Məhkəmə qərarları › İş №2(105)-898/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-898/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-898/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı Şıxəli qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Şıxəli qızının Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1558/2020 saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1558/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7200 (yeddi min iki yüz) manat məbləğində pul və 15 (on beş) manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı Şıxəli qızına ödənilməsi, rüsumun qalan hissəsinin iddiaçıya aid edilməsi,iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlkin Xəlilov) Qətnamədən Cavabdeh Alim oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Şıxəli qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8200 (səkkiz min iki yüz) manat pulun, 1800 (bir min səkkiz yüz) manat məbləğində vurulmuş ziyanın və 30 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 10.030 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, iddiaçıdan 5000 manat pulu faizə alıb, hər ay 500 manatdan 10 ay faiz ödəmişdir. Sonradan iddiaçı ilə razılaşmışlar ki, faiz dayansın, gündə 20 manatdan onun 5000 manat pulunu ödəmiş, 5000 manatdan əlavə 1000 manat borc pul almışdır. Sonra da 1200 manat almışdır. Hazırki vaxtda iddiaçıya 2200 manat borcu vardır. İddiaçının faizə pul verməyə icazəsi yoxdur. Ona hər ay 500 manat verməklə 5000 manatını ödəmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1558/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, 1993-cü ildən “Arzu” Özəl Ticarət Mərkəzində alverlə məşqul olmuşdur. Cavabdehin atasını tanıyır, cavabdeh ondan əkin toxumları alaraq pulunu hissəhissə ödəmişdir. Daha sonralar isə Cavabdeh ondan xarici toxumlar almaq məqsədilə borc pul almış, artıq cavabdehin ona 6000 manat borcu olmuşdur. Cavabdeh yenidən ondan 1000 manat borc pul istəmiş, cavabdehin borcları qaytarmadığını bildiyi üçün ona 1000 manat pul vermək üçün girov qoymasını tələb etdiyində cavabdeh girov qoyacaq heç nəyinin olmadığını bildirmiş və ancaq yazılı qəbz verə biləcəyini demişdir. O, da cavabdehə xx.xx.2018-ci il tarixində yazılı qəbz imzaladaraq 1000 manat borc vermişdir. Cavabdeh əlavə olaraq dostunun 1200 manat borc istədiyini demiş və ona da özü cavabdeh olacağını bildirmişdir. Həmin 1200 manat pulu alması ilə bağlı xx.xx.2018-ci il tarixli yazılı qəbz imzalamışdır. Belə ki cavabdeh Ramin Əhmədovun ona 8200 manat borcu vardır. Lakin cavabdehin yazıb imzaladığı qəbzlər olduğuna baxmayaraq o borcunu qaytarmaq istəmir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətitəmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1558/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1200 manat borc almışdır. İş materiallarında olan xx.xx.2018-ci tarixli qəbzdən müəyyən olunur ki, Cavabdeh iddiaçıdan 5000, daha sonra 1000 manat borc almışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən olunur ki, iddiaçı Ceyran Ramazanov iddia ərizəsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi qeyd edilən edilən qəblərə və tərəflərin izahatlarına istinad edərək iddia tələbini yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda iş materiallarında olan xx.xx.2018 və xx.xx.2018-ci il tarixli qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan 1200, 5000,1000 manat olaraq ümumilikdə 7200 manat borc almışdır. Eyni zamanda həm birinci instansiya məhkəməsinin iclasında, həm də apelyasiya məhkəməsinin iclasında cavabdeh iddiaçıdan 5000 manat, daha sonra 1200, sonra da 1000 manat almağını bildirmişdir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 7200 manat borc pul alması iş materiallarında olan qəbzlər və cavabdehin izahatı ilə müəyyən edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. X3 Məhkəməsinin «X1rşı” xx xxxx 2007-ci il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini iş materiallarında olan qəbzlərdə sübuta yetirmişdir. Həmçinin cavabdeh də qeyd eidlən məbləğdə pulu iddiaçıdan borc almasını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini 1800 manat ziyana dair hissədə təmin etməməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı ona 1800 manat zərər dəyməsini bildirsə də buna dair hər hansı sübutu təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki işdən görünür ki, iddiaçı dəymiş zərəri sübuta yetirə bilməmişdir. Bununla da cavabdeh iddiaçıya 5000 manat qaytarmasını, hazırda iddiaçıya 2200 manat borcu qalmasını bildirsə də, bu xüsusatı sübuta yetirə bilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 30 manat pulun 15 manatını cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə də məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)- 1558/2020 saylı qətnaməsi i dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(067)-1558/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar