürməsini qeyd etmiş, cavabdehin nümayəndəsi isə 2020-ci ildən sonra ərinin Türkiyə Respublikasına getmədiyini bildirmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış cavabdehin sərhədkeçmə məlumatlarından göründüyü kimi o, son il ərzində 3 dəfə ölkədən çıxaraq Türkiyə Respublikasına getmişdir. Həmin sənəd məhkəmədə elan edildikdən sonra isə cavabdehin nümayəndəsi işləmək üçün Türkiyə Respublikasından keçərək Litva Respublikasına getdiyini bildirmişdir ki, bununla da cavabdehin tikintidə günəmuzd işləməsi ilə bağlı apellyasiya şikayətinin dəlili inandırıcı olmamaqla, cavabdehin ölkə hüdudlarından kənarda da fəaliyyət göstəməklə gəlir əldə etməsi ilə bağlı iddiaçının etirazı inandırıcı və ağlabatan olmuşdur. Buna görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(060)-557/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 fevral 2024-cü iltarixli, 2(060)-557/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.